Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1841/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Ramazanova Arzu Məhəmməd qızının cavabdehlər Ramazanova İmamət Şəfi qızına və Ramazanov Fizuli Əmrullah oğluna qarşı “Ramazanova İmamət Şəfi qızına məxsus evdən ümumi istifadə hüququnun tanınması” tələbinə dair ilk, Ramazanova İmamət Şəfi qızının Ramazanova Arzu Məhəmməd qızına qarşı “Ramazanova Arzu Məhəmməd qızının Ramazanova İmamət Şəfi qızına məxsus olan Qax rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxx 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Ramazanzadə Aysel Nizami qızının, Ramazanzadə Gülsel Nizami qızının və Ramazanzadə İmamət Nizami qızının nümayəndəsi Ramazanov Nizami Əmrullah oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması barədə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-5/2003 nömrəli qərardadından işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Ramazanzadə Aysel Nizami qızının, Ramazanzadə Gülsel Nizami qızının və Ramazanzadə İmamət Nizami qızının nümayəndəsi Ramazanov Nizami Əmrullah oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ramazanova Arzu Məhəmməd qızı cavabdehlər Ramazanova İmamət Şəfi qızına və Ramazanov Fizuli Əmrullah oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ramazanova İmamət Şəfi qızına məxsus evdən ümumi istifadə hüququnun tanınması barədə, Ramazanova İmamət Şəfi qızı Ramazanova Arzu Məhəmməd qızına qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Arzu Ramazanovanın üç uşağı ilə birlikdə ona məxsus olan evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxx 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsinə əsasən iddiaçı Ramazanova Arzu Məhəmməd qızının cavabdeh Ramazanova İmamət Şəfi qızına və Ramazanov Fizuli Əmrullah oğluna qarşı “Ramazanova İmamət Şəfi qızına məxsus evdən ümumi istifadə hüququnun tanınması tələbi”nə dair ilkin iddiasının rədd edilməsi, Ramazanova İmamət Şəfi qızının Ramazanova Arzu Məhəmməd qızına qarşı “Ramazanova Arzu Məhəmməd qızının Ramazanova İmamət Şəfi qızına məxsus olan Qax rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair qarşlıqlı iddiasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Ramazanzadə Aysel Nizami qızı, Ramazanzadə Gülsel Nizami qızı və Ramazanzadə İmamət Nizami qızının etibarnamə üzrə nümayəndəsi Ramazanov Nizami Əmrullah oğlu apellyasiya şikayəti vermişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxx 2020-ci il tarixli 2- 5/2003 nömrəli qərardadı ilə iddiaçı Ramazanova Arzu Məhəmməd qızının Ramazanova İmamət Şəfi qızına və Ramazanov Fizuli Əmrullah oğluna qarşı “Ramazanova İmamət Şəfi qızına məxsus evdən ümumi istifadə hüququnun tanınması tələbi”nə dair iddia ərizəsi və Ramazanova İmamət Şəfi qızının Ramazanova Arzu Məhəmməd qızına qarşı “Ramazanova Arzu Məhəmməd qızının Ramazanova İmamət Şəfi qızına məxsus olan Qax rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxx 2003-cü il tarixli 2-5/2003 nömrəli qətnaməsindən Ramazanzadə Aysel Nizami qızı, Ramazanzadə Gülsel Nizami qızı və Ramazanzadə İmamət Nizami qızının etibarnamə üzrə nümayəndəsi Ramazanov Nizami Əmrullah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ona qaytarılmışdır. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Ramazanzadə Aysel Nizami qızının, Ramazanzadə Gülsel Nizami qızının və Ramazanzadə İmamət Nizami qızının nümayəndəsi Ramazanov Nizami Əmrullah oğlu qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-5/2003-saylı qətnaməsi onların xx.xx.2020ci il tarixli müraciəti əsasında xx.xx.2020-ci il taridə təqdim edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-5/2003-saylı Qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hesab edir ki, həmin qətnamə ilə onların hüquqları pozulmuş və mülkiyyət hüququndan məhrum edilmişlər. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 5/2003-saylı qərardadında qeyd edilmişdir ki, AR-nın MPM-nin 72-ci maddəsinə uyğun olaraq onları hüquq və qanunla qorunan mənafeləri anası Arzu Ramazanova tərəfindən müdafiə olunaraq Qax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-5/2003-saylı qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilmiş, şikayətlər isə təmin edilməmişdir. Qətnamə isə qanuni qüvvəsini almışdır. Qeyd edirlər ki, həmin qətnamə çıxarılmamışdan əvvəl də (2002-ci ildə) və hal hazırda da atası Nizami Ramazanovun himayəsində olmuşlar. Bu səbəbdən də, hazırda atası Nizami Ramazanova etibarnamə verərək hüquqlarını müdafiə etməsini istəmişlər. Qax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-5/2003-saylı qətnaməsinə nəzər salsa ki, mərhum nənəsi İ.Ramazanova daha əvvəl Arzu Ramazanovanın 3 uşağı ilə birlikdə özünə məxsus olan evdən Qax rayonu İlisu kəndində yerləşən evdən çıxarılması tələbini irəli sürsə də sonradan iddianın predmetini dəyişmiş və anası A.Ramazanovamn özünə məxsus olan Qax Rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamənin qət etdi hissəsində onların deyil, yalnız anaları Arzu Ramazanovanın mərhum nənəsi İmamət Ramazanovaya məxsus olan Qax rayonu İlisu kəndində yerləşən evdən istifadə hüququ itirilmiş hesab edilmişdir. Göründüyü kimi anası A.Ramazanova onların deyil, öz hüquq və mənafelərini qorumaq məqsədi ilə apellyasiya və kassasiya şikayətləri ilə qətnaməni mübahisələndirmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-5/2003-saylı qərardadı əsassızdır. Ona görə də, Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-5/2003 saylı qərardadının ləğv edilməsi və Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-5/2003saylı qərardadının ləğv edilməsini, əks təqdirdə apellyasiya şikayətinin baxılması üçün aidiyyatı üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-5/2003 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-5/2003 saylı qərardadı qüvvədə saxlanılmış, Ramazanov Nizami Əmrullah oğlunun Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-5/2003 saylı qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Ramazanzadə Aysel Nizami qızı, Ramazanzadə Gülsel Nizami qızı və Ramazanzadə İmamət Nizami qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-5/2003 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2003cü ildə həmin mübahisələndirilən qətnamə qəbul olunarkən Ramazanzadə Aysel Nizami qızı, Ramazanzadə Gülsel Nizami qızı və Ramazanzadə İmamət Nizami qızının Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq onların hüquq və qanunla qorunan mənafelərini anası yəni valideyni Arzu Ramazanova müdafiə etmiş və çıxarılan qətnamədən apellyasiya və kassasiya qaydasında şikayət verərək qətnaməni mübahisələndirmiş, onun şikayətləri təmin edilməmiş, bununla da iş üzrə qətnamə qanuni qüvvəyə minərək mübahisə mahiyyəti üzrə həll olunmuşdur. Odur ki, həmin şəxslərin hüquq və qanunla qorunan mənafeləri valideyni tərəfindən müdafiə olunduğundan onlar təkrarən yetkinlik yaşına çatdıqdan sonra qətnamədən apellyasiya şikayəti vermək hüququ olan şəxs hesab edilə bilməzlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-5/2003 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Ramazanzadə Aysel Nizami qızının, Ramazanzadə Gülsel Nizami qızının və Ramazanzadə İmamət Nizami qızının nümayəndəsi Ramazanov Nizami Əmrullah oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-5/2003 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1841/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1841/2020
21.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver