Məhkəmə qərarları › İş №2(107)-1845/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1845/2021

20.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1845/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi iddiaçı-İddiaçı, onun vəkili X10, cavabdeh-Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1173/2021 nömrəli İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1173/2021 nömrəli (hakim Ələkbər Hüseynov) qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan İstilik Elektrik Stansiyası MMC-yə qarşı Əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqına dair iddia tələbi rədd edilməsi, iş üzrə iddiaçının ödədiyi vəkil xərci iddiaçıya aid hesab edilməsi qət edilmişdir. işin hаllаrı: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, "xxxx" MMC əmrinin 03 may 2021-ci il tarixli 211/Ş saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutmağıyla əlaqədar ödədiyi 200 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, O, 19 noyabr 1998-ci ildə Azərbaycan DRES-də elektrik sexində 3-cü dərəcəli elektroliz aparatçası vəzifəsinə qəbul edilmişdir. 03 yanvar 2000-ci ildə həmin vəzifədə ona 4-cü dərəcə, 26 dekabr 2005-ci ildə isə 5-ci dərəcə verilmişdir. 05 yanvar 2006-cı il tarixdə aparılan struktur dəyişikliyi ilə əlaqədar idarənin adı dəyişdirilmişdir. Cavabdehin 03 may 2021-ci il tarixli 211/Ş saylı əmrilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatlar ixtisar edildikdə əsası ilə xitam verilmişdir. Əsl həqiqətdə isə idarədə heç bir ixtisar aparılmışdır. Qızı 2-ci qrup əlildir, xərçəng xəstəsidir, onun əri isə 1-ci qrup əlil olmaqla kordur. Qızı və əri onun himayəsindədir. Yaşlı uşağa o baxır. Ailədə yeganə qazanc gətirən odur. Yoldaşı isə 1950-ci il təvəllüdlü olmaqla ahıldır. İş qabiliyyəti yoxdur. Maddi cəhətdən çətinliyi vardır. İşlədiyi müddət ərzində intizam tənbehi almamışdır. İşini 23 il ərzində qüsursuz yerinə yetirmişdir. Bütün bunlara baxmayaraq işəgötürən bu barədə verdiyi ərizəni də nəzərə almamışdır. Ona görə də məhkəmədən "xxxx" MMC əmrinin 03 may 2021-ci il tarixli 211/Ş saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutmağıyla əlaqədar ödədiyi 200 manat ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iddiaçının vəkili X10 məhkəmə iclası zamanı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi hallar əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ərizəsində Əmək Müqaviləsinə "xxxx" MMC-nin direktoru 03.05.2021-ci il tarixli 212/Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərnə riayət etməklə xitam verilməsini göstərmişdir. X19 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərnə riayət etməklə xitam verilməsinin qanunsuz olmasını əsaslandırarkən onun Əmək müqaviləsinin xitam olunmasına aid olmayan Əmək Məcəlləsinin Əmək müqaviləsinin xitam edilməsinə aid olmayan digər maddələrinə istinad edərək fikirlərini izah etmişdir. İddiaçı Əmək müqaviləsinə yalnız bir əsasla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin məcəllənin 71 -ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilmişdir. "xxxx" MMCdə Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X5 tətbiqi barədə 19.03.2020-ci il tarixdə DƏ/38 nömrəli əmr verilmişdir ki, həmin əmrə əsasən MMC-də X20 formalaşdırılmışdır. Ona görə də "xxxx" MMC-də X12 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında 25.09.2020-ci il tarixli 211/Ş nömrəli Əmr verilmişdir. "xxxx" MMC-də X12 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 24.02.2021-ci il tarixli 05 nömrəli protokoluna əsasən müəyyən olunur ki, komissiya tərəfindən Elektrik sexində istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmişdir ki, həmin iclasda komissiyanın üzvləri tərəfindən struktur rəhbərinin təklifi ilə qeyd edilən sexdə ixtisara düşəcək istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən, Elektrik sexinin “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadası”nın elektroliz aparatçısı 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisara düşməsi müzakirə olunmuş və qeyd edilən sexdə “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadası”nın elektroliz aparatçısı 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar olunması qərarı qəbul olunmuşdur. Ona görə də, "xxxx" MMC-nin direktoru tərəfindən İstilik Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında 01 mart 2021-ci il tarixli 73/Ş nömrəli əmr verilmişdir ki, həmin əmrin 2 bəndinə əsasən Elektrik sexində, “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadası”nın elektroliz aparatçısı 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci hissəsinə əsasən İddiaçı 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl 26.02.2021-ci il tarixli 100/01- 07-24 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 -ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, Qurbanovanın ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Xəbərdarlıq sifarişlə 26.02.2021-ci il tarixdə İddiaçı yaşadığı F.Əzimov 36 mən.1 ünvanına göndərilmişdir. Xəbərnaməyə əsasən müəyyən olunur ki, məktub ünvanına çatmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən Elektrik sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunması haqqında 04.03.2021-ci il tarixdə 100/0107-66 nömrəli təqdimat sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab Seymur Həsənova göndərilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 15.03.2021-ci il tarixli 11 nömrəli protokoluna əsasən müəyyən olunur ki, Elektrik sexində “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadasının elektroliz aparatçısı 1 (bir) ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Odur ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə 212/ş nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1 -ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. Eyni zamanda sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı üstünlüyü olan şəxslər siyahısına və 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına daxil deyildir.Həmçinin, iddiaçı işdənçıxma müavinəti ilə təmin edilmişdir. Beləliklə, sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı Əmək müqaviləsinə 03.05.2021-ci il tarixli 211/Ş saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddiaçının işə bərpa barədə iddiasının rədd edilməsi və işəgötürənin 03.05.2021-ci il tarixli 211/Ş saylı əmrinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayətini qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun çıxış edən İddiaçı və onun vəkili X10 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. İddiaçı vəkili X10 əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən çıxarılması ilə bağlı Həmkarlar İttifaqı komitəsinin iclası keçirilməmiş və tərəflər dəvət edilməmişdir. İşdən çıxarılma əmri formal xarakter daşıyır. Həm ştat ixtisar edilir, həm də işçiləri işdən çıxarılır. Məhkəmə iclasında çıxış edən cavabdeh Azərbaycan İstilik Elektrik Stansiyası MMCnin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1173/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin nümayəndəsi X6 əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən çıxarılması ilə bağlı Həmkarlar İttifaqı komitəsinin iclas protokolu iş materiallarına əlavə edilmişdir. Bundan başqa o verilmiş suallara cavab olaraq bildirmişdir ki, ştat ixtisara düşdükdən sonra yeni avadanlıq quraşdırıldığından həmin ştat üzrə işçiyə ehtiyac qalmamışdır. Ona görə də İddiaçı işdən çıxarılmışdır. İddiaçı ixtisasına uyğun başqa iş olmadığına görə ona başqa iş təklif edilməmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşə əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı elektrik sexi, təmir heyəti, blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmətin təmir briqadası Elektroliz aparatçası 5 dərəcə (1,39 man/saat), (ödəmə dərəcəsi 5) vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, bu əmək müqaviləsi 29.12.2014-cü il tarixdən 29.03.2015-ci il tarixədək 03 (üç) ay müddətinə bağlanmışdır. İşə əlavə olunmuş "xxxx" ASC "xxxx" MMC-nin 19.03.2020-ci il tarixli "xxxx" MMC-nin X8 tətbiqi barədə” Əmrindən görünür ki, "xxxx" MMC-də Realibilitasiya Proqramı çərçivəsində aparılan Yenidənqurma işləri ilə əlaqədar istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin Prezidenti tərəfindən təsdiq olumuş "xxxx" MMC-nin X5 formalaşdırılması məqsədi ilə "xxxx" MMC-nin mövcud Təşkilati Strukturu əsasında və 01.02.2020-ci il tarixdə "xxxx" ASC-nin Prezidenti tərəfindən təsdiq olunmuş 994 ştat vahidindən ibarət X17 formalaşdırılması əmr edilmişdir. İşə əlavə olunmuş "xxxx" ASC "xxxx" MMC-nin 211/Ş saylı 25 sentyabr 2020-ci il tarixli "xxxx" MMC-də X5 tətbiqi ilə əlaqədar ştat, vahidlərinin müəyyən edilməsi məqsədi ilə komissiyanın yaradılması haqqında” əmrindən görünür ki, Azərbaycan İES” MMC-də Realibilitasiya Proqramı çərçivəində aparılan Yenidənqurma işləri zamanı yeni texnika və texnologiyaların tətbiqini nəzərə alaraq stansiyada istismar olunan avadanlıqların istismar təlimatlarının tələbləri, fasiləsiz iş rejimi, həmçinin əməyin təhlükəsizliyi, elektrik enerjisi istehsalının digər vacib xüsusiyyətləri nəzərə alınmaqla istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçiləri barədə struktur rəhbərlərinin təkliflərinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması əmr edilmişdir. İşə əlavə olunmuş 24.02.2021-ci il tarixli 06 nömrəli "xxxx" MMC-də X5 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın iclas Protokolundan görünür ki, Elektrik sexində ştat vahidi üzrə 1. Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadasının elektroliz aparatçısı 01 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı 2. Blokların rele mühafizəsi, avtomatika və tristor təsirlənməsinə xidmət edən qrupun mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X14 3. Sexin ümumi heyəti-texnik 01 (bir) ştat vahidi və həmin ştat üzrə çalışan X15 4. Kabel təsərrüfatına xidmət və təmir edən briqadanın kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X11 5. Yüksək gərginlikliyə sınaq və profilaktika qrupu-aparıcı mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X7 6. Yarımstansiya xidmət edən elektrik montyoru (APQ 330 kv) 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X16 ixtisar edilmələri və rəhbərliyə bildirilmələri qərara alınmışdır. İşə əlavə olunmuş 73/Ş saylı 01 mart 2021-ci il tarixli "xxxx" MMC-nin Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında” əmrdən görünür ki, "xxxx" ASC tərəfindən təsdiqlənmiş X9 uyğun olaraq "xxxx" MMCnin Elektrik sexində 1. Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadasının elektroliz aparatçısı 01 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı 2. Blokların rele mühafizəsi, avtomatika və tristor təsirlənməsinə xidmət edən qrupun mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X14 3. Sexin ümumi heyəti-texnik 01 (bir) ştat vahidi və həmin ştat üzrə çalışan X15 4. Kabel təsərrüfatına xidmət və təmir edən briqadanın kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X11

5. Yüksək gərginlikliyə sınaq və profilaktika qrupu – aparıcı mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X7 6. Yarımstansiya xidmət edən elektrik montyoru (APQ 330 kv) 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X16 ixtisar edilmələri əmr edilmişdir. İşə əlavə olunmuş 26.02.2021-ci il tarixli 100/01-07-23 nömrəli xəbərdarlıqdan görünür ki, X2 "xxxx" MMC üzrə X18 əsasən ştatların ixtisarı ilə əlaqədar onun ştatı ixtisara düşdüyünə görə onunla bağlanmış Əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyinə dair o, 19.11.1998-ci il tarixdən müəssisədə işlədiyini nəzərə alınaraq, on ildən çox əmək stajı olduğu üçün azı doqquz təqdim həftəsi əvvəldən xəbərdar edilmişdir. İşə əlavə olunmuş 04.03.2021-ci il tarixli 100/01-07-66 saylı "xxxx" MMC-nin HİK-nin sədrinə göndərilmiş “Elektrik sexinin işçilərinin ixtisar olunması haqqında” təqdimat məktubundan və Azərbaycan İES” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin həmin təqdimat məktubuna dair "xxxx" MMC-nin direktoruna 15 mart 2021-ci il tarixli 08 nömrəli cavab məktubundan görünür ki, Elektrik sexində siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda adları və soyadları göstərilən işçilərin əmək müqaviləsinə xitam verilməsini müzakirə etmələrini və qanuna müvafiq “razılaşma” və ya “razılaşmama” barədə qərar verməsini xahiş etmiş və Həmkarlar İttifaqı Komitəsinin sədri isə razılığını bildirmişdir. İşə əlavə olunmuş 15 mart 2021-ci il tarixli 11 nömrəli Elektrik sexində ixtisarı müəyyən olunmuş ştatların və həmin ştatlarda çalışan işçilərin ixtisarına razılıq verilməsi məsəlinə baxılan "xxxx" MMC Həmkarlar İttifaqı Komitəsi iclasının Protokolundan görünür ki, işəgötürənin 04.03.2021-ci il tarixli təqdimatı ilə "xxxx" MMC-nin HİK-nə daxil olan müraciətinə əsasən Elektrik sexi üzrə siyahıda sadalanan ştatların və həmin ştatlarda çalışan işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ştatların ixtisar edilməsinə və həmin ştatlarda çalışan işçilərlə bağlanmış Əmək müqaviləsinin xitam verilməsinə razılq verilməyi qərara alınmışdır. İşə əlavə olunmuş "xxxx" ASC "xxxx" MMC-nin 03 may 2021-ci il tarixli, 211/Ş saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə Əmək Müqaviləsinə 03 may 2021-ci il tarixdə xitam verilmişdir. İşə əlavə olunmuş 11.06.2021-ci il tarixli 100/01-04-169 saylı arayışdan görünür ki, "xxxx" MMC-nin Elektrik sexinin sabiq işçisi İddiaçı 211Ş saylı 03.05.2021-ci il tarixli əmrə əsasən ə/haqqı, son haqqı hesab və işdənçıxma müavinatı həmin tarixdə 1255.81 (bir min iki yüz əlli beş manat səksən bir qəpik) manat hesablanmış və ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan hallara düzgün hüquqi qiymət verməmiş və işin həqiqi hallarına uyğun olan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, həmin məcəllənin 71 -ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə əsaslı xitam verilmişdir Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X4 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hisssinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdar edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin istehsalattəsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X5 tətbiqi barədə 19.03.2020-ci il tarixdə DƏ/38 nömrəli əmr verilmişdir ki, həmin əmrə əsasən MMC-də X20 formalaşdırılmışdır. Ona görə də "xxxx" MMC-də X12 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında 25.09.2020-ci il tarixli 211/Ş nömrəli Əmr verilmişdir. "xxxx" MMC-də X12 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın Elektrik sexində istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmişdir. Həmin iclasda komissiyanın üzvləri tərəfindən struktur rəhbərinin təklifi ilə qeyd edilən sexdə ixtisara düşəcək istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən, Elektrik sexinin “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadası”nın elektroliz aparatçısı 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisara düşməsi müzakirə olunmuş və qeyd edilən sexdə “Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadası”nın elektroliz aparatçısı 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar olunması qərarı qəbul olunmuşdur. Bu səbəbdən də "xxxx" MMC-nin direktoru tərəfindən İstilik Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında 01 mart 2021-ci il tarixli 73/Ş nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən İddiaçı çalışdığı ştat vahidi ixtisara düşdüyü üçün əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra işəgötürən tərəfindən İddiaçı Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, Qurbanovanın ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. İşdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 78 və 79-cu maddələrinin yəni İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan və Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına aid deyildir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1173/2021 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: :

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1173/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar