Məhkəmə qərarları › İş №2(107)-1846/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1846/2021

05.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1846/2021 05.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası təmin edilərək 02.09.2019-cu il tarixdə İddiaçı ilə cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 30 avqust 2019-cu il tarixli 201 k saylı əmrin etibarsız sayılması, "xxxx" ASC "xxxx" MMCnin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyun 2021-ci il tarixli 67K saylı əmrinin etibarsız sayılması, İddiaçı 9-cu dərəcə ilə Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası işinə bərpa edilməsi və İddiaçı 02 iyun 2021-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 30 avqust 2019 tarixli 201 k saylı əmrinin etibarsız sayılması, "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyul 2021-ci il tarixli 67K saylı əmrinin etibarsız sayılması, onun işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 30 sentyabr 1992-ci ildən Kanalizasiya İdarəsinin PETS-nə elektrik avadanlıqları üzrə usta vəzifəsinə təyin olunmuşdur. 01 mart 1994-cü ildən aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 24 mart 1996-cı il tarixli Sərəncamına əsasən Kanalizasiya İdarəsinin ləğv edilməsi ilə əlaqədar 01 aprel 1996-cı il tarixdən İKT İstehsalat Biriliyinin kanalizasiya sahəsi üzrə böyük mexanik, daha sonra baş mexanik vəzifəsinə təyin olunmuşdur. 01 dekabr 1999-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin 164 saylı 24.10.1999-cu il tarixli əmrinə əsasən “Su-Kanalizasiya” İdarəsinə keçirilmişdir. 01 dekabr 1999-cu ildə “Su-kanal” müəssisəsinə köçürmə yolu ilə baş mexanik vəzifəsinə təyin olunmuşdur. 03 mart 2000-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MKTK-nın 193 saylı 23.12.1999-cu il tarixli əmrinə əsasən “kanalizasiya” idarəsinə keçirilmiş və həmin tarixli əmrlə köçürülmə yolu ilə baş mexanik vəzifəsinə, 04 yanvar 2002-ci ildə isə Kanalizasiya idarəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Həmin tarixdə Su-kanalizasiya Təsərrüfatı İdarəsinin çilingər sahəsinə sahə rəisi və başqa vəzifələrdə çalışmışdır. 01 yanvar 2014-cü ildən isə Mingəçevir Su-kanal İdarəsi "xxxx" ASC-nin birbaşa tabeliyinə verildiyindən həmin tarixdən Sukanalizasiya şəbəkələrinin və qurğularının istismarı sahəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir. 01 noyabr 2016-cı il tarixdə "xxxx" ASC-nin əmrinə əsasən Mingəçevir Su-Kanal İdarəsi Cəmiyyətin strukturundan çıxarılaraq Birləşmiş Sukanal MMC-nin tərkibinə daxil edildiyindən 01 yanvar 2017-ci ildən əmək müqaviləsində edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı və qəza-bərpa sahəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasına daxil edilmiş 30 avqust 2019-cu il tarixli, 201K saylı əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə onunla əmək müqaviləsi ləğv edilmişdir. Halbuki, onun belə bir əmrdən xəbəri olmamış, əmrin məzmunundan isə əmək kitabçasını aldıqdan sonra xəbərdar olmuşdur. 2019-cu ilin yay aylarında idarələrinə Maarif Məmmədov adlı şəxs rəis təyin edilmişdir. O, təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişlər ki, idarədə struktur dəyişikliyi olur, bununla əlaqədar hər kəs işdən azad olunub, yeni idarə ilə əmək müqaviləsi bağlayacaqlar. 02 sentyabr 2019-cu ildə idarə rəhbərliyi ilə onun arasında, o cümlədən digər işçilərlə əmək müqaviləsi bağlandı. Hətta onlara bildirmişlər ki, əvvəlki idarə ləğv olunduğundan son haqq-hesabda veriləcəkdir və həmin son haqq-hesabı da o, 2019-cu ilin sentyabr ayında almışdır. 03 dekabr 2019-cu ildə isə işəgötürən onun vəzifəsinin usta vəzifəsinə keçirilməyi barədə ondan ərizə almış, ona bildirmişlər ki, rəis müavini ştatı ixtisara düşür, razılıq verməsə işsiz qalacaq. O da məcbur qalaraq razılaşmışdır. 24 may 2021-ci il tarixdə Mingəçevir Sukanal İdarəsindən ona məktub ünvanlanmışdır. Məktubun məzmunu bu şəkildə olmuşdur: Nəzərinizə çatdırılır ki, onunla "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsi arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 iyun 2021-ci il tarixdə bitir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 02 iyun 2021-ci il tarixdə xitam veriləcəkdir”. Məktubu aldığı günün sabahısı isə İdarədən 02 iyun 2021-ci il tarixli 67-K saylı əmri dəftərxana vasitəsilə almışdır. Həmin gün iş yerindən əmək kitabçasını götürərkən ona məlum olmuşdur ki, müdiriyyət onun xəbəri olmadan 30 avqust 2019-cu il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinin ləğv edilməsi barəsində qeyd aparmışdır. Həmin əmrin surətini o almamışdır. O, başqa bir işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Onunla 02 sentyabr 2019-cu tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmamışdır. O, həmin idarədə daimi işlədiyindən heç bir halda onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə razılıq verməzmiş və verməmişdir də. Əmək kitabçasında da onun bağlanmış əmək müqaviləsinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsinin rəis müavini vəzifəsinə təyin edilməyi qeyd olunmuş, həmin əmrdə onun müvəqqəti işləməyi barədə hər hansı bənd yoxdur. Hesab edir ki, idarədə olan struktur dəyişikliyi ilə əlaqədar vəzifələrinin adının dəyişdirilməsi ilə əlaqədar işəgötürənin onu müvəqqəti işə qəbul etməsi qanunsuzdur. Digər tərəfdən müdiriyyətin başqa işəgötürənlə əmək müqaviləsi bağlanması əsası ilə onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə qəbul etdiyi əmr qanunsuzdur. Ona görə də məhkəmədən 1. "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 30 avqust 2019 tarixli, 201 k saylı əmrinin etibarsız sayılması, 2. "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyul 2021-ci il tarixli 67K saylı əmrinin etibarsız sayılması, onun işə bərpa edilməyi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia ərizəsini qanunsuz və əsassız hesab edərək izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli 410 saylı, 29 iyul 2019-cu il tarixli 328 saylı Qərarlarına əsasən "xxxx" ASC-nin 01.11.2016-cı il tarixli 467 saylı əmri ilə "xxxx" ASC-nin tabe idarələrində struktur dəyişikliyi olmuşdur. Qərarın icrası ilə əlaqədar digər Sukanal İdarələrinin işçiləri, o cümlədən Mingəçevir Sukanal İdarəsinin işçilərinin əmək müqaviləsinə xitam verilmiş və yeni əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul olunmuşlar. İddiaçı ilə 01.06.2011-ci ildə 133 saylı əmək müqaviləsi bağlanmışdır. 29.08.2019-cu il tarixində İddiaçı ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu ildə ləğv olunmasını xahiş etmişdir. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli 201-k saylı əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” 31.08.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Xaliq Abdullayev 30.08.2019-cu il tarixində 02.09.2019-cu il tarixində su və kanalizasiya sistemlərinin istismarı sahəsinin rəis müavini vəzifəsinə təyin olunması barədə ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli 325-k saylı əmrinə əsasən əmək müqaviləsi bağlanmışdır. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” 04.09.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə Xaliq Abdullayevlə 529 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinin 2.3-cü hissəsində 3 aylıq müddətə bağlanması qeyd olunmuşdur. Əmək müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu” hissəsinə imza etməklə əmək müqaviləsinin bir nüxsəsini almağını təsdiq etmişdir. İşçi 03.12.2019-cu il tarixində su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 9-cu dərəcə ilə 03.12.2019-cu il tarixindən usta vəzifəsinə təyin olunmasına dair ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 03 dekabr 2019-cu il tarixli 443-k saylı əmrinə əsasən işçi işə qəbul olunmuşdur. Elektron informasiya sistemində “Əmək Müqaviləsinə bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” 03.12.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə Xaliq Abdullayevlə 529 nömrəli müddətli əmək müqaviləsinə 529/D-1 -li və 529/D-2-İİ dəyişiklikər edilmişdir. 03.12.2019-cu il tarixli 529/D-1 nömrəli əmək müqaviləsinə edilmiş dəyişiklikdə usta vəzifəsinə keçməsi qeyd olunmuş və X10 müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu’’ hissəsinə imza etməklə əmək müqaviləsinə dəyişikliyin bir nüxsəsini almağını təsdiq etmişdir. 02.12.2019cu il tarixli 529/D-2-İİ dəyişiklikdə isə əmək müqaviləsinin 3 ay müddətinə bağlanması qeyd olunmuş və X10 müqaviləsinin sonuncu səhifəsində “Əmək müqaviləsinin bir nüsxəsi mənə təqdim olundu” hissəsinə imza etməklə əmək müqaviləsinə dəyişikliyin bir nüxsəsini almağını təsdiq etmişdir. İşçi ilə işəgötürən arasında əmək müqaviləsi 2 nüsxədən az olmayaraq tərtib olunmaqla yazılı formada bağlanılır, tərəflərin imzası (işəgötürən hüquqi şəxs olduqda - möhürü ilə də) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Dəyişiklikdən sonra işçinin əmək müqaviləsinin 3 aylıq müddəti 2021 -ci il mart ayının 2-nə kimi olmuş, lakin hər iki tərəfin razılığına əsasən növbəti 3 ay üçün uzadilmişdir. Tərəflərdən biri, yəni Mingəçevir Sukanal İdarəsi 24 may 2021-ci il tarixində Xaliq Abdullayevə “əmək müqaviləsinin müddətinin bitməsi” ilə əlaqədar əmək müqaviləsinə 02.06.2021-ci il tarixindən xitam verilməsi barədə xəbərdarlıq məktubu təqdim etmişdir. İşçi məktubu almaqdan imtina etmiş, bu barədə akt tərtib olunmuşdur. Xəbərdarlıq məktubu işçinin ünvanına poçt vasitəsilə göndərilmişdir. Mingəçevir Sukanal İdarəsinin 02.06.2021-ci il tarixli 67-k saylı əmri ilə əmək müqaviləsinə xitam verilmiş və həmin gün əmr əmək kitabçası ilə birlikdə Xaliq Abdullayevə təqdim olunmuşdur. Rəsmi sənədlərlə də sübut olunur ki, əmək qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etsə də, qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bildirişdən görsənir ki, işçinin əmək müqaviləsi müddətli bağlanıb. Əmək müqaviləsinin bitmə tarixi qeyd olunduğunda da aydın olur ki, işçi 3 aylıq əmək müqaviləsi bağlamışdır. Müddətli əmək müqaviləsində tərəflər müqavilə bağlayarkən əmək münsibətlərinin müddətli xarakter daşıdığını əvvəlcədən bildiyindən əlavə olaraq hər hansı xəbərdarlığın edilməsi nəzərdə tutulmur. Müqavilə müddəti bitdikdən sonra bir həftəlik müddət ərzində də əmək müqaviləsinə xitam verilə bilər. Əmək qanunvericiliyini nəzərə alaraq hesab edirlər ki, iddiaçı Xaliq Abdullayev öz razılığı ilə işəgötürənlə müddətli əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin surətini alması barədə əmək müqaviləsində qeydiyyat aparmışdır. Yəni onun əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən buna işçinin heç bir narazılığı olmamışdır. İşçinin hər hansı hüququnun pozulduğu hazırda iddia edilə bilməz. Hazırkı əmrdən isə narazı olan işçiyə bildirilir ki, müddətli əmək müqaviləsində müddətin qurtarması ilə bağlı verilmiş əmr əmək qanunvericiliyinə əməl olunmaqla icra edilmişdir. Belə ki, qanunla nəzərdə tutulmuş müddətdə işçiyə xəbərdarlıq olunmuş və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun iddiaçıya çatdırılmışdır. İşçinin iradəsi əleyhinə işəgötürən tərəfindən heç bir qanunsuz addım atılmamışdır. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllədə nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçı, iddia ərizəsini məhkəməyə 2021-ci ilin iyul ayında təqdim etmişdir. Əmək müqaviləsinin surətini isə 02 sentyabr 2019-cu il tarixində almaqla müqavilədə qeydiyyat aparmışdır. Bundan əlavə, 02.12.2019-cu ildə əmək müqaviləsinə dəyişikliyə imza etməklə qəbul etmişdir. Həmin vaxtdan isə nəinki ay, hətta il keçmişdir. İddiaçı 3 aylıq müqavilə bağlanması ilə onun hüququnun pozulduğunu hesab edirsə, müqavilə 02 sentyabr 2019-cu ildə bağlanmış və işçi əmək münasibətlərini heç bir narazılığı olmadan davam etdirmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının ərizədə göstərdiyi hallar həqiqətə uyğun deyildir və onların heç bir hüquqi əsası yoxdur. Ona görə də məhkəmədən Xaliq Abdullayevin “işə bərpa tələbi”nə dair iddiası üzrə icraata iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Həmin qətnamədən "xxxx" ASC "xxxx" MMC apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti nümayəndənin birinci instansiya məhkəməsində verdiyi izahata uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X7 birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 30.11.1992-ci il tarixli 97/k nömrəli əmrlə “Kanalizasiya” idarəsində həmin tarixdən ETS-nə elektrik avadanlıqları üzrə usta təyin olunmuşdur. 01.03.1994-cü il tarixli 17/um nömrəli əmrlə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 15.06.1994-cü il tarixli 56/um nömrəli əmrlə baş mexanik vəzifəsinə keçirilmişdir. 01.04.1996-cı il tarixli 6/k Mİngəçevir şəhər icra hakimiyyəti 24.03.1996-cı il tarixli 277 saylı sərəncamına əsasən kanalizasiya idarəsinin ləğv edilməsi ilə əlaqədar MKT istehsalah birliyinin kanalizasiya sahəsi üzrə böyük mexanik keçirilmişdir. 29.11.1999-cu il tarixli 71/k əmrlə Azərbaycan Repsublikası Nazirlər kabinetinin yanında Mənzil-Kommunal təsərrüfatı komitəsinin 164 saylı 29.10.1994-cü il tarixli əmrinə əsasən “Su-Kanalizasiya İdarəsinə” köçürülmüşdür. 01.12.1999-cu il tarixli 100/k nömrəli əmrlə Su-kanalizasiya müəssisəsinə köçürmə yolu ilə baş mexanik vəzifəsinə təyin olunmuşdur. 03.01.2000-ci il tarixli 02/k nömrəli əmrlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında MKTK-ın 193 saylı 23.12.1999cu il tarixli əmrinə əsasən “Kanalizasiya” İdarəsinə keçirilmişdir. İddiaçı 03.01.2000-ci il tarixli 02-k nömrəli əmrlə Kanalizasiya Təsərrüfatı İdarəsinə köçürmə yolu ilə baş mexanik vəzifəsinə təyin edilmişdir. 04.01.2000-ci il tarixli 04-k nömrəli əmrlə Kanalizasiya Təsərrüfatı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 04.01.2002-ci il tarixli 01-k nömrəli əmrlə Kanalizasiya idarəsinin ləğvi ilə əlaqədar olaraq ƏM-in 10-cu maddəsinə əsasən işdən azad olunmuşdur. 04.01.2002-ci il tarixli 01-k nömrəli əmrlə Sukanalizasiya təsərrüfatı idarəsinin çilingər sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. 08.01.2005-ci il tarixli 01/k-a əmrlə Kanalizasiya qurğularının İstismarı və təmiri sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 01.06.2011-ci il tarixli 26-k nömrəli əmrlə Tullantı sularının təmizləyici qurğularının istismarı və qəza-bərpa sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 04.01.2013-cü il tarixli 01-k nömrəli əmrlə "xxxx" ASC-in 25.12.2012-ci il tarixli 361 nömrəli əmrinə əsasən Mingəçevir Sukanal idarəsi "xxxx" ASC-in birbaşa tabeliyinə verilmişdir. Bununla əalqədar "xxxx" ASC-in Mingəçevir Sukanal İdarəsi işçilərinin siyahı tərkibinə daxil edilir. 02/k nömrəli əmrlə Su, kanalizasiya şəbəkələrinin və quğularının istismarı sahəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 04.02.2015-ci il tarixli 06/k nömrəli əmrlə Su və kanalizasiya şəbəkələrinin istisamarı sahəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 01.11.2016-cı il tarixli 35 nömrəli əmrlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli 410 nömrəli Qərarına və "xxxx" ASC-in 01 noyabr 2016-cı il tarixli 467 nömrəli əmrinə əsasən "xxxx" ASC-in Mingəçevir Sukanal İdarəsi Cəmiyyətinin strukturu çıxarılaraq "xxxx" MMC-in tərkibində daxil edilmişdir. 06.01.2017-ci il tarixli 04-k nömrəli əmrlə Əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı və qəza-bərpa sahəsinin rəis müavini vəzifəsini təyin edilmişdir. 30.08.2019-cu il tarixli 201-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmişdir. 02.09.2019-cu il tarixli 325-k nömrəli əmrlə bağlanmış əmək müqaviləsinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 03.12.2019-cu il tarixli 443-k nömrəli əmrlə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 9-cu dərəcə ilə Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. 02.06.2021-ci il tarixli 67-k nömrəli əmrlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qaytarması ilə əlaqədar olaraq xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli 201/k №-li əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı- Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəis müavini ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Republikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə 30.08.2019cu tarixdən ləğv edilməsi və 04.01.2010-cu il tarixdən 30.08.2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 290 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Mingəçevir Sukanal” İdarəsinin 529 №-li əmək müqaviləsindən görünür ki, orta ixtisas təhsilli- X6 texnikumu-texnik inşaatçı İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə sahə rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndindən görünür ki, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi əsasında onların qarşılıqlı razlığı ilə 02 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixinədək 3 (üç) ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsinin 03.12.2019-cu il tarixli 529/D-2-li saylı 02.09.2019-cu il tarixdə bağlanmış 529 №-li əmək müqaviləsinə dəyişiklikdən görünür ki, işəgötürən-işçilərlə ƏM-ni bağlamaq, xitam vermək yaxud onun şərtlərini dəyişmək səlahiyyəti verilmiş "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin rəisi X2 və işçi "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin sitisamrı sahəsinin rəis müavini İddiaçı ilə 02.09.2019-cu il tarixində bağlanmış 529 №-li ƏM-nə aşağıdaki dəyişikliklər olunması üçün razılığa gəlirlər. ƏM-nin 1.2-ci bəndində “işçi "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə sahə rəisinin müavini vəzifəsinə işə qəbul edilir” cümləsi “işçi "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 9-cu dərəcə ilə usta vəzifəsinə işə qəbul edilir” cümləsi ilə əvəz edilmişdir. ƏM-nin 4.1-ci bəndində “İşçiyə hər ay 765.00 manat məbləğində əmək haqqı ödənilir” cümləsi “İşçiyə hər ay 560.00 manat məbləğində əmək haqqı ödənilir” cümləsi ilə əvəz edilmişdir. ƏM-nin 4.2-ci bəndində “Əmək haqqı 765.00 manat məbləğində vəzifə (taarif) maaşından” cümləsi “Əmək haqqı 560.00 manat məbləğində vəzifə (taarif) maaşından” cümləsi ilə əvəz edilmişdir. Dəyişiklik 03.12.2019-cu il tarixindən qüvvəyə minir və bu əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. 24 may 2021-ci il tarixli Aktdan görünür ki, "xxxx" ASC "xxxx" MMC-nin “Mingəçevir Sukanal” İdarəsinin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası İddiaçı ilə “Mingəçevir Sukanal” İdarəsi arasında bağlanmış əmək müqaviləsinin müddəti 02.06.2021-ci il tarixində bitir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən işçi X4 ilə bağılanmış əmək müqaviləsi 02.06.2021-ci il tarixdən ləğv ediləcəkdir. Bununla bağlı qanunvericiliyin tələbinə uyğun olaraq 24 may 2021-ci il tarixli 01-01/2-01/3-13-238 nömrə ilə qeydiyyata alınmış xəbərdarlıq təqdim edilmişdir. 24 may 2021-ci il tarixli, 01-01/2-01/3-13-238 nömrə ilə qeydiyyata alınmış xəbərdarlıqla onunla bağlanmış əmək müqaviləsinə 02.06.2021-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. Əmək Müqaviləsindən görünür ki, orta-ixtisas texniki-inşaatçı, X6 Texnikumu təhsilli İddiaçı Tullantı sularının, təmizləyici qurğularının istismarı və qəza-bərpa sahəsinə sahə rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsinin 02 iyun 2021-ci il tarixli 67-k nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, İddiaçı – Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq 02.06.2021-ci il tarixdən xitam verilməsi və 02.09.2020-ci il tarixdən – 02.06.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 23 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsi Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsi Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 saylı qətnaməsini cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. İşin gerçək hallarından görünür ki, İddiaçı 30 sentyabr 1992-ci ildən Kanalizasiya İdarəsinin PETS-nə elektrik avadanlıqlarıüzrə usta vəzifəsinə təyin olunmuşdur. 01 mart 1994-cü ildən aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Sonradan Mingəçevir şəhər İcra Hakimiyyətinin 24 mart 1996-cı il tarixli Sərəncamına əsasən Kanalizasiya İdarəsinin ləğv edilməsi ilə əlaqədar 01 aprel 1996-cı il tarixdən İKT-nın İstehsalat Biriliyinin kanalizasiya sahəsi üzrə böyük mexanik, daha sonra baş mexanik vəzifəsinə təyin olunmuşdur. 01 dekabr 1999-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin 164 saylı 24.10.1999-cu il tarixli əmrinə əsasən “Su- Kanalizasiya” İdarəsinə keçirilmişdir. 01 dekabr 1999-cu ildə “Su-kanal müəssisəsinə köçürmə yolu ilə baş mexanik vəzifəsinə təyin olunmuşdur. 03 mart 2000-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MKTK-nın 193 saylı 23.12.1999-cu il tarixli əmrinə əsasən “kanalizasiya” idarəsinə keçirilmiş və həmin tarixli əmrlə köçürülmə yolu ilə baş mexanik vəzifəsinə keçirilmiş, 04 yanvar 2002-ci ildə isə Kanalizasiya idarəsinin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. Həmin tarixdə Su-kanalizasiya Təsərrüfatı İdarəsinin çilingər sahəsinə sahə rəisi və başqa vəzifələrdə çalışmışdır. 01 yanvar 2014-cü ildən isə Mingəçevir Su-kanal İdarəsi "xxxx" ASC-nin birbaşa tabeliyinə verildiyindən həmin tarixdən Sukanalizasiya şəbəkələrinin və qurğularının istismarı sahəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir. 01 noyabr 2016-cı il tarixdə "xxxx" ASCnin əmrinə əsasən Mingəçevir Su-Kanal İdarəsi Cəmiyyətin strukturundan çıxarılaraq Birləşmiş Sukanal MMC-nin tərkibinə daxil edildiyindən 01 yanvar 2017-ci ildən əmək müqaviləsində edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı və qəza-bərpa sahəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin yay aylarında idarəyə Maarif Məmmədov adlı şəxs rəis təyin edilmişdir. Maarif Məmmədov rəis təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişlər ki, idarədə struktur dəyişikliyi olur, bununla əlaqədar hər kəs işdən azad olunub, yeni idarə ilə əmək müqaviləsi bağlayacaqlar. 02 sentyabr 2019-cu ildə idarə rəhbərliyi ilə onun arasında, o cümlədən digər işçilərlə əmək müqaviləsi bağlanmış, işçilərə bildirmişlər ki, əvvəlki idarə ləğv olunduğundan onlara son haqq-hesab ödəniləcəkdir və həmin son haqq-hesabı da o, 2019-cu ilin sentyabr ayında almışdır. 03 dekabr 2019-cu ildə isə işəgötürən onun vəzifəsinin usta vəzifəsinə keçirilməsi barədə ondan ərizə almış və 9-cu dərəcə ilə usta vəzifəsinə təyin edilmişdir. Lakin bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qaytarması ilə əlaqədar olaraq 02.06.2021-ci il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı işdən çıxarılmasının heç bir əsası yoxdur. Onun işdən çıxarılması barədə Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş əmr yuxarıda qeyd olunan əsaslara görə qanunsuz qəbul olunmuşdur. İddiaçı işdən azad olunmasının hər hansı əsası olması əmri verən Mingəçevir Sukanal İdarəsi tərəfindən sübut olunmadı. Bundan əlavə iş materiallarında olan tərəflər arasında bağlanmış 529 saylı əmək müqaviləsindən də görünür ki, müqavilənin nəticə hissəsində imza İddiaçı tərəfindən icra olunsa da qanuna və kargüzarlıq haqqında təlimata əsasən müqavilənin digər səhifələri imzalanmamışdır. Halbu ki, bir neçə səhifədən ibarət olan müqavilənin hər səhifəsi müqavilə bağlayanlar tərəfindən imzalanmalı və ya qanuna müvafiq olaraq tikilməli olduğu halda yalnız sonuncu vərəq imzalanmışdır. 529 saylı müqavilədə sözügedən müqavilənin müddətli olması qeyd olunmuş vərəq iddiaçı tərəfindən imzalanmamışdır. Bu hal isə öz növbəsində müqavilənin əsassız və işçinin hüquqlarının pozulması və aldatma nəticəsində bağlanmasını ehtimal etməyə zəmin yaradır. Bunun əksini təsdiq edən mötəbər sübutlar isə işə götürən təşkilatın yəni cavabdehin nümayəndəsi tərəfindən sübut oluna bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabliyində olan "xxxx" Məhmud Məsuliyyətli Cəmiyyətinin “Mingəçevir Sukanal” İdarəsi “əmək müaviləsinə xitam verilməsinə dair” əmri çıxarakən Əmək Məcəlləsinin müvafiq maddələrində göstərilmiş prosedur qaydalarını ciddi şəkildə pozmuşdur. Belə ki, əmr verilməzdən əvvəl əmək müqaviləsinə xitam verilməsi məsələsinə dair Həmkarlar İttifaqının iclası keçirilməli həmin iclasın sonunda müvafiq protokol tərtib olunmalı və Həmkarlar İttifaqının sədri əmək müaviləsinə xitam verilməsinə razı olub-olmadığını cavab məktubu ilə həmin müəssisənin rəhbərinə bildirməli idi. Bundan əlavə İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərə aid olubolmamağı araşdırılmamışdır. İş materiallarından da görünür ki, həmin qaydaların heç birinə əməl edilməmiş, işçinin 28 illik əmək stajı nəzərə alınmamışdır. Ona görə də məhkəmə iddianı tam əsaslı hesab edir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 12-ci maddəsinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fizikişəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 14-cü maddəsində yazılmışdır ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşin halından görünür ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi İddiaçı hazırki vaxta kimi işlədiyi vəzifədə və cavabdeh olan müəssisədə uzun illərdir ki, işləyir. Onun əvvəllər və hazırda tutduğu vəzifə daimi xarakter daşımışdır. İddiaçının planlı şəkildə daimi işdən azad olunaraq 3 aylıq müddətli müqavilə əsasında işə qəbul olunması İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Qanunun müəyyən etdiyi bu şərt işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən X3 02 iyun 1982-ci il tarixdə qəbul etdiyi “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı Tövsiyəsində də nəzərdə tutulmuşdur və əmək hüquqlarının müdafiəsi sahəsində təməl hüquqi təminatlardan biridir. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddədə deyilir ki, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Qeyd olunan qanun normasının tələbi ondan ibarətdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilməklə bağlanmasına yol verilmir. Bu qaydadan istisna halı kimi yalnız həmin Məcəllənin 47-ci maddəsində sadalanan hallar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 78-ci maddəsinə əsasən İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər:

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 288-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinin şərtlərinin tətbiq edilməsi məsələlərinin tənzimlənməsi zamanı yaranan fərdi əmək münasibətlərinin həlli həmin Məcəllə ilə nizama salınır. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, “İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” Göründüyü kimi, iddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Bundan başqa kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyator 29.08.2019-cu il tarixində iddiaçının könüllü olaraq ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il tarixdə ləğv olunmasını xahiş etməsini əsaslandıra bilməmişdir. Kollegiya iddiaçının uzun müddət bir müəssiədə müddətsiz qaydada işləyərkən birdən-birə yeganə qazanc yerinin itirilməsinə səbəb ola biləcək işdən azad olunma barədə ərizə yazmasını inandırıcı hesab etmir. Belə ki, iddiaçı işdən azad olunma barədə ərizə yazdıqdan sonra onunla yeni əmək müqaviləsi bağlanmaya da bilərdi. Burdan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçını yeni qısa müddətli əmək müqaviləsi bağlamağa məcbur etməklə onun konstitusion hüququnu pozmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(051)-1313/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar