Məhkəmə qərarları › İş №2(107)-1849/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1849/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1849/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, Cavabdeh-Cavabdeh1 nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(051)- 862/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(051)-862/2021 nömrəli (hakim Ələkbər Hüseynov) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A saylı mənzilinə köçürülsün və evə giriş açarları cavabdehlər Cavabdeh1 və X5 alınaraq İddiaçı verilməsi qət edilmişdir. işin faktiki halları: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X8 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinə onun köçürülməsi, evə giriş açarlarının cavabdehlər Cavabdeh1 Bəydulla oğlu və X5 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsin iclasında İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 117 kv.metr fərdi yaşayış evinin 81.97 kv.metr hissəsi və 0.06 ha torpaq sahəsi atası X1, 35.03 kv.metr yaşayış evi əmisi X2 adına olmuşdur. Atasından qalan torpaq sahəsi və 81.97 kv.metr yaşayış evi vərəsəlik qaydasında onun adına keçmişdir. Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A ünvanda yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış evi əmisi X2 adına olmuşdur. O, 07 noyabr 2014-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra evində yalnız arvadı X6 yaşamışdır. Ərindən qalan 35.03 kv.metr sahədən ibarət yaşayış evindən ibarət mirası qəbul edən Lətifə Niftəliyeva əmlakı 14 iyul 2018ci ildə ona vəsiyyət etmişdir. Lətifə Niftəliyeva 01 avqust 2018-ci ildə vəfat etmişdir. O vəfat etdikdən sonra miras əmlakı o qəbul etmişdir. Ancaq sonradan onun Cavabdeh1 adlı uşağının olması məlum olmuş, Lətifə Niftəliyevanın özünə məxsus paydan 14 kv.metr onun mülkiyyətinə verilmiş, mülkiyyət hüquqları qeydə alınmışdır. Beydulla Niftəliyevin payı isə açıq saxlanmışdır. Ancaq o həmin evdən istifadə edə bilmir. Cavabdehlər Natiq və Nigar Niftəliyevlər isə onun mülkiyyətində olan evin qapısını bağlamaqla onun mənzildən istifadə etməsinə mane olurlar. Ona görə də Məhkəmədən mərhum X8 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinə onun köçürülməsi, evə giriş açarlarının cavabdehlər Cavabdeh1 Bəydulla oğlu və X5 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsin iclasında iddiaçının vəkili X10 İddiaçı izahatına uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(051)-862/2021 nömrəli qətnaməsinin ləğv edilməsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X11 məhkəmə kollegiyasının iclasına yazılı vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə bağlı mülki iş Mingəçevir Şəhər Məhkəməsinin icraatındadır. Həmin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 anası X6 ölməmişdən əvvəl kəskin beyin-qan dövranının pozğunluğu, beyin körpüsünün işemik tip insultu, sol beyin yarımkürəsi işemik insultdan sonrakı vəziyyəti diaqnozu ilə xəstəlikdən əziyyət çəkmişdir. Elə bunun əsasında da Mingəçevir Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(0521)- 1055/2021 saylı qərardadına əsasən iş üzrə ambulator məhkəmə -psixiatrik ekspertizası keçirilmişdir. Lakin buna baxmayaraq ekspertin rəyi məhkəməyə daxil olmamış və iş üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir. Belə olan halda hazırki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq edən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(051)-862/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-ın çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 117 kv.metr olan yaşayış evi paylı, yəni 95.11 kv.metr İddiaçı, 21.89 kv.metr X3 mülkiyyətindədir. 0.06 ha torpaq sahəsi tam İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MKT İstehsalat Birliyinin 08 may 2019-cu il tarixli Aktından görünür ki, X9 2014-cü ildə vəfat etdikdən sonra ünvan 1 ünvanında mərhumun həyat yoldaşı X6 qeydiyyatda olmaqla yaşamış, oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 qızı, 2 nəvəsi qeydiyyatda olsalar da yaşamamışlar. 06.08.2018-ci ildə X6 vəfat etdikdən sonra da onlar bu evdə yaşamamışlar. Qonşuların təsdiqinə görə evə Niftəliyev Beydullanın qardaşı qızı İddiaçı baxırmış. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mənzilin paylı sahibi kimi ilə eyni hüquqlara malik olduğundan onun həmin mənzilə köçürülməsi tələbi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Apelyasiya instansiya məhkəməsi aşağıda sadalanan maddi hüquq normalarına istinad olunmasını məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 33 və 34-cü maddələrinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyasının tədqiqi zamanı müəyyən edildi ki, mübahisəli Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A saylı mənzil iddiaçı və cavabden X2 paylı mülkiyyətindədir. İddiaçı cavabdehlər gələnə qədər evin bütün təsərrüfatını özü idarə etmiş, lakin iddiaçı tərəf öz mülkiyyətində olan evə qayıtmaq və orada yaşamaq istəsə də cavabdehlərin maneəsi və qəsdi ilə qarşılaşmışdır ki, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçının yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunmadığına görə о, yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını öz mülkiyyətində olan evdən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində qalmışdır. Kollegiya həmçinin qeyd edir ki, bu həm də onun mülkiyyət hüququndan irəli gələn konstitusion hüquqdur. Bundan başşqa məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin İddiaçı Mingəçevir şəhəri Nəsimi küçəsi ev 3A saylı mənzilə olan payının müəyyən edilməsinə əsas olan vəsiyyətnamənin etibarsızlığı barədə mülki işə baxılanadək icraatın dayandırılması ilə fikirləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 117 kv.metr olan yaşayış evi paylı, yəni 95.11 kv.metr İddiaçı, 21.89 kv.metr X3 mülkiyyətindədir. 0.06 ha torpaq sahəsi tam İddiaçı mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin mənasına əsasən vəsiyyətnamənin etibarsızlığına hüquqi müstəvidə qiymət verildikdən və İddiaçı verilmiş reyestrin qeyri-dəqiqliyi sübuta yetirildikdən sonra cavabdehlər iddiaçıya qarşı bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi ilə məhkəməyə müraciət edə bilərlər. Hazırki mərhələdə icraatın dayandırılması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz mülkiyyətində olan mənzilə köçüb yaşamaq istəyinə dair cavabdeh tərəfin etirazı və bununla bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kоllegiyаsı həmçinin hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və sadalanan qanunvericilik aktlarına istinadən hesab edir ki, iddiaçının paylı mülkiyyət hüququ ilə özünə məxsus olan mənzilə köçürülmə tələbinə dair iddiası əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçının apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(051)-862/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar