Məhkəmə qərarları › İş №2(107)-185/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-185/2023

09.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-185/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə və X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə və X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-585/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə və X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyev tərəfindən onun barəsində verilmiş 01 mart 2022-ci il tarixli 052/ü saylı əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin X16 Qoruğuna mühafizə yegeri vəzifəsinə işə bərpa olunması və 01 mart 2022-ci il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. 1999-cu ildən X16 Qoruğunun “Axkimal” sahəsinin 02 saylı dolayısında meşə gözətçisi (yegeri) vəzifəsində işləmişdir. İşlədiyi müddətdə mühafizə yegeri kimi cinayətkarlıq və digər hüquqpozmalarla bağlı sərt mübarizə aparmışdır. İşlədiyi müddətdə dəfələrlə təltif olunmuş, narkotik vasitələrin kultivasiyası ilə mübarizədə hər zaman öndə olmuşdur. Bununla bağlı çoxlu faktlar vermişdir. Axtarışda olan cinayət törədən şəxsin Qoruq ərazisində gizləndiyinə görə yaxalayaraq hüquq mühafizə orqanlarına təhvil vermişdir. İşini vicdanla və ləyaqətlə yerinə yetirmişdir. Əmək funksiyasında nəzərdə tutulmadığı halda belə cinayətkarlıq və digər hüquqpozmalarla bağlı mübarizə aparmışdır. 23 ilə yaxındır ki, bu sahədə çalışır. Heç vaxt işlədiyi müddətdə inzibati tənbeh almamışdır. Heç bir narkotik vasitə qəbul etməmiş, heç bir vaxt narkotik tərkibli bitkilər əkməmiş, ya da kiməsə əkməyə icazə verməmişdir. 2019-cu ilin may ayının əvvəllərində X16 Qoruğunun 1 saylı dolayında torpaq sahəsi özbaşına zəbt olunaraq orada narkotik tərkibli bitkilər əkilib becərdilməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumatı dəqiqləşdirmək üçün iş yoldaşları Rasim Dibirov və Yaşar Nəsibovla birlikdə 2019-cu ilin may ayının ortalarında qeyd olunan əraziyə yollanıb oraya baxış keçirmiş, baxış zamanı həmin ərazidə iş yoldaşı, X16 X10 yegeri X11 rayonu Gərəkli kənd sakini Eldar adlı şəxslə birlikdə qeyd olunan yerdə 500 ədəddən artıq narkotik tərkibli əkilib becərdilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkilərinin becrədiklərinin şahidi olmuş, həmin vaxt iş yoldaşı Mehmana narkotik vasitə olan bitkini tez bir zamanda onun dolayısından çıxarıb məhv etməsə, bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyini bildirmiş, bir neçə gün sonra yenidən həmin əraziyə getdikdə orada əkilmiş çətənə bitkilərinin kökündən çıxarıldığı məlum olmuş, bunun ictimai təhlükəliliyi aradan qaldırıldığından başqa heç kimə məlumat verməmişdir. Bundan başqa 2019-cu ilin iyun ayının əvvəllərində yegerlik etdiyi ərazidə xidmət apararkən Elvin Süleymanov, Rəsul İsmayılov və Elşən Hacıyev ilə iş yoldaşı Zülfüqar Xəlilovun narkotik vasitə olan çətənə bitkilərinin əkildiyini aşkar etmiş, iş yoldaşı olan Zülfüqar Xəlilova həmin ərazidə əkilən narkotikin məhv edilməsini tələb etmiş, o da bunu mütləq edəcəyini, lakin bu barədə heç yerə məlumat verməməsini xahiş etmişdir. Bir müddət sonra isə həmin ərazidə əkilən narkotik vasitələrin əkilməsində təqsirli olan şəxslər tutulmuşdur. Yuxarıda qeyd etdiyi cinayət işləri üzrə cinayətin açılmasında, təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasında meşə gözətçisi kimi fəal iştirak etmişdir. Lakin cinayət işləri üzrə onun da iştirakı istintaq orqanında şübhə doğurduğundan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, təxminən yeddi aydan artıq müddətdə həbsdə saxlanılmışdır. Həmin cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar iş üzrə toplanmış sənədlərlə sübuta yetirilməmiş, buna görə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, barəsində başqa qətimkan tədbiri seçilmişdir. O cümlədən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi sübuta yetirilmədiyindən və əməlində Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarda hissəvi xitam verilmişdir. Barəsində isə Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətlərinin olması əsası ilə cinayət işi ayrılaraq Balakən rayon prokurorluğuna göndərilmişdir. Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 04 noyabr 2021ci il tarixli ********* nömrəli qərarı ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Barəsində istintaq aparıldığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 və Xüsusi Mühafizə olunan təbiət ərazilərinin İnkişafı Departamentinin 18 noyabr 2019-cu il tarixli 195/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin C) bəndinə əsasən işdən kənar edilmişdir. Həbsdən azad olunduqdan sonra müxtəlif vaxtlarda işə qayıtması ilə bağlı müdiriyyətə müraciətlər etmişdir. X16 Qoruğunun keçmiş direktoru Ramazan Çuxullayev ona 30 iyun 2021-ci il tarixli 193 nömrəli xəbərdarlıq məktubu göndərmiş və qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların fəaliyyətində səmərəliliyin yüksəldilməsi, fəaliyyət istiqamətləri üzrə xərc komponentlərinin optimallaşdırıİması məqsədilə tutduğu stat ixtisar ediləcəkdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq edilir ki, onunla bağlanmış əmək müqaviləsi Məcəllənin 70-cı maddəsinin "b" bəndinə əsasən ixtisar ediləcəkdir. Bundan sonra işə qayıtması ilə bağlı dəfələrlə cavabdeh orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. X16 Qoruğunun direktoru Cavanşir Hacıxanov ona 07 fevral 2022-ci il tarixli 31 nömrəli məktub ünvanlayaraq göstərmişdir ki, sizin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubunuz aidiyyəti üzrə Bioloji Müxtəliİliyin Qorunması Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin birinci hissəsinin tələblərini nəzərə alaraq bildiririk ki, sizin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi məsələsinə X16 Qoruğunun idarə binasında xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçiriləcək X4 iclasında baxılacaqdır. Həmin məktubun mahiyyəti qüsurlu olduğuna görə bunu dəqiqləşdirmək üçün Qoruğun inzibati binasına gedərək məktubda yazılanları öyrənmək istəmişdir. Ona ünvanlanmış həmin məktubda qeyd edilir ki, sizin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubunuz aidiyyəti üzrə Bioloji Müxtəliİliyin Qorunması Xidmətində baxılmışdır. Lakin o, belə tarixli və nömrəli məktub yazmamışdır. Məktubda sonra qeyd edilir ki, sizin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi məsələsinə X16 Qoruğunun idarə binasında baxılacaqdır. Onun müraciəti isə işə qayıtması ilə bağlı olmuşdur. O, belə bir nəticəyə gəlmişdir ki, X16 Qoruğunun rəhbərliyi heç bir halda onun işdə qalmağında maraqlı deyil və qərəzli olaraq onu işdən azad etdirmək istəyir. Belə ki, X16 Qoruğunun keçmiş direktoru Ramazan Çuxullayev ona 30 iyun 2021-ci il tarixli 193 nömrəli xəbərdarlıq məktubu, eyni zamanda X16 Qoruğunun direktoru Cavanşir Hacıxanov ona ünvanladığı 07 fevral 2022-ci il tarixli 31 nömrəli məktubunda göstərilənlər bunu deməyə tam əsas verir. 14 fevral 2022-ci il tarixdə X16 Qoruğunun direktoru Cavanşir Hacıxanovun sifarişi ilə formal olaraq X16 Qoruğunun Həmkarlar ittifaqının iclası keçirilmiş, həmin iclasda iştirak edən iş yoldaşları iclasda onun işlədiyi müddətdə olan xidmətlərini nəzərə almaqla işə qayıtmasına etiraz etməmişlər. İclasın nəticəsi isə ona elan olunmamışdır. Sonradan vəkil sorğusu əsasında alınmış sənədlərdən aydın olur ki, həmin iclasda 5 nəfər heyət üzvü arasında səsvermə keçirilmiş və əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıqlarını bildirmişlər. Sonradan ona məlum oldu ki, X16 Qoruğunun direktoru Cavanşir Hacıxanov X3 Xidmətinin rəisinə 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubla müraciət edərək cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Eyni zamanda həmin məktubda Qoruğun direktoru onu ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, həmin məktubda qeyd edir ki, guya istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı mühafizə etdiyi Axkimal sahəsinin 2 saylı dolayında təxminən 15x20 metr ərazidə 70-80 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkildiyini aşkar etmiş və həmin bitkilərə qulluq edərkən Gərəkli kənd sakinləri Elvin, Elşən, Rəsul və Elçini iş başında yaxalasa da, bu barədə Qoruğun rəhbərliyinə və hüquq mühafizə orqanlarına heç bir məlumat verməmiş və baş verənlərə göz yummasına görə Kamil Həsənov adlı şəxsdən 200 manat pul almışdır. Belə bir fakt doğru deyil və Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 04 noyabr 2021-ci il tarixli ********* nömrəli qərarında müəyyən edilməmişdir. O, baş verənlərə göz yummağına görə Kamil Həsənov adlı şəxsdən 200 manat pul almamışdır. Bu məsələ qoruğun direktorunun ona qarşı şəxsi və qərəzli mülahizələridir. Bu hərəkətlər onun şərəf və ləyaqətini ləkələmək, işgüzar nüfuzuna xələl gətirmək və onu işdən azad etdirmək məqsədi daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmri ilə əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə X16 Qoruğunun mühafizə yegeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 01 mart 2022-ci il tarixdən xitam verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 62.4-cü, 70-ci maddəsinin ç bəndinin, 71.2-ci, 71.3cü, 72-ci maddəsinin f bəndinin, 76.2-ci, 80.2-ci, 186-cı, 187.1, 187.2, 187.3- cü, 189.4cü, 300.1 -ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərilir: Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Cavabdeh orqan iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin əsaslarını təşkil edən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsinə gəlmişdir. Lakin işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyaları nəzərdə tutulmadığından, iddiaçı əsassız olaraq əmək funksiyalarını yerinə yetirməməsi əsası ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilir: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsində göstərilir: Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əgər tərkibində narkotik maddə olan yabanı halda bitən və ya qanunsuz əkilən bitkilərin məhv edilməsi əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliyi kimi müəyyən edilmişdirsə, o, barəsində olan cinayət işi üzrə tərkibində narkotik maddə olan yabanı halda bitən və ya qanunsuz əkilən bitkilərin məhv edilməsini və ya başqa cür aradan qaldırılmasını təmin etmişdir. Tərkibində narkotik maddə olan yabanı halda bitən və ya qanunsuz əkilən bitkilərin kim tərəfindən əkilməsinin müəyyən edilməsi isə onun yox, hüquq mühafizə orqanlarının işidir. Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 04 noyabr 2021 -ci il tarixli ********* nömrəli qərarından da görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər X13 və X5 qabaqcadan əlbir olub qrup təşkil edərək tərkibində narkotik maddə olan narkotik bitkilərin əkildiyi yeri müəyyən etmiş və qısa müddət ərzində həmin bitkilərin məhv edilməsini onlardan tələb etmişdir. Həmin bitkilər qısa müddət ərzində onun mühafizəsində olan dolayıdan çıxarılmışdır. ********* saylı cinayət işi üzrə isə tərkibində narkotik maddə olan narkotik bitkilərin əkildiyi yeri müəyyən etmiş, oranı qanunsuz mühafizə edən şəxslərə qısa müddət ərzində həmin bitkilərin məhv edilməsini onlardan tələb etmişdir. Bir neçə gün sonra isə polis orqanında araşdırma aparılarkən həmin cinayətin açılmasında fəal iştirak edərək təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmuşdur. Lakin işlədiyi X16 Qoruğunun rəhbərliyi onun hərəkətlərini qəbul etməmiş və hər vasitə ilə işinə xitam verməyə çalışmışdır. Qeyd etdiklərinə əsaslanaraq hesab edir ki, o, əmək funksiyanı və ya əmək müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci və 71.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrində əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsini və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X4 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 14 fevral 2022-ci il tarixdə X16 Qoruğunun direktoru Cavanşir Hacıxanovun sifarişi ilə formal olaraq X16 Qoruğunun Həmkarlar ittifaqının iclası keçirilmiş, həmin iclasda iştirak edən iş yoldaşları iclasda onun işlədiyi müddətdə olan xidmətlərini nəzərə almaqla işə qayıtmağına etiraz etməmişlər. İclasın nəticəsi isə ona elan olunmamışdır. Cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi işçinin barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndində göstərilən intizam tənbehi verilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ bəndində göstərilir: hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. O cümlədən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İddiaçı barəsində ittihaedici hökm çıxarılmadığı halda, hər hansı bir cinayətin törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.4-cü maddəsində göstərilir: intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrində şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan məlumatlar göstərilmişdir. X16 Qoruğunun müdiriyyəti hər vasitə ilə onunla bağlanmış müqaviləyə xitam verilməkdə maraqlı olmaqla qərəzli olaraq onu işdən çıxarılmasına can atmışlar. 15 aprel 2022-ci il tarixdə Zaqatala şəhərində mediator qismində təyin edilmiş X9 tərəfindən mediasiya sessiyası keçirilmiş, bu barədə tərəflərə əvvəlcədən məlumat verilmiş, lakin cavabdeh öz nümayəndəsi vasitəsi ilə təmsil olmaqdan imtina etmiş, buna görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yuxarıda qeyd etdiklərini və hazırda qüvvədə olan qanunvercilik aktlarına əsaslanaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyev tərəfindən onun barəsində verilmiş 01 mart 2022-ci il tarixli 052/ü saylı əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin X16 Qoruğuna mühafizə yegeri vəzifəsinə işə bərpa olunması və 01 mart 2022-ci il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmaısnı xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(033)-585/2022 saylı (hakim V.Məmmədov) qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə və X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun və mediasiyaya dair xərcin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Belə ki, iddiaçı cinayət işləri üzrə cinayətin açılmasında, təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasında meşə gözətçisi kimi fəal iştirak etdiyini iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində qeyd olunanlarla isə müəyyən edilmişdir ki, iddiaçı meşə gözətçisi (yegeri) vəzifəsini icra etdiyi X16 Qoruğunun “Axkimal” sahəsinin 02 saylı dolayında, iş vaxtı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq xeyli miqdarda kultivasiyasını və bu işləri icra etmiş şəxsləri aşkar etsə də, bildiyi cinayət barəsində xəbər verməmişdir. Cinayət faktı Balakən Rayon polis şöbəsi tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 2019-cu ilin sentyabr ayında aşkar edilmişdir. Faktla bağlı cinayət işi başlanılmış və 18 noyabr 2019-cu il tarixli əmrlə iddiaçı cinayət işinin istintaqının aparıldığı müddətdə işdən kənarlaşdırılmışdır. 20 may 2020-ci il tarixli qərarla iddiaçının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə tövsif edilmişdir. 04 noyabr 2021ci il tarixli qərarla isə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı onun barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Həmkarlar İttifaqı 14 fevral 2022-ci il tarixli iclas qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və 01 mart 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericilik intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan etməklə yanaşı, cinayət işi üzrə icraatı bu müddətə daxil etməmişdir. Odur ki, işəgötürən 01 mart 2022-ci il tarixli əmri, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsi barədə 04 noyabr 2021-ci il tarixli qərarın qəbul edilməsindən 3 ay 24 gün sonra verərkən, intizam tənbehinin verilməsi müddətini pozmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, X16 Qoruğu işəgötürən olmadığından və mübahisəli əmr onun tərəfindən verilmədiyindən iddia tələbi ona münasibətdə ümumiyyətlə əsassızdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsi törəmə tələb olaraq iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan, iddiaçı isə iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verdiyindən, bu əməl qoruğu təyinatına uyğun idarə edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin mənafeyinə zidd olduğundan, sonuncu onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından, X16 Qoruğu iddiaya cavab verməli olmayan şəxs olduğundan iddia tələbi bütövlükdə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Belə ki, iddiaçı cinayət işləri üzrə cinayətin açılmasında, təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasında meşə gözətçisi kimi fəal iştirak etdiyini iddia etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində qeyd olunanlarla isə müəyyən edilmişdir ki, iddiaçı meşə gözətçisi (yegeri) vəzifəsini icra etdiyi X16 Qoruğunun “Axkimal” sahəsinin 02 saylı dolayında, iş vaxtı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq xeyli miqdarda kultivasiyasını və bu işləri icra etmiş şəxsləri aşkar etsə də, bildiyi cinayət barəsində xəbər verməmişdir. Cinayət faktı Balakən Rayon polis şöbəsi tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 2019-cu ilin sentyabr ayında aşkar edilmişdir. Faktla bağlı cinayət işi başlanılmış və 18 noyabr 2019-cu il tarixli əmrlə iddiaçı cinayət işinin istintaqının aparıldığı müddətdə işdən kənarlaşdırılmışdır. 20 may 2020-ci il tarixli qərarla iddiaçının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə tövsif edilmişdir. 04 noyabr 2021ci il tarixli qərarla isə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı onun barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Həmkarlar İttifaqı 14 fevral 2022-ci il tarixli iclas qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və 01 mart 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericilik intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan etməklə yanaşı, cinayət işi üzrə icraatı bu müddətə daxil etməmişdir. Odur ki, işəgötürən 01 mart 2022-ci il tarixli əmri, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsi barədə 04 noyabr 2021-ci il tarixli qərarın qəbul edilməsindən 3 ay 24 gün sonra verərkən, intizam tənbehinin verilməsi müddətini pozmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, X16 Qoruğu işəgötürən olmadığından və mübahisəli əmr onun tərəfindən verilmədiyindən iddia tələbi ona münasibətdə ümumiyyətlə əsassızdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsi törəmə tələb olaraq iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan, iddiaçı isə iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verdiyindən, bu əməl qoruğu təyinatına uyğun idarə edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin mənafeyinə zidd olduğundan, sonuncu onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından, X16 Qoruğu iddiaya cavab verməli olmayan şəxs olduğundan iddia tələbi bütövlükdə rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya dair xərc iddiaçının özünə aid edilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi, 42-ci maddəsinin 2-ci hissəsi, 62-ci maddəsinin 4-cü hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “f” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 1-ci hissəsi, 80-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərar, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 1999-cu ildən X16 Qoruğunun “Axkimal” sahəsinin 02 saylı dolayısında meşə gözətçisi (yegeri) vəzifəsində işləmiş, işlədiyi müddətdə mühafizə yegeri kimi cinayətkarlıq və digər hüquqpozmalarla bağlı sərt mübarizə aparmış, dəfələrlə təltif olunmuş, narkotik vasitələrin kultivasiyası ilə mübarizədə hər zaman öndə olmuş, bununla bağlı çoxlu faktlar vermiş, axtarışda olan cinayət törədən şəxsin qoruq ərazisində gizləndiyinə görə yaxalayaraq hüquq mühafizə orqanlarına təhvil vermiş, işini vicdanla və ləyaqətlə yerinə yetirmiş, əmək funksiyasında nəzərdə tutulmadığı halda belə cinayətkarlıq və digər hüquqpozmalarla bağlı mübarizə aparmışdır. 23 ilə yaxındır ki, bu sahədə çalışmışmış, heç vaxt işlədiyi müddətdə inzibati tənbeh almamış, heç vaxt narkotik vasitə qəbul etməmiş, heç bir vaxt narkotik tərkibli bitkilər əkməmiş, ya da kiməsə əkməyə icazə verməmişdir. 2019-cu ilin may ayının əvvəllərində X16 Qoruğunun 1 saylı dolayında torpaq sahəsi özbaşına zəbt olunaraq orada narkotik tərkibli bitkilər əkilib becərdilməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumatı dəqiqləşdirmək üçün iş yoldaşları Rasim Dibirov və Yaşar Nəsibovla birlikdə 2019-cu ilin may ayının ortalarında qeyd olunan əraziyə yollanıb oraya baxış keçirmiş, baxış zamanı həmin ərazidə iş yoldaşı, X16 X10 yegeri X11 rayonu Gərəkli kənd sakini Eldar adlı şəxslə birlikdə qeyd olunan yerdə 500 ədəddən artıq narkotik tərkibli əkilib becərdilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkilərinin becrədiklərinin şahidi olmuş, həmin vaxt iş yoldaşı Mehmana narkotik vasitə olan bitkini tez bir zamanda onun dolayısından çıxarıb məhv etməsə, bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyini bildirmiş, bir neçə gün sonra yenidən həmin əraziyə getdikdə orada əkilmiş çətənə bitkilərinin kökündən çıxarıldığı məlum olmuş, bunun ictimai təhlükəliliyi aradan qaldırıldığından başqa heç kimə məlumat verməmişdir. Bundan başqa 2019-cu ilin iyun ayının əvvəllərində yegerlik etdiyi ərazidə xidmət apararkən Elvin Süleymanov, Rəsul İsmayılov və Elşən Hacıyev ilə iş yoldaşı Zülfüqar Xəlilovun narkotik vasitə olan çətənə bitkilərinin əkildiyini aşkar etmiş, iş yoldaşı olan Zülfüqar Xəlilova həmin ərazidə əkilən narkotikin məhv edilməsini tələb etmiş, o da bunu mütləq edəcəyini, lakin bu barədə heç yerə məlumat verməməsini xahiş etmişdir. Bir müddət sonra isə həmin ərazidə əkilən narkotik vasitələrin əkilməsində təqsirli olan şəxslər tutulmuşdur. Yuxarıda qeyd etdiyi cinayət işləri üzrə cinayətin açılmasında, təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasında meşə gözətçisi kimi fəal iştirak etmişdir. Lakin cinayət işləri üzrə onun da iştirakı istintaq orqanında şübhə doğurduğundan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, təxminən yeddi aydan artıq müddətdə həbsdə saxlanılmış, həmin cinayət işi üzrə ona Azərbaycan Respublikası CMin 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar iş üzrə toplanmış sənədlərlə sübuta yetirilməmiş, buna görə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, barəsində başqa qətimkan tədbiri seçilmişdir. O cümlədən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməyi sübuta yetirilmədiyindən və əməlində Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən xx.xx.2020ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarda hissəvi xitam verilmiş, barəsində Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətlərinin olması əsası ilə cinayət işi ayrılaraq Balakən rayon prokurorluğuna göndərilmiş, Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 04 noyabr 2021-ci il tarixli ********* nömrəli qərarı ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Barəsində istintaq aparıldığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 və Xüsusi Mühafizə olunan təbiət ərazilərinin İnkişafı Departamentinin 18 noyabr 2019-cu il tarixli 195/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən işdən kənar edilmişdir. Həbsdən azad olunduqdan sonra, eyni zamanda barəsində olan cinayət təqibinə xitam verildikdən sonra müxtəlif vaxtlarda işə qayıtmağı ilə bağlı müdiriyyətə müraciətlər etmişdir. Belə ki, X16 Qoruğunun keçmiş direktoru Ramazan Çuxullayev ona 30 iyun 2021-ci il tarixli 193 nömrəli xəbərdarlıq məktubu göndərmiş və qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların fəaliyyətində səmərəliliyin yüksəldilməsi, fəaliyyət istiqamətləri üzrə xərc komponentlərinin optimallaşdırılması məqsədilə tutduğunuz staj ixtisar ediləcəkdir. 04 noyabr 2021-ci il tarixli ********* nömrəli qərarı ilə barəsində olan cinayət işinin icraatına xitam verildikdən sonra dərhal X16 Qoruğuna əvvəlki işinə qayıtması ilə bağlı ərizə vermiş, lakin X16 Qoruğunun direktoru Cavanşir Hacıxanov ona 07 fevral 2022-ci il tarixli 31 nömrəli məktub ünvanlayaraq göstərmişdir ki, sizin 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubunuz aidiyyəti üzrə Bioloji Müxtəliİliyin Qorunması Xidmətində baxılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin birinci hissəsinin tələblərini nəzərə alaraq bildiririk ki, sizin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi məsələsinə X16 Qoruğunun idarə binasında xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçiriləcək X4 iclasında baxılacaqdır. Sonradan belə bir nəticəyə gəlmişdir ki, X16 Qoruğunun rəhbərliyi heç bir halda onun işdə qalmağımda maraqlı deyillər və qərəzli olaraq onu işdən azad etdirmək istəyirlər. Belə ki, X16 Qoruğunun keçmiş direktoru Ramazan Çuxullayev ona 30 iyun 2021-ci il tarixli 193 nömrəli xəbərdarlıq məktubu, eyni zamanda X16 Qoruğunun direktoru Cavanşir Hacıxanov ona ünvanladığı 07 fevral 2022-ci il tarixli 31 nömrəli məktubunda göstərilənlər bunu deməyə tam əsas verir. 14 fevral 2022-ci il tarixdə X16 Qoruğunun direktoru Cavanşir Hacıxanovun sifarişi ilə formal olaraq X16 Qoruğunun Həmkarlar itifaqının iclası keçirilmiş, həmin iclasda iştirak edən iş yoldaşları iclasda onun işlədiyi müddətdə olan xidmətlərini nəzərə almaqla işə qayıtmağına etiraz etməmişlər. İclasın nəticəsi isə ona elan olunmamışdır. Sonradan vəkil sorğusu əsasında alınmış sənədlərdən aydın olur ki, həmin iclasda 5 nəfər heyət üzvü arasında səsvermə keçirilmiş və əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuma görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıqlarını bildirmişlər. Sonradan ona məlum oldu ki, X16 Qoruğunun direktoru Cavanşir Hacıxanov X3 Xidmətinin rəisinə 2021-ci il 24 dekabr tarixli 413 nömrəli məktubla müraciət edərək cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Eyni zamanda həmin məktubda Qoruğun direktoru onu ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Belə ki, həmin məktubda qeyd edir ki, guya istintaq zamanı müəyyən edilmişdir ki, o, mühafizə etdiyi Axkimal sahəsinin 2 saylı dolayında təxminən 15x20 metr ərazidə 70-80 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkildiyini aşkar etmiş və həmin bitkilərə qulluq edərkən Gərəkli kənd sakinləri Elvin, Elşən, Rəsul və Elçini iş başında yaxalasa da, bu barədə Qoruğun rəhbərliyinə və hüquq mühafizə orqanlarına heç bir məlumat verməmiş və baş verənlərə göz yummasına görə Kamil Həsənov adlı şəxsdən 200 manat pul almışdır. Belə bir fakt doğru deyildir və Balakən rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X6 04 noyabr 2021-ci il tarixli ********* nömrəli qərarında müəyyən edilməmişdir. Bu məsələ qoruğun rəhbərliyinin ona qarşı şəxsi və qərəzli mülahizələridir. Bu hərəkətlər onun şərəf və ləyaqətini ləkələmək, işgüzar nüfuzuna xələl gətirmək və onu işdən azad etdirmək məqsədi daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 62.4-cü, 70-ci maddəsinin ç bəndinin, 71.2-ci, 71.3-cü, 72-ci maddəsinin f bəndinin, 76.2-ci, 80.2-ci, 186cı, 187.1, 187.2, 187.3-cü, 189.4-cü, 300.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh orqan onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin əsaslarını təşkil edən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsinə gəlmişdir. Lakin işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyaları nəzərdə tutulmadığından, o əsassız olaraq əmək funksiyalarını yerinə yetirməməsi əsası ilə işdən azad edilmişdir. Qeyd etdiklərinə əsaslanaraq hesab edir ki, o əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrində əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4cü hissəsini və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsində qanunvericilik intizam tənbehinin verilməsi qaydalarını müddətlərlə məhdudlaşdırmışdır. Belə ki, həmin maddənin 2-ci və 3-cü hissələrində intizam tənbehinin, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilməsi, intizam xətasının törədildiyi gündən isə altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilə bilməməsi qeyd edilmişdir. Hazırki işdən də görünür ki, intizam xətası 2019-cu ilin sentyabr ayında aşkar edilmiş, lakin işəgötürən qanunvericilikdə nəzərədə tutulmuş intizam tənbehi verilməsi müddətlərini nəzərə almadan işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndində göstərilən intizam tənbehi verməklə işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İşəgötürən isə ən pis halda hüquq pozuntusunun aşkar edildiyi vaxtdan altı ay müddətində işçiyə intizam tənbehi verə bilərdi. Eyni zamanda qeyd edilməlidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmrində əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsi ilə yanaşı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi ilə də əsaslandırmışdır. Cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi işçinin barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndində göstərilən intizam tənbehi verilməsi üçün əsas ola bilməz. Beləliklə Zaqatala rayon məhkəməsi işin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(033)-585/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə və X16 Qoruğunun nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin Həmin Məcəlləinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs işəgötürəndir. Həmin Məcəlləinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.Həmin Məcəlləinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Həmin Məcəlləinin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Həmin Məcəlləinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəlləinin 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəlləinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəlləinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X4 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəlləinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(033)-585/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(033)-585/2022 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(033)-585/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 2019-cu ilin iyun ayının əvvəllərində xidmət etdiyi ərazidə xidmət apararkən Elvin Süleymanov, Rəsul İsmayılov və Elşən Hacıyev ilə iş yoldaşı Zülfüqar Xəlilovun narkotik vasitə olan çətənə bitkilərinin əkildiyini aşkar etmiş, iş yoldaşı olan Zülfüqar Xəlilova həmin ərazidə əkilən narkotikin məhv edilməsini tələb etmiş, o da bunu mütləq edəcəyini, lakin bu barədə heç yerə məlumat verməməsini xahiş etmişdir. Bir müddət sonra isə həmin ərazidə əkilən narkotik vasitələrin əkilməsində təqsirli olan şəxslər tutulmuşdur. İddiaçı barəsində Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətlərinin olması əsası ilə cinayət işi ayrılaraq Balakən rayon prokurorluğuna göndərilmişdir. 04 noyabr 2021ci il tarixli ********* nömrəli qərar ilə barəsində olan cinayət işinin icraatına müddət keçdiyinə görə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Barəsində istintaq aparıldığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 və Xüsusi Mühafizə olunan təbiət ərazilərinin İnkişafı Departamentinin 18 noyabr 2019-cu il tarixli 195/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin C) bəndinə əsasən işdən kənar edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin rəisi Firuddin Əliyevin 01 mart 2022-ci il tarixli 052/ü saylı intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında əmri ilə əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə X16 Qoruğunun mühafizə yegeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 01 mart 2022-ci il tarixdən xitam verilmişdir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əksər hüquqlara münasibətdə olduğu kimi, əmək hüququ da mütləq və məhdudlaşdırılmaya məruz qala bilməyən hüquq kimi qəbul edilə bilməz. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini və s. müəyyən edir. Kollegiya şikayətin ilk dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının işlədiyi müəssiənin rəhbərliyinin onun barəsində qərəzli olmasına dair dəlillər əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsindən və mülki işin materiallarından müəyyən edilir ki, iddiaçı sözügedən müəssiədə 23 ilə yaxındır ki, işləyir. Mühafizə etdiyi sahədə narkotik bitkilərinin əkilməsi aşkar edilənə qədər rəhbərliklə hər hansı bir münaqişəsinin olmadığını bildirir. İşdən görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçının müvəqqəti işdən kənarlaşdırılması cinaəyət faktının aşkar edilməsindən sonra baş vermişdir. Eyni zamanda cinayət işi üzrə icraata xitam verilənə qədər iddiaçı ilə cavabdeh təşkilat arasında olan əmək müqaviləsinə xitam verilməmişdir. Yəni şikayət bu hissədə əsassızdr. Daha sonra şikayətin ikinci dəlilində apelyator bildirmişdir ki, sonradan vəkil sorğusu əsasında alınmış sənədlərdən aydın olur ki, həmin iclasda 5 nəfər heyət üzvü arasında səsvermə keçirilmiş və əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuma görə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıqlarını bildirmişlər. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, iş materiallarının 100-cü səhifəsində olan Həmkarlar Təşkilatının 14 fevral tarixli protokolundan görünür ki, 5 nəfər heyət üzvü olmaqla 35 nəfər iştirak etmiş, eyni zamanda iddiçı da həmin iclasda iştirak edərək bildirmişdir ki, “boynuma alıram ki, bu böyük nöqsandır və gələcəkdə təkrar olmasına yol verməyəcəm” deməklə hüquqlarını müdafiə etmişdir. Göründüyü kimi apelyator təqsirini etiraf etmişdir. Ona görə kollegiya hesab edir ki, şikayətini bu dəlilini də əsassızdır. Şikayətin digər dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsində qanunvericilik intizam tənbehinin verilməsi qaydalarını müddətlərlə məhdudlaşdırmışdır. Belə ki, həmin maddənin 2-ci və 3-cü hissələrində intizam tənbehinin, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilməsi, intizam xətasının törədildiyi gündən isə altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilə bilməməsi qeyd edilmişdir. Hazırki işdən də görünür ki, intizam xətası 2019-cu ilin sentyabr ayında aşkar edilmiş, lakin işəgötürən qanunvericilikdə nəzərədə tutulmuş intizam tənbehi verilməsi müddətlərini nəzərə almadan işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndində göstərilən intizam tənbehi verməklə işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İşəgötürən isə ən pis halda hüquq pozuntusunun aşkar edildiyi vaxtdan altı ay müddətində işçiyə intizam tənbehi verə bilərdi. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Cavabdeh təşkilat isə qanunvericiliyin bu müddəasını əsas tutaraq iddiaçını işdən kənarlaşdırmışdır. Bundan sonra 4 noyabr 2021ci il tarixli ********* nömrəli qərar ilə iddiaçının barəsində olan cinayət işinin icraatına müddət keçdiyinə görə bəraətverici əsaslar olmadan xitam verilmiş, cavabdeh təşkilat olan işəgötürən 01 mart 2022-ci il tarixli əmri, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsi barədə 04 noyabr 2021-ci il tarixli qərarın qəbul edilməsindən 3 ay 24 gün sonra əmək müqaviləsinə xitam verərkən, intizam tənbehinin verilməsi müddətini pozmamışdır. Eyni zamanda Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsasən İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Göründüyü kimi şikayətin bu dəlili də əsassızıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(033)-585/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(033)-585/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar