Məhkəmə qərarları › İş №2(107)-1852/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1852/2020

29.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1852/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, üçüncü şəxs Cavabdeh1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-294/2020 saylı qətnaməsindən üçüncü şəxslər Cavabdeh1 və X7 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı X19 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş xx xxxxxx 2013-cü il tarixli 2V-543 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx xxxxxx 2013-cü il tarixli 2V-544 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx xxxx 2019-cu il tarixli 2V-855 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx xxxx 2019-cu il tarixli 2V- 856 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, xx xxxxxx 2013-cü il tarixli 2V-543 və 2V-544 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********81 olan qeydiyyatın ləğv edilməsinə və Zaqatala rayon AİK xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin mərhumlara məxsus hissəsi üzərində Qanun üzrə vərəsəlik huququnun İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, xx xxxx 2019-cu il tarixli 2V-855 və 2V-856 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında DƏDRX-in’ 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixli, 137 nömrəli reyestr kitabının 55-ci vərəqində aparılmış ********** saylı mülkiyyət üzrə (2/1) qeydiyyatın da ləğv edilməsinə dair qətnamə qəbul edilməsini, eyni zamanda ƏMDK yanın DƏDRX-in 18 saylı X25 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X28 də əlavə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-294/2020 saylı qətnаməsi ilə iddia təmin edilmiş Zaqatala rayon AİK xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin X1 və X13 məxsus hissəsi üzərində İddiaçı qanun üzrə vərəsəlik huququnun müəyyən edilməsi, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən X1 və X13 məxsus miras əmlaka dair üçüncü şəxs Cavabdeh1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli 2V-543 və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin Cavabdeh2 və Cavabdeh1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 2V-855 və 2V-856 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi, şəhadətnamələr əsasında X2, X9, Cavabdeh2 və Cavabdeh1 adına xx xxxxxx 2018-ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və Cavabdeh2 və Cavabdeh1 adına xx xxxx 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. Üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onlar h’min miras əmlakları faktiki olaraq qəbul etmilər. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, qətnaməsində qeyd edir ki,"....Həmçinin bu xüsusat Zaqatala Rayon Məhkəməsinin icraatından olaniddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarma, qərəzli hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə keçirilən məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. Göründüyü kimi, X8 və X17 tərəfindən miras qalmış 0,32 ha torpaq sahəsinin bir hissəsindən onların vəfat etdiyi gündən hazıradək İddiaçı istifadə edir." Göründüyü kimi, X8 və X17 tərəfindən miras qalmış 0,32 ha torpaq sahəsinin yerdə qalan hissəsi mərhumların vəfatından sonra onların faktiki istifadəsində olmuşdur. Hazırda da həmin əmlak onların istifadəsindədir. Həmçinin İddiaçı xx xxxxxx 2013-cü il tarixli 2V-543 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx xxxxxx 2013-cü il tarixli 2V-544 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələdirilməsi müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdə olan DNK tərəfindən İddiaçı göndərilmiş x xxxxxx 2013-cü il tarixli məktubdan da göründüyü kimi, İddiaçı xx xxxxxx 2013- cü il tarixli 2V-543 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamənin, xx xxxxxx 2013-cü il tarixli 2V-544 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan 2013-cü ildən məlumatı olmuş, lakin, həmin şəhadətnamələri mübahisələndirməmidşir. X1 və X14 məxsus miras əmlaklardan iş üzrə üçüncü şəxs Cavabdeh2 pay düşməməsi ilə bağlı yanaşması da düzgün olmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-294/2020 saylı qətnаməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 2(033)-294/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan X8 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, onun arvadı X18 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onların İddiaçı, Cavabdeh1, Cavabdeh2, X10, X11 və X12 adlı vərəsələri qalmışdır. JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zaqatala rayon AİK xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə X8, X18 və X3 ümumi birgə mülkiyyətinə 0,32 ha torpaq sahəsi verilmişdir. X8 və X9 vəfatından sonra indiyədək həmin torpaq sahəsindən İddiaçı istifadə etməklə miras qalmış bütün əmlakları faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Buna baxmayaraq Cavabdeh1 həmin torpaq sahəsindən istifadə etməmiş, mirası qəbul etməmişdir. Lakin, xx xxxxxx 2013-cü il tarixdə Zaqatala rayon 2 saylı dövlət notariat kontoruna mərhum atası və anası tərəfindən miras qalmış əmlaka dair vərəsəliyin qəbulu ilə əlaqədar müraciət etmiş, notariat kontoru tərəfindən ona xx xxxxxx 2013-cü il tarixli 2V-543 və 2V544 reyestr nömrəli şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr əsasında ona DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********81 olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında, yəni 1/6 hissə X2, 1/6 hissə X9, 2/6 hissə X3 və qalan 2/6 hissə isə onun mülkiyyətinə verilmişdir. Bundan sonra o və qardaşı X7 DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin mərhum anası X13 düşən hissəsinə dair (1/6 hissə) və mərhum atası X4 düşən hissəsinə dair (1/6 hissə) xx xxxx 2019-cu il tarixli 2V-855 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx xxxx 2019-cu il tarixli 2V-856 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Qeyd olunan vərəsəlik hüquq haqqında şəhadətnamələr əsasında isə onlara DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2019-cu il tarixli, 137 nömrəli reyestr kitabının 55-ci vərəqində aparılmış ********** saylı olan çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında, yəni 1/2 hissə X3 və qalan 1/2 hissə isə onun mülkiyyətinə verilmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1.1, 1159.1.2 və 1159.1.3-cü maddələrinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır.Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlili ilə razılaşmır. Apelyasiya şikayəti əsassızdır. Belə ki, mərhum X8, mərhum X18 və X3 ümumi birgə mülkiyyətinə Zaqatala rayon AİK xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə 0,32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə münasibətdə Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Şəhadətnamələrin məhz Cavabdeh1 verilməsində mərhumun vərəsəsinin Cavabdeh1 ibarət olması barədə Zaqatala rayon İcra Hakimiyyəti “Yuxarı Tala” kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışa və Cavabdeh1 ərizələrinə istinad edilmişdir. Lakin Zaqatala rayon 2 saylı X15 Aydın Ramazan oğlu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə müraciət edərkən mərhum X8 və mərhum X9 övladları İddiaçı barədə heç bir məlumat verməmiş, lakin notarius məhkəmə iclasında digər vərəsə olan İddiaçı Notariat Ofisinə dəvət olunmasını bildirsə də, bunun təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən, tərəflərin izahatlarından İddiaçı miras qoyan xx.xx.2001-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2010-cu il tarixdə vəfat etmiş onun arvadı X9 vərəsəsi olması mübahisəsizdir. Qeyd olunan hallar tərəflərin izahatları və işdə olan sənədlərlə təsdiq edilir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı vərəsə olaraq mirası idarə etməklə miras əmlakı qəbul etmişdir. İddiaçı mirası idarə etməklə mərhum X8 və mərhum X6 mirası vaxtında qəbul etdiyi halda iddiaçıya aid miras əmlakın bütünlükdə Cavabdeh1 və X3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməklə rəsmiləşdirilməsini məhkəmə kollegiyası əsaslı hesab etmir. Bu səbəbdən də onların adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığına dair tələb əsaslıdır. Həmçinin, xx xxxxxx 2018-ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli və xx xxxx 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar da Cavabdeh1 və X5 xx xxxxxx 2013-cü il tarixli 2V-543 və 2V-544 saylı və xx xxxx 2019-cu il tarixli 2V-855 və 2V-856 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmişdir. Etibarlı olmayan xx xxxxxx 2013-cü il tarixli və xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da qanuni sənəd hesab edilə bilməz. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-294/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxslər Cavabdeh1 və X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-294/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar