Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-186/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4 və qeyrilərinin Cavabdeh qarşı “pay torpağa gedən yolun zəbt olunmuş hissəsindən çıxarılma, yol ərazisində çəkilmiş hasarın sökülməsi, əkilmiş ağacların çıxarılması, həmi yolun 8 metr enində açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hasarın sökülməsi, əkilmiş ağacların çıxarılması, ekspertiza, yerli baxış məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı4 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pay torpağa gedən yolun zəbt olunmuş hissəsindən çıxarılma, yol ərazisində çəkilmiş hasarın sökülməsi, əkilmiş ağacların çıxarılması, həmi yolun 8 metr enində açılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-5/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Paşan kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahələrinin qarşısında, üzərinə çəkilmiş çəpərin sökülməsinə, əkilmiş ağacların çıxarılmasına, həmin yolda olan digər maneələrin aradan qaldırılmasına, həmin yolun 8 metr eni olmaqla açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Zaqatala rayonu Paşan kəndində pay torpaqları vardır. Həmin torpaq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. Torpağın sahəsi 0.4911 ha-dır. Həmin torpaq sahəsinə gedən giriş-çıxış yolu cavabdeh tərəfindən zəbt edilərək, yolun təxminən eninə doğru 4 metr hissəsi zəbt olunaraq istifadə olunur, ağaclar əkilib, sərhəd çəpərləri çəkilib və beləliklə həmin yolun eni daralaraq cəmi 4 metr yol saxlanılır. Mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun eni xəritəyə əsasən 8 metr enində olmalıdır. Onlar öz torpaq sahələrinin qarşısından keçən həmin yolu 8 metr eninədək təmizləyib, yol kimi saxlayırlar. Lakin cavabdeh həmin yolun öz pay torpaqlarının qarşısından keçən hissələrini zəbt edərək yolu daraltmışlar. Daralmış yolda isə kənd təsərrüfatı texnikası işləyə bilmir, məsələn, otla yüklənmiş traktor qoşqusu və ya taxıl, qarğıdalı biçən kombayn və yaxud da iki kənd təsərrüfatı texnikası yolun daralmış hissəsində qarşı qarşıya gələrsə onların hərəkəti mümkün olmur. Cavabdehin bu hərəkətləri barədə bələdiyyəyə, İcra Hakimiyyətinə müraciət etmişlər. Lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur və mülkiyyətdə olan torpaq sahəsindən maneəsiz istifadə etmək olmur. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tаrixli, 2(033)-5/2022 saylı, qətnaməsi (hakim T.Həsənov) ilə iddia ərizəsi qismən təmin edilmiş, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunan və onun torpaq sahəsinin qarşısında olan 182 m2 hissəsinin açılması, həmin hissəyə Cavabdeh tərəfindən çəkilmiş çəpər sökülməsi, əkilmiş ağaclar çıxarılması və yolun en və uzunluq ölçüləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərcinin alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, İddiaçı4 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zaqatala rayonu Paşan kəndində yerləşən 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 adına qeydiyyata alınmışdır. Cavabdehlərin mülkiyyətində olan torpaq sahələri iddiaçılara məxsus torpaq sahəsi ilə sərhəddə yerləşir və iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərindədir. İddiaçılar mülkiyyətlərində olan RX seriyalı ******* saylı çıxarışda qeyd olunmuş 0,4911 ha torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş yolun cavabdehə məxsus torpaq sahəsinin qarşısında, üzərinə çəkilmiş çəpərin sökülməsinə, əkilmiş ağacların çıxarılmasına, həmin yolda olan digər maneələrin aradan qaldırılmasına, həmin yolun 8 metr eni olmaqla açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1465 nömrəli ekspert rəyi ilə Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri mütəxəssis rəyinə edilmiş sxemdə göstərildiyi kimi eninin 1-2 nöqtələr arasında məsafə 3 metr, uzunluluğunun 2-3 nöqtələr arasında 80.3 metr, eni 3-4 nöqtələr arasında 2.3 metr və uzunluğunun 4-1 nöqtələr arasındakı məsafə 77.9 metr olması, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun 182 kv. m hissəsinin cavabdeh tərəfindən istifadə olunması aşkar edilmişdir. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMCnin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5271 nömrəli ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri elektron məlumat bazasına əsasən giriş hissədən eni 8 metr, uzunluğu 80.3 metr göstərilsə də, naturada həmin yolun giriş hissədən eninin 6 metr, uzunluğunun 80.3 metr və iddiaçının torpaq sahəsinə çatan hissədə isə yolun eni 5 metrdir. “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahəsinin qarşısında yerləşən 182 m2 hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işdə iştirak edən tərəflərin izahatları və digər sənədlərlə yanaşı, həm də iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəylərini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini sübut qismində qiymətləndirir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Cavabdeh məhkəməyə vəsatət verərək göstərmişdir ki, 2018-ci ildə X7 və digərləri, ona və X5 qarşı məhkəməyə eyni iddia ilə müraciət etmiş və işə məhkəmədə baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə araşdırması aparılan zaman mütəxəssis rəyi alınmış və müvafiq tikinti-texniki ekspertiza keçirilməsi barərə qərardad qəbul edilmişdir. Həmin iş üzrə hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri xidməti tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli mütəxəssis rəyində X3 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş gəliş yolunun kompleks yerquruluşu layihəsində yolun eninin 6 metr olması öz əksini tapmışdır. Həmin mütəxəssis rəyi nəzərə alınaraq qəbul edilmiş 14 sentyabr 2018ci il tarixli ekspertiza rəyində yalnız X8 tərəfindən torpaq sahəsinin tutulmasının aşkar edildiyi müəyyən edilmişdir. Bu ekspertiza rəyləri əsasında Zaqatala Rayonu Məhkəməsi tərəfindən qəbul edilmiş 2(033)-476/2022 saylı 05 dekabr 2018-ci il tarixli qətnamə ilə X6 və digərlərinin iddiaları X5 qarşı olan hissədə təmin edilmiş, ona qarşı olan hissədə isə əsassız olduğu üçün rədd edilmişdir. Mübahisə predmeti gediş gəliş yolu üzrə öncə onun torpaq sahəsi, daha sonra hazırda məhkəmə mübahisəsi üzrə iddiaçıların torpaq sahələri, X4 torpaq sahəsi və X3 və digərlərinin torpaq sahəsi formasında sıralanır. Yəni 2018-ci ildə baxılmış iddia tələbi üzrə Əhmədov Oktayın torpaq sahəsinə gedən yol ilə hazırda mübahisələndirilən yol sahəsi eyni gediş gəliş yoludur. Bu zaman verilmiş mütəxəssis rəylərində və ekspertiza rəylərində, eləcə də 2018-ci il tarixli Zaqatala Rayon Məhkəməsinin qətnaməsində ziddiyyətli məlumatların olması aşkar edilir. Hazırki iş üzrə iddiaçıların təqdim etdiyi çıxarış 18 aprel 2018-ci il tarixdə alınmışdır. X3 tələbi üzrə baxılmış iş üzrə isə mütəxəssi rəyi 24 aprel 2018-ci ildə veriilmişdir. Yəni hazırki iş üzrə iddiaçının istinad etdiyi elektron sistemdəki 8 metr eni hesablanan yol hissəsinə dair 24 aprel 2018-ci ildə mütəxəssis məlumatlı idi. Ancaq buna baxmayaraq mübahisə predmeti olan gediş gəliş yolunun eninin 6 metr olmasını bildirmişdir. Bu baxımdan bu ziddiyyətlərin aradan qaldrılması vacibdir. Bu iş üzrə ədalətli qərar qəbul edilməsi üçün vazkeçilməz amildir. Yuxarıda qeyd etdiyi 24 aprel 2018-ci il tarixli mütəxəssi rəyi, 14 sentyabr 2018-ci il tarixli ekspert rəyi və bunlar əsasında qəbul edilmiş 05 dekabr 2018-ci il tarixli Zaqatala Rayon məhkəməsinin qətnaməsində (sənədlər qoşmada əlavə edilir) eyni gediş gəliş yolu ilə bağlı tamamilə başqa faktlar öz əksinin tapıb. Bu baxımdan qeyd edilən fərqliliyə aydınlıq gətirilməlidir. Ona görə də, əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin vəsatətdə göstərdiklərinə, yəni Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qətnaməsi ilə ona aid hissədə iddianın rədd edilməsinə, eyni zamanda yenidən ekspertiza təyin olunması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, 2(033)-476/2018 nömrəli mülki iş üzrə məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılarla cavabdehlərin torpaq sahələri bir-birinə bitişikdir. Zaqatala rayonu, Paşan kəndində yerləşən, iddiaçılar X3 və qeyrilərinin ümumi birgə mülkiyyətində olan 3797,06 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ümumi gediş-gəliş yolunun kompleks yerquruluşu layihəsində eni 5.7 metr, uzunluğu 215 metr ölçüdə olduğu, həmin yolun 6,0 metr enində və 102.0 metr uzunluğunda olan hissəsi cavabdeh X8 tərəfindən tutularaq istifadə edilir. Ona görə də iddiaçıların hal-hazırda həmin yoldan istifadələrində çətinliklər yaranmışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən zəbt edilib-edilməməsi barədə mütəxəssis və ya ekspert rəyi olmadığından əvvəlki iş üzrə iddiaçı X3 iddiası hazırki iş üzrə Cavabdeh münasibətdə təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmiş, hazırki mübahisə predmeti olan yol əvvəlki iş üzrə mübahisə predmeti olan yoldan yerləşmə vəziyyətinə görə fərqlənir. Bundan başqa, hazırki iş üzrə ekspert və mütəxəssis rəyləri mövcuddur. Yəni hazırkı işdə təkrar (3-cü dəfə) ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən istifadə olunan və onun torpaq sahəsinin qarşısında olan 182 m2 hissəsi açılmalı, həmin hissəyə Cavabdeh tərəfindən çəkilmiş çəpər sökülməli, əkilmiş ağaclar çıxarılmalı və yolun en və uzunluq ölçüləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun müəyyən edilərək açılmalıdır. Bundan başqa, iddiaçılar iddia ərizəsində həmin yolun 8 metr eni olmaqla açılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahəsinin qarşısında yerləşən 182 m2 hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən istifadə edilən yolun ölçüləri və koordinatları tərtib edilmiş sxem 2-də göstərilmişdir. Ona görə də, məhkəmə qətnaməsinin icrası zamanı mütəxəssis rəyinə əsasən həmin yolun neçə metr olması müəyyən ediləcəkdir. Ona görə də, iddia tələbi bu hissədə qismən təmin olunmalı, həmin yolun açılması sxemdə göstərilmiş qaydada açılmalıdır. Eyni zamanda, iddiaçı cavabdeh tərəfindən aradan qaldırılması tələb edilən digər maneələrin nədən ibarət olmasını göstərmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5 və 175.1-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 63.1, 64.1, 64.2, 76.1, 76.2, 77.1, 88, 89, 106.1, 107, 115.0, 115.0.1, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, 2018-ci ildə X7 və digərləri, ona və X5 qarşı məhkəməyə eyni iddia ilə müraciə etmiş və işə məhkəmədə baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə araşdırması aparılan zaman mütəxəssis rəyi alınmış və müvafiq tikinti-texniki ekspertiza keçirilməsi barərə qərardad qəbul edilmişdir. Həmin iş üzrə hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestr xidməti tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli mütəxəssis rəyində X3 ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş gəliş yolunun kompleks yerquruluşu layihəsində yolun eninin 6 metr olması öz əksini tapmışdır. Həmin mütəxəssis rəyi nəzərə alınaraq qəbul edilmiş 14 sentyabr 2018-ci il tarixli ekspertiza rəyində yalnız X8 tərəfindən torpaq sahəsinin tutulmasının aşkar edildiyi müəyyən edilmişdir. Bu ekspertiza rəyləri əsasında Zaqatala Rayonu Məhkəməsi tərəfindən qəbul edilmiş 2(033)-476/2022 saylı 5 dekabr 2018-ci il tarixli qətnamə ilə X6 və digərlərinin iddiaları X5 qarşı olan hissədə təmin edilmiş, ona qarşı olan hissədə isə əsassız olduğu üçün rədd edilmişdir. Mübahisə predmeti gediş gəliş yolu üzrə öncə onun torpaq sahəsi, daha sonra hazırda məhkəmə mübahisəsi üzrə iddiaçıların torpaq sahələri, X4 torpaq sahəsi və X3 və digərlərinin torpaq sahəsi formasında sıralanır. Yəni 2018-ci ildə baxılmış iddia tələbi üzrə Əhmədov Oktayın torpaq sahəsinə gedən yol ilə hazırda mübahisələndirilən yol sahəsi eyni gediş gəliş yoludur. Bu zaman verilmiş mütəxəssis rəylərində və ekspertiza rəylərində, eləcə də 2018-ci il tarixli Zaqatala Rayon Məhkəməsinin qətnaməsində ziddiyyətli məlumatların olması aşkar edilir. Hazırki iş üzrə iddiaçıların təqdim etdiyi çıxarış 18 aprel 2018-ci il tarixdə alınmışdır. X3 tələbi üzrə baxılmış iş üzrə isə mütəxəssi rəyi 24 aprel 2018-ci ildə veriilmişdir. Yəni hazırki iş üzrə iddiaçının istinad etdiyi elektron sistemdəki 8 metr eni hesablanan yol hissəsinə dair 24 aprel 2018-ci ildə mütəxəssis məlumatlı idi. Ancaq buna baxmayaraq mübahisə predmeti olan gediş gəliş yolunun eninin 6 metr olmasını bildirmişdir. Bu baxımdan bu ziddiyyətlərin aradan qaldrılması vacibdir. Bu iş üzrə ədalətli qərar qəbul edilməsi üçün vazkeçilməz amildir. Yuxarıda qeyd etdiyi 24 aprel 2018-ci il tarixli mütəxəssi rəyi, 14 sentyabr 2018-ci il tarixli ekspert rəyi və bunlar əsasında qəbul edilmiş 5 dekabr 2018-ci il tarixli Zaqatala Rayon məhkəməsinin qətnaməsində (sənədlər qoşmada əlavə edilir) eyni gediş-gəliş yolu ilə bağlı tamamilə başqa faktlar öz əksinin tapıb. Bu baxımdan qeyd edilən fərqliliyə aydınlıq gətirilməlidir. Ona görə də, əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Belə ki, yaşayış məntəqəsi və təsərrüfat daxilində vətəndaşlara məxsus həyətyanı və pay torpaq sahələrinə gediş-gəliş yolları bələdiyyə mülkiyyətinə aiddir, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 hazırkı iddia ərizəsini qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Bundan başqa iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 pay torpaq sahəsində yaşayış evi inşa edirlər. İddiaçılar torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edirlər. Hesab edir ki, torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğundan gedişgəliş yolunun 5.7-6 metr olması nəqliyyat vasitələri və s. hərəkəti üçün heç bir çətinlik yaratmır. Belə ki, iddianın əsası və predmeti Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun onun tərəfindən istifadə olunan və onun torpaq sahəsinin qarşısında olan 182 m2 onun tərəfindən çəkilmiş çəpər sökülməsi, əkilmiş ağaclar çıxarılması və yolun en və uzunluq ölçülərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun müəyyən edilməsindən ibarət olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qətnaməsi ilə eyni əsas, eyni predmet üzrə mülki işə baxılmışdır. Ona görə ki, mülki iş üzrə iddiaçılar X9 və qeyrilərinin iddiası üzrə pay torpaq sahələrinə gedən yol 6 metr və uzunluğu 102 metr olmaqla boşaldılmışdır. Nəzərə alaq ki, iddiaçılar X9 və qeyrilərinin pay torpaq sahələri gediş-gəliş yolunun sonunda yerləşir. Mütəxəssis və ekspert rəyləri gedişgəliş yoluna dair ümumi rəy vermişlər. Maraqlısı odur ki, həmin rəylər üzrə yolun kompleks yerquruluşu layihəsində eni 5.7 metr göstərilir. Hazırkı mülki iş üzrə gediş-gəliş yolunun faktiki vəziyyəti 5 metr göstərilir. Pay torpaq sahələrinə gediş-gəliş yolu 6 metr nəzərdə tutulmuşdur. Hər iki iş üzrə iddia ərizəsinin əsası və predmeti eyni olan gediş-gəliş yolu ilə bağlıdır. Fərqli olan odur ki, ekspert rəylərində yolun kompleks yerquruluşu layihəsinin qərəzli tərtib edilməsidir. Hesab edir ki, hazırkı ekspert rəyində yolun eni 5.7 metr göstərilmiş olsaydı, 0.30 sm məsafə elə bir əhəmiyyət kəsb etməzdi. Hazırki mübahisə predmeti olan yol əvvəlki iş üzrə mübahisənin predmeti və əsası olan yoldan yerləşmə vəziyyətinə görə fərqlənmir. Gediş-gəliş yolu bələdiyyə mülkiyyətidir. X2 xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə eni 8 metr olan yol nəzərdə tutulmamışdır. İddiaçılar gəlir yerimizi yaşayış məntəqəsinə dəyişmək istəyirlər. Ona görə ki, iddiaçıların pay torpaq sahəsi digər mülkiyyətçilərə nisbətən az olduğundan, hazırda həmin ərazidə yaşayış evi tikirlər. Gediş-gəliş yoluna aid hissədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda məhkəmə həmin məsələ ilə bağlı mübahisəyə yenidən baxmışdır. Hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yoluna dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qətnaməsi olduğu üçün həmin tələbə yenidən məhkəmədə baxıla bilməzdi, və 1-ci qətnamə həmin hissədə (kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu hissəsində) preyudisial əhəmiyyət kəbs edir. Ona görə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qətnaməsində olan ekspert rəyindən görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu başlanğıc nöqtəsindən sonadək ölçülmüşdür. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-5/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)-5/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətin təmin edilməməsini Zaqatala Rayon Məhkəməsinin 2(033)-5/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbli barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci iltarixli qərarı; Həmin qərarda qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyatorlar apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-5/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-5/2022 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-5/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyatorlar apellyasiya şikayətlərinin dəlillərində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri bu hissədə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmış, ekspert və mütəxəssis rəyləri alınmış, eyni zamanda mdaddi, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Daha sonra apelyator şikayətində qeyd etmişdir ki, Zaqatala Rayonu Məhkəməsi tərəfindən qəbul edilmiş 2(033)-476/2022 saylı 05 dekabr 2018-ci il tarixli qətnamə ilə X6 və digərlərinin iddiaları X5 qarşı olan hissədə təmin edilmiş, ona qarşı olan hissədə isə əsassız olduğu üçün rədd edilmişdir. Mübahisə predmeti gediş-gəliş yolu üzrə öncə onun torpaq sahəsi, daha sonra hazırda məhkəmə mübahisəsi üzrə iddiaçıların torpaq sahələri, X4 torpaq sahəsi və X3 və digərlərinin torpaq sahəsi formasında sıralanır. Yəni 2018-ci ildə baxılmış iddia tələbi üzrə Əhmədov Oktayın torpaq sahəsinə gedən yol ilə hazırda mübahisələndirilən yol sahəsi eyni gediş gəliş yoludur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-476/2018 nömrəli qətnaməsi ilə eyni əsas, eyni predmet üzrə mülki işə baxılmışdır. Ona görə ki, mülki iş üzrə iddiaçılar X9 və qeyrilərinin iddiası üzrə pay torpaq sahələrinə gedən yol 6.0 metr və uzunluğu 102 metr olmaqla boşaldılmışdır. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlilləri ilə razılaşmır və aşaıdakıların qeyd edilməsini vacib hesab edir; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 may 2020-ci iltarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Göründüyü kimi həmin qərarda hüquqi mövqe ondan ibarət olmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir. Hazırkı işdə isə iddiaçı olan şəxslər şikayətdə qeyd edilən qətnamə üzrə tərəf olmamışdır. Yəni eyni tərəf, eyni predmet barədə şikayətin dəlilləri əsassızdır. Ona görə də kollegiya hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, iş üzrə təyin etdiyi ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən eksperizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5271 nömrəli ekspert rəyindən görünür ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən. Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri elektron məlumat bazasına əsasən giriş hissədən eni 8 metr, uzunluğu 80.3 metr gostərilsə də, naturada həmin yolun giriş hissədən eninin 6 metr, uzunluğunun 80.3 metr və iddiaçının torpaq sahəsinə çatan hissədə isə yolun eninin 5 metr olduğu müəyyən olundu. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehə məxsus torpaq sahəsinin qarşısında yerləşən 182 m2 hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1465 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Şəki LTİ-nin mühəndisi Qurban Haqverdiyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri mütəxəssis rəyinə edilmiş sxemdə göstərildiyi kimi eni 1-2 nöqtələr arasında məsafə 3 metr, uzunluluğu 2-3 nöqtələr arasında 80.3 metr, eni 3-4 nöqtələr arasında 2.3 metr və uzunluğu 4-1 nöqtələr arasındakı məsafə 77.9 metrdir. Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun 182 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunur, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Zaqatala rayonu Paşan kəndində yerləşən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0,4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolunun ölçüləri elektron məlumat bazasına əsasən giriş hissədən eni 8 metr, uzunluğu 80.3 metr göstərilsə də, naturada həmin yolun giriş hissədən eni 6 metr, uzunluğu 80.3 metr və iddiaçının torpaq sahəsinə çatan hissədə isə yolun eni 5 metrdir. Mübahisələndirilən yolun naturada yerləşmə vəziyyətinin ölçüləri və koordinatları tərtib edilmiş sxem 1-də göstərilmişdir. Zaqatala rayonu Paşan kəndində yerləşən İddiaçı4, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehə məxsus torpaq sahəsinin qarşısında 182 kv.m hissəsi cavabdeh tərəfindən istifadə edilir. İstifadə edilən yolun 1-2 nöqtələr arasında məsafə 3 metr, 2-3 nöqtələr arasında məsafə 80.3 metr. 3-4 nöqtələr arasında məsafə 2.3 metr. 41 nöqtələr arasında məsafə 77,9 metrdir. Cavabdeh tərəfindən istifadə edilən yolun ölçüləri və koordinatları tərtib edilmiş sxem 2-də göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qəbul etməsi ilə razılaşır. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Daha sonra məhkəmə kollegiyası tərəfindən həyata keçirilən yerli baxış nəticəsində müəyyən edilmişdir ki, İddiaçı4 mülkiyyətində olan 0.4911 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu ölçülmüş və müəyyən edilmişdir ki, yolun eni bəzi hissədə (giriş hissədə) 5 metr, bəzi hissəsində isə 4 metr enindədir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi qismət təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə, yəni iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-5/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-5/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-186/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-186/2023
23.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver