Məhkəmə qərarları › İş №2(107)-1862/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1862/2021

05.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1862/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Əliyev X12 rayonu Lahıc kəndində yerləşən JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən satıcılar X10, X1, X8, X11, X9 və X3 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,1071 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 0,0034 ha hissəsindən çıxarılması, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi, Cavabdeh1 300 (üç yüz) manat ekspertiza xərci alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qonşuları Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş həyətyanı torpaq sahənin müəyyən edilərək ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbninin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək yalnız Cavabdeh1 alqı-satqı müqaviləsi ilə özünün mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş 0,0034 ha torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 03 iyul 2018-ci ildə X4 məxsus 1071,7 ha həyətyanı torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpağın üzərində hüquqlarını qeyd etdirmək və çıxarış almaq üçün DƏDRX-nın 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı sənədlərə və torpaq sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sənədi ilə faktiki torpağın ölçüləri arasında fərq vardır. Eyni zamanda 0,0063 ha həyətyanı torpaq sahəsi qonşuları tərəfindən qanunsuz istifadə olunur. Bu səbəbdən DƏDRX-nın 18 saylı Zaqatala Ərazi İdarəsi ona çıxarış verilməsinin mümkün olmadığını bildirmişdir. Qonşuları Cavabdeh1 və Cavabdeh2 dəfələrlə məsələnin məhkəmədənkənar həll edilməsini xahiş etsə də, nəticə olmamış, onlar 0,0063 ha torpağın hansının istifadəsində olduğunu müəyyənləşdirməyə imkan verməmişlər. Ona görə də X7 MMC tərəfindən təqdim edilmiş ekspert rəyi ilə tanış olmuşdur və həmin ekspert rəyinə uyğun olaraq iddia tələbinin həcmini azaldaraq yalnız qonşusu Cavabdeh1 ona məxsus zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahələri qonşu ərazilərdə yerləşir. Həmin ərazidə torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı torpağa dair sənədlərdə sürüşmə olmuşdur. Ekspert rəyi ilə o, iddiaçının torpaq sahəsini əgər zəbt etmişdirsə, onda onun da torpaq sahəsinin sərhədləri müəyyən edilsin. İddia tələbi ilə razı deyil və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahat verərək göstərmişdir ki, onun tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmişdir. Bu hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Ona aid hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun deyildir, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin əsasız olması və rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, aparılan ekspertiza zamanı yalnız iddiaçıya məxsus torpaq sahəsinin sənədləri və ona məxsus torpaq sahəsi faktiki olaraq ölçülmüşdür. Həqiqətə nail olmaq üçün ekspertiza tərəfindən ona aid torpaq sahəsi onun əlində olan mülkiyyət sənədləri əsasında və yerində faktiki olaraq ölçü işləri aparılmalı idi. Ona görə də əvvəlcə xahiş edir ki, yenidən ekspertiza təyin edilsin. Onun mülkiyyət hüququnu müəyyən edən sənədlər əsasında torpaq sahəsinin sərhədləri müəyyən edilsin və faktiki vəziyyətlə sənədlərdəki vəziyyətin üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. Bu faktların araşdırılması ona görə lazımdır ki, onun həyətyanı torpaq sahəsi onun qanuni olaraq 36 il bundan əvvəl kolxozun qərarı ilə verilmiş, təhkim akt ilə ölçü əsasında təhkim edilmişdir. Həmin sənədlərə baxdıqda görünür ki, onun istifadəsinə verilmiş torpaq sahəsinin eni 25 metr, uzunluğu 80 metrdən ibarət olmalıdır. Əlində olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə də ona verilən torpaq sahəsinin ölçüsü 0,21 sotdan ibarətdir. Buradan görünür ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Əksinə iddiaçının torpaq sahəsi ölçülərkən, ölçməyə başlayarkən ölçmə işlərinin istinad nöqtəsi iddiaçının onunla olan sərhədindən başlamalıdır. Belə olduğu halda sərhədlər düzgün müəyyən olunacaq. Ona görə ki, iddiaçının torpağının ilkin sənədləri (kolxozun qərarı, təhkim aktı) yoxdur. Hesab edir ki, məhkəmə qeyd etdiklərimi tam araşdırarsa nəticədə ədalətli qərar qəbul edəcəkdir. Qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)- 194/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iddiaçı və cavabdehin izahat və xahişlərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan JN-227A Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən 0,11 ha həyətyanı torpaq sahəsi X10, X1, X8, X11, X2 və X3 mülkiyyətinə verilmişdir. İşdə olan Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, JN-227A Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən satıcılar X10, X1, X8, X11, X9 və X5 məxsus ünvan 1paq sahəsi 2000 manat məbləğində dəyəri ödənilməklə İddiaçı tərəfindən alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 17 noyabr 2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 1paq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrəsi **********). Ərizənizin icrası ilə bağlı təqdim olunmuş sənədlərin kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zamanı məlum olmuşdur ki, 0,1071 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Bundan əlavə torpaq sahəsinin 0.0063 ha hissəsi başqa mülkiyyətçi tərəfindən istifadə olunur və qeyd olunan səbəbdən mülkiyyətçilər arasında sərhəd mübahisəsi vardır. Qeyd olunan torpaq sahəsinin faktiki ölçülər əsasında (torpaq sahəsinin sahəsi dəyişmədən 0,1071 ha olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsinə razı olmadığı üçün torpaq sahəsinin sənəd üzrə ölçülərinə əsasən sərhəd mübahisəsi olduğundan qeyd olunan torpaq sahəsinin dövlət reyetsrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 196 nömrəli, 03 may 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin, eləcə də İddiaçı mülkiyyətinə AN-1 № ******* saylı 03 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə verilmiş 0.1071 ha torpaq sahəsinin sərhəddi JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin planşeti əsasında naturada coğrafi yerləşməsi dəqiqləşdirilmişdir. Həmin 0.1071 ha torpaq sahəsinin cənub istiqamətində olan 0.0034 ha hissəsi qonşu Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Autocad və ArcMap proqramları vasitəsilə sözügedən torpaq sahəsinin ölçüləri tərtib olunan plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha torpaq sahəsi JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən X10, X1, X8, X11, X9 və X3 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən dəyəri ödənilməklə İddiaçı tərəfindən alınmışdır. O, 0,1071 ha torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 0,1071 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq olduğundan və torpaq sahəsinin 0.0063 ha hissəsi başqa mülkiyyətçi tərəfindən istifadə olunduğundan və qeyd olunan səbəbdən mülkiyyətçilər arasında sərhəd mübahisəsi olduğundan qeyd olunan torpaq sahəsinin dövlət reyetsrində qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh1 çıxarılmasını və həmin torpaq sahəsinin ona təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0034 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Cavabdeh1 torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh1 iddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,0034 ha hissəsindən çıxarılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əliyev X12 rayonu Lahıc kəndində yerləşən JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən satıcılar X10, X1, X8, X11, X9 və X3 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,1071 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 0,0034 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin hüquqi əsasları ilə razılaşır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ - subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutulmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci mаddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə, Аzərbаycаn Respublikаsındа tоrpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаndır və özbаşınа tutulmuş (zəbt edilmiş) tоrpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi ekspert rəyini ziddiyyətli hesab edərək həmin rəyin məhkəməni səhv nəticəyə yönəltdiyini, ona görə də məhkəmənin əsassız qətnamə qəbul etdiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 196 nömrəli, 03 may 2021-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, iş materiallarına əlavə edilmiş JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin, eləcə də İddiaçı mülkiyyətinə AN-1 № ******* saylı 03 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə verilmiş 0.1071 ha torpaq sahəsinin sərhəddi JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin planşeti əsasında naturada coğrafi yerləşməsi dəqiqləşdirilmişdir. Həmin 0.1071 ha torpaq sahəsinin cənub istiqamətində olan 0.0034 ha hissəsi qonşu Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Autocad və ArcMap proqramları vasitəsilə sözügedən torpaq sahəsinin ölçüləri tərtib olunan plansxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. Həmçinin iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi iddiaçı tərəfindən Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən alınmışdır. İddiaçı həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. Cavabdeh1 isə iddiaçıya məxsus Zaqatala rayonu Lahıc kəndində yerləşən 0,1071 ha torpaq sahəsinin 0,0034 ha hissəsi üzərində heç bir hüquqları yoxdur. Qeyd olunanlar mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Şərh olinanlara əsasən məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə, yəni cavabdeh Əliyev X12 rayonu Lahıc kəndində yerləşən JN-227A nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən satıcılar X10, X1, X8, X11, X9 və X3 mülkiyyətinə verilmiş və Zaqatala Rayonu 2 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-907 nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,1071 ha torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 0,0034 ha hissəsindən çıxarılması, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi, Cavabdeh1 300 (üç yüz) manat ekspertiza xərci alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət etməkdə haqlı olmuş, işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(033)-194/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar