Məhkəmə qərarları › İş №2(107)-1869/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1869/2021

05.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1869/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı və onun vəkili X10, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1135/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Məhburə Kərimova) 08 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 25.08.1981-ci il tarixdə “Azərbaycan DRES”-də X16 və avtomatika sexində elektrik çilingər vəzifəsinə qəbul edilmişdir. Həmin sexdə müxtəlif vəzifələrdə işləmişdir. 04.10.2012-ci ildə isə həmin sexdə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 25 aprel 2003-cü ildə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır, o da həmin MMC-də işini davam etdirmişdir. 05 yanvar 2006cı il tarixdə "xxxx" MMC "xxxx" MMC adlandırılmış, o da həmin MMC-də fasiləsiz olaraq öz işində çalışmışdır. İşlədiyi müddətdə hər hansı inzibati məsuliyyətə cəlb edilməmiş, töhmət almamışdır. Son zamanlar cavabdeh "xxxx" MMC-nin rəhbərliyi əsassız və qərəzli olaraq MMC-nin X16 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər işçini işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. Belə ki, cavabdeh ona və digər işçilərə bir aylıq müddətə əmək müqaviləsi bağlamağı təklif etmişdi və bu yolla onları müəssisədən kənarlaşdırmq istəmişdir. Onlar bir aylıq əmək müqaviləsi bağlanmadan imtina etdiklərinə görə, cavabdeh onu, eləcə də digər işçiləri 03 may 2021-ci il tarixli əmrlə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Ona görə ki, hesab edir ki, ştatların ixtisarına zərurət yoxdur. Ştatların ixtisası ilə əlaqədar qanunsuzluğa yol verilmişdir. Ştatların ixtisarı zamanı peşəkarlığa qiymət verilməmişdir. Bununla əlaqədar attestasiya keçirilməmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə işçilərin attestasiyası keçirilə bilər. İş yerinin attestasiyasının keçirilməsi nəticəsində işçilərin kütləvi şəkildə ixtisar edilməsi yol verilməzdir. Bundan əlavə ştatın ixtisarı zamanı işdə saxlanmalı olan işçinin üstünlüyünə də düzgün qiymət verilməmişdir. Ona görə ki, ailədə yeganə qazanc gətirən odur. Mingəçevir şəhər İBH-nın 26.01.2016-c il tarixli sərəncamı ilə 3 nəfər nəvəsi onun arvadının qəyyumluğuna verilmişdir. Cünki uşaqların anası olan gəlini vəfat etmişdir, oğlu, yəni uşaqların atası da onlardan ayrı yaşayır. İddianın təmin olunmasını, onun işdən azad olunması barədə cavabdeh "xxxx" MMC-nin 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili X17 da məhkəmə iclasında iddiaçının qanunsuz və əsassız olaraq işdən çıxarılmasını nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsini qanunsuz olmasını əsaslandırarkən onun əmək müqaviləsinin xitam olunmasına aid olmayan Əmək Məcəlləsində əmək müqaviləsinin xitam edilməsinin digər əsaslarına istinad edərək özünü haqlı hesab etmişdir. Belə ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Müqaviləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi ilə işçilərin attestasiyadan keçirilməsinin heç bir əlaqəsi yoxdur. İddiaçı ştatın ixtisarı ilə əlaqədar işdən azad olunmuşdur. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisəsinin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha yüksəlməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X4 tətbiqi barədə DƏ/38 №-li 19.03.2020-ci il tarixli əmr verilmişdir. Ona görə də "xxxx" MMC-də X4 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliyini və idarəetmənin optimllaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsdilə struktur rəhbərlərinin təkliflərini Əmək qanunvericiliyinin tələblərinə uyğun müzakirə edib obyektiv qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Həmin komissiyanın 24.02.2021-ci il tarixdə X16 və Avtomatika sexində istehsalın səmərəliyini və idarəetmənin optımilaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmiş, həmin iclasda komissiyanın üzvləri struktur rəhbərinin təklifini nəzərə alaraq istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən həmin sexdə “Xüsusi təhlil qrupu, aparıcı mühəndis 01 ştat vahidi və ştatda işləyən İddiaçı işlədiyi ştatın ixtisar olunması qənaətinə gəlmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən X16 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmaları haqqında təqdimat 04.03.2021-ci il tarixdə sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı komitəsinə göndərilmişdir. Həmkarlar İttifaqı Komitəsinin 11 №-li 15 mart 2021-ci il tarixli iclas protokoluna əsasən X16 və Avtomatik sexində xüsusi təhlil qrupu, aparıcı mühəndis 01 ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar olunması ilə əlaqədar işdən azad olunmasına razılıq verillmişdir. Ona görə də İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 217/Ş №-li 03.05.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl ştatın ixtisarı ilə əlaqədar ona xəbərdarlıq məktubu göndərilmiş, xəbərdarlıq müddətində iş axtarmaq imkanı yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad olunmuş,boş iş yeri olmaması səbəbindən başqa işə keçirilməsinin mümkün olmaması bildirilmş, həmçinin, ona işdən çıxma müavinəti verilmişdir. "xxxx" MMC-nin həmkarlar ittifaqı komitəsinin sədri X11 məhkəmə iclasında bildirdi ki, "xxxx" MMC-də Yenidənqurma işləri ilə əlaqədar sex və sahələrdə yeni texnologiyanın tətbiqi həyata keçirildiyi üçün "xxxx" ASC-nin presidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin Yeni Təşkilat strukturu yaranmış, həmin struktura əsasən ştat vahidlərinin və işçilərin sayının ixtisar edilməsi məqsədilə "xxxx" MMC üzrə 19 mart 2020ci il tarixli əmr verilmişdir. Həmin əmrin icrası ilə əlaqədar ixtisaslı mütəxəssislərdən ibarət komisiya yaradılmışdır. Komisiyanın iclasında X16 və Avtomatika sexində istehsalat zərurəti olmayan ştatların və həmin ştatlarda işləyən işçilərin sayının azaldılması, sayın azaldılmasının əməyin tərkibinə xələl gətirmədiyi, eləcə də idarəetmənin optimallaşdırımaq, yeni texnologiyanın tətbiqinin az işçi qüvvəsinə zərurəti aradan qaldırması müzakirə edilmiş, qeyd edilən sexdə ixtisar olunacaq ştatların sayı və işçilər barədə müdiriyyət tərəfindən həmkarlar komitəsi ittifaqına təqdimat göndərilmiş və məsələyə həmkarlar komitəsinin öz fikrini bildirməsi təklif olunmuşdur. İşəgötürən tərəfindən HİK-ə verilmiş təqdimat həmkarlar İttifaqı Komitəsinin 15 mart 2021-ci il tarixli iclasında müzakirə edilmiş, X16 və Avtomatika sexi üzrə 12 ştatın, eləcə də İddiaçı tutduğu ştatın ixtisar olunmasına, onunla bağlanmış əmək müqavilsinə xitam verilməsinə qanuna uyğun olduğuna görə razılıq verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1135/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işə baxan məhkəmə bu halı aydınlaşdırmamışdır ki. o, 25.08.1981-ci il tarixdən 04.10.2012-ci il tarixədək “Azərbaycan DRES” də İstilk Ölçü cihazları və Avtomatika sexində elektirik çılingəri, 4-cü dərəcə elektirik çilingəri, 6-cı dərəcə elektirik çilingəri, sexdə usta, elektron təminatı üzrə usta və baş ustası vəzifələrində işləmişdir. 25.04.2003cü il tarixdə "xxxx" ASC-nin Yeni İdarəetmə strukturun təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır (25.03.2003-cü il 091\AU saylı əmr) və o da işini davam etdirmişdir. 05.01.2006-cı il tarixdə "xxxx" ASC-nin Yeni İdarəetmə strukturun təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" MMC adlandırılmış (05.01.2006-cı il 002\AU saylı əmr) və o da öz vəzifəsində fasiləsiz olaraq əmək funksiyasını yerinə yetirmişdir. O, göstərdiyi vaxtdan həmin müəsissədə fasiləsiz olaraq öz peşəsi üzrə çalışmışdır. 04.10.2012-ci il tarixdə "xxxx" MMC-nin İstilk Ölçü cihazları və Avtomatika sexinin nəzdində istehsalat prosesləri avtomatik idarəetmə sistemləri sahəsində aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. 11.04.2016-cı il tarixdə "xxxx" MMC-nin İstilk Ölçü cihazları və Avtomatika sexinin “Xüsusi təhlil qrupuna” aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. İşdən azad olunanadək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş və töhmət almamış, əksinə əlavə olaraq pul təminatı almışdır. "xxxx" MMC-nin X16 və Avtomatikası sexində 2008-2011-ci il tarixlərdə sonuncu (axırıncı) texnologiya tətbiq olunmuş və o da tutuduğu vəzifəyə uyğun şəkildə həmin texnologiyanı mükəmməl bilir, vəzifəsinin öhdəsindən layiqincə gəlmiş və işini davam etdirmişdir. Son zamanlar "xxxx" MMC-nin rəhbərliyi. "xxxx" MMC-nin X16 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər əməkdaşını planlı şəkildə, qərəzli olaraq işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. O İddiaçı da daxil olmaqla onlara "xxxx" MMC-nin rəhbərliyi qısa (bir avlıq) müddətə yenidən əmək müqaviləsi bağlamağı təklif etmişlər və bu yolla onları müəsissədən kənarlaşdırmaq istəmişlər. O "xxxx" MMC-nin X16 və Avtomatikası sexinin digər işçiləri həmin müqaviləni imzalamaqdan imtina etdilər və "xxxx" MMC-nin rəhbərliyinə onların bu günədək bağladıqları müqavilənin müddətsiz olduğunu bildirmişlər. Bundan 1 gün sonra, o "xxxx" MMC-nin rəhbərliyi 03.05.2021-ci il tarixli 208\Ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “b” bəndinə və 71-ci maddəsinin 1 -ci hissəsinə əsaslanaraq qanunsuz olaraq müqaviləyə xitam verərək, onu əsassız və qanunsuz olaraq işdən azad etmişlər. Mingəçevir Şəhər Məhkəməsi isə işə baxarkən, uzun illər ərzində "xxxx" MMC-də fasiləsiz və qüsursuz işləməyini nəzərə almadan "xxxx" MMC-nin rəhbərliyinin ştat ixtisarı edərkən, nə səbəbə məhz onu - yüksək texnologiya və informatikadan anlayışı və təcrübəsi olan və bu təcrübəni isə işdən azad olunanadək digər işçilərə öyrədən yüksək ixtisaslı mühəndisin ştat ixtisarı adı ilə Əmək Qanunvericiliyində nəzərdə tutulmayan hər hansı bir “komissiyanın“ rəyi ilə işdən azad edilməsini tam və hər tərəfli araşdırmadan qeyri-obyektiv məhkəmə qətnaməsi qəbul edərək, onun hüquqlarını kobud surətdə pozmuşdur. Əgər Mingəçevir Şəhər Məhkəməsi obyektiv və ədalətli araşdırma aparsaydı, onda cavabdeh "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz hərəkətləri üzə çıxmış olardı. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1135/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X17 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və xahişlərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1135/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddiаnın əsаssız оlduğu qənaətinə gəlmişdir. Belə ki, İşdə olan ИT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 25.08.1981-ci ildə “Azərbaycan DRES”-in X16 və Avtomatika sexinə 4cü dərəcədə elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, 11 aprel 2016-cıil tarixli əmrlə həmin sexdə “Xüsusi təhlil qrupunda” aparıcı mühəndis vəzifəsinə keçirilmiş, 03 may 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin direktorunun DƏ/38 №-li 19 mart 2020-ci il tarixli "xxxx" MMC-nin X4 tətbiqi barədə əmrində göstərilir ki, "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar istehsal-təsərrüfat fəaliyyətinin səmərəliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mövcud Təşkilat Strukturu əsasında və 01.02.2020-ci il tarixdə "xxxx" ASC-nin Prezidenti tərəfindən tətbiq olunmuş 994 ştat vahidindən ibarət X13 formalaşdırılması barədə əmr verilmişdir. İşdə olan "xxxx" MMC-nin direktorunun 211/8 №-li 25 sentyabr 2020-ci il tarixli əmrindın görünür ki, istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. İşdə olan Azərbaycan İES” MMC-də X5 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 05 №-li 24 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, X16 və Avtomatika sexində mövcud ştatları X12 uyğunlaşdırmaq üçün 12 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. İşdə olan "xxxx" MMC-nin direktorunun "xxxx" MMC-nin HİK-sədrinə ünvanlandığı 04 mart 2021-ci il tarixli məktubda göstərilir ki, X16 və Avtomatika sexində ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin sayının ixtisar edilməsi zərurəti yaranmışdır. Odur ki, həmin sexdə siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin”b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək, müvafiq qərar qəbul etməyiniz xahiş olunur. İşdə olan "xxxx" MMC Həmkalar İttifaqı Komitəsi iclasının 11 №-li 15 mart 2021-ci il tarixli protokolundan görünür ki, X16 və Avtomatika sexi üzrə siyahıda adları qeyd olunan 12 ştatın və həmin ştatlarda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilməsinə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş "xxxx" MMC-nin direktoru tərəfindən İddiaçı göndərilmiş 26 fevral 2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin direktorunun 217/Ş №-li 03 may 2021-ci il tarixli əmrinin surətindən görünür ki, X16 və Avtomatika sexinin mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 may 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 11.06.2021-ci il tarixli arayışda göstərilri ki, İddiaçı 03.05.2021-ci il tarixli əmrə əsasən əmək haqqı, son haqq-hesab və işdənçıxarma müavinəti həmin tarixdə 1753.56 (bir min yeddi yüz əlli üç manat əlli altı qəpik) manat hesablanmış və ödənilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bəhlu oğlu 1981-ci ildən "xxxx" MMC-də (keçmiş “Azərbaycan DRES”-də) İstilik ölçü çihazları və avtomatika sexində müxtəlif vəzifələrdə işləmiş, 11 aprel 2016-cı ildə həmin sexdə “Xüsusi təhlil qrupu, aparıcı mühəndis vəzifəsinə keçirilmiş, işəgötürənin 03 may 2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv olunmasını, onun işə bərpa edilməsini və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini tələb edir. İddiasını isə əmrin qanunsuz və əsassız olması ilə əsaslandırmışdır. MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İddiaçının sözügedən əmrin qanunsuz hesab edilməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillər cavabdeh tərəfin izahatı və iş materialları ilə tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesаb etmişdir ki, "xxxx" MMC-nin direktorunun 03 may 2021-ci il tarixli, 217/Ş saylı əmr tamamilə qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildilməsi əmək müqaviləsinin əsaslarındandır. Həmin Məcəllənin 70-ci maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə görə işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləninn 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatı ixtisar edilməsi əsası ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada həmkarlar istifaqı təşkilatının razılığını almışdır. İddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl işəgötürən iddiaçını rəsmi xəbərdar etmiş, iddiaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmişdir. Həmçinin, iş materiallarında görünür ki, iddiaçıya işdənçıxma müavinəti verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür. İddiaçı öz tələbini sexdə ştatların və ya işçilərin ixtisarı üçün əsas olmaması, ştat ixtisar olunarkən onun uzun müddət həmin sexdə işləməsi, üç nəfər azyaşl nəvələri üzərində onun həyat yoldaşının qəyyum təyin edilməsi, ştatın ixtisarı zamanı onun işdə saxlanması üçün üstünlüyü olduğu halda nəzərə alınmaması ilə əsaslandırmışdır. İşçilərin ixrisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxslərin siyasi Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilmişdir. Lakin həmin siyahıda işçinin ailə üzvlərindən hər hansı birinin qəyyumluğunda yetkinlik yaşına çatmayan uşaq olması göstərilməmişdir. İddiaçının təqdim etdiyi Mingəçevir şəhər İBH-nin 32 №li 26.02.2016-cı il tarixli sərəncamının surətindən görünür ki, X2 xahişi ilə o, Fəridə, Emil və Tunar adlı nəvələri üzərində qəyyum təyin edilmişdir. Ancaq uşaqların atası X1. Uşaqları saxlamaq isə valideynlərin borcudur. Bundan əlavə iddiaçı öz tələbini sexdə ştatların ixtisarına zərurət olmaması ilə əsaslandırmışdır. Ancaq iş materiallarından görünür ki, "xxxx" MMC-də Yeni Təşkilat strukturunun tətbiqi, texnoloqiyanın inkişafı ilə əlaqədar işəgötürən ştatların ixtisarının zəruriliyi nəticəsinə gəlmişdir. Əmək Məcəllənin 11-ci maddəsinin “ə” bəndinə əsasən ştatların sayını ixtisar etmək işəgötürənin əsas hüquqlarından biridir. İddiaçı, həmçinin, ştatların, işçilərin sayının ixtisarının düzgün aparılmamasını onunla əsaslandrmışdır ki, ixtisar zamanı işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün attestasiya keçirilməli idi. Məhkəmə hesab edir ki,ştatların ixtisarı ilə attestasiyanın nəticəsi olaraq səlahiyyətli orqanın qərarına müvafiq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvinə dair hallar müxtəlifdir. Eyni zamanda, "xxxx" MMC-də X9 tətbiqi ilə əlaqədar olaraq istehsalat zərurəti olmayan ştatların müəyyən edilməsi məqsədi ilə 25.09.2021-ci il tarixli əmr ilə xüsusi komissiya yaradılmışdır ki, həmin komissiyanın qərarına əsasən X16 və Avtomatika sexində “Xüsusi təhlil” qrupunda aparıcı mühəndis ştatına ehtiyac olmadığı müəyyən edilmişdir və sonra İşəgötürənin əmri ilə ixtisar edilmişdir. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X5 tətbiqi barədə 19.03.2020-ci il tarixdə DƏ/38 nömrəli əmr verilmişdir ki, həmin əmrə əsasən MMC-də X14 formalaşdırılmışdır. Ona görə də "xxxx" MMC-də X9 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında 25.09.2020-ci il tarixli 211/Ş nömrəli Əmr verilmişdir. "xxxx" MMC-də X9 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 24.02.2021 -ci il tarixli 05 nömrəli protokoluna əsasən müəyyən olunur ki, komissiya tərəfindən X16 və Avtomatika sexində istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmişdir ki, həmin iclasda komissiyanın üzvləri tərəfindən struktur rəhbərinin təklifi ilə qeyd edilən sexdə ixtisara düşəcək istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən, “Xüsusi təhlil” qrupu, aparıcı mühəndis 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisara düşməsi müzakirə olunmuş və qeyd edilən sexdə “Xüsusi təhlil” qrupu aparıcı mühəndis 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar olunması qərarı qəbul olunmuşdur. Ona görə də, "xxxx" MMC-nin direktoru tərəfindən X16 və Avtomatika sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında 01 mart 2021-ci il tarixli 72/Ş nömrəli əmr verilmişdir ki, həmin əmrin 1.10 bəndinə əsasən X16 və Avtomatika sexində, Təmir heyəti, “Xüsusi təhlil” qrupu aparıcı mühəndis 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl 26.02.2021-ci il tarixli 100/01-07-30 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, Hümbətovun ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Xəbərdarlıq sifarişlə 26.02.2021-ci il tarixdə İddiaçıin yaşadığı C.Əliyev 3-26 ünvanına göndərilmişdir. Xəbərnaməyə əsasən müəyyən olunur ki, məktub ünvanına çatmışdır. "xxxx" MMC-nin direktoru tərəfindən X16 və Avtomatika sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunması haqqında 04.03.2021-ci il tarixdə 100/01-07-67 nömrəli təqdimat sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Seymur Həsənova göndərilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 15.03.2021-ci il tarixli 11 nömrəli protokoluna əsasən müəyyən olunur ki, X16 və Avtomatika sexində “Xüsusi təhlil” qrupu aparıcı mühəndis 1 (bir) ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Odur ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə 208/ş nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır, həmin nəticələri işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız hesab etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1135/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1135/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar