Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1885/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X22 və üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinə və üçüncü şəxs X17 qarşı məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsindən üçüncü şəxs X28 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli (hakim Tural Həsənov) qətnaməsi ilə iddia təmin edilmiş, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində ona çatacaq paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, mərhum anası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2/6 hissəsi üzərində iddiaçının məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Üçüncü şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi birinci instansiya məhkəməsinin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X38 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının anası X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Qeyd olunan miras əmlakların qəbulu ilə bağlı iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət olunmuşdur. İddiaçının bacısı X27 isə xx xxxxxx 2019-cu il tarixli ərizəsi ilə Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət edərək miras əmlaklardan özünə çatacaq paydan iddiaçının xeyrinə imtina etmişdir. Həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə iddiaçı tərəfindən Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət olunmuş, lakin Zaqatala rayon 2 saylı Notariat Ofisi iddiaçının qardaşı, iş üzrə üçüncü şəxs X28 ilə arasında mübahisə olduğu əsası ilə xx xxxxxx 2019-cu il tarixli, 735 nömrəli məktubla həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Həmçinin iddia verdikdən sonra onlara məlum olmuşdur ki, iddiaçının mərhum anası X13 üçüncü şəxs X17 əmlaklarını vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X28 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, anası X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Həmin əmlaklardan hazıradək o, istifadə edir. Bundan başqa, mərhum anası qeyd olunan əmlakları xx xxxxxx 2018-ci il tarixdə vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. İddiaçı isə həmin əmlaklardan heç vaxt istifadə etməmişdir, ona və digər bacısına həmin mirasdan pay düşmür. Mərhum anası həmin əmlakları ancaq ona vəsiyyət etmişdir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxs X28 apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X28 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. İddiaçı mərhum anasına baxmamış, ona işgəncə vermiş, mərhum anası bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin faktları təsdiq edəsi şahidləri mövcuddur, həmin əmlaka dair onun vərəsəlik hüquqları pozulduğundan çıxarılan bu qətnaməni əsassız hesab edir. Həmin qətnamə ilə razı deyil, narazıdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 348/2020 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X28 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X38 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi və İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, üçüncü şəxs X28 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)- 348/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1973-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı 385240 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X29 xx xxxxxx 1959-cu il tarixdə anadan olmuş, onun atası X23, anası isə X6r. İşdə olan Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1961-ci il tarixdə verilmiş A3 seriyalı 020759 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, onun atası X23, anası isə X6r. İşdə olan Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən xx xxxx 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 450615 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X29 xx xxxx 1985-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 66 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Poladov”, arvad isə “Poladova” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala rayon Maqov kənd ərazi nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ 987000 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşdə olan İddiaçı Zaqatala rayon 2 saylı Notariat Ofisinə ünvanladığı xx xxxxxx 2019cu il tarixli ərizəsindən görünür ki, Poladova X30 rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək Zaqatala rayonu Fındıqlı kəndində yaşayan anası X4 xx xxxxxx 2018-ci il tarixdə öldüyünü, onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan X10 Zaqatala rayon 2 saylı Notariat Ofisinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, X27 Zaqatala rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş anası X3 bütün əsaslarla miras qalmış əmlaka dair ona düşən paydan, vərəsəlikdən xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. İşdə olan Zaqatala rayon 2 saylı X21 Zina Əhməd qızına ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 735 nömrəli məktubdan görünür ki, mərhum xx xxxxxx 2018-ci il tarixdə ölmüş X3 miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda mərhumun digər vərəsəsi olan qardaşı-X28 ilə arasında mübahisə olduğunu bildirmişdir. Odur ki, mübahisəli işin notariat qaydasında həll olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Seriya RX ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, **********47 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində xx xxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0275 seriyalı, kod 40212077 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X7 Zaqatala rayonu Dövlət Notariat Kontorunun 4-Ə-57 saylı alqısatqı müqaviləsi ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 3,06 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, həmin dövlət aktı qeydiyyat kitabında 12 nömrə ilə xx xxx 2005-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-968F seriyalı, kod 40201004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mamedova Rəhmey, X28, X14 və X8 Zaqatala rayon X11 xx xxxxxxx 2005- ci il tarixli 117 saylı qərarı ilə 0,04 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun təsdiq olunmuş surətindən görünür ki, keçmiş DTİ və MHQİ-nin arxiv fonduna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 01 saylı reyestr kitabının 41-ci səhifəsində inventar uçotuna alınmışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0072 seriyalı, kod 40212077 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X13, X19, X15 və X5 Zaqatala rayon X11 xx xxxxxx 2000-ci il tarixli 82 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,1159 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, həmin dövlət aktı qeydiyyat kitabında 23857 nömrə ilə xx xxxxxx 2000-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən xx xxxxxx 2018ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Fındıqlı kəndində yaşayan X13 ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və fərdi yaşayış evini, pay torpağını və ona məxsus olan bütün əmlakını oğlu X17 vəsiyyət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1193, 1246, 1255 və 1273-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2014cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailətəminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2014cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mirasqoyan mərhum X4 5 övladı, İddiaçı, X24, X28, X25 və X26 olmuşdur. X13 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Uşaqlardan ikisi, yəni İddiaçı və X2 rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək Zaqatala rayonu Fındıqlı kəndində yaşayan anası X4 xx xxxxxx 2018-ci il tarixdə öldüyünü, onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. X28 isə mərhum X3 miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Həmçinin, mərhum X1 Mehdi Əhməd oğluna bütün əmlakını vəsiyyət etmişdir. İddiaçı mərhum anası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2/6 hissəsi üzərində iddiaçının məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə ona vəsiyyətnamə verildiyini əsas gətirərək iddianı qəbul etmir. Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik prinsipi Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik” başlıqlı 64-cü fəslində öz əksini tapmışdır. Belə ki, həmin fəslin 1166-cı və 1176-cı maddələrinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Göründüyü kimi, mülki qanunvericiliyin sözügedən müddəaları vəsiyyət azadlığı prinsipinə əsaslanmaqla mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Qanunverici məhz bu iradənin nəticəsində mirasdan məhrum edilmiş şəxsə münasibətdə hansı hüquqi nəticələrin yaranmasını müəyyən etmişdir. Belə ki, vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Bununla belə, mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində sərəncam vermək səlahiyyəti qeyri-məhdud şəkildə olmayaraq mirasdan məcburi pay hüququ ilə məhdudlaşır. Birinci instansiya məhkəməsi bildirmişdir ki, mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir. Göründüyü kimi, qanunverici məcburi pay almaq hüququ olan şəxslərin dairəsini məhdud şəkildə müəyyən edərək buraya vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) daxil olduğunu göstərmişdir. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Vəsiyyət edənin ailə üzvləri ilə bağlı MM-nin 1193-cü maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən irəli gəldiyi üçün konstitusion əhəmiyyət kəsb edir və vəsiyyət azadlığının qanuni məhdudlaşdıran hallardan biri kimi çıxış edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının miras əmlakdan qanun üzrə vərəsə olduqlarından payların müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi mülki qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğundur. İş materiallarından görünür ki, mərhum X13 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş, X17 bütün əmlakına dair vəsiyyətnamə qoymuşdır. Lakin ölümündən sonra onun birinci növbəli vərəsələri olan İddiaçı və X24 mirasın açıldığı vaxtdan (miras qoyanın, mərhum X4 öldüyü gün, xx xxxxxx 2018-ci il tarixdən) üç ay ərzində vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna (mərhumun qızı-İddiaçı xx xxxxxx 2019-cu il tarixdə və mərhumun digər qızı- X24 xx xxxxxx 2019-cu il tarixdə Zaqatala rayon 2 saylı dövlət notariat kontoruna) mirası qəbul etdikləri barədə ərizə ilə müraciət etmişlər. X28 isə mərhum X3 miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Həmçinin, mərhum X1 Mehdi Əhməd oğluna bütün əmlakını vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə istinad edərək hesab etmişdir ki, iddiaçı, mərhumun qızı İddiaçı vərəsə olaraq miras əmlakı qəbul etmişdir. İşin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilərək Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha, 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsi və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab etmişdir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan üçüncü şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdikləri sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən üçüncü şəxsin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn üçüncü şəxs X28 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Üçüncü şəxs X28 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1885/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1885/2020
18.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver