Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-190/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmət Hümmətovun katibliyi, cavabdeh X1 iştirakı ilə, Yevlax Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1552/2020 saylı qətnaməsindən İddiaçı və cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona aid olan əşyaları ilə birlikdə mülkiyyətində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5 mənzil 14 saylı mənzildən çıxarılmasına dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1552/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı və cavabdeh X3 apellyasiya şikayəti vermişdir. İddiaçının apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, o, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5, mənzil 14-dün mülkiyyətçisidir. Bu barədə Daşınmaz Əmlakın övlət Reyestri Xidmətinin ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışı vardır, həmin mülkiyyət sənədinə əsasən Yeni Yevlax küçəsi ev 5, mənzil 14, ********* qeydiyyat nömərsi ilə xx.xx.2016-cı il tarixindən onun əmlakıdır. Bu səbəbdəndə mübahisələndirilən əmlakın qanuni mülkiyyətçısi olaraq evində yaşayan hazırki Cavabdeh evindən ona məxsus əşyaları ilə birlikdə çıxarılmasını istəyir. Cavabdeh ona məxsus əmlakda yaşamaqla bərabər, evin əvəlki mülkiyyətçisi olmuş anasına qarşı son dərəcə amansız rəftar edir. Mülkiyyətçi olaraq o qanunla müəyyən olunmuş hüquqlar həddində öz əmlakından istifadə etməlidir. Ona görə də iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq Cavabdeh Yağnalı qızının mülkiyyətində olan Yevalx şəhəri Yeni Yevlax küçəsi ev 5 mənzil 14-dən ona aid əşyalarla birlikdə 1 ədəd şkaf, 1 ədəd sfoner, 2 ədəd term, yatax taxtından ibarət yataq mebel dəsti. 6 ədəd stul, 1 ədəd stol, divan kreslo dəsti, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd çörək bişirən volna peçi, 2 ədəd xalça, 2 ədəd lüstr, 2 ədəd serviz, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd paltar yuyan maşın, 6 ədəd balınc, 1 ədəd böyiik döşək, 2 ədəd kiçik döşək, ,3 ədəd yorsan, 1 ədəd çaynik, 1 ədəd çaydan, 4 ədəd yemək qazanları, 12 ədəd boşqab, 8 ədəd kicik boşqab, 12 ədəd qaşıq, 12 ədəd çənşəl, 2 ədəd vanna, 2 ədəd vedrə, 2 ədəd bıçaq, 6 ədəd kasa, 1 ədəd saat, 2 ədəd şülqabı, 2 ədəd suqabı, 2 ədəd qrafınkanın çıxarılmasına dair məhkəmə qətnaməsi çıxarılmalıdır. Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normalarının tələblərinə riayət edilmədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Onun mübahisəli mənzildə istifadə hüuqu olduğundan apelyasiya şikayəti təmin edilməli, qərnamə ləğv edilməli, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçı tərəf heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, cavabdeh tərəfin izahatını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1552/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3 mübahisəli mənzilə onun mülkiyyətçisi olan iddiaçının mərhum qardaşının həyat yoldaşı kimi köçmüş və mübahisəli mənzilə mülkiyyətçinin ailə üzvü kimi hüquq və vəzifələr əldə etmişdir. Belə olduqda, X3 mübahisəli mənzilə istifadə hüququna malik olmuş və iddiaçının mərhum qardaşı birgə nikahda olduğu dövrdə həmin hüquqlarından istifadə etmişdir. Lakin, cavabdehin həyat yoldaşı vəfat etdikdən sonra onların ailə münasibətlərinə xitam verilmişdir. Mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Lakin, məhkəmə tərəfindən həmin maddədə göstərilən hallar nəzərə alınaraq keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməli, cavabdehin isə apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum qardaşı X5 ilə cavabdeh X3 xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Cavabdeh Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5, mənzil 14-də köçərək orada yaşamışdır. X5 xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. Həmin mənzili isə Nümayəndə xx xxxxxxxx 2016-ci il tarixdə İddiaçı bağışlamışdır. İddiaçı qanunla müəyyən edilmiş qaydada həmin mənzili adına rəsmiləşdirmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evdən çıxarılmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2013-cü il tarixdə yarandığına görə kollegiya hesab edir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan mənzil məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir: “Mənzil Məcəlləsinin 30cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh olan X3 evin mülkiyyətiçisinin qardaşının arvadı olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də kollegiya hesab edir ki, cavabdeh X1 iddiaçıya məxsus mənzildən çıxarılması barədə iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə belə qənaətə gəlir ki, ailə münasibətlərinə xitam verildiyindən cavabdeh Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1552/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Yevlax Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(039)-1552/2020 saylı qətnaməsi ləğv ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X2 qarşı iddiaçıya məxsus mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi təmin edilsin. Cavabdeh X3 və özünə məxsus əşyaları yəni, 1 ədəd şkaf, 1 ədəd sfoner, 2 ədəd term, yatax taxtından ibarət yataq mebel dəsti. 6 ədəd stul, 1 ədəd stol, divan kreslo dəsti, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd çörək bişirən volna peçi, 2 ədəd xalça, 2 ədəd lüstr, 2 ədəd serviz, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, 1 ədəd paltar yuyan maşın, 6 ədəd balınc, 1 ədəd böyiik döşək, 2 ədəd kiçik döşək, ,3 ədəd yorsan, 1 ədəd çaynik, 1 ədəd çaydan, 4 ədəd yemək qazanları, 12 ədəd boşqab, 8 ədəd kicik boşqab, 12 ədəd qaşıq, 12 ədəd çənşəl, 2 ədəd vanna, 2 ədəd vedrə, 2 ədəd bıçaq, 6 ədəd kasa, 1 ədəd saat, 2 ədəd şülqabı, 2 ədəd suqabı, 2 ədəd qrafınka ilə birlikdə İddiaçı məxsus Yevalx şəhəri Yeni Yevlax küçəsi ev 5 mənzil 14-dən çıxarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-190/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-190/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver