Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-190/2025 06.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə dair (Açar sözlər: icra sənədinin izah olunması ) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli qeyri-iş günü verilmiş qanunsuz əmrinin ləğv edilməsi, Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinə işə bərpa olunması, Cavabdeh1 Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li qanunsuz əmrinin ləğv edilməsi və Qoca Qocayev adına Lahıc Kənd tam orta məktəbinə işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ŞəkiZaqatala Regional Təhsil İdarəsi Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli qeyri-iş günü verilmiş qanunsuz əmrinin ləğv edilməsi və Vüqar Ağasıyev adına Bazar kənd tam orta məktəbinə işə bərpa olunması, Cavabdeh1 Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li qanunsuz əmrinin ləğv edilməsi, Qoca Qocayev adına Lahıc Kənd tam orta məktəbinə işə bərpa olunması, məcburi işburaxma dövrü üçün məhkəməyə müraciət etdiyi tarixədək və ondan sonra işləmədiyi dövr ərzində işəgötürən tərəfindən ödənilməmiş olan əmək haqqının ümumi məbləğinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh1 Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Bazar kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh1 Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmrinin ləğv edilməsi, İddiaçı Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. 17 oktyabr 2024-cü il tarixdə Maraqlı şəxs rəisi kiçik ədliyyə müşaviri X2 məhkəməyə qətnaməyə izah verilməsi barədə ərizə göndərərək, Şəki Rayon Məhkəməsinin 2 (075)- 645/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, Cavabdeh1 Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Bazar kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və Cavabdeh1 Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmrinin ləğv edilməsi, İddiaçı Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Lakin tələbkar İddiaçı ilə Bazar və Lahıc kənd tam orta məktəbləri arasında bağlanmış müqavilələr müddətli olduğu və müqavilə üzrə iş müddəti normal axarı ilə getsə belə bugünkü günə müqavilələrin artıq müddəti bitdiyi üçün onun rəsmi olaraq işə bərpa olunmasına ehtiyac olub-olmaması, bundan əlavə əgər tələbkar İddiaçı işə bərpa olunacaqsa əvvəl bağlanmış müqavilədə göstərilmiş müddətə, yoxsa işdən qanunsuz olaraq azad olunduğu zaman müqavilə üzrə geri qalan müddətə işə bərpa olunub-olmaması məsələsinə aydınlıq gətirilməmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadı ilə, Şəki Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(075)-654/2024 saylı qətnaməsinə izah verilməsi barədə Maraqlı şəxs rəisi kiçik ədliyyə müşaviri X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadından Cavabdeh1 şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 20.1, 230.1, 230.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a)Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərardadını əsassız hesab edirlər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Lahıc kənd tam orta məktəbi arasında bağlanmış 15 oktyabr 2023-cü il tarixli müddətli əmək müqaviləsinin müddəti 14 iyun 2024-cü il tarixdə, Bazar kənd tam orta məktəbi arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli müddətli əmək müqaviləsinin müddəti isə 26 oktyabr 2023-cü il tarixdə bitmişdir. Məhkəmənin 26 aprel 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qətnaməsinə əsasən iddiaçının işdən azad edilməsi barədə əmrləri qanunsuz hesab edilsə də, onun işə qəbul edilməsi barədə bağlanmış müddətli əmək müqavilələri qanuni olmaqla mübahisələndirilməmişdir. Yəni işə baxılarkən iddiaçı ilə cavabdehlər arasında bağlanmış müddətli əmək müqavilələrinin də ləğv edilməsi, iddiaçı ilə məhz müddətsiz və ya digər müddətə əmək müqaviləsinin bağlanması qeyd edilməmişdir. Məhkəmənin sözügedən qətnaməsi icraya yönəldilərkən artıq iddiaçı ilə bağlanmış müddətli əmək müqavilələrinin vaxtı bitmişdi. Bu səbəbdən də qətnamədə qeyd edildiyi kimi iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş, digər hissələrdə, yəni iddiaçının Bazar kənd tam orta məktəbinə və Lahıc kənd tam orta məktəbinə işə bərpa edilməsi hissələrində qətnamənin icrasında çaşqınlıq yaranmışdır. Məhkəmənin qətnaməsində olan həmin qeyri-müəyyənlik, icra məmuru tərəfindən borcluların məhkəmə qərarının icrasında boyun qaçırması kimi qiymətləndirilir ki, bu hal da onların əsassız məsuliyyətə cəlb edilmələrinə səbəb ola bilər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Şəki Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qətnaməsinin izah edilməsinə zərurət vardır. Odur ki, Şəki Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qərardadını ləğv edərək, Maraqlı şəxs rəisi kiçik ədliyyə müşaviri X1 ərizəsinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qətnaməsinin izah edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 8.2.-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də, kollegiya Şəki Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(075)-645/2024 saylı qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci tarixli, 4 nömrəli Qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi, hüquqi terminlərdən yerində istifadə edilməməsi, qrammatik cəhətdən fikrin aydın çatdırılmaması və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur. Kollegiya qeyd edir ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz; əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. Hansı ki, icra sənədi də qətnamənin nəticə hissəsinin əks olunduğu bir sənəddir. Məhkəmə kоllegiyаsı iş materiallarını araşdıraraq hesаb edir ki, icra sənədinin izаh оlunmаsınа zərurət yоxdur. Belə ki, qətnamə əsasında verilmiş icra sənədindən göründüyü kimi, оnun məzmunu və nəticəsindəki fikirlər tаm аydındır və оrаdа аnlаşılmаyаn ifаdələr yоxdur. Cavabdeh1 şikayətlə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etsə də icra sənədindəki anlaşılmayan fikrin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı cavabdeh məktəblərə əvvəl bağlanmış müqavilədə göstərilmiş müddətə, yoxsa işdən qanunsuz olaraq azad olunduğu zaman müqavilə üzrə geri qalan müddətə işə bərpa olunub-olmaması məsələsi məhkəmə qətnaməsində müzakirə edilmədiyindən, qeyd edilən məsələlər üzrə icra sənədinə izah verilməsi, beləliklə icra sənədinin məzmununun qətnamədə əksini tapmayan fikirlər hesabına genişləndirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-645/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-190/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-190/2025
06.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver