Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1903/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(039)-498/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 23 iyun 2021-ci il tarixli 2(039)-498/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 572 saylı 90100028 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayonu Rüstəmli kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə daxil olan 1.8219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Rüstəmli kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində 1.8219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daxildir. Mülkiyyət hüquqlarını Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 mart 2015-ci il tarixli 06133385 qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Cavabdeh 20 ildən artıq müddətdir ki, onları ailələrinin ümumi birgə mülkiyyətlərinə daxil olan torpaq sahəsini zəbt edərək oradan gəlir əldə edir. Ümumi birgə mülkiyyətçilər olaraq onlar hər biri dəfələrlə cavabdehə müraciət edərək zəbt altında olan torpaq sahəsini onlara təhvil verilməsini tələb etmişlər. Hər mövsüm cavabdeh müxtəlif bəhanələr gətirir və əkdiyi məhsulu götürdükdən sonra torpaq sahəsini təhvil verəcəyini bildirir. Lakin cavabdeh illəri illərə satır, bir mövsüm günəbaxan toxumu, o biri mövsüm taxıl və sairə əkərək məhsulunu götürdükdən sonra, torpaq sahələrini onlara təhvil vermək əvəzinə yenidən məhsul əkir. Onlar ümumi birgə mülkiyyətçilər olaraq daha cavabdehə güzəşt etmək fikirləri yoxdur. Baxmayaraq ki, bu il də həmin ərazidə məhsul əkmişdir, məhkəməyə müraciət etməli olmuşlar. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddia əsassızdır. Belə ki, onun və ailə üzvlərinin həmin ərazidə 7.39 ha torpaq sahələri vardır. Hazırda da, öz torpağından istifadə edir. İddiaçının torpağını zəbt etməmişdir. İş üzrə Yevlax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(039)-498/2021 nömrəli qətnaməsi qəbul edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mütəxəssis tərəfindən qarışıq, heç bir hüquqi nəticə yaratmayan rəy verilməklə cavabdeh tərəfin mənafeyi müdafiə edilmişdir. Həmin rəy əsassızdır. Məhkəmə işin hərtərəfli, obyektiv və ədalətli həlli üçün əlavə heç bir addım atmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cabir Novruzov məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək işə apellyasiya qaydasında baxılan mərhələdə iddia tələbindən imtina etdiyini, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən, o cümlədən o, apellyasiya şikayəti verdikdən sonra, mübahisə predmeti olan torpaq sahəsi aidiyyəti üzrə mütəxəssislər tərəfindən ölçülərək ona təhvil verildiyini, hazırda həmin torpaq sahəsindən istifadə etdiyini, Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia tələbindən imtina etdyini bildirmiş və həmin iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Cabir Novruzov məhkəmə kollegiyasına ünvanladığı ərizədə iddia tələbindən imtina etdyini bildirmiş və həmin iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişlər. Kollegiyanın fikrincə iddiaçının ərizəsi iddiadan imtina kimi qiymətləndirilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. 261.0.4-cü mаddəsinə əsаsən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. 370-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. 9.1-ci mаddəsinə əsаsən, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Mülki-prоsessuаl qаnunvericilikdən də göründüyü kimi, mülki işlərdə tərəflər mövcud оlduğu hаldа mülki icrааt mövcud оlа bilər və yаlnız bu hаldа çəkişmə prinsipinin tələblərinə əməl edilə bilər. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Mülki işin materiallarından görünür ki, İddiaçı iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Əklsinə, iddiaçının iddiadan imtina etməsi cavabdehin mənafeyinə uyğundur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının iddiаdan imtina etməsini nəzərə alaraq mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(039)-498/2021 nömrəli qətnаməsi ləğv edilməli, mülki işin icrааtınа xitаm verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 400 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Yevlax Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(039)-498/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icrааtа xitаm verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1903/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1903/2021
21.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver