Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1904/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin məhkəmənin 02 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və onun 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə ona məxsus, Mingəçevir şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 3 saylı evin 42 saylı mənzilinə istifadə hüquqları tanınmaqla mənzilə köçürülmələri qət edilmişdir. Cavabdeh2 Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)- 759/2021 nömrəli qətnaməsinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, həmçinin vəsatət verərək apellyasiya şikayəti vermək üçün müddətin keçməsinin üzrlü sayılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, apellyasiya şikayəti verilməsinə o halda razı ola bilər ki, cavabdeh tərəf ona ev tutsun və həmin evin kirayə pulunu onlar ödəsin. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 müddətin bərpa edilməsi haqqında vəsatətinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qətnaməsi ilə İddiaçı və onun 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə ona məxsus, Mingəçevir şəhərinin M.Ə.Sabir küçəsində yerləşən 3 saylı evin 42 saylı mənzilinə istifadə hüquqları tanınmaqla mənzilə köçürülmələri qət edilmişdir. Qeyd olunan qətnamə ona göndərilsə də, hüquqi savadı olmadığı üçün həmin qətnamədən vaxtında apelyasiya şikayəti verə bilməmişdir. Həmçinin özü xəstə və ahıl şəxsdir. O, qətnamədən şikayətin verilmə qaydalarını dəqiq bilsəydi, vaxtında da apelyasiya şikayəti verərmiş. Lakin o, qətnamədən apelyasiya şikayəti vermə müddətini 15 gün ötürmüşdür. Bir daha bildirir ki, hüquqi savadı olmadığı üçün qətnamədən vaxtında apelyasiya şikayəti verə bilməmişdir. Ona görə də, məhkəmədən Mingəçevir şəhər məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər hüseynov) 02 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadı ilə Cavabdeh2 Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayəti belə əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qətnaməsi ilə onun və 23 iyun 2010-cu il təvəllüdlü Rauf adlı uşağı ilə birlikdə Mingəçevir şəhəri Sabir küçəsi 3 saylı evin. 42 saylı mənzilinə istifadə hüququm tanınmaqla köçürülməyim qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hətta Cavabdeh2 məhkəmədə ona qarşı mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam vermə tələbinə dair iddia qaldırmışdır. Qətnamənin könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirləri başlanmış və icra günü bir neçə dəfə təyin olunmuşdur. Qətnamənin icrasından yayınmaq istəyən Cavabdeh2 qətnamədən şikayət vermə müddətinin keçməsinin üzrlü sayılaraq müddətin bərpa edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizəsində göstərmişdir ki, hüquqi savadı olmadığından müddəti ötürmüşdür. Halbuki, hüquqi savadı olmayan cavabdeh bundan əvvəl ona qarşı mənzilə istifadə hüququna xitam vermə barədə iddia qaldırmışdır. O, bir azyaşlı oğlu ilə evsiz qalıb. Məhkəmə bu halı nəzərə almaq əvəzinə qanuni qətnamənin icrasına mane olan cavabdehin əsassız ərizəsini təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadı ləğv edilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh qətnamənin icrasına mane olmaq üçün apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə verib. O, may ayından kirayədə yaşayır. Qarşı tərəf onu həmin evə buraxmır. Ona ev satılana qədər kirayədə oturmağını və kirayə haqqını ödəyəcəklərini desələr də, heç bir kirayə haqqı ödənişi etməmişlər. Ona görə də, şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək bildirdilər ki, həmin ev 1 aya qədər satılasıdır. Ev satıldıqdan sonra İddiaçı pulunu verəcəklər. Ev satılana qədər hər ay evin kirayəsini onlar verəcəklər. Ona görə də, İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(051)- 759/2021 nömrəli qərardadı ləğv edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməsi üçün ötürülmüş müddətin bərpa etməsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)- 759/2021 nömrəli qətnaməsi ona göndərilsə də, hüquqi savadı olmadığı üçün həmin qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Həmçinin xəstə və ahıl şəxsdir. O, qətnamədən şikayətin verilmə qaydalarını dəqiq bilsəydi, vaxtında da apellyasiya şikayəti verərdi. Lakin, o, qətnamədən apellyasiya şikayəti vermə müddətini 15 gün ötürmüşdür. Bir daha bildirir ki, hüquqi savadı olmadığı üçün qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Buna görə də apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddəti bərpa edərkən MPM-in 133.1-ci maddəsinə istinad etmişdir. Lakin, məhkəmə kollegiyası cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü ... maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 vəsatətində prosessual müddəti üzrlü səbəbdən ötürməsini onunla əsaslandırmışdır ki, onun hüquqi savadı olmadığı üçün həmin qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Həmçinin xəstə və ahıl şəxsdir. O, qətnamədən şikayətin verilmə qaydalarını dəqiq bilsəydi, vaxtında da apellyasiya şikayəti verərdi. Lakin, o, qətnamədən apellyasiya şikayəti vermə müddətini 15 gün ötürmüşdür. Qeyd edilməlidir ki, Cavabdeh2 vəsatətində hüquqi savadının olmaması, özünün xəstə və ahıl xəstə olmasını qeyd etsə də, lakin iş materiallarından görünür ki, məhkəmə prosesində (sözügedən qətnamənin qəbul edildiyi vaxt) iş üzrə Cavabdeh1 (Cavabdeh2 oğlu) da iştirak etmişdir. Cavabdehin də vəsatətində qeyd etdiyi kimi, əgər apellyasiya şikayətinin vaxtında verilə bilməməsinin əsas səbəbi onun xəstə və ahıl olmasıdırsa, bunu (Cavabdeh2 oğlu), yəni iş üzrə digər Cavabdeh1 da edə bilərdi. Digər tərəfdən öyrənilən iş marteriallarından Cavabdeh2 xəstə olması öz təsdiqini tapmır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi barədə qənaəti və ötürülmüş müddəti bərpa etməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh2 apellyasiya şikayəti verməsi üçün ötürülmüş müddətin bərpası barədə vəsatətini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası müddətin ötürülmə səbəbini üzrsüz kimi qiymətləndirir. Cavabdeh2 ötürülmüş müddətin bərpası barədə vəsatəti əsassız olduğundan onun verdiyi apellyasiya şikayəti də geri qaytarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsinin ötürülmüş müddətin bərpası barədə 02 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, həmin qərardad ləğv edilməlidir. Eyni zamanda, Cavabdeh2 prosessual müddəti ötürməklə verdiyi apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi həmin məhkəməyə göndərmək barədə qərardad qəbul edə bilər. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(051)-759/2021 qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin məhkəmənin 02 avqust 2021-ci il tarixli, 2(051)-759/2021 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin, verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hazırkı qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1904/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1904/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver