Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1926/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı nümayəndəsi və vəkili X16 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1161/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasıya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, O, iddiaçı- İddiaçı barədə cavabdeh- "xxxx" MMC-nin rəhbərliyi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 212/Ş saylı əmrini ləğv edib, onu işə bərpa və məcburi iş buraxmaya görə əmək haqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 25 iyun 2021-ci il tarixli, 2(051)-1161/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, iddiaçı- İddiaçı Əsmən qızı 17.08.1987-ci il tarixdə “Azərbaycan DRES”də Elektrik sexində 3-cü dərəcə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir, 01.12.1993-cü ildə Elektrik sexində Elektrotexniki laboratoriyaya 3-cü dərəcəli elektrik montyoru, 01.04.1994-cü ildə həmin sexdə 4-cü dərəcəli elektrik montyoru və 05.12.1995-ci ildə həmin sexdə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə təyin edilmişdir və 01.10.2010-cu il tarixədək həmin vəzifədə işləmişdir. 25.03.2003-cü il tarixdə "xxxx" ASC-nin Yeni İdarəetmə strukturun təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır (25.04.2003-cü il 091/AU saylı əmr) və o da işini davam etdirmişdir. 05.01.2006-cı il tarixdə "xxxx" ASC-nin X4 təkminləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" MMC adlandırılmış (05.01.2006-cı il 002\AU saylı əmr) və o da öz vəzifəsində fasiləsiz olaraq əmək funksiyasını yerinə yetirmişdir. O fəaliyyət göstərdiyi vaxtlarda həmin müəssisədə fasiləsiz olaraq öz peşəsi üzrə çalışmışdır. 01.10.2010- cu il tarixdə "xxxx" MMC-nin Elektrik sexinin Elektrotexniki laboratoriyasına Blokların rele mühafizəsi, avtomatika trestor təsirləri dərəcəsinə xidmət edən qrupa mühəndis vəzifəsinə təyin olunmuşdur. İşdən azad olunanadək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmiş və töhmət almamış, əksinə əlavə olaraq pul təminatı almışdır. "xxxx" MMC-nin X24 və Avtomatikası sexində 2008-2011-ci il tarixlərdə sonuncu (axırıncı) texnologiya tətbiq olunmuş və o da tutduğu vəzifəyə uyğun şəkildə həmin texnologiyanı mükəmməl bilirmiş. Vəzifəsinin öhəsindən layiqincə gəlmiş və işini davam etdimişdir. Son zamanlar cavabdeh - "xxxx" MMC-nin rəhbətliyi əsassız və qərəzli olaraq "xxxx" MMC-nin elektrik sexində və X24 və Avtomatikası sexində işləyən təcrübəli 18 nəfər əməkdaşını planlı şəkildə qərəzli olaraq işdən çıxarmağı öz qarşısına məqsəd qoymuşdur. O iddiaçı- İddiaçı da daxil olmaqla onlara "xxxx" MMC-nin rəhbərliyi qısa (bir aylıq müddətə yenidən əmək müqaviləsi bağlamağı təklif etmişlər və bu yolla onlara müəsissədən kənarlaşmaq istəmişlər. O, iddiaçı- İddiaçı da daxil olmaqla "xxxx" MMC-nin Elektrik sexinin və X24 və Avtomatikası sexinin digər işçiləri həmin müqaviləni imzalamaqdan imtina etmiş və "xxxx" MMC-nin rəhbərliyinə onların bu günədək bağladıqlarını müqavilənin müddətsiz olduğunu bildirmişlər. Bundan 1 gün sonra o İddiaçı da daxil olmaqla "xxxx" MMC-nin rəhbərliyi 03.05.2021-ci il tarixli 212/Ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə və 71-ci maddəsinin 1-ci hissəsinə əsaslanaraq qanunsuz müqaviləyə xitam verərək onu əsassız işdən azad etmişdir. Cavabdeh-"xxxx" MMC-nin rəhbərliyi onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71-ci maddəsinin 1-ci hissəsinə əsaslanaraq, müqaviləyə xitam verməklə qanunsuzluq etmiş və onun hüquqlarını kobud surətdə pozmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsi işi tam, hər tərəfli, obyektiv araşdırsaydı və bu iş üzrə sübutlara və şahid ifadələrinə düzgün hüquqi qiymət versəydi, onda ədalətli məhkəmə qətnaməsi çıxarardı. Lakin, Mingəçevir Şəhər Məhkəməsi sübutlara söykənmədən, ifadələri yoxlamadan və əlavə sübutlar tələb etmədən reallıqdan uzaq və qərəzli qətnamə çıxarmışdır. Bu səbəbdən də. məhkəmə qətnaməsi ləğv olunmalıdır. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X26 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün qənaətə gəlməmiş, işi hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı uzun müddət qeyd olunan təşkilatda işləməklə, həmişə işinə vicdanla yanaşmış, heç vaxt intizam məsuliyyətinə cəlb olunmamışdır. Lakin cavabdeh tərəf iddiaçıya qarşı qərəzli mövqe tutaraq, onu heç bir əsas olmadan işdən azad etmişdir. Halbuki, işçilərin ixtisarı zamanı bu kimi işçilərin işdə saxlanılmasına üstünlük verilir. Lakin cavabdeh tərəf bütün bu göstəricilərə əhəmiyyət vermədən iddiaçını işdən azad etmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əvvəla rəhbərliyin iddiaçı ilə heç bir qərəzliyi olmamışdır. "xxxx" MMC-də X15 tətbiqi ilə əlaqədar bir neçə nəfər, o cümlədən də iddiaçı ştatların ixtisar olunması ilə bağlı işdən azad olunmuşdur. İşçi işdən azad olunarkən qanunvericiliyin bütün normalarına riayət edilmiş, hətta İddiaçı 10 ildən çox əmək stajının olması nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl 26.02.2021-ci il tarixli 100/01-07-24 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)- 1161/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; PB 026033 nömrəli diplomdan görünür ki, X17 1982-ci il tarixdə M.Əzizbəyov adına Qırmızı Əmək ordenli Azərbaycan neft və kimya İnstutuna daxil olmuş və 1987-ci il tarixdə elektrik stansiyaları ixtisasını bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1987-ci il 20 iyun tarixli qərarı ilə ona Mühəndis elektrik ixtisası verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 14.08.1987-ci il tarixli 946 nömrəli əmrlə Azərbaycan DRES-i Elektrik sexinə 3-cü dərəcə üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. 01.12.1993-cü il tarixli 275/k nömrəli əmrlə elektrik sexində elektrotexniki laboratoriyaya 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilir. 07.02.1994-cü il tarixli 36/k nömrəli əmrlə həmin sexdə elektrik montyoru vəzifəsində 4-cü dərəcə verilir. 05.12.1995-ci il tarixli 201/k nömrəli əmrlə həmin sexdə elektrik montyoru vəzifəsində 5-ci dərəcə verilir. 25.04.2003-cü il tarixli 091/AÜ nömrəli əmrlə Azərenerji ASC-nin Yeni nəzarətetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rayon X8 Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. 05.01.2006-cı il tarixli 002/AÜ nömrəli əmrlə Azərenerji ASC-nin X4 təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan DRES MMC-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-i adlandırılmışdır. 01.10.2010-cu il tarixli 238/ş nömrəli əmrlə Elektrik sexi elektrotexniki laboratoriyası na blokların rele mühafizəsi, avtomatika trestor təsirləri dərəcəsinə xidmət edən qrupa “mühəndis vəzifəsi”nə keçirilmişdir. 03.05.2021-ci il tarixli 221/ş Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 ilə işçi X14 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı elektrik sexi, elektrotexniki laboratoriya, Blokların rele mühafizəsi, avtomatika və tristor həyəcanlandırıcısına xidmət edən qrup. Mühəndis, (ödəmə dərəcəsi 8) vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, bu əmək müqaviləsi 29.12.2014-cü il tarixdən 29.03.2015-ci il tarixədək 03 (üç) ay müddətinə bağlanmışdır. "xxxx" ASC "xxxx" MMC-nin 19.03.2020-ci il tarixli "xxxx" MMC-nin X9 tətbiqi barədə” Əmrindən görünür ki, "xxxx" MMC-də Realibilitasiya Proqramı çərçivəsində aparılan Yenidənqurma işləri ilə əlaqədar istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin Prezidenti tərəfindən təsdiq olumuş "xxxx" MMC-nin X5 formalaşdırılması məqsədi ilə "xxxx" MMC-nin mövcud Təşkilati Strukturu əsasında və 01.02.2020-ci il tarixdə "xxxx" ASC-nin Prezidenti tərəfindən təsdiq olunmuş 994 ştat vahidindən ibarət X20 formalaşdırılması əmr edilmişdir. "xxxx" ASC "xxxx" MMC-nin 211/Ş saylı 25 sentyabr 2020-ci il tarixli "xxxx" MMCdə X5 tətbiqi ilə əlaqədar ştat, vahidlərinin müəyyən edilməsi məqsədi ilə komissiyanın yaradılması haqqında” əmrindən görünür ki, Azərbaycan İES” MMC-də Realibilitasiya Proqramı çərçivəində aparılan Yenidənqurma işləri zamanı yeni texnika və texnologiyaların tətbiqini nəzərə alaraq stansiyada istismar olunan avadanlıqların istismar təlimatlarının tələbləri, fasiləsiz iş rejimi, həmçinin əməyin təhlükəsizliyi, elektrik enerjisi istehsalının digər vacib xüsusiyyətləri nəzərə alınmaqla istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçiləri barədə struktur rəhbərlərinin təkliflərinin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması əmr edilmişdir 24.02.2021-ci il tarixli 06 nömrəli "xxxx" MMC-də X5 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın iclas Protokolundan görünür ki, Elektrik sexində ştat vahidi üzrə 1. Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadasının elektroliz aparatçısı 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X2 2. Blokların rele mühafizəsi, avtomatika və tristor təsirlənməsinə xidmət edən qrupun mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı 3. Sexin ümumi heyəti –texnik 01 (bir) ştat vahidi və həmin ştat üzrə çalışan X18 4. Kabel təsərrüfatına xidmət və təmir edən briqadanın kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X13 5. Yüksək gərginlikliyə sınaq və profilaktika qrupu – aparıcı mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X7 6. Yarımstansiya xidmət edən elektrik montyoru (APQ 330 kv) 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X19 ixtisar edilmələri və rəhbərliyə bildirilmələri qərara alınmışdır. 73/Ş saylı 01 mart 2021-ci il tarixli "xxxx" MMC-nin Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında” əmrdən görünür ki, "xxxx" ASC tərəfindən təsdiqlənmiş X11 uyğun olaraq "xxxx" MMCnin Elektrik sexində 1. Blokların generator təsərrüfatına və elektroliz qurğularına xidmət və təmir briqadasının elektroliz aparatçısı 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X2 2. Blokların rele mühafizəsi, avtomatika və tristor təsirlənməsinə xidmət edən qrupun mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı 3. Sexin ümumi heyəti –texnik 01 (bir) ştat vahidi və həmin ştat üzrə çalışan X18 4. Kabel təsərrüfatına xidmət və təmir edən briqadanın kabel xətlərini quraşdıran və təmir edən elektrik montyoru 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X13 5. Yüksək gərginlikliyə sınaq və profilaktika qrupu – aparıcı mühəndisi 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X7 6. Yarımstansiya xidmət edən elektrik montyoru (APQ 330 kv) 01 (bir) ştat vahidi və həmin ştatda çalışan X19 ixtisar edilmələri əmr edilmişdir. 26.02.2021-ci il tarixli 100/01-07-24 nömrəli Xəbərdarlıqdan görünür ki, İddiaçı "xxxx" MMC üzrə X21 əsasən ştatların ixtisarı ilə əlaqədar onun ştatı ixtisara düşdüyünə görə onunla bağlanmış Əmək müqaviləsinə 03 may 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyinə dair o, 17.08.1987-ci il tarixdən müəssisədə işlədiyini nəzərə alınaraq, on ildən çox əmək stajı olduğu üçün azı doqquz təqdim həftəsi əvvəldən xəbərdar edilmişdir 04.03.2021-ci il tarixli 100/01-07-66 saylı "xxxx" MMC-nin HİK-nin sədrinə göndərilmiş “Elektrik sexinin işçilərinin ixtisar olunması haqqında” təqdimat məktubundan və Azərbaycan İES” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin həmin təqdimat məktubuna dair "xxxx" MMC-nin direktoruna 15 mart 2021-ci il tarixli 08 nömrəli cavab məktubundan görünür ki, Elektrik sexində siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda adları və soyadları göstərilən işçilərin əmək müqaviləsinə xitam verilməsini müzakirə etmələrini və qanuna müvafiq “razılaşma” və ya “razılaşmama” barədə qərar verməsini xahiş etmiş və Həmkarlar İttifaqı Komitəsinin sədri isə razılığını bildirmişdir. 15 mart 2021-ci il tarixli 11 nömrəli Elektrik sexində ixtisarı müəyyən olunmuş ştatların və həmin ştatlarda çalışan işçilərin ixtisarına razılıq verilməsi məsəlinə baxılan "xxxx" MMC Həmkarlar İttifaqı Komitəsi iclasının Protokolundan görünür ki, işəgötürənin 04.03.2021-ci il tarixli təqdimatı ilə "xxxx" MMC-nin HİK-nə daxil olan müraciətinə əsasən Elektrik sexi üzrə siyahıda sadalanan ştatların və həmin ştatlarda çalışan işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ştatların ixtisar edilməsinə və həmin ştatlarda çalışan işçilərlə bağlanmış Əmək müqaviləsinin xitam verilməsinə razılq verilməyi qərara alınmışdır. 03 may 2021-ci il tarixli, 212/Ş saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə), 71ci maddəsinin hissənin tələblərinə riayət etməklə Əmək Müqaviləsinə 03 may 2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin izahatından və işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı 14.08.1987-ci il tarixli 946 nömrəli əmrlə Azərbaycan DRES-i Elektrik sexinə 3-cü dərəcə üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. 01.12.1993-cü il tarixli 275/k nömrəli əmrlə elektrik sexində elektrotexniki laboratoriyaya 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilir. 07.02.1994-cü il tarixli 36/k nömrəli əmrlə həmin sexdə elektrik montyoru vəzifəsində 4-cü dərəcə verilir. 05.12.1995-ci il tarixli 201/k nömrəli əmrlə həmin sexdə elektrik montyoru vəzifəsində 5-ci dərəcə verilir. 25.04.2003-cü il tarixli 091/AÜ nömrəli əmrlə Azərenerji ASC-nin Yeni nəzarətetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rayon X8 Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. 05.01.2006-cı il tarixli 002/AÜ nömrəli əmrlə Azərenerji ASC-nin X4 təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan DRES MMC-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-i adlandırılmışdır. 01.10.2010-cu il tarixli 238/ş nömrəli əmrlə Elektrik sexi elektrotexniki laboratoriyasına blokların rele mühafizəsi, avtomatika trestor təsirləri dərəcəsinə xidmət edən qrupa “mühəndis vəzifəsi”nə keçirilmişdir. 03.05.2021-ci il tarixli 221/ş Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə xitam verilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə apararaq qeyd edir ki; Birincisi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinə görə əmək müqaviləsi işəgötürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. 11-ci maddəsinin “ə” bəndinə əsasən İşəgötürənin müəyyən edilmiş əsas hüquqları arasında bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququnun olması da göstərilmişdir. 12-ci maddəsi ilə işəgötürənin əsas vəzifələri və məsuliyyəti müəyyən olunmuşdur ki, həmin maddənin “c” bəndinə əsasən Əmək müqavilələrini bu məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsi müəyyən edilmişdir. 42-ci maddəsində göstərilmişdir ki, əmək müqaviləsi sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hisssinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdar edilməlidir Göründüyü kimi, qanunvericilik qeyd olunan əsaslarla işçinin ixtisar edilməsinin qaydalarını müəyənləşdirmişdir. Belə ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı (70-ci maddənin 3-cü bəndi.), müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı, işçinin peşəkarlıq səviyəsini müəyyənləşdirməli (Maddə 78. 1-ci bənd), işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq etməlidir (Maddə 77.1-ci bənd.). İşə birinci instansiya məhkəməsində baxılarkən qeyd olunan qanuni prosedurlara əməl edilməsi halları araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən belə qənaət hasil olur ki, həmin məhkəmə işçinin ixtisarla bağlı işdən azad olunması prosedurlarına riayət edilməsinə dair işəgötürənin mövqeyi ilə razılaşmışdır. Mülki işi araşdırarkən müəyyən olunur ki, "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin istehsalat təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və "xxxx" ASC-nin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" MMC-nin X5 tətbiqi barədə 19.03.2020-ci il tarixdə DƏ/38 nömrəli əmr verilmişdir ki, həmin əmrə əsasən MMC-də X22 formalaşdırılmışdır. Ona görə də "xxxx" MMC-də X15 tətbiqi ilə əlaqədar olaraq istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında 25.09.2020-ci il tarixli 211/Ş nömrəli Əmr verilmişdir. "xxxx" MMC-də X15 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın Elektrik sexində istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin sayının müəyyənləşdirilməsi üçün iclas keçirilmişdir. Həmin iclasda komissiyanın üzvləri tərəfindən struktur rəhbərinin təklifi ilə qeyd edilən sexdə ixtisara düşəcək istehsalat zərurəti olmayan ştatlar və həmin ştatlarda çalışan işçilər, o cümlədən, Elektrik sexinin Blokların rele mühafizəsi, avtomatika və tristor təsirlənməsinə xidmət edən qrupun mühəndisi 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisara düşməsi müzakirə olunmuş və qeyd edilən sexdə Blokların rele mühafizəsi, avtomatika və tristor təsirlənməsinə xidmət edən qrupun mühəndisi 1 (bir) ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar olunması qərarı qəbul olunmuşdur. Bu səbəbdən də "xxxx" MMC-nin direktoru tərəfindən İstilik Elektrik sexində ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında 01 mart 2021-ci il tarixli 73/Ş nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən İddiaçı çalışdığı ştat vahidi ixtisara düşdüyü üçün əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra işəgötürən tərəfindən İddiaçı Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda İddiaçı çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə 03.05.2020-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, xəbərdarlıq müddəti ərzində İddiaçı əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin direktoru tərəfindən Elektrik sexində ştatların və işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunması haqqında 04.03.2021ci il tarixdə 100/01- 07-66 nömrəli təqdimat sənədlərlə birlikdə "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə göndərilmişdir. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 15.03.2021-ci il tarixdə keçirilmiş iclasında həmin məsələ müzakirə olunmuş, Elektrik sexində Blokların rele mühafizəsi, avtomatika və tristor təsirlənməsinə xidmət edən qrupun mühəndisi 1 (bir) ştat vahidinin və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Həmçinin iş materiallarından və cavabdehin izahatından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər siyahısına daxil deyildir və həmin Məcəllə müəyyən olunan üstünlük hüququna malik deyildir. Həmçinin həmin Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına daxil deyildir və Əmək müqaviləsinin ləğv olunması qadağan edilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(051)-1161/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1926/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1926/2021
19.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver