Məhkəmə qərarları › İş №2(107)-1931/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1931/2021

21.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1931/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 Dünyamin oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- torpaq sahəsinin boşaldılması və yolun açılması, pridusyallıq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-30/2021 saylı, 16 iyul 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3 Dünyamin oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, torpağa mülkiyyət hüququna dair JN-0777 Kod 40614018 saylı dövlət aktı ilə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,23 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsi Cavabdeh1, 0,025 ha torpaq sahəsi Cavabdeh2 və 0,10 ha torpaq sahəsi X4 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və qanunsuz olaraq kol-kosdan ibarət çəpər ilə bağlanılmış torpaq sahəsinə getmək üçün olan gediş-gəliş yolunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 öz hesabına sökülərək açılması və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə - həyat yoldaşı X2, övladları X9, X10, X11 və X13 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.23 ha torpaq sahəsinə JN-0777 Kod 40614018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışdır. Lakin o, onlara verilmiş torpaq sahəsinin 0,265 ha hissəsindən istifadə edə bilmir. Bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)- 31/2020 saylı, 24.02.2020-ci il tarixli qətnaməsi ilə X5 və Cavabdeh4 JN-0777 Kod 40614018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X6, X7, X8 və X12 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,04 ha hissəsindən çıxarılması qət edilmişdir. Hazırda onlara məxsus 0,10 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən, 0,025 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən və 0,10 ha torpaq sahəsi Cavabdeh3 Dünyamin oğlu tərəfindən zəbt olunmuşdur. Cavabdehlər onun torpağını zəbt edərək, öz torpağı hesab edirlər və həmin əraziyə onu buraxmırlar, eyni zamanda torpaq sahəsinə 60 metr uzunluğunda, 4 metr enində gediş-gəliş yolu Cavabdeh4 və Cavabdeh1 tərəfindən kol-kosdan çəpər çəkdiyindən əraziyə sərbəst gediş-gəlişi yoxdur. Həmçinin o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarını əraziyə dəvət edərək, mübahisəni həll etmələrini xahiş etmiş, onlar əraziyə baxış keçirərək onun və cavabdehlərin ərazisinin koordinatlarını göstərmişlər. Bütün bunlara baxmayaraq Cavabdeh1, Cavabdeh2 və X14 qanunsuz zəbt etdiyi torpaq sahəsini ona qaytarmır. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-30/2021 saylı, 16 iyul 2021-ci il tаrixli qətnaməsi ilə (hakim A. Əliyev) iddia tələbi qismən təmin edilmiş, JN-0777 (Kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X6, X7, X8 və X12 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-777E cizgisində göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,072 ha hissəsindən Cavabdeh4 Sədyar oğlu, JN-777E cizgisində göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,068 ha hissəsindən Cavabdeh1 və JN-777D cizgisində qeyd olunmuş 0,09 ha torpaq sahəsindən Cavabdeh3 Dünyamin oğlunun çıxarılması və həmin torpaq sahələri cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlunun qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 596,0 (beş yüz doxsan altı) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən İddiaçı, X1, X6, X7, X8 və X12 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin iddiaçı və onun ailə üzvləri mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsinin Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsinin isə Cavabdeh1 istifadəsində (Sxem 2) olması, JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsinin Cavabdeh3 Dünyamin oğlunun istifadəsində olması göstərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış etmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə almışdır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilmişdir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehlərin torpaq sahələrini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN-0777 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı, mütəxəssis rəyi və ekspert rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 1,23 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997- ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsinin Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsinin isə Cavabdeh1 istifadəsində (Sxem 2), JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsinin Cavabdeh3 Dünyamin oğlunun istifadəsində olduğundan və həmin hissələr cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlu tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr qismən mövcud olduğundan iddia tələbi qismən əsaslıdır. şin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, bir hissəsi cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlu tərəfindən zəbt olunmaqla onlar tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı mülkiyyətə verilmiş 1,23 ha torpaq sahəsinin 0,10 ha hissəsinin Cavabdeh1, 0,025 hissəsinin Cavabdeh2, 0,10 hissəsinin Cavabdeh3 Dünyamin oğlu tərəfindən zəbt olunduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və mütəxəssis və ekspert rəyində də göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsi Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsi isə Cavabdeh1 (Sxem 2), JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsi Cavabdeh3 Dünyamin oğlununfaktiki istifadəsindədir və cavabdehlər tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən məhkəmə iddia tələbinin ekspert rəyində göstərilən hissədə təmin edilməsini, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 777T cizgisində göstərilmiş 0,02 hektar hissəsi, 777D cizgisində göstərilmiş 0,09 hektar hissəsi İddiaçı öz mülkiyyətinə verildiyi üçün sözügedən torpaq sahələrinə ayrılıqda yol yeri nəzərdə tutulmamışdır və belə yol mövcud deyildir. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və mərkəzin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2021-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən yerdən onun mülkiyyətindəki torpaq sahəsinə gediş-gəliş yolunun olmasına və həmin yolun cavabdehlər tərəfindən bağlanmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli yerdən gediş-gəliş yolunun olması barədə iddiaçının tələbi isə ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidi. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 596,0 (beş yüz doxsan altı) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 139.1-ci, 157.2-ci, 157.2-ci, 157.4-cü 170.1-ci, 170.2-ci, 175.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü, 111-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsi onun tərəfindən zəbt olunmamışdır. Belə ki, İddiaçı ona qarşı iddia tələbi yalnız gediş-gəliş yolunun açılması ilə bağlı olmuşdur. Eyni zamanda hazırkı qətnamə Qəbələ Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(025)-30/2021 saylı qətnaməsi 16 iyul 2021-ci il tаrixli, 2(025)-30/2021 saylı qətnaməsi ilə zidiyyət təşkil edir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(025)- 30/202İ saylı qətnaməsin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(025)-30/202İ saylı qətnaməsin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(025)-30/202İ saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh3 Dünyamin oğlu, Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Qəbələ Rаyоn Məhkəməsinin 16 iyul 2021-ci il tаrixli, 2(025)-30/2021 saylı qətnaməsini cavabdehlərdən yalnız Cavabdeh4 mübahisələndirir. Apellyator Qəbələ Rаyоn Məhkəməsinin 16 iyul 2021-ci il tаrixli, 2(025)- 30/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rаyоn Məhkəməsinin 16 iyul 2021-ci il tаrixli, 2(025)-30/2021 saylı qətnaməsini apelyator Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə apelyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh4 münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq Cavabdeh4 münasibətdə təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 16 iyul 2021-ci il tаrixli, 2(025)-30/2021 saylı qətnaməsi Cavabdeh4 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən İddiaçı, X1, X6, X7, X8 və X12 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 777T cizgisində göstərilmiş 0,02 hektar hissəsi, 777D cizgisində göstərilmiş 0,09 hektar hissəsi İddiaçı öz mülkiyyətinə verildiyi üçün sözügedən torpaq sahələrinə ayrılıqda yol yeri nəzərdə tutulmamışdır və belə yol mövcud deyildir. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və mərkəzin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2021-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. İddiaçı tərəflər arasında mübahisələndirilən yerdən onun mülkiyyətindəki torpaq sahəsinə gediş-gəliş yolunun olmasına və həmin yolun Cavabdeh4 tərəfindən bağlanmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Mübahisəli yerdən gediş-gəliş yolunun olması barədə iddiaçının tələbi isə ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən ekspertiza keçirilmiş və mütəxəssis və ekspert rəyində də göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsi Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsi isə Cavabdeh1 (Sxem 2), JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsi Cavabdeh3 Dünyamin oğlunun faktiki istifadəsindədir və cavabdehlər tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən məhkəmə iddia tələbinin ekspert rəyində göstərilən hissədə təmin edilməsini, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh4 qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, qanunsuz olaraq kol-kosdan ibarət çəpər ilə bağlanılmış torpaq sahəsinə getmək üçün olan gediş-gəliş yolunun Cavabdeh4 öz hesabına sökülərək açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 777T cizgisində göstərilmiş 0,02 hektar hissəsi, 777D cizgisində göstərilmiş 0,09 hektar hissəsi İddiaçı öz mülkiyyətinə verildiyi üçün sözügedən torpaq sahələrinə ayrılıqda yol yeri nəzərdə tutulmamışdır və belə yol mövcud deyildir. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və mərkəzin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir. Göründüyü kimi İddiaçı öz mülkiyyətinə verildiyi üçün sözügedən torpaq sahələrinə ayrılıqda yol yeri nəzərdə tutulmamışdır və belə yol mövcud deyildir. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və mərkəzin elektron baza məlumatlarında gediş-gəliş yolunun mövcud olmadığı göstərilmişdir. Kollegiya hesab edir ki, yol nəzərdə tutulmadığından Cavabdeh4 həmin yolu tutmasından söhbət gedə bilməz. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh4 İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsindən çıxarılması ilə bağlı aşağıdakıları əlavə edir; İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli 2(025)- 31/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh4 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh4 JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 0,04 hektar hissəsindən çıxarılması qət edilmişdir. Ancaq qeyd edilən qətnamə ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən həmin qətnaməyə qiymət verilməmişdir. Qeyd edilən qətnamə ilə artıq Cavabdeh4 JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 0,04 hektar hissəsindən çıxarılması qət edilmişdir. Artıq Cavabdeh4 mübahisəli torpaq sahəsindən çıxarılması Qəbələ Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli 2(025)-31/2020 nömrəli qətnaməsinin icra mərhələsinə aid olan məsələdir. Yəni cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması üçün əlavə bir qətnaməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası diqqətə çatdırmağı lazım bilir ki, hazırkı işdə iş üzrə icraata xitam verilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iş üzrə icraata xitam verir. Qəbələ Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli 2(025)-31/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh4 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh4 JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 0,04 hektar hissəsindən çıxarılması qət edilmişdir. Hazırkı halda iddiaçının iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh4 qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, qanunsuz olaraq kol-kosdan ibarət çəpər ilə bağlanılmış torpaq sahəsinə getmək üçün olan gediş-gəliş yolunun Cavabdeh4 öz hesabına sökülərək açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi tələblər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin təsiri altına düşmür. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh4 münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq Cavabdeh4 münasibətdə təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 16 iyul 2021-ci il tаrixli, 2(025)-30/2021 saylı qətnaməsi Cavabdeh4 münasibətdə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 16 iyul 2021-ci il tаrixli, 2(025)-30/2021 saylı qətnaməsi Cavabdeh4 münasibətdə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi Cavabdeh4 münasibətdə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar