Məhkəmə qərarları › İş №2(107)-194/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-194/2024

04.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-194/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsindən çıxarılma, maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi zərərin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsindən çıxarılma, maddi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli 2(037)-465/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 QSC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və X2 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisindən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətlərində olan, İsmayıllı rayonu, Kürdmaşı kəndi ərazisində yerləşən 0.75 hektar əkin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, vurulmuş 18000 manat məbləğində maddi zərərin alınıb onlara verilməsi və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

3. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki,İsmayıllı rayonu Cülyan kəndində yaşayır.İddiaçı2 qardaşı,İddiaçı3 isə bacısıdır.Məlum torpaq islahatları ilə əlaqədar olaraq İsmayıllı rayon keçmiş Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarına uyğun olaraq onun və ailə üzvləri X8,anası Güllər Babayeva, qardaşı İddiaçı2 və bacısı Xavər Babayevanın birgə mülkiyyətlərinə İsmayıllı rayon Kürdmaşı kəndi ərazisindən 0,88 hektar əkin torpaq sahəsi verilmişdir.Atası sağlığında ailəsinə məxsus Dövlət Aktı üzrə İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar əkin torpaq sahəsini Kürdmaşı kəndində məskunlaşmış,tanımadığı,yalnız atasının tanıdığı bir məcburi qaçqına icarə əsası ilə vermiş, həmin şəxs də onlara hər il 300 kq buğda icarə haqqı ödəmişdir.X8 08 03.2014-cü ildə,anası Güllər Babayeva isə xx.xx.2014-cü ildə vəfat etmişlər.Onların vəfatından sonra 2015-ci ildə ona məlum olmuşdur ki,torpağın mülkiyyət sənədi Kürdmaşı kənd sakini "Aznar” QSC-nin nümayəndəsi Cavabdeh1 adlı şəxsdədir.O,Cavabdeh1lə əlaqə saxlamış torpaq sənədinin ona hansı yolla çatmasını soruşduqda sonuncu ona sənədin İsmayıllı rayon Dövlət notariat kontorunda olduğunu,notarusa gəlməsini və orada görüşmələrini bildirmişdir.O,İsmayıllı rayon Notariat Kontorunda olmuş,Xalidlə görüşmüş və Xalid ona Dövlət Aktı üzrə torpağın 0,75 hektarı hissəsinin güya atası tərəfindən Cavabdeh2 QSCyə satıldığını və atasına müəyyən məbləğ pul ödənildiyini bildirmişdir.Ona görə də o və digər ailə üzvləri də alqı-satqı müqaviləsinə imza etməlidirlər.O,bundan qəti surətdə imtina etmiş və bildirmişdir ki,onların torpağı satmaq niyyətləri olmayıbdır və atası da onlara torpağı satdığına və hər hansı pul almasına dair heç bir söz deməyibdir.Əgər belə bir fikr olmuş olsa idi yəqin onlar da bilərdilər.Eyni zamanda daşınmaz əmlakın alğı-satqısı yalnız notarial qaydada təsdiq olunmuş alğı-satqı müqaviləsi əsasında həyata keçirilir ki,həmin vaxt bütün mülkiyyətçilər şəxsən imzaları ilə və ya etibarnamə əsasında nümayəndələrinin onların adından imzası vasitəsi ilə təsdiq edilir.Bu halların heç biri movcud olmadan,tək bir atasının sözü ilə (hələ bu da məlum deyil) beş nəfərin birgə mülkiyyətində olan torpaq onların dördünün razılığı olmadan nece satıla bilərdi.Göründüyü kimi cavabdeh qanunsuz olaraq torpaqlarını zəbt etmiş,orada çoxillik əkmələr əkmiş,onlara məxsus torpağın da yerləşdiyi ümumi bağ sahəsi keçilməz hasara alınmış, mühafizəçi tərəfindən qorunur,həmin əraziyə onlar buraxılmamaqla 10 ildir cavabdeh torpaqlarından gəlir əldə edir.Hansı ki,həmin 0,88 hektar əkin torpaq sahəsi Kürdmaşı kəndində ən düz və münbit sahələrdən biri olmaqla orada məhsuldarlıq ən azı 40 sentner təşkil edir.Bu da 0,88 hektar torpaq sahəsindən hər il 30 sentner buğda məhsulundan məhrum olmaları deməkdir.10 ildə bu rəqəm 30 ton edir ki, bir kiloqram taxılın hazırkı orta bazar qiymati 60 qəpik təşkil etdiyi halda 30 ton taxıl 60 qəpikdən 18000 manat təşkil edir.Bununla da cavabdehin qanunsuz əməli nəticəsində ona və digər mülkiyyətçilərə 18000 manat məbləğində əldə edəcəkləri gəlirdən məhrum olmuşlar.Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı ilə JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və X2 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisindən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və hazırda həmin torpaq sahəsi cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 QSC-nin istifadəsindədir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmiş sorğu ilə əlaqədar həmin idarənin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə gedilmiş, ancaq cavabdehin əməkdaşları mübahisəli ərazidə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən ölçmə işləri aparılmasına şərait yaradılmamışdır.

5. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların sözügedən torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 QSC-yə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır

6. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 QSC JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməli və cavabdeh tərəfindən iddiaçıların birgə mülkiyyətlərində olan 0.88 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulmalıdır.

7. Məhkəmə iddia tələbinin 18000 manat maddi zərər məbləğinin cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçılar cavabdehin qanunsuz əməli nəticəsində onlara 18000 manat məbləğində maddi zərər vurulduğunu bildirsələr də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər və qeyd edilən faktlar məhkəmə iclasında da öz təsdiqini tapmamışdır.Ona görə də, məhkəmə qərara gəlir ki,iddia tələbinin 18000 manat maddi zərər məbləğinin cavabdehdən alınmasına dair hissəsi sübut olunmadığından təmin edilməməlidir

8. İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(037)-465/2023 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4,X3,İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4,X3,İddiaçı1,İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüquqlarına cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən edilən maneçiliklərə qadağan qoyulması, ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı1 özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN-245 Kod 40724028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı İsmayıllı RİHB-nın Cülyan İƏD nümayəndəliyi tərəfindən verilmiş 11 aprel 2014-cü il tarixli AZ-İ№ 606417 nömrəli ölüm haqqında şəhadətnamə İsmayıllı RİHB-nın Cülyan İƏD nümayəndəliyi tərəfindən verilmiş 05 sentyabr 2014cü il tarixli AZ-İ№ 677026 nömrəli ölüm haqqında şəhadətnamə İsmayıllı rayon Notariat Ofisinin 03 may 2023-cü il tarixli №318 nömrəli sorğuya cavab məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 10 may 2023-cü il tarixli 3-21-3-42/2-2306/2023 nömrəli sorğuya cavab məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 iyul 2023-cü il tarixli 3-21-3-42/2-3420/2023 nömrəli sorğuya cavab məktubu

11. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 QSC аpellyаsiyа şikаyətləri vermişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə prosesində təsdiq olunmuşdur ki, onların 0,75 ha sahəsi 10 ildən artıqdır cavabdehin qanunsuz sahibliyindədir. Həmin torpaq sahəsində üzüm bağı salıb və yüksək gəlir əldə edir. Həmin torpaqdan istifadəsinə edilən maneçiliklər nəticəsində 10 ildir torpağı əkib becərə bilmir. Onlar həmin torpaqdan cavabdehin qazancına uyğun əldən çıxmçış faydanı tələb edə bilər. Lakin onlar yalnız gücü çatdığı kimi zərəri taxıl məhsuluna görə hesablamışlar. Yəni torpaq onlarda olmuş olsa da, idi onlar orada yalnız taxıl əkəcəkdi. Bu mənada zərəri də taxıl məhsuluna görə hesablamışlar. Məhkəmə zərərin hesablanması üçün mütəxəsis rəyi və ya ekspert rəyi ala bilərdi. Lakin məhkəmə onları bu müddətdə torpaqdan əldə edəcəyi gəlirdən məhrum edib.

13. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli 2(037)- 465/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.

14. Cavabdeh2 QSC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı1 izahatında göstərdiyi kimi sözügedən torpaq sahəsi Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçının mərhum X8 arasında 10 il əvvəl sadə yazılı qaydada pul almaq müqabilində qarşılıqlı razılaşaraq bağladığı torpaq sahəsinin alqısatqısına dair akt-sazişə əsasən cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. Bundan sonra iş üzrə cavabdeh olan Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti öz vəsaiti hesabına həmin ərazini aqrotexniki qaydalara uyğun olaraq əkinə hazırlamış və orada çoxillik bitkilər əkmiş, torpaq sahəsini hasarlamış və mühafizəsini təşkil edərək kənar şəxslərin daxil olmasını məhdudlaşdırmışdır. Cavabdeh mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Şahı Babayevlə razılaşdıqdan sonra qeyd olunan işlərin görülməsi üçün xeyli miqdarda vəsait xərcləmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsini özününkü hesab etdiyindən oraya çoxillik bitkilər əkmişdir. İddiaçı isə yanlış olaraq mərhum atasının sağlığında atası ilə gəlinmiş razılığı hazırda pozmaq fikrinə düşərək mübahisə açaraq məhkəməyə müraciət etmişdir. Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə satarkən etirazlarını öz atalarına bildirməli idilər. Hazırda qaldırdıqları mübahisə də həmin vaxt öz qanuni həllini tapardı. İddiaçılar isə mübahisəli torpaq sahəsinin on ildir gözlərinin qarşısında çoxillik bitkilər əkilərək Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən istifadə edildiyini gördükləri halda, atalarının dünyasını dəyişməsini gözləyərək hazırda belə bir mübahisənin qaldırılması nə qanuna və haqqa-ədalətə uyğun deyildir. Ötən 10 il ərzində onlara məxsus torpaq sahəsində Teymur Əhmədov adına Cavabdeh2 QSC tərəfindən xeyli məbləğdə vəsait xərclənərək çoxillik bitkilər əkildiyini gördükləri halda hərəkətsizlik göstərmələri, öz etirazlarını vaxtında bildirməmələri, bununla da öz davranışları ilə cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsindən istifadəyə şərait yaratmaqla, buna hər hansı bir qaydada etiraz və ya narazılıqlarını bildirməmişlər.

15. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli 2(037)- 465/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 özlərinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, özlərinin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Cavabdeh2 QSC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 QSC-nin nümayəndəsi Vəkil özlərinin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçıların verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə əsasən müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci mаddəsinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. Hər iki tərəf İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli 2(037)- 465/2023 saylı qətnaməsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçıların cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçılar qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

26. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 nömrəli qərarı əsasında JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və X2 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisindən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/3276 nömrəli ekspert rəyində göstərilmişdir ki, Qərardadın 1-ci sualı üzrə: Torpağa mülkiyyət hüququna dair JN-245 saylı (KOD ********) Dövlət aktına əsasən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və onların valideynlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,88 ha torpaq sahəsinin 245 F nömrəli cizgisində göstərilən 0,75 hektar hissəsinin döngə nöqtələrinin koordinatları tərəflərin iştirakı ilə müəyyən edildi. Qərardadın 2-ci sualı üzrə: Torpağa mülkiyyət hüququna dair JN-245 saylı (KOD ********) Dövlət aktına əsasən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və onların valideynlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,88 ha torpaq sahəsinin 245 F nömrəli cizgisində göstərilən 0,75 hektar (7500 kv.m) hissəsi “Aznar" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən salınmış üzüm bağı kimi İstifadə olunur. Qərardadın 3-cü sualı üzrə: Torpağın mülkiyyətə verilməsinə dair JN-245 saylı (KOD ********) Dövlət aktına əsasən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və onların valideynlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,88 ha torpaq sahəsinin 245 F nömrəli cizgisində göstərilən 0,75 hektar (7500 kv.m) hissəsi tam şəkildə Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən salınmış üzüm bağı kimi istifadə olunur.

27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində məhkəmənin zərərin hesablanması üçün mütəxəsis rəyi və ya ekspert rəyi ala biləcəyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmənin işdə mövcud olan sübutlara əsasən araşdırma aparma səlahiyyəti olsa da, iddianı təsdiq edəcək heç bir sübutun təqdim edilmədiyi halda iddiaçının əvəzinə sübut toplamaq məhkəmənin vəzifələrinə aid deyildir. İddiaçıların apellyasiya şikayətinin dəlilləri, qətnamənin ləğv edilməsi tələbi istisna olmaqla, qalan hissədə əsassızdır.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı1 iddia ərizəsində, birinci instansiya məhkəməsində və apellyasiya baxışında məhkəmə iclaslarında verdiyi izahatlarda bildirmişdir ki, atası sağlığında ailəsinə məxsus Dövlət Aktı üzrə İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar əkin torpaq sahəsini Kürdmaşı kəndində məskunlaşmış, tanımadığı, yalnız atasının tanıdığı bir məcburi qaçqına icarə əsası ilə vermiş, həmin şəxs də onlara hər il 300 kq buğda icarə haqqı ödəmişdir. X8 08 03.2014-cü ildə, anası Güllər Babayeva isə xx.xx.2014-cü ildə vəfat etmişlər. Onların vəfatından sonra 2015-ci ildə ona məlum olmuşdur ki, torpaq sahəsi “Aznar" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən istifadə olunur. Həmin hallar cavabdeh tərəfindən mübahisələndirilmiş, əksinə cavabdeh apellyasiya şikayətində işin halları olaraq iddiaçının bildirdiklərinə istinad etmişdir. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi hissə iddiaçıların torpaq sahəsinin cavabdehin istifadəsində olduğundan məlumatlı olmasına baxmayaraq keçən müddət ərzində etiraz bildirmədiyi barədədir. Halbuki işin hallarından görünür ki, iddiaçının həmin haldan 2015-ci ildə məlumatı olmuşdur ki, həmin vaxtdan bəri də cavabdeh “Aznar" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparmışdır. Ona görə də, hazırki işdə iddiaçıların bu iddianı qaldırması hüquqdan sui-istifadə kimi nəzərdən keçirilə bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, qətnamənin ləğv edilməsi tələbi istisna olmaqla, qalan hissədə əsassızdır.

29. Bununla belə, kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçının tələbi Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətlərində olan İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0.75 hektar əkin torpaq sahəsindən çıxarılması barədə olmuşdur. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/3276 nömrəli ekspert rəyi ilə də 0,88 ha torpaq sahəsinin 245 F nömrəli cizgisində göstərilən 0,75 hektar hissəsinin “Aznar" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən salınmış üzüm bağı kimi istifadə olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin 0.88 ha torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Bununla da. Məhkəmə iddia tələbindən kənara çıxmışdır. Ona görə də, qətnamə cavabdehin iddiaçıların mülkiyyətində olan mübahisəli torpaq sahəsinin 0.13 ha hissəsindən çıxarılması hissəsində ləğv edilərək həmin hissə qətnamədən xaric edilməlidir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu qətnamənin 29-cu bəndində göstərilən hissədə iddia tələbindən kənara çıxılmaqla maddi və prosessual hüquq normalarını pozduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 QSC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli 2(037)-465/2023 saylı qətnaməsi qismən – “cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.13 ha hissəsindən çıxarılması və torpaq sahəsinin həmin hissəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin hissəsinə dair mülkiyyət hüquqlarına cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən edilən maneçiliklərə qadağan qoyulması” hissəsində ləğv edilməli, həmin hissə qətnamədən xaric edilməli, qətnamə “cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.75 ha hissəsindən çıxarılması və torpaq sahəsinin 0.75 ha hissəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.75 ha hissəsinə dair mülkiyyət hüquqlarına cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən edilən maneçiliklərə qadağan qoyulması, ödənilmiş dövlət rüsumunun məbləğinin İddiaçı1 özünə aid edilməsi,” hissəsində və iddianın təmin edilməmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh2 QSC tərəfindən verilmiş аpellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli 2(037)-465/2023 saylı qətnaməsi qismən – “cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.13 ha hissəsindən çıxarılması və torpaq sahəsinin həmin hissəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin hissəsinə dair mülkiyyət hüquqlarına cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən edilən maneçiliklərə qadağan qoyulması” hissəsində ləğv edilsin. Həmin hissə qətnamədən xaric edilsin. Qətnamə “cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.75 ha hissəsindən çıxarılması və torpaq sahəsinin 0.75 ha hissəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi, JN-245 Kod 40724028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Cülyan kənd sakinləri X4, X3, İddiaçı1, İddiaçı2 və Babayeva (nikahdan sonra Allahverdiyeva) Xavər Şahı qızının birgə mülkiyyətlərində olan İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən 0.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.75 ha hissəsinə dair mülkiyyət hüquqlarına cavabdeh Teymur Əhmədov adına Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən edilən maneçiliklərə qadağan qoyulması, ödənilmiş dövlət rüsumunun məbləğinin İddiaçı1 özünə aid edilməsi” hissəsində və iddianın təmin edilməmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar