Məhkəmə qərarları › İş №2(107)-1940/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1940/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1940/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Yusif oğluna və qeyrilərinə qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsinə və Cavabdeh2 və qeyrilərinin cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər:ilk iddia, mənzilə köçürülmə, qarşılıqlı iddia, istifadə hüququna xitam verilmə, qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2 Yusif oğlunun, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)-305/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 Yusif oğlu, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və himayəsində olan azyaşlı uşaqları-X6 və X7 Cavabdeh2 məxsus və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yaşadığı Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 28 oktyabr 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və qaynatası Cavabdeh2 məxsus Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli 4 otaqlı mənzilinin 1 otağına gəlin gəlmişdir. Cavabdeh1lə birgə nikahlarından iki uşaqları-14 sentyabr 2009-cu il təvəllüdlü X10 və 16 dekabr 2012-ci il təvəllüdlü X11 da həmin evdə doğulmuşlar. Doqquz il həmin evdə yaşamışıdır, uşaqları da doğulduqları gündən həmin evdə yaşamışlar. Cavabdeh1 ailəyə qarşı laqeyid hərəkətlərinə görə aralarında olan nikah Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(035)-702/2017 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh1 kobud hərəkətlərinə görə, sərxoş olub onu hədələdiyinə görə məcbur olub evdən uşaqlarla birlikdə çıxmışdır. Hazırda Zərdab rayonu, Çallı kəndində ata evində yaşayırlar, lakin orada yaşamaq onlara çox çətindir, öz övlərində yaşamaq istəyirlər, buna hüquqları vardır. Belə ki, cavabdehin təqsiri üzündən müvəqqəti olaraq həmin evi tərk etməyə məcbur olmuşlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qarşılıqlı iddianın təmin edilməsi, X4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılması, X4 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı evə köçürülmə və evdən istifadə qaydalarının müəyyən olunması tələbi barədə iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia əsəssızdır və rədd edilməlidir, qarşılıqlı iddia isə təmin olunmaldır. X8 ilə Cavabdeh1 28 oktyabr 2008-ci ildə evlənmişlər. Cavabdeh toydan sonra həmin mənzilə gəlin köçmüş, lakin gəlin köçdüyü ilk vaxtlardan həyat yoldaşının valideynləri ilə dava-dalaş salmağa başlamışdır. Ailədə daim söz-söhbət olduğu üçün 2009-cu ilin ortalarından həyat yoldaşı Cavabdeh1 ilə bərabər Bakı şəhərində yaşamağa başlamışlar. Həmin vaxtdan sonra nə iddiaçı X8, nə də keçmiş həyat yoldaşı, hazırkı iş üzrə Cavabdeh1 həmin mənzildə yaşamamışlar. İddia ərizəsində göstərilən məlumatların bir çoxu yalandır. İddiaçı X8 ilə keçmiş həyat yoldaşı Cavabdeh1 birinci övladları 14 sentyabr 2009-cu il təvəllüdlü X3 rayonu, Qazyan kəndində Səbirə adlı həkimin yanında doğulmuş, iddiaçı doğuşdan sonra xəstəxanadan çıxıb Zərdab rayonu, Çallı kəndinə anası evinə getmişdir. İddiaçı X8 ilə keçmiş həyat yoldaşı Cavabdeh1 ikinci övladları 16 dekabr 2012-ci il təvəllüdlü X1 xəstəxanasında doğulsa da onların iddiaçının doğuşa gətirildiyindən belə xəbərləri olmamış, hətta həmin vaxt heç iddiaçının yanına da getməmişlər. İddiaçı doğuşdan sonra xəstəxanadan çıxıb yenə də Zərdab rayonu, Çallı kəndinə anası evinə getmişdir. İddiaçı ağ yalan olaraq bildirmişdir ki, guya 2017-ci ildə uşaqları ilə birlikdə sözügedən mənzildən çıxıb getmişdir. Əslində isə həqiqət belədir. İddiaçı X8 ilə keçmiş həyat yoldaşı Cavabdeh1 2016-cı ildə Bakı şəhərində dalaşıb ayrılmışlar və bundan sonra iddiaçı qardaşının Bakı şəhərində yerləşən evində yaşamışdır. 2017-ci ilin fevral ayında iddiaçı X8 uşaqları tullayıb gedərək qəfl yoxa çıxmışdır. Qardaşları və həyat yoldaşının axtarışları bir nəticə verməsə də bir həftədən sonra özü geri qayıtmışdır. Həmin vaxt iddiaçının yaxınları Cavabdeh1 zor tətbiq edərək qorxutmuşlar və boşanmağına icazə verməmişlər. 2017-ci ilin may ayında iddiaçı X8 iki uşaqlı kişiyə qoşulub qaçmışdır. Bundan sonra uşaqların atası azyaşlı uşaqlarına baxa bilmədiyi üçün uşaqları Zərdab şəhərinə gətirib anası, hazırki iş üzrə Cavabdeh3 yanına qoymuşdur. Həmin vaxtdan 2019-cu ilin mart ayına kimi uşaqlara hazırki iş üzrə Cavabdeh3 baxmışdır. Sonradan uşaqlar Zərdab rayonu, Çallı kəndinə ana nənəsinin yanına getmişlər. 27 oktyabr 2017-ci ildə X8 ilə keçmiş həyat yoldaşı, hazırkı iş üzrə Cavabdeh1 nikahları pozulduqda iddiaçının ümumiyyətlə harada və kiminlə yaşadığını belə onlar bilmirlər. 2015-ci ildə iddiaçı uşağına baxa bilmədiyini bildirdiyi üçün qardaşı xahiş etmişdir ki, Cavabdeh1 öz bacısından onun uşağına baxmasını xahiş etsin. Nəticədə iddiaçı X8 ilə keçmiş həyat yoldaşı Cavabdeh1 birinci övladları 14 sentyabr 2009-cu il təvəllüdlü X2 rayonu, Qarxun kəndində bibisinin yanında yaşamış, hətta Yevlax rayonu, Qarxun kəndində 2015-ci ildə 1-ci sinfə getmiş, 1-ci sinfin sonlarına yaxın-2016-cı ilin may ayının 13-nə uşağa qədər bibisi baxmışdır. Cavabdehin hazırki iddiası onları incitmək, nikahın pozulmasından sonrakı ədavəti davam etdirmək niyyətindən doğur. Bundan başqa, iddiaçının iddia ərizəsində Azərbaycan Respublikasının əvvəllər qüvvədə olmuş, mənzil məcəlləsini istinad göstərməsi özü absurd və gülməli bir vəziyyət yaradır. Burada iddiaçının sözügedən mənzilə gəlin gəlməsi və bir neçə ay orada yaşaması ilə həmin mənzildən istifadə hüququnun yaranmadığını vurğulamaq istəyir. Bundan başqa, qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi qarşılıqlı iddia üzrə iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarının pozulmasına da gətirib çıxarır. Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)-305/2021 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) ilk iddia təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları-14 sentyabr 2009-cu il tarixdə doğulmuş X10 və 16 dekabr 2012-ci il tarixdə doğulmuş X11 ilə birlikdə Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə köçürülməsi, iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 28 oktyabr 2008-ci il tarixdə ailə qurmuşlar, onlar ailə quran zaman iddiaçı cavabdehlərin qeydiyyatda olub yaşadıqları Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə ailə üzvü kimi köçmüşdür, qeyd edilən mənzil isə hüquq münasibətləri yaranan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmin vaxt mənzildə yaşayan cavabdehlər iddiaçının həmin mənzilə ailə üzvü kimi köçməsinə və birlikdə yaşamasına etiraz etməmişlər, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından iki uşaqları doğulmuşdur, həmçinin, iddiaçı uşaqları ilə birlikdə cavabdehlərlə bərabər həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Cavabdeh1 ilə X8 arasında olan nikah ləğv edilmiş, bu barədə Zərdab rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 dekabr 2017-ci il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. Hazırda İddiaçı himayəsində olan uşaqları ilə birlikdə evə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə əlavə olaraq müəyyən etmişdir ki, Cavabdeh1 ilə X8 arasında olan nikah ləğv edilmiş, bu barədə Zərdab rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 dekabr 2017-ci il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. Ata Cavabdeh1 və ana X8 olan X10 14 sentyabr 2009-cu ildə və X11 16 dekabr 2012-ci ildə doğulmuşlar. İddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 19, mənzil 8-də qeydiyyatdadır. İddiaçı Zərdab rayonu, Çallı kəndində yaşayır. İddiaçı Zərdab rayonu, Çallı kəndində yaşayır və ailə tərkibi qızları-2009-cu il təvəllüdü X10 və 2012-ci il təvəllüdlü X5 ibarətdir. İddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsindəki 19 saylı yaşayış evinin 8-ci mənzilində Cavabdeh2 məxsus evdə pasport qeydiyyatındadır. Cavabdeh2 Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 19, mənzil 8-də qeydiyyatdadır. Cavabdeh3 Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 19, mənzil 3-də qeydiyyatdadır. Cavabdeh1 Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 19, mənzil 8-də qeydiyyatdadır. Cavabdeh1 atası Cavabdeh2 məxsus Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı yaşayış evinin 8 nömrəli mənzilində qeydiyyatdadır, ailə üzvləri atası-1953-cü il təvəllüdlü Cavabdeh2 və anası-1959-cu il təvəllüdlü Cavabdeh3 ibarətdir. Cavabdeh1a həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq 2009-cu ildən hal-hazıra kimi həmin mənzildə yaşamır. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 8 nömrəli mənzili 05 fevral 2009-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.062 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 72.8 kv.metr ümumi, 47.8 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində 05 fevral 2009-cu ildə qeydiyyata alınmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, mənzildən istifadə hüququ ilə əlaqədar tərəflər arasında münasibət 28 oktyabr 2008-ci ildə yaranmışdır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən mənzildən istifadə hüququnun yaranması üçün notariatda təsdiqlənmiş yazılı razılaşmanın olması tələb olunsa da, həmin dövrdə sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.062 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 72.8 kv.metr ümumi, 47.8 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində 05 fevral 2009-cu ildə qeydiyyata alınmışdır. Buna görə də iddiaçının uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə iddiası əsaslıdır və qanunauyğundur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülmə barədə iddiası təmin edildiyindən qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci, 53-cü, 54-cü, 123-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci, 228ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən nədənsə bir çox maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin qətnamə çıxararkən sübutların qiymətləndirilməsinə dair mülki-prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, qarşılıqlı iddiaçılar tərəfindən təqdim edilmiş sübutları əsassız olaraq düzgün qiymətləndirməmişdir. Tərəflərindən təqdim edilmiş ilk iddiaya etirazda və qarşılıqlı iddia ərizəsində yer almış hüquq normaları və digər məqamlara ümumiyyətlə qətnamədə yer verilməmişdir. X8 ilə Cavabdeh1 28 oktyabr 2008-ci ildə evləniblər. Cavabdeh toydan sonra həmin mənzilə gəlin köçüb. Lakin gəlin köçdüyü ilk vaxtlardan həyat yoldaşının valideynləri ilə dava-dalaş salmağa başlayıb. Ailədə daim söz- söhbət olduğu üçün 2009-cu ilin ortalarında həyat yoldaşı Cavabdeh1 ilə bərabər Bakı şəhərində yaşamağa başlayıblar. Həmin vaxtdan sonra nə iddiaçı X8 nə də keçmiş həyat yoldaşı hazırki iş üzrə Cavabdeh1 həmin mənzildə yaşamayıblar. ilk iddia üzrə iddiaçı X8 ilə keçmiş həyat yoldaşı hazırki iş üzrə Cavabdeh1 birinci övladları 14.09.2009-cu il təvəllüdlü X3 rayonunun Qəzyan kəndində Səbirə adlı həkimin yanında doğulub, iddiaçı doğuşdan sonra xəstəxanadan çıxıb Zərdab rayonu, Çallı kəndinə anası evinə getmişdir. ilk iddia üzrə iddiaçı X8 ilə keçmiş həyat yoldaşı hazırki iş üzrə Cavabdeh1 ikinci övladları 16.12.2012-cu il təvəllüdlü X1 xəstəxansında doğulsa da onların gəlinin doğuşa gətirildiyindən belə xəbərləri olmayıb, hətta həmin vaxt heç onun yanına da getməmişlər. İddiaçı doğuşdan sonra xəstəxanadan çıxıb yenə də Zərdab rayonu, Çallı kəndinə anası evinə getmişdir. İddiaçı X8 ilə keçmiş həyat yoldaşı hazırki iş üzrə Cavabdeh1 2016-cı ildə Bakı şəhərində dalaşıb ayrılıblar və bundan sonra iddiaçı qardaşının Bakı şəhərində yerləşən evində yaşayıb. 2017-ci ilin fevral ayında iddiaçı X8 uşaqları tullayıb gedərək, qəfil yoxa çıxıb. Qardaşları və həyat yoldaşının axtarışları nəticə verməsə də bir həftədən sonra özü geri qayıtdı. Həmin vaxt iddiaçının yaxınları Cavabdeh1 zor tətbiq edərək qorxutdular və boşanmağına icazə vermədilər. 2017ci ilin may ayında X8 iki uşaqlı kişiyə qoşulub qaçıb. Bundan sonra uşaqların atası azyaşlı uşaqlarına baxa bilmədiyi üçün uşaqları Zərdab şəhərinə gətirib anası, hazırki iş üzrə Cavabdeh3 yanında qoymuşdur. Həmin vaxtdan 2019-cu ilin mart ayına kimi uşaqlara hazırki iş üzrə cavabdeh X18 baxmışdır. Sonradan uşaqlar Zərdab rayon Çallı kəndinə ana nənəsinin yanına getmişlər. 27 oktyabr 2017-ci ildə X8 ilə keçmiş həyat yoldaşı hazırki iş üzrə Cavabdeh1 nikahları pozulduqda iddiaçının ümumiyyətlə harada və kiminlə yaşadığını belə bilmirdilər. Sözügedən mənzilə gəlin gəlməsi və bir neçə ay orada yaşaması ilə həmin mənzildən istifadə hüququnun yaranmadığını nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən onlar Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 Yusif oğlunun, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: (2009-cu ilədək qüvvədə olan) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001 -ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Ucar Rayon Məhkəməsinin 2(063)- 305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)- 305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsi ilk idianın təmin və qarşılıqlı iddianın istifadə hüququna xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 28 oktyabr 2008-ci il tarixdə ailə qurmuşlar, onlar ailə quran zaman iddiaçı cavabdehlərin qeydiyyatda olub yaşadıqları Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə ailə üzvü kimi köçmüşdür, qeyd edilən mənzil isə hüquq münasibətləri yaranan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmin vaxt mənzildə yaşayan cavabdehlər iddiaçının həmin mənzilə ailə üzvü kimi köçməsinə və birlikdə yaşamasına etiraz etməmişlər, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından iki uşaqları doğulmuşdur, həmçinin, iddiaçı uşaqları ilə birlikdə cavabdehlərlə bərabər həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı mübahisəli mənzildə cavabdehlə aralarında olan nikah pozulana qədər yaşamış və birgə təsərrüfat aparmışdır. Zərdab şəhəri, Azərbaycan küçəsi, 19 saylı evin 8 nömrəli mənzili 05 fevral 2009-cu il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.062 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 72.8 kv.metr ümumi, 47.8 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində 05 fevral 2009-cu ildə qeydiyyata alınmışdır. Cavabdeh1 ilə X8 arasında olan nikah ləğv edilmiş, bu barədə Zərdab rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 dekabr 2017-ci il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı mübahisəli mənzildən qeydiyyatdan çıxarılma hissəsi ilə bağlı onu qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərardadı ilə həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməklə, qarşılıqlı iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiştir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddianı təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə istinad etmişdir. Çünki işin bu halı yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" 27 iyul 2001 -ci il tarixli qərarının müddəalarına uyğun olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman mənzildə yaşayanların heç birinin mülkiyyətçi olmamışdır. İşin bu halını nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasındakı münasibətlərə həmin münasibətlərin yarandığı zaman qüvvədə olmuş, icarə hüququ ilə evdə yaşayan şəxslərin hüquq və vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinin tələbləri tətbiq edilməlidir. İşin faktik hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh1 28 oktyabr 2008-ci il tarixdə ailə qurmuşlar, onlar ailə quran zaman iddiaçı cavabdehlərin qeydiyyatda olub yaşadıqları Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə ailə üzvü kimi köçmüşdür, qeyd edilən mənzil isə mübahisəli hüquq münasibətləri yaranan zaman daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmin vaxt mənzildə yaşayan cavabdehlər iddiaçının həmin mənzilə ailə üzvü kimi köçməsinə və birlikdə yaşamasına etiraz etməmişlər. İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından iki uşaqları doğulmuşdur, həmçinin, iddiaçı uşaqları ilə birlikdə cavabdehlərlə bərabər həmin mənzildə qeydiyyatdadırlar. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt - 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri nəzərdən keçirilərkən (analogiya qaydasında). Həmin normaların məzmunundan görünür ki, xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri həmin sahəyə dair onunla bərabər bütün hüquq və vəzifələrə malikdirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müddət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də iddiaçının sözügedən yaşayış sahəsində cavabdehlərlə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Belə olan halda, əgər başqa yaşayış yeri yoxdursa, iddiaçının həmin evə buraxılmaması qanuni və əsaslı sayıla bilməz. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi qarşılıqlı iddia o halda təmin edilə bilərdi ki, iddiaçının istifadə hüuquna xitam verilməsi müəyyən məbləğdə kompensasiya verilməklə mümkün ola bilərdi. İddiaçı tərəf isə belə bir kompensasiya təklif etməmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, apelyatorlar iddiaçının gəlin gəldikdən qısa müddət sonra əri ilə birlikdə Bakı şəhərinə köçməsi və orada yaşaması barədə hər hansı bir sübut növü təqdim etməmişlər. Beləliklə Kollegiya hesab edir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşıldıqda ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə edilə bilər. İddiaçının sözügedən evə köçürülməsi tələbinin rədd edilməsi, təxminən 9 il ərzində mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış iddiaçıya münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Sonda kollegiya hesab edir ki, apellyasiya şikayəti, ilk iddia tələbinə və qarşılıqlı iddia tələbinin istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin və qarşılıqlı iddianın istifadə hüququna xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 Yusif oğlu, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti ilk iddia tələbinə və qarşılıqlı iddia tələbinin istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsi ilk idianın təmin və qarşılıqlı iddianın istifadə hüququna xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar