Məhkəmə qərarları › İş №2(107)-1942/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1942/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1942/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-672/2020 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-672/2020 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı onun və həyat yoldaşı- İddiaçı2, qızı Qəribova (Hacıyeva) Rövşanə İbrahim qızının və oğlu İddiaçı3 Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan, 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli, 3 otaqlı evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiaları ilə bağlı ödədikləri 10 manat dövlət rüsumu xərci onların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və həyat yoldaşı-İddiaçı2, qızı Hacıyeva Rövşanə İbrahim qızının və oğlu İddiaçı3 Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan, 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli, 3 otaqlı evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkili), İddiaçı4 vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 anadan olduğu xx.xx.1966-cı ildən 1985-ci ilin iyun ayına kimi Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum atası X13 məxsus evdə yaşamış, 1985-ci ildə Leninqrad Ali Hərbi X4 daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirib, Polşa Respublikasında Şimal Qoşunlarında zabit kimi xidmət etməyə başlamışdır. 1992-ci ilin noyabr ayından Azərbaycan Respublikası SilahlıQüvvələrində xidmət etmişdir. 1992-ci ildən 2015-ci ilin aprel ayına kimi Qarabağ bölgəsində xidmət etmiş, 2015-ci ilin aprel ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı1 hazırda polkovnik-leytenant rütbəsində, ehtiyyatda olan zabitdir və Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, ev 8, mənzil 96-da kirayədə yaşayır. İddiaçı1 Dövlət tərəfindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən evlə təmin olunmamış, 4 nəfər ailə üzvləri ilə birlikdə göstərilən ünvanda kirayədə yaşayır. Eyni zamanda İddiaçı1 4 nəfər ailə üzvləri ilə birlikdə Şəki rayonu, Baş Göynük kəndində yerləşən həmin ata evində pasport qeydiyyatındadır. İddiaçı1 atası X21 yaşadığı Şəki rayonu Baş Göynük kəndində uzun müddət müəllim işləmiş və 1996-cı ildə vəfat etmişdir. İddiaçı1 anası X8 isə xx xxxxxx 1986-cı ildə vəfat etmişdir. Hər ikisi də həmin evdə yaşamışlar. Şəki şəhər İHB-nm Baş Göynük inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2020-ci il tarixli, 242 saylı arayışla təsdiq olunur ki, İddiaçı1, onun həyat yoldaşıİddiaçı2, uşaqları Hacıyeva Rövşanə İbrahim qızı, İddiaçı3 ilə birlikdə Baş Göynük kəndində yerləşən cavabdehlərin zəbt etdikləri həmin evdə qeydiyyatdadırlar. Lakin Cavabdeh1 Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmasa da, ailə üzvləri ilə birlikdə həmin evdən qanunsuz olaraq istifadə edirlər. Həmin ev İddiaçı1 atası X13 məxsus olmuşdur. Lakin, həmin evə DƏDRX-dən çıxarış verilməmişdir. Yalnız həmin ev təsərrüfat kitabında qeydiyyatda vardır. Evin ümumi sahəsi 80 kv.metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli olmaqla 3 otaqlıdır, həyətyanı torpaq sahəsi 0,13 hektardır. Evin təsərrüfat başına kitabının 81-ci səhifəsində İddiaçı1 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə təsərrüfatda yaşamaları qeyd olunmuşdur. Həmin 0,13 ha həyətyanı torpaq sahəsi barədə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-829A saylı şəhadətnamə Cavabdeh1 həmin ünvanda qeydiyyatda olmadığı halda, adına qanunsuz olaraq verilmişdir. Ona görə də cavabdehlər İddiaçı1 və ailə üzvlərinin həmin evə köçürülmələrinə və həmin evdə yaşamalarına müxtəlif bəhanələrlə maneçiliklər törədirlər. Lakin İddiaçı1 və ailə üzvlərinin başqa yerdə daimi yaşayış yerləri yoxdur. İddiaçı1 və ailə üzvlərinin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində daimi yaşayış və qeydiyyat yerləri Şəki rayonu Baş Göynük kəndi yazılmışdır. Həmçinin, mübahisə predmeti olan fərdi yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin ətrafına çəkilmiş hasarın inşasında İddiaçı1 xərci, zəhməti olmuşdur. İddiaçı1 hər dəfə kəndə gəldikdə həmin yurdda ağac əkmişdir. Onların atası başqa qadınla ailə qurduqdan sonra da İddiaçı1 və onun ailə üzvləri həmin evdən istifadə etmişlər. Bir müddət həmin ev boş qalmışdır. Həmin vaxtlarda cavabdeh Hacıyev X11 şəhərində yaşasa da, o, planlı şəkildə qızının toyunu Baş Göynük kəndində təşkil etmişdir. Həmin vaxt iddiaçı tərəf toyda iştirak etmişdir. Lakin, sonradan cavabdehlər iddiaçıları həmin evə buraxmamışlar. Hətta, cavabdehlər 2018-ci ildə və xx xxxx 2019-cu ildə İddiaçı3 həmin evə buraxmamışlar. Sonradan Cavabdeh1 başqa yerdə iddiaçılara torpaq sahəsi verməsini təklif etmiş, lakin, Cavabdeh1 vədinə əməl etməmiş və iddiaçıları aldatmışdır. Cavabdeh1 arvadını və uşağını Sumqayıt şəhərində yerləşən evdən qeydiyyatdan çıxarıb kənddəki həmin evə qeydiyyata saldırmışdır. Halbuki, iddiaçılar daha əvvəldən mübahisə predmeti olan evdə qeydiyyatdadırlar. Buna görə dəiddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 izahatında göstərmişdir ki, o 1966-cı ildə mübahisə predmeti olan həmin evdə anadan olmuş və onuncu sinifi bitirənədək, yəni 1985-ci ilə qədər həmin evdə yaşamışdır. O, 1985-ci ildə Leninqrad Ali Hərbi X4 daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirib, Polşa Respublikasında Şimal Qoşunlarında zabit kimi xidmət etmiş, 1992-ci ilin noyabr ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. 1992-ci ildən 1998-ci ilədək zabit kimi Qarabağda xidmət etmiş, 1998-2001-ci illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində müəllim (hərbi müəllim) işləməklə hərbi xidmətdə olmuş, 2001- 2006-cı illərdə Silahlı Qüvvələrin Təlim-Tərbiyə Mərkəzində baş müəllim vəzifəsində xidmətdə olmuş, 2006- 2012-ci illərdə Göygöl rayonunda Murovdağda Hərbi Hissənin Artileriya rəisi vəzifəsində, 2012-2015-ci illərdə Goranboyda yerləşən N saylı Hərbi Hissənin artileriya rəisi vəzifəsində işləmişdir. Yaşı ilə əlaqədar 2015-ci ilində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 2016-cı ildən hal-hazırdadək DSX-nin Akademiyasında müəllim vəzifəsində işləyir. O, hazırda polkovnik-leytenant rütbəsində, ehtiyyatda olan zabitdir və Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, ev 8, mənzil 96-da kirayədə yaşayır. O, 1991-ci ildə Polşadan gəlib Şəki rayonu, Baş Göynük kəndində yerləşən ata yurdunda ailə qurmuş və bundan sonra arvadını da götürərək Polşaya qayıtmışdır. Ona görə ki, o, Polşada hərbidə zabit işləmişdir. Onun digər qardaşı X22 ilə Cavabdeh1 evləri bir həyətdə yerləşir, lakin onların həyətləri çəpərlə bir-birindən ayrılmışdır. Onun toyu eyni həyətdə olsa da, həmin vaxt onun atasının başqa bir arvadı olduğuna, həmçinin qardaşı da ailəli olduğuna görə onun arvadı qardaşı Rafiqin evinə düşmüşdür. Lakin, o, toy edərkən həmin həyətlər arasında çəpər olmamışdır. Onun nənəsinin adına olan torpaq sahəsində də ev yoxdur. Nənəsinin təsərrüfatı ayrılmışdır. O, ailə qurduqdan sonrakı növbəti illərdə, 1996-cı ilə qədər məzuniyyətləri dövründə kəndə gəlib-getmişdir. Elə vaxt olub ki, özü gələ bilməmiş, lakin, ailə üzvləri gəlmişlər. 1996-cı ildə atası vəfat etmişdir. O, da atasının dəfnində iştirak etmişdir. Sağlığında atasını Bakı şəhərində yaşadığı evə apararaq orada atasını yanında saxlamışdır. O, 1996-cı ildən sonra ildə bir-iki gün olmaqla bir neçə il həmin evə gəlib-getmişdir. Çünki, həmin dövrlərdə məzuniyyət 1-2 gün verilirdi. Hətta, o 2008-ci ildə ailəsi ilə birlikdə gəlib cavabdehin qızının həmin həyətdə keçirilən toyunda iştirak etmişdir. Həmin toydan sonra onların münasibətləri pisləşmiş və Cavabdeh1 həmin evə bir daha gəlməmələri barədə onlara xəbər göndərmişdir. Ona görə də 2008-ci ildə cavabdehin qızı Qələmin toyundan sonra mübahisə predmeti olan evə getməmişlər. Lakin, bundan sonra kəndə getdikdə digər bacıqardaşlarının evlərində qalmışlar. O, kəndə getdikdə valideynlərinin, babasının, nənəsinin qəbrlərini ziyarət etmişdir. O, işlədiyi bütün müddətdə ailəsi də onunla birlikdə onun yanında qalmışlar. Onun arvadının cehiz əşyaları Bakıya aparılmışdır və onun bundan həmin cehiz əşyaları Bakı şəhərinə aparılarkən məlumatı olmuşdur. O, elə bilmişdir ki, arvadının cehiz əşyaları özlərinin gündəlik istifadəsi üçün gətirmişdir. Yəni, cehiz əşyalarının Bakı şəhərinə aparılması ilə bağlı onun xahişi olmamışdır. Həmin cehiz əşyaları əvvəlcə onun bacısının evinə aparılsa da, elə həmin il ona Pereküşgül qəsəbəsində müvəqqəti yaşamaq üçün xidməti ev verildiyindən cehizləri həmin evə aparmışlar. O, 1997-ci ildə xidməti ilə əlaqədar Lənkərana göndərilmiş və 1998-ci ilədək Lənkəranda yaşamış və sonradan yenidən Bakı şəhərinə qayıtmışdır. Hesab edir ki, o vəhəyat yoldaşı-İddiaçı2, uşaqları Qəribova (Hacıyeva) Rövşanə İbrahim qızı və oğlu İddiaçı3 Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan, 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli, 3 otaqlı evə köçürülməlidirlər. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddiaları əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı3 izahatında göstərmişdir ki, İddiaçı1 onun atası, İddiaçı2 anası və İddiaçı4 isə bacısıdır. O, Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. Anadan olduğu gündən hər dəfə atasının məzuniyyət vaxtlarında hazırda mübahisə predmeti olan evdə yaşamışlar. Onlar sonuncu dəfə 2008-ci ildə əmisi Xanların qızı Qələmin toyunda iştirak etmişlər. Həmin vaxt cavabdehlər özləri toy eləmək məqsədi ilə Sumqayıt şəhərindən Şəki rayonu, Baş Göynük kəndinə gəlmişdilər. Bundan sonra əmisi Xanlar və arvadı Suqra onları həmin evə getməyə qoymamışlar. Hətta, əmisi Xanlar və arvadı Suqra onları onun digər əmisi və bibisini də həmin evə buraxmamışlar. O, həmin evdə pasport qeydiyyatındadır və Səfərbərlik olarsa, bu zaman ona çağırış həmin evə gələcəkdir. Hərbi xidmət üzrə yoxlanışa cəlb olunduğunda Baş Göynük kəndinə gedib orada qalası yer tapa bilməmiş və həmin kənddə uzaq qohumlarının evində gecələmişdir. Əmisi Xanların kürəkəni gəlib həmin evdə yaşasalar da, onları həmin evə buraxmırlar. Atası 2008-ci ildə hərbi xitmətdə olduğundan cavabdehlər həmin tarixdən evi zəbt edərək onların evə gəlmələrinə imkan verm\mişlər. Onlar ildə bir dəfə atasına məzniyyət veriləndə həmin evə getmişlər. Uşaqlıq vaxtlarında ora getdiklərində əvvəlcə orada təkcə babası ikinci arvadı ilə birlikdə yaşayırdı. 1996-cı ildən sonra isə həmin evə getdikdə həmin evdə heç kim yaşamamışdır. Cavabdehlərin həmin evə nə vaxt gəlmələrini bilmir. O, özü hərbi xitmətə 2018-ci ildə getmiş və 2019-cu ilin iyul ayının 01-dən hərbi xidmətdən geri qayıtmışdır. Hərbi Xidmətdən qayıdarkən Baş Göynük kəndinə gəlmiş, lakin, qalmağa yer tapmamışdır. Buna görə də yenidən Bakı şəhərinə qayıtmışdır. Onun yeganə qeydiyyat və yaşayış yeri Baş Göynük kəndidir. Onlar 2006-2012-ci ilədək atasının xidmət yerinin yaxın ərazisində ailəliklə birlikdə yaşamışlar. Bundan sonra isə hazırda yaşadqları evdə kiayədə yaşayırar. Həmin kirayə yaşadıqları evin sahibini tanımır. Onun bacısı Rövşanə 2018-ci ildə ailə qurmuş və hazırda yoldaşının işi ilə əlaqədar Qazax şəhərində yaşayır. Hesab edir ki, onlar Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan, 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli, 3 otaqlı evə köçürülməlidirlər. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddiaları əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsindəlazımi qaydada məlumat verilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı1 apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, iddia tələbini araşdıran məhkəmə iddiaçıların yaşayış sahəsinə olan hüquqlarının olmadığını düşünərək iddia tələbini rədd etmişdir. İşi araşdıran hakim hesab etmişdir ki, tərəf başqa yerə getdikdə onun yaşayış sahəsi üzrə hüququ 6 ay saxlanılır. İddiaçı uzun müddət mübahisəli evdə yaşamadığı üçün onun həmin yaşayış sahəsinə olan hüququnu itirmişdir. Məhz buna görə iddia tələbi rədd edilmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı1 mübahisəli evdə anadan olmuş və həmin evdə böyüyüb boya-başa çatmışdır. Göründüyü kimi Şəki rayonu Baş Göynük kənd ərazisində yerləşən X13 məxsus yaşayış evində iddiaçıların istifadə hüququ mövcud olmuşdur. İddiaçı mübahisəli evdə yaşamışdır. Onun təhsil və xidmətlə bağlı başqa yerdə müfəqqəti yaşaması bu hüquqdan məhrum edə bilməz. İddiaçı ilk əvvəl təhsili ilə bağlı, daha sonra hərbi xidməti ilə bağlı olaraq müfəqqəti başqa yerdə yaşamışdır. Buna baxmayaraq hər il mütəmadi olaraq mübahisəli evə baş çəkmiş və orda yaşamışdır. Atası rəhmətə gedəndən sonra da həmin evə gedib-gəlmiş, həyətyanı sahəni təmizləmiş orada abadlıq işləri görmüşdür. Bu o deməkdir ki, İddiaçı1 mübahisəli mənzilə olan hüququnu itirməmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi, iddiaçı və cavabdehin atası, mübahisəli evin sahibi olan X2 əlyazma ilə vəsiyyətnamə yazmışdır. Lakin həmin əlyazmanı müvafiq qaydada təsdiqlətməmişdir. Belə ki, tərəflərin atası olan Saleh Hacıyev sağlığında mübahisəli evi 3 oğlu və həyət yoldaşı arasında bölüşdürmüşdür Hər birinə düşən hissəni sağlığında yazılı şəkildə bildirmişdir. Bu o deməkdir ki, mərhum Saleh Əhmədovun hər bir evladı mübahisəli evdə vərəsə kimi payları mövcuddur. Sadəcə mübahisəli ev müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün vərəsəlik işi açılmamışdır. İddiaçı atası rəhmətə gedəndən sonra mübahisəli evdə zaman-zaman gəlib qalmaqla, təsərrüfat işləri görməklə mirası faktiki qəbul etmişdir. Buna görə də iddiaçının həmin mənzilə olan bütün hüquqları mövcuddur. Ona görə də, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-672/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi X23 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-672/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 08 nömrəli arxiv arayışından görünür ki, Şəki İHB-nın Baş Göynük kəndi üzrə İcra Nümayəndəliyinin 1990-1995-ci illərin təsərrüfatbaşına kitabına əsasən X10 təsərrüfatında ailə başçısı olduğu, təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında” ölub akt 43, 4.Xİİ.96” yazılmış, təsərrüfat arvadı X6 adına qeyd edilmiş və təsərrüfatında aşağıdakı ailə üzvləri qeyd edilmişdir. X21-a.b.-4.12.96 vəfat edib. X24oğlu-təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında - Bakıda yaşayır qeyd edilib. İddiaçı1-oğlu getmişdir qrafasında 1987-Leninqradda, qayıdıb qrafasında Polşada hərbi qulluqda qeyd edilmişdir. X14-arvadı X15-gəlini-təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd qrafasında-16.11.92-ci ildə Bakıya getdi qeyd edilmişdir. Təsərrüfatında torpağının cəmi 1990-1994-cü illərdə 0,12, o cümlədən tikililərin, kolluqların, meşəliyin, yarğanların, qobuların və ictimai yolların altında 001 olması qeyd edilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X42 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, **********68 nömrəli məktubda göstərilmişdir ki, Xidmətin 12 saylı X33 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X10 və Cavabdeh1 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş arxiv materiallarına əsasən Cavabdeh1 adına paylı mülkiyyətdə (5 nəfər ailə üzvü olmaqla) Şəki rayonu, Baş Göynük kəndində JN-829A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,13 hektar həyətyanı, JN-829B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinə əsasən 0,25 hektar həyətyanı torpaq sahələrinin olduğu aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-829B, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X16, X18 və Cavabdeh3 Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,25 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-829A, KOD 40406018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayonu X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh2, X16, X18 və Cavabdeh3 Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,13 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 198 nömrəli arxiv arayışından görünür ki, Şəki şəhər İHB-nin Baş Göynük kənd İcra Nümayəndəliyinin 1991-1995-ci illərin təsərrüfatbaşına kitabına əsasən X1 təsərrüfatında ailə başçısı olduğu, xx.xx.1992-ci il tarixdə vəfat etdikdən sonra təsərrüfat nəvəsi Cavabdeh1 adına keçirilməsi və təsərrüfatında ailə üzvləri kimi X3, Cavabdeh1, X12, X17, Cavabdeh4 və Cavabdeh3 qeyd edilmişdir. Onun təsərrüfatında torpağının cəmi 1990-1994-cü illərdə 0,12, o cümlədən tikililərin, kolluqların, meşəliyin, yarğanların, qobuların və ictimai yolların altında 1990-1994-cü illərdə 001 olması qeyd edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 241 nömrəli arayışdan görünür ki, İddiaçı1 Şəki rayonu, Baş Göynük kəndində yaşayır. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 242 nömrəli arayışdan görünür ki, İddiaçı1 Şəki rayonu, Baş Göynük kəndində yaşayır, hərbi müəllim işləyir, ailə üzvləri kimi İddiaçı2, Hacıyeva Rövşanə İbrahim qızı, İddiaçı3 vardır. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 453 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Şəki rayonu, Baş Göynük kəndində yaşayır. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 454 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Şəki rayonu, Baş Göynük kəndində yaşayır. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 455 nömrəli arayışdan görünür ki, Cavabdeh2 Şəki rayonu, Baş Göynük kəndində yaşayır, işləmir və onun ailə üzvləri kimi Cavabdeh3 qızı, Cavabdeh4, X29 və X19 vardır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikasının 1982-ci il 08 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 54, 60 və 87-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının 1982-ci il 08 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh1 qardaş olmaqla, onlar X10 uşaqlarıdırlar. X21 xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. Hazırda iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı məhkəmədə iddia qaldıraraq, onun və həyat yoldaşı-İddiaçı2, qızı Qəribova (Hacıyeva) Rövşanə İbrahim qızının və oğlu İddiaçı3 Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan, 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli, 3 otaqlı evə köçürülmələrini tələb edirlər. Cavabdeh X12 isə məhkəməyə daxil olmuş ərizəsində iddiaçıların hər hansı bir vaxt həmin evdə yaşamadıqlarını və onların həmin evə köçürülmələri üçün əsas olmadığını əsas göstərərək iddianı qəbul etmədiyini bildirmişdir. İş üzrə digər cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməmişlər və iddiaya qarşı hər hansı bir şəkildə münasibət bildirməmişlər. İddiaçı1 özünün izahatında da göstərdiyi kimi o, mübahisə predmeti olan evdə onuncu sinifi bitirənədək, yəni 1985-ci ilədək yaşamış və bundan sonra həmin evdə daimi olaraq yaşamamışdır. İddiaçı1 yaşadığı müddətdə yaşadığı həmin evdən istifadə hüquqları yaransa da, o, mübahisəli mənzildən uzun müddət, yəni 30 ildən artıq müddətdə istifadə etmədiyinə və daimi olaraq başqa bir ünvanda yaşamasına görə onun həmin evdə yaşayış sahəsi saxlanılmamışdır. İş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə mübahisə predmeti olan evdə yaşamamışlar və onların həmin evdən istifadə hüquqları yaranmamışdır. Bunun əksini, yəni onların iddialarının əsaslı olmasını da təsdiq edəcək hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə iddiaçıların həmin tələblərini əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3 və Cavabdeh4 qarşı onun və həyatyoldaşı-İddiaçı2, qızı Qəribova (Hacıyeva) Rövşanə İbrahim qızının və oğlu İddiaçı3 Şəki rayonu, Baş Göynük kəndində yerləşən daimi qeydiyyatda olduqları, hazırda cavabdehlərin istifadəsində olan, 0,13 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr, bir mərtəbəli, 3 otaqlı evə köçürülmələri tələbinə dair iddiaları təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-672/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(075)-672/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar