Məhkəmə qərarları › İş №2(107)-1943/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1943/2021

21.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1943/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və 3-cü şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsində ölçmə işlərinin aparılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- torpaq sahəsində ölçmə işlərinin aparılması, cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, mülkiyyət hüququ ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin 2(033)-643/2021 saylı, 27 iyul 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin mülkiyyətində olan islahat haqqında qanuna əsasən verilmiş torpaq sahələrində ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması və iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, iddia üzrə cavabdeh Zaqatala rayonu Əliabad qəsəbə sakini Cavabdeh2 tanınması və cavabdeh kimi işə cəlb edilməsini, Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsində ölçmə işlərinin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Aqrar İslahat Haqqında 1996-cı il tarixli Qanuna əsasən ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Əliabad kəndinin ərazisində torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. İş üzrə cavabdeh şəxs, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına torpaq sahələrinin ölçməsinə icazə vermədiyi üçün, idarə 04 may 2021-ci il tarixli, **********03 nömrəli bildirişi ilə həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Qeyd olunan səbəbdən də bu tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinin təmin edilərək ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 2(033)-643/2021 saylı, 27 iyul 2021-ci il tаrixli qətnaməsi ilə (hakim T. Həsənov) iddia təmin edilmiş, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə İddiaçı, X1, X3, X4, X5, X2 mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manatın onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 kv.m həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Zaqatala rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə İddiaçı, X1, X3, X4, X5, X2 mülkiyyətinə verilmişdir. İddiaçı ona ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində X6 tərəfindən inşa edilmiş yaşayış evinin Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin qeydiyyatın çıxarışlarla rəsmləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin Cavabdeh2 qeyd edilən 0,20 ha həyətyanı torpaq sahəsinin özünə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi ilə üst üstə düşdüyünü qeyd edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına maneələr törətmişdir. İddiaçı cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İş materialları ilə məlum olmuşdur ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 6 subyektin İddiaçı, X1, X3, X4, X5, X2 mülkiyyətinə verilmiş, lakin həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməmişdir. Qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi üçün həmin əmlakın mülkiyyətçilərindən olan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi, 13-cü maddəsinin İ və İİ hissəsi, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 153.4-cü, 157.1-ci, 157.2ci, 157.4-cü 158.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmüş və düzgün tətbiq edilməmişdir.Belə ki, iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsinin bir hissəsi onun həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. İslahatlar zamanı tərtib edilmiş xəritələrdə yanlışlığa yol verilmişdir. DƏDRX-in 18 saylı Zaqataİa Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparıldığı yer onun həyətidir. Həmin hissədə ona məxsus fındıq bağı vardır. Qeyd olunan torpaq mübahisəsi ilə bağlı Əliabad bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə həmin torpaq sahəsini onun həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyünü ona izah etmişdir. O, məhkəmədən ekspertiza tələb edir. Zaqataİa Rayon Aqrar İslahat Komissiyası 28 aprel 1995-ci il tarixli qərarı ilə Cavabdeh1 Uveyz oğluna verilmiş torpaq mülkiyyəti şəhadətnaməsindən də görünür ki, mübahisəli torpaq sahəsi onlara məxsusdur. Ona görə də onların ailəsi məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27.07.2021-cı il tarixli, 2(033)-643/2021 saylı qətnaməsinin ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27.07.2021-cı il tarixli, 2(033)-643/2021 saylı qətnaməsinin ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 27.07.2021-cı il tarixli, 2(033)-643/2021 saylı qətnaməsinin dəyişdirilmədən sağlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 27.07.2021-cı il tarixli, 2(033 )-643/2 021 saylı qətnaməsinin ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd edir ki, şikayət qərarın ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27.07.2021-cı il tarixli, 2(033)-643/2021 saylı qətnaməsi apellyatorun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 kv.m həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Zaqatala rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarı ilə İddiaçı, X1, X3, X4, X5, X2 mülkiyyətinə verilmişdir. İddiaçı ona ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində X6 tərəfindən inşa edilmiş yaşayış evinin Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin qeydiyyatın çıxarışlarla rəsmləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin Cavabdeh2 qeyd edilən 0,20 ha həyətyanı torpaq sahəsinin özünə mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi ilə üst üstə düşdüyünü qeyd edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına maneələr törətmişdir. İddiaçı cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri 6 subyektin İddiaçı, X1, X3, X4, X5, X2 mülkiyyətinə verilmiş, lakin həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməmişdir. Qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi üçün həmin əmlakın mülkiyyətçilərindən olan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətinə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 2,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Ona görə də Cavabdeh2 İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneənin aradan qaldırılması barədə iddianı təmin etməkdə haqlı olmuşdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Kollegiya şikayətin iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahəsinin bir hissəsinin onun həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda torpaqların üst-üstə düşməsi ölçmə işləri tamamlandıqdan sonra müəyyən ediləcəkdir. Nə qədər ki, ölçmə işləri aparılmamışdır torpaqların üst-üstə düşməsini qeyd etmək yanlışdır. Yəni hazırkı işdə ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Tələb yalnız ölçmə işlərinə törədilən maneənin aradan qaldırılmasıdır. Bundan başqa torpaq sahəsi iddiaçıya və ailə üvlərinə Azərbaycan Respublikası Aqrar İslahat Haqqında 1996-cı il tarixli Qanuna əsasən Aqrar İslahat Komissiyasının qərarı ilə verilib. Nə qədər ki, həmin qərar qüvvədədir cavabdeh tərəf iddiaçıya verilmiş topaq sahəsini mübahisələndirə bilməz. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27.07.2021-cı il tarixli, 2(033)-643/2021 saylı qətnaməsi apelyatorun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 27.07.2021-cı il tarixli, 2(033)-643/2021 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar