Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1945/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, X10 Mühafizə və Bərpa Müəssisəsinin Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1212/2015 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1212/2015 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia təmin edilmiş, Ağdaş MM və BM-nin Ağzıbir meşəbəyliyinin 11-ci meşə dolayısında məskunlaşan Cavabdeh 814.40 (səkkiz yüz on dörd manat, qırx qəpik) manatın alınaraq X8 və Bərpası Müəssisəsinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh meşə fondu torpağından çıxarılması və dövlətə dəyən 816.40 manat ziyanın Bərdə MMBM-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izah etmişdir ki, Kəlbəcər rayon sakini, hazırda Ağdaş MM və BM-nin Ağzıbir meşəbəyliyinin 3 saylı dolayısında məskunlaşmış Cavabdeh “Bük” meşəbəyliyinin 11-ci meşə dolayısının 22-ci meşə kvartalında özünə məxsus 20 baş iri buynuzlu malqarasını otarmaqla mədəni meşə əkinlərinə və təbii meşə sahəsinin 20 hektarına ciddi ziyan vurmuşdur. Bu barədə Bərdə MM və BM-nın əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Aktı cavabdehin iştirakı ilə tərtib edilsədə N. Atayev akta imza etməkən imtina etmişdir. Bu barədə imtina aktı tərtib edilmişdir. Həmçinin Cavabdeh təbitə vurduğu ziyanın məbləği mütəxəssis vasitəsilə müəyyənləşdirilmişdir. Həcm-qiymət cədvəlinə əsasən ziyan 816.40 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinə arayış tədim edərək, Cavabdeh Meşə zolağından çıxarıldığını, ona görə də iddianın ancaq dəymiş ziyan tələbinə dair hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclsına gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Rspublikası MPM-nin 185 5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsində göstərlən xüsusatların, öz əksini tapan detalların, onunla bağlı özünə yer alan halların heç bir hüquqi əsası yoxdur, sübutlardan, dəlillərdən, prosessual hüquq normalarından kənardır, qanunauyğun deyildir. Məhkəmə iddiaçı Bərdə Rayon Peşə Mühafizəsi və Bərpası Mtiəssisəsnin nümayəndəsi X3 onunla bağlı Ağdaş Rayon Məhkəməsində qaldırdığı iddia tələbi şantaj, böhtan xarakterli olmaqla onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə vurulan mənəvi, psixoloji və maddi zərbədir, yalanlara, səlahiyyət həddindən sui-istifadəyə söykənir. Məhz buna görə də Ağdaş Rayon Məhkəməsində iddiaçının iddia tələbinin əsaslandırılması istiqamətində geniş təhlillər, hərtərəfli araşdırmalar, analizlər aparılmayıb, yerində baxış müayinə keçirilməyib, şahidlərin dindirilməsinə şərait yaratmayıb, izahatlar tələb olunmayıb, işə birtərəfli qaydada yanaşılıb. Ən əsası odur ki, mübahisələndirilən məsələdə tərəflərin iştirakı təmin olunmayıb, o, məhkəməyə bir tərəf kimi çağrılmamış, prosesdə iştirak etməmişdir, yalnız 2020-ci ilin iyun ayında Göygöl rayon İcra məmurları bu barədə ona məlumat verəndə şoka düşmüşdür ki, bu işin onunla nə əlaqəsi var? Çox qəribədir ki, 2015-ci ilin 31 avqustunda məhkəmə olub, bu barədə o, 2020-ci ildə məlumatlandırılmışdır. O, Kəlbəcər rayonu Qasımlar kəndindən məcburi köçkündür. Doğrudan, o, Ağdaş rayonunda qohumlarıyla birlikdə mövsümü heyvandarlıqla məşğul olmuşdur. Lakin, 2012ci ildən iş-gücüylə bağlı olaraq oranı tərk etmiş, son 8 ildə bir dəfə də Ağdaşa getməmişdir. Bərdə rayonunun meşə fondunun üzünü belə görməmişdir. İddiaçı onun üzünü bir dəfə də olsa görübmü, ya meşə fondunda, ya da hər hansı bir yerdə onun heyvanı meşə fonduna saldığını, ziyan vurduğunu müəyyənləşdiribmi? Onu tanımadığı, üzünü görmədiyi halda, onun haqqında hansı sübutlarla məhkəməyə müraciət edib. 02 növbəsində məhkəmə icraata götürdüyü işə niyə tərəflərdən biri olmadan yalnız öz qulluq mövqeyindən istifadə edərək və iddiaçının mövqeyini müdafiə etməklə qərar imzalayıb? Digər tərəfdən nə üçün o, bu işdən yalnız 2015-ci ildə deyil, 2020-ci ildə məlumat əldə etmişdir? Məhkəmə təcrübəsində belə bir qanunauyğun model mövcuddurmu? Axı Ağdaş Rayon Məhkəməsi hansı faktlar əsasında belə bir addım atıb. Qətnamənin 2-ci abzasında göstərilir ki, guya o, 20 baş iribuynuzlu mal-qara ilə X9 20 ha sahəsinə girmiş, otarmış, fonda ziyan vurmuş və bu barədə Meşə Fondunun əməkdaşları akt tərtib ediblər. Bu məsələ hüquqi cəhətdən araşdırılarkən və akt tərtib olunarkən əgər bu işi törətmişdirsə, o akta o, da imza atmalıydı ki, bəli, belə bir iş olub. Digər tərəfdən onun heç vaxt iribuynuzlu mal-qarası olmayıb. Yuxarıda qeyd etdiyi kimi, 2012-ci ilədək Ağdaş rayonu ərazisində müvəqqəti olmuşdur. Bunlar hamısı ağ yalandır. Göründüyü kimi, ona qarşı hərəkətlər ədalət prinsipinə tamamiiə ziddir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsində göstərilən hallarda bunların heç biri nəzərə alınmayıb. Əksinə, guya 20 baş iribuynuzlu mal-qaranı X9 ərazisində otarmışdır. Əslində isə Meşə Fondunun mühafizə edilən ərazisində Laçın rayonundan olan məcburi köçkün Seyyid Məhəmmədə havadarlıq edir deyə, aralarında onu ortaya qoyaraq, tanımadıqları, görmədikləri vətəndaşa şər-böhtan atmışlar ki, Dövlət Meşə Fondunda yol verdikləri cinayəti hər hansı yolla ört-basdır etsinlər. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin ərazidə baxış-müayinə keçirsə hər şey aydın olacaq. Ona görə də, onun apelyasiya şikayətinin hərtərəfli araşdırılıb təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1212/2015 nömrəli qətnaməsini ləğv etmək barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları X10 Mühafizə və Bərpa Müəssisəsinin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1212/2015 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı dövlətə dəyən 816.40 manat ziyanın Bərdə MMBM-nə ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş aktından məlum olur ki, Ağdaş rayonun, Ağzıbir kəndində məskunlaşmış Kəlbəcər rayon qaçqını Cavabdeh Bərdə MM və BM-nin “Bük” meşəbəyliyinin 11-ci meşə dolayısının 22-ci meşə kvartalında özünə məxsus 20 baş iri buynuzlu mal-qarasını otarmaqla təbiətə ciddi ziyan vurmuşdur. İşdə olan Bərdə MM və BM-si tərəfindən tərtib edilmiş həcm-qiymət cədvəlindən məlum olur ki, Cavabdeh təbiətə vurmuş olduğu ziyanın məbləği 816.40 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüqu pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaş ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyi normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcələnin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüqu məsuliyyəti daşıyır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X6 və Bərpası Müəsissinin əməkdaşları “Bük” meşə zolağında qəfləti yoxlama aparmışlar. Yoxlama zamanı, Ağdaş rayonunun, Ağzıbir kəndində məskunlaşmış Cavabdeh “Bük” meşəbəyliyinin 11-ci meşə dolayısının 22-ci kvartalında özünə məxsus 20 baş iri buynuzlu mal-qarasını qanunsuz olaraq otarmaqla mədəni meşə əkinlərinə və təbii meşə sahəsinə ziyan vurması aşkar edilmişdir. Bu barədə Müəssisəsnin əmədaşları tərəfindən akt tərtib edilmişdir. Lakin, Cavabdeh akta imza etməkdən imtina etdiyindən imtina aktı tərtib edilmişdir. Həmçinin vurulmuş ziyan mütəxəssislər tərəfindən müəyyən edilməklə bu barədə həcm-qiymət cədvəli tərtib edilmişdir. Cavabdeh vurduğu ziyanı könüllü ödəmədiyindən müəssisə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi arayışı təqdim edərək, Cavabdeh meşə sahəsindən çıxarıldığını, ona görədə iddianın ancaq ziyan tələbinə dair hissədə təmin edilməsini xahiş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, X6 və Bərpası Müəsissinin əməkdaşları “Bük” meşəbəyliyinin 11-ci meşə dolayısının 22-ci kvartalında 20 baş iri buynuzlu mal-qaranın qanunsuz olaraq otarılmaqla mədəni meşə əkinlərinə və təbii meşə sahəsinə 816.40 manat ziyan vurması aşkar edilmişdir. Olanlar barədə Müəssisənin əmədaşları tərəfindən akt tərtib edilməsi, lakin, Cavabdeh akta imza etməkdən imtina etməsi barədə imtina aktı tərtib edilməsi göstərilmişdir. Qeyd olunan aktlar xx xxxxx 2015-ci ildə tərtib edildiyi halda həmin meşəbəylik sahəsində dəymiş ziyanla bağlı tərtib edilmiş həcm-qiymət cədvəlində xx xxxxxx 2015-ci il göstərilmişdir. Göründüyü kimi qiymət cədvəli tərtib edildikdən bir ay 15 gün sonra həmin cədvəlin tərtib edilməsinə əsas olmuş aktlar tərtib edilmişdir. Bu isə hələ baş verməmiş hadisə ilə bağlı hesablama aparılması, eyni zamanda hadisənin baş verməməsi deməkdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşdüyündən, iddiaçılar da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduqları halda bunu edə bilmədiklərindən, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1212/2015 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı dövlətə dəyən 816.40 manat ziyanın Bərdə MMBM-nə ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iş üzrə iddia tələbinin həcmi 2000 manatdan az olduğundan qəbul ediləcək qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1212/2015 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dövlətə dəyən 816.40 manat ziyanın Bərdə MMBM-nə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1945/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1945/2020
21.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver