Məhkəmə qərarları › İş №2(107)-195/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-195/2020

09.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-195/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən evdən istifadə hüququ itirilməsi və onun evdən çıxarılması, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçının mülkiyyətində olan, ünvan 1 saylı ünvanda yerləşən evdən çıxarılmalarına, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşadıqları iddiaçının mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən evi boşaltmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən evə istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən evdən çıxarılmaları, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşadıqları İddiaçı mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən evi boşaldılması və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərə müştərək qaydada aid olunması qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyаsiyа şikаyəti verərək, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə birtərəfli, qərəzli, qeyri-obyektiv yanaşmış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, o iddia ərizəsini əsassız hesab edir. Çünki həmin pul əslində iddiaçıdan borc alınmışdır. Evin sənədləri isə iddiaçıya girov olaraq verilmişdir. Lakin iddiaçı atası Şahini aldadaraq evi öz adına keçirmişdir. Notariat kontorunda müqavilə bağlanılan zaman onlara evin satılması barədə heç bir məlumat verməmişlər. Ona görə də hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdeh1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində, yəni Cavabdeh2 münasibətdə yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay rayon notariat notariat kontorunda təsdiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə satıcılar Cavabdeh5 və Cavabdeh1 ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 87,5 kv.m. olan fərdi yaşayış evini və 0,04945 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin 13-cü bəndinə əsasən satıcılar qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ünvan 1 saylı ünvanda yerləşən ümumi sahəsi 87 , 5 kv.m. olan fərdi yaşayış evi və 0,04945 ha torpaq sahəsi tam mülkiyyət hüquqi üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququsubyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüquqdur. Həmin Məcəllənin 152.5-ci mаddəsinə əsаsən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; Həmin məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; Həmin məcəllənin 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Yəni cavabdehlər müvafiq ərizə verərək bir tərəfli əqd əsasında yaşayış sahəsindən istifadə hüququndan imtina barədə üzərinə öhdəlik götürmüş və bu öhdəliyə müqavilə öhdəlikləri barədə qaydalar tətbiq edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki,Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehlərə qarşı hazırkı tələblər üzrə subyektiv hüquqa malikdir, Cavabdeh1 isə evdən könüllü qaydada qeydiyyatdan çıxmamaqla, həmin ünvanı tərk etməməklə və boşaltmamaqla müqavilə və qeyri-müqavilə öhdəliklərini icra etməyərək, onun subyektiv hüquqlarını pozmuşdur. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehlərin hərəkətləri, yəni müqavilə predmeti olan evin iddiaçının faktiki sahibliyinə və istifadəsinə verməmələri onların alqı-satqı müqaviləsinin icra edilməməsi kimi qiymətləndirilməlidir. Notariat işinin materiallarında olan ərizələr əsasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 ünvan 1 saylı evin satılmasına etiraz etməmişdir. Onun bu evin satılmasına etiraz etməməsi barədə verdiyi ərizə yaşayış sahəsindən istifadə hüququndan imtina barədə öhdəliyin verilməsi kimi qiymətləndirilməlidir. Çünki cavabdeh iradə ifadəsinin həqiqi mənası məhz yaşayış sahəsindən istifadə hüququndan imtinaya yönəlmişdir. Ona görə də apelyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisə olunan hissələrdə gədiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin apelyasiya şikayətinin dəlillərinə münasibətdə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)- 1312/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar