Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1965/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında ərizəsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(039)-1242/2021 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(039)-1242/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları Ərizəçi Maraqlı şəxsnə qeyd etməklə, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” haqqında ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 25 aprel 2006-cı il tarixdə vəfat etmiş ögey anası X10 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, xx.xx.1960-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. Onun X1 anası isə X9 olmuşdur. X23 ilə anası Cahan Atakiyeveva 02 aprel 1962-ci il tarixdə nikah bağlamışlar. X2 26 fevral 1982-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra X23 Saçlı Əliyeva ilə evlənmişdir. X23 ilə ögey anası Saçlı Əliyeva 02.02.1991-ci il tarixdə nikah bağlamışlar. X23 09.09.1999-cu il tarixdə vəfat etmişdir. Ögey anası Saçlı Əliyeva 25.04.2006-ci il tarixdə vəfat etmişdir. JN-237 saylı (kod ********) torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu Aqrar İslahat Komissiyasının 25.04.1998-ci il tarixli 30 nömrəli qərarı ilə 3,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 14.04.2015-ci il tarixli RX seriyalı ******* №-li çıxarışa əsasən, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 3,7028 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququna əsasən Ərizəçi, X6, İmanova Hicran Kərim qızı, X7, X8 və X14 məxsusdur. X19 və ögey anası Saçlı Əliyeva vəfat etmişlər. Bərdə regional “Asan-Xidmət” mərkəzində notariat ofisinin 26.04.2021-ci il tarixli qərar ilə miras qoyan Saçlı Əliyevanın əmlakına dair ərizəçiyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Maraqlı şəxs xüsusi notariusu M.Həsənzadə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə biıməyəcəyini bildirmiş və mülki iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Ərizəçi аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı, o cümlədən mülkiyyət üzərində olan hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. O, xx xxxxxx 1960-cı ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. X1, anası isə X9 olmuşdur. X2 26 fevral 1982-cı il tarixdə vəfat etmişdir. X23 ilə anası Cahan Atakişiyeva 02 aprel 1962-ci il tarixdə nigaha daxil olmuşdurlar. Anası vəfat etdikdən sonra atası Cəfər X3 ilə evlənmişdir. Saçlı Əliyeva 1940-cı ildə anadan olmuşdur. Onların birgə nikahdan uşaqları olmamışdır. X23 09 sentyabr 1999-cıı il tarixdə vəfat etmişdir. Ögey anası Saçlı Əliyeva 25 aprel 2006-cı il tarixdə vəfat etmişdir. JN-237 saylı, kod 90110018 “Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Yevlax RAİK-nın 25 aprel 1998-ci il tarixli 30 saylı qərarı ilə 3,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, Ərizəçi, İmanova Hicran Kərim qızı, X7, X8 və X11 mülkiyyətinə verilmişdir. 14 aprel 2015-ci il tarixli RX seriyalı ******* N»-li çıxarışa əsasən, Yevlax rayonu anrıqulular kəndində yerləşən 3,7028 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququna əsasən, Ərizəçi, X6, İmanova Hicran Kərim qızı, X7, X8 ə X14 məxsusudur. Yuxarıda ŞİHB-nın Tanrıqulular kənd İƏD üzrə nümayəndəsinin 02 aprel 2021-ci il tarixli arayışından görünür ki, Saçlı Məmişova vəfat edənə kimi Tanrıqulular kəndində aşayıb, vəfatından sonra onunla birgə yaşayan ailə üzvü Ərizəçidur. Ona görə də o, Maraqlı şəxsnə müraciət edərək analığı X11 barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Notariat Ofisinin 26 aprel 2021-ci il tarixli qərarı ilə miras qoyan Saçlı Əliyevanın əmlakına dair Nurəddin Atakışiyevə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Mülki Məcəllənin 1283-cü maddəsinə əsasən kənd təsərrüfatlı təyinatın torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfatı aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir. 15 ildir ki, o təsərrüfatı idərə edir. Analığı Saçlı 25 aprel 2006-cı il tarixdə vəfat etmişdir, o gündən bu günə kimi mirası o idarə edir. Mülki Məcəllənin 1283-cü maddəsində qeyd edildiyi kimi bu torpağı idarə etmək iqtidarında olan odur. Bu səbəbdən də tələbin təmin edilməməsini qəbul edə bilmir. Məhkəmə qeyri obyektiv araşdırma aparmışdır. İşin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Miras qoyan şəxsin birinci növbəli heç bir vərəsəsi olmamışdır. Mirası o, bu gün də idarə edir. Analığı vəfat edəndən sonra və əvvəl torpağı o idarə etmişdir. Onlar birlikdə yaşamışlar. Ona bu gün torpaqla bağlı heç bir maneə yoxdur, Ancaq sənədləşdirmək istəyir. Ona görə də məhkəməyə müraciət etmişdir. Bütün bunlar ona ona görə lazımdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(039)-1242/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Ərizəçi qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(039)-1242/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* №li çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 3,7028 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçı Ərizəçi və başqalarının, o cümlədən X11(miras qoyanın) adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 52 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X6 ilə X12 arasında bağlanmış nikah 1962-ci ilin aprel ayının 02-ci günündə akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Atakişiyev, arvada isə Atakişiyeva soyadı verilmişdir. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X9 26.02.1982-ci ildə vəfat etmişdir. İşdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X6 ilə X21 arasında bağlanmış nikah 1991-ci ilin fevral ayının 2-ci günündə akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Atakişiyev, arvada isə Atakişiyeva soyadı verilmişdir. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X6 09.09.1999-cu ildə vəfat etmişdir. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X21 25.04.2006-cı ildə vəfat etmişdir. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli doğum haqqında arayışdan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü Ərizəçi X1 anası, X5r. İşdə olan Maraqlı şəxs notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 26.04.2021-ci il tarixli qərardan görünür ki, miras qoyan X11 əmlakına dair Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üzrə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçinin X23 Saçlı Əliyeva (miras qoyan) ilə 1991-ci ildə rəsmi nikaha daxil olmuş, atası C.Atakişiyev 1999-cu ildə, miras qoyan S.Əliyeva isə 2006-cı ildə vəfat etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.1-ci maddəsində qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ olan vərəsələrin növbəlilik üzrə vərəsə olmaq hüquqları təsbit edilmişdir. Həmin normanın tələblərinə görə isə hazırkı iş üzrə Ərizəçi miras qoyan S.Əliyevanın vərəsəsi sayılmır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizəçi, 25.04.20006-ci il tarixdə vəfat etmiş Saçlı Əliyevadan miras qalmış əmlakın faktiki qəbul edilməsi ilə bağlı tələb irəli sürməsi üçün subyektiv hüquqa malik deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi” buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan ərizəçi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(039)-1242/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(039)-1242/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1965/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1965/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver