Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-197/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu, cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1691/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Yevlax şəhəri, H.Cavid küçəsi, 4 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onlara məxsus olan məişət əşyalarının evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ilkin iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Yevlax şəhəri, H.Cavid küçəsi, 4 saylı fərdi yaşayış evindən və yaşayış evinin yerləşdiyi torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onlara məxsus olan aşağıdakı məişət əşyalarının yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir: 1 ədəd quraşdırılmış mətbəx mebeli 3,5 metr, 1dəst quraşdırılmış şəkildə qaz plitəsi və qab-qacaq yumaq üçün rakvina, 1ədəd kiçik ölçülü mətbəx masası, 2 ədədOturacaq stulu, 1ədəd uşaq yemək masası, 1 ədəd 6 qapılı dolab, 1 ədəd güzgülü trümo, 2 ədəd tumba, 1 ədəd pastelnitsa, 1 ədəd 2 nəfərlik çarpayı (taxt), 1 ədəd 2 nəfərlik döşək, 2 ədədyastıq, 2 ədədçarpayıörtüyü, 2 ədədgecə lampası, hər birinindən 01 ədəd olmaqla böyük ölçülü güldan, xalça 5X3 metr, çilçıraq, pərdə 2 pəncərəlik (dekor, tül), pərdə 1 pəncərəlik, masa, divan, pufık, TV altı, güzgülü kamod, vitrin (servant) 2 qapılı, vitrin (servant) 1 qapılı, 6ədədstul, 2 ədədk reslo, hər birindən 01 ədəd olmaqla elektron, dördkünc divar saatı, kondinsioner (samsunq), 1 pəncərəlik pərdə (tül, delcor), 1 pəncərəlik pərdə (dekor), televizor (samsung), qənd qabı, çərəz qabı, yolka dəsti, gəlin güzgüsü, kerosin lampası, çörək səbəti, padnos (sini), 02 ədəd büllur çilçıraq, hər birindən 06 ədəd çay stəkanı, aş boşqabı, şəkilli çay qaşığı, kofe çaşkası, hər birindən 07 ədəd olmaqla yemək dəsti, kompot dəsti, kompot dəsti, 09 ədəd yemək dəsti, 03 ədəd kiçik ölçülü güldan, 03 ədəd meyvə qabı, 28 predmet çay servizi, 02 ədəd kül qabı, 15 ədəd çay servisi, 12 ədəd müxtəlif ölçülü bakal, 02 ədəd dekor boşqab, 05 ədəd çay servizi, 3 cüt geyinilmiş ayaqqabılar, 02 çüt ev çəkələkləri, 12 ədəd hamam dəsmalı, 3 dəst yata dəsmalı, 7 ədəd süfrə, 6 ədəd yastıq üzü, 4 ədəd yorğan örtüyü, 1 salafon klok istifadə olunmuş uşaq paltarları. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6rşı “çıxarış ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı adına olan xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi olan ******* saylıçıxarışın ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 Yevlax şəhəri, H.Cavid küçəsi, 4 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, Yevlax şəhəri, H.Cavid küçəsi, 4 saylı fərdi yaşayış evində cavabdehlərə məxsus 1 ədəd quraşdırılmış mətbəx mebeli 3,5 metr, 1dəst quraşdırılmış şəkildə qaz plitəsi və qabqacaq yumaq üçün rakvina, 1 ədəd kiçik ölçülü mətbəx masası, 2 ədəd Oturacaq stulu, 1 ədəd uşaq yemək masası, 1ədəd 6 qapılı dolab, 1 ədəd güzgülü trümo, 2 ədəd tumba, 1 ədəd pastelnitsa, 1 ədəd 2 nəfərlik çarpayı (taxt), 1 ədəd 2 nəfərlik döşək, 2 ədəd yastıq, 2 ədəd çarpayı örtüyü, 2 ədəd gecə lampası, hər birinindən 01 ədəd olmaqla böyük ölçülü güldan, xalça 5X3 metr, çilçıraq, pərdə 2 pəncərəlik (dekor, tül), pərdə 1 pəncərəlik, masa, divan, pufık, TV altı, güzgülü kamod, vitrin (servant) 2 qapılı, vitrin (servant) 1 qapılı, 6ədədstul, 2 ədəd kreslo, hər birindən 01 ədəd olmaqla elektron, dördkünc divar saatı, kondinsioner (samsunq), 1 pəncərəlik pərdə (tül, delcor), 1 pəncərəlik pərdə (dekor), televizor (samsung), qənd qabı, çərəz qabı, yolka dəsti, gəlin güzgüsü, kerosin lampası, çörək səbəti, padnos (sini), 02 ədəd büllur çilçıraq, hər birindən 06 ədəd çay stəkanı, aş boşqabı, şəkilli çay qaşığı, kofe çaşkası, hər birindən 07 ədəd olmaqla yemək dəsti, kompot dəsti, kompot dəsti, 09 ədəd yemək dəsti, 03 ədəd kiçik ölçülü güldan, 03 ədəd meyvə qabı, 28 predmet çay servizi, 02 ədəd kül qabı, 15 ədəd çay servisi, 12 ədəd müxtəlif ölçülü bakal, 02 ədəd dekor boşqab, 05 ədəd çay servizi, 3 cüt geyinilmiş ayaqqabılar, 02 çüt ev çəkələkləri, 12 ədəd hamam dəsmalı, 3 dəst yata dəsmalı, 7 ədəd süfrə, 6 ədəd yastıq üzü, 4 ədəd yorğan örtüyü, 1 salafon klok istifadə olunmuş uşaq paltarlarının mənzildən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına olan xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi olan ******* saylı çıxarış qismən 0,04336 ha torpaq sahəsinin Cavabdeh1 aid 1/4 hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı və Cavabdeh1 tərəfindən apelyasiya şikаyətləri verilmişdir. İddiaçı tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin edərkən düzgün mövqe göstərsə də, qarşılıqlı iddianı təmin edərkən obyektiv olmamışdır. Ona görə də iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnаməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, sözügedən evdə onlara məxsus iki ədəd kondisioner olsa da iddiaçı iddia ərizəsində bir kondisioner qeyd etmişdir. Bundan əlavə anası tərəfindən onlara hədiyyə edilmiş xalça da iddia ərizəsində göstərilməmişdir. Bundan əlavə həmin torpaq sahəsində anasının da payı olmuşdur. Ona görə də anasının vərəsəsi kimi həmin mirasdan payını tələb edir. Bundan əlavə onun sözügedən yaşayış evindən istifadəsinə xitam verilməsi ədalətsizlikdir. Çünki, həmin evin şəraitinin yaxşılaşdırılmasına əmək sərf etmişdir. Bundan əlavə sözügedən mənzil birgə nikah dövründə alındığından ½ hissəsi anasının payına düşür. O, da birinci növbə vərəsə kimi öz miras payını tələb edir. Ona görə də iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnаməsi ləğv edilməli və ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 tərəfindən verilmiş apelyаsiyа şikаyətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X1 Elçin Hidayət oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyаsiyа şikаyətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən tərəflərin izahatını dinləyib işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apelyаsiyа şikаyəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində, yəni İddiaçı adına olan xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi olan ******* saylı çıxarışın qismən 0,04336 ha torpaq sahəsinin Cavabdeh1 aid 1/4 hissəsində ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən iş materialları və işin faktiki hallarının tədqiqi nəticəsində müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 0,04336 ha torpaq sahəsi və onun üzərində yerləşən 247,61 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 07 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN 348A saylı KOD 90101002 şəhadətnamə ilə Yevlax rayon X2 xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0,04 ha torpaq sahəsi İddiaçı və ailə üzvləri Süleymanova (Cabbarova) Sevil Bəhlul qızının, Cavabdeh1 və Cabbarova Könül Hidayət qızının ümumi birgə mülkiyyətlərinə verilmişdir. Bundan əlavə ilkin iddia üzrə Cavabdeh1 tərəfindən alqı-satqı müqavilələri əsasında Yevlax şəhəri, H.Əliyev prospekti 51/4 ünvanında yerləşən 0,0021 ha torpaq sahəsi, Yevlax şəhərində 0,06 ha torpaq sahəsi və Yevlax şəhəri, H.Əliyev prospekti, ev 51 ünvanında yerləşən 28 saylı mənzil alınmış və tam mülkiyyət hüququ üzrə ona məxsus olub adına çıxarış verilmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının apelyasiya şikayəti ilə bağlı aşağıdakıları bildirir; Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinəəsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailəüzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailəüzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququsubyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüquqdur. Həmin Məcəllənin 152.5-ci mаddəsinə əsаsən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda qeyd edilən normalara əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsaslıdır. Mübahisəni həll edərkən birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmadan qarşılıqlı iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Yevlax şəhəri, H.Cavid küçəsi, 4 saylı fərdi yaşayış evi sözügedən torpaq sahəsi üzrəində yerləşir. Həmin torpaq sahəsinin bölünərək Cavabdeh1 pay verilməsi onun üzərində yerləşən fərdi yaşayış evinin sökülməsinə və ya şəraitin başqa cür çətinləşməsinə gətirib çıxara bilər ki, bu da İddiaçı həmin fərdi yaşayış evinə münasibətdə öz mülkiyyət hüquqlarını həyata keçirməsini qeyri-mümkün edə bilər. Bundan əlavə iş materiallarında olan Cavabdeh1 məxsus ərizənin surətindən görünür ki, Cavabdeh1 Yevlax şəhəri, H.Cavid küçəsi, 4 saylı fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmiş, əksinə razılıq vermişdir. Digər tərəfdən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyildir. Həmin torpaq sahəsi fərdi yaşayış evi inşa edilməsi üçün ayrılmışdır. Həmin fərdi yaşayış evinin də mülkiyyətçisi İddiaçı olduğundan torpaqların paylara uyğun bölünməsi yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası Cavabdeh1 apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 apelyasiya şikayəti əsaslı deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus mənzili vardır və hazırda orada yaşayırlar. Belə olduğu təqdirdə Cavabdeh1 Yevlax şəhəri, H.Cavid küçəsi, 4 saylı fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasını zəruri edən hal yoxdur. Bu tip hüquq münasibətlərində mənzildən istifadə hüququ o zaman saxlanılır ki, şəxsin başqa yaşayış yeri olmasın. Bundan başqa Cavabdeh1 iddia ərizəsində vərəsəliyin və payının müəyyən edilməsi haqqında hər hansı bir tələb irəli sürməmişdir. Eyni zamanda evin atanın adına qeyd edilməsi barədə ərizə vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apelyаsiyа şikаyəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində, yəni İddiaçı adına olan xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi olan ******* saylı çıxarışın qismən 0,04336 ha torpaq sahəsinin Cavabdeh1 aid 1/4 hissəsində ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia həmin hissədə də təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(046)-1312/2019 saylı qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apelyаsiyа şikаyəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində, yəni İddiaçı adına olan xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi olan ******* saylı çıxarışın qismən 0,04336 ha torpaq sahəsinin Cavabdeh1 aid 1/4 hissəsində ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində, yəni İddiaçı adına olan xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi olan ******* saylı çıxarışın qismən 0,04336 ha torpaq sahəsinin Cavabdeh1 aid 1/4 hissəsində ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-197/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-197/2020
09.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver