Məhkəmə qərarları › İş №2(107)-197/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-197/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-197/2024 06.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli e- 2(075)-1403/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1 və X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993cü ildən gəlin köçdüyü və yaşadığı ünvan 1 ünvanda yerləşən evdən istifadə hüqunun tanınması, ona və X5 cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması, onun və qızının ünvan 3 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia onunla əsaslandırılmışdır ki, o, X11 ilə 25 iyun 1993-cü il tarixdə ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qayınatası X6 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından xx xxxx 1994-cü il təvəllüdlü X12 anadan olmuşdur. Şəki Rayon Məltkəməsinin 18 may 2020-ci il tarixli, 2(075)-347/2020 saylı qətnaməsi ilə X11 ilə onun arasında Şəki rayon Qeydiyyat şöbəsində 25 iyun 1993-cü il tarixdə bağlanmış 272 nömrəli nikahın pozulması qət edilmişdir. Nikahı pozulmamışdan əvvəl Laçın Məmmədov hələ qızı səkkiz aylıq olduğu vaxtdan Rusiya Federasiyasına getmişdir. Bu müddət ərzində o, həmin evdə qızı ilə birlikdə yaşamış və həmin evdə şəxsi vəsaiti, aldığı kreditlər hesabına təmir-tikinti işləri aparmışdır. İllər sonra qızının xeyir işində X23 Federasiyasından gələrək toy mərasimində iştrak etsə də, yenidən Rusiya Federasiyasına qayıtmış və onların evdə yaşamalarına etiraz etməmişdir. Lakin bu yaxınlarda X7 Rusiya vətəndaşlığını qəbul etdiyini bilən qaynının oğlu olan Cavabdeh1, böyük qaynım Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3, o, evdə olmadığı vaxt onlara məxsus əşyaları evdən çıxararaq qızını və onu evə buraxmırlar. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Lakin, Cavabdeh3 27 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçiriməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, o, 1993-cü ildə keçmiş həyat yoldaşı Laçınla ailə həyatı quraraq mərhum qayınatasına məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin evə gəlin köçdükdən sonra orada keçmiş həyat yoldaşı Laçın, qayınanası və Rəfaellə birlikdə dördü yaşamışlar. Qeyd edilən fərdi yaşayış evi mərhum qayınatasının mülkiyyətində olmuşdur. Bir il sonra onların qızı iddiaçı X9 anadan olmuşdur. Qızı 8 aylıq olanda 1995-ci ildə keçmiş əri Laçın Rusiya Federasiyasına getmişdir. Rəfael isə hərbi xidmətə gedənə onunla və qayınanası ilə birlikdə həmin evdə yaşamışdır. Rəfael hərbi xidmətdən qayıtdıqdan ailə qurmuşdur. Bir müddət sonra Bakı şəhərinə getmiş, daha sonra isə Qazaxıstana köçmüşdür. O, qeyd edilən evdə mərhum qayınansı vəfat edənə kimi, yəni 2006-cı ilə kimi bir yerdə yaşamışdır. Sonradan isə 2006-cı ildə həmin evə kirəkeş qoymuş, özü də kirəkeşlərlə birlikdə orada qalmışdır. Bildirmişdir ki, onun qaynı Qüdrət həmin evi təmir etdirmişdir. Buna görə də o, evdən çıxmalı olmuşdur. Bir müddətdən sonra təmir işləri bitəndə o, yenidən evə qayıdan zaman cavabdehlər onu evə qoymamışdır. Təxminən o, 5 il qabaq həmin mübahisələndirilən evə qayıtmışdır. Cavabdehlərin ona məxsus olan əmlakları evdən çıxardıqlarını görmüşdür. Təxminən 5 ildir ki, mübahisələndirilən evdə yaşamır. O, 5 il müddət ərzində atası evində yaşamışdır. İldə bir dəfə keçmiş həyat yoldaşı Rusiya Federasiyasından gəldikdə onunla birlikdə təxminən 5-10 gün həmin evdə qalmışdır. Bildirmişdir ki, o, həyat yoldaşı Laçınla nikahları pozulana kimi, yəni 2020-ci ilə kimi həmin mübahisələndirilən evdə ara-sıra qalmışdır. Keçmiş həyat yoldaşı Laçın məhkəməyə nikahın pozulmasına dair iddia ərizəsi ünvanladıqdan iki gün sonra çıxıb Rusiya Federasiyasına getmişdir. Nikahları pozulduqdan sonra cavabdehlər onu evə buraxmadığı üçün gedib atası evində qalmalı olmuşdur. 2021-ci ildə qızı iddiaçı X9 ailə həyatı quraraq gəlin köçmüşdür. Bundan sonra qızı Yeganə ər evində yaşamışdır. Bildirmişdir ki, hal-hazırda həmin evdə qaynı Cavabdeh2, eltisi Cavabdeh3 yaşayırlar. Qaynı oğlu, Cavabdeh1 həmin evdə qeydiyyatda olsa da, hal-hazırda Qazaxıstanda yaşayır. Cavabdeh1 həmin evdə yaşamır. Təxminən 20 il olar ki, Qazaxıstandadır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 6 ay Bakı şəhərində yaşayırlar. 6 ay müddətdə isə Şəki şəhərində yaşayırlar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Şəki şəhərinə gəldikləri zaman mübahisələndirilən fərdi yaşayış evində yaşayırlar. Göstərmişdir ki, Cavabdeh2 onun həmin evdə yaşamsına maneə törədir. Onu evə qoymur. Evləri təmir olduqdan sonra o, qızı, yəni iddiaçı X9 ilə birlikdə həmin evə yır-yığış etməyə getmişdir ki, köçüb yaşasınlar. Onun qaynı, Cavabdeh2 onları yoldan qovaraq evə getmələrinə icazə verməmişdir. Bir müddətdən sonra cavabdehlər ona məxsus olan əşyaları, onun əmlaklarını evdən çıxararaq atası evinə aparıb qoymuşdular. Cavabdehlər özlərinə məxsus olan əşyaları gətirib həmin evə yığıblar. Bildirmişdir ki, Cavabdeh3 ona məxsus olan əşyaları evdən çıxardıb həyətə atmışdır. Göstərmişdir ki, cavabdehlər onu evə qoymur, həmin evdə yaşamağına maneələr yaradırlar. O, həmin evdə yaşadığı müddətdə cavabdehlər onu qorxudublar. Evinin qapısına açar salaraq onu qorxutmağa çalışırdılar. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi onun anasının mülkiyyətindədir. Onlar ailədə beş uşaq olmuşlar. Həmin evə beş nəfər vərəsə vardır. Vərəsələrdən ikisi vəfat etmişdir. Mübahisələndirilən fərdi yaşayış evi iki otaqdan ibarətdir. Bildirmişdir ki, iddiaçı X9 2021-ci ildə toy edərək gəlin kömüşdür. İddiaçı X9 hal-hazırda ər evində yaşayır. Bir azyaşlı uşağı da vardır. İddiaçı1 isə həmin evdə yaşamışdır. İddiaçı1 1993-cü ildə onun qardaşı Laçınla ailə quraraq həmin evə gəlin köçmüşdür. Qardaşı Laçın bir müddət sonra Rusiya Federasiyasına getmişdir. Həmin evdə onun mərhum anası Şükufət, mərhum qardaşının oğlu Rəfael və Rəfaelin bacısı Gülnar yaşayıblar. Sonradan Gülnar ailə qurub ərə getdikdən sonra, mərhum anası və Rəfael həmin evdə yaşamışdılar. Bir müddətdən sonra isə Rəfael də ailə qurub Qazaxıstana getmişdir. Anası Şükufət rəhmətə getdikdən sonra həmin evdə Güllər bir müddət tək yaşamışdır. Bir müddətdən sonra 2003-cü ildə İddiaçı1 evi bağlayaraq çıxıb getmişdir. Bildirmişdir ki, iddiaçı evi dağıtmışdır. İddiaçı ancaq onun qardaşı Laçın Azərbaycana gələn zaman 2-3 gün gəlib qardaşı ilə birlikdə həmin qalıb, sonra yenə də çıxıb getmişdir. Evin açarı iddiaçının özündə olmuşdur. İddiaçı evi dağıtdığı üçün o, 2019-cu ildə həmin evi təmir elətdirmişdir. Evdə təmir işləri gedən zaman o, iddiaçıya məxsus əmlakları evin həyətinə yığmışdır. İddiaçı1 isə gəlib əmlaklarını yığıb aparmışdır. O, iddiaçıya məxsus əşyaları qərəzli olaraq həyətə yığmamışdır. Sadəcə olaraq evdə təmir işləri getdiyi üçün iddiaçıya məxsus əşyaları həyətə çıxarmışdır. Göstərmişdir ki, 2019-cu ildən bəri qeyd edilən evdə yaşayan olmamışdır. Hal-hazırda iddiaçının həmin evdə yaşasını istəmir. Qardaşı Laçın gəldikdən sonra özləri öz aralarında razılaşarlar. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 da digər Cavabdeh2 verdiyi ifadəyə uyğun ifadə verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Şəki Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli e-2(075)-1403/2023 nömrəli qətnaməsi ilə (hakim P.Hacıyev) iddianın qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 X11 ilə 25 iyun 1993-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qayınatası X6 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından X12 anadan olmuşdur. X11 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmişdir. Bundan sonra cavabdehlər iddiaçını onun gəlin köçdüyü evdə yaşamasına mane olaraq onu həmin evdən çıxarmışlar. İddiaçılar da həmin maneələrə son qoyulmasını, istifadə hüquqları tanınaraq mübahisəli evə köçürülmələri tələbi ilə məhkəməyə müraciət etmişlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli evə 1993-cü ildə gəlin köçmüş, həmin evdə yaşamış və həmin evdə sahiblərindən olan qayınanası X14 ilə birgə təsərrüfat aparmışdır. Tərəflər arasında hüquq münasibəti yarandığı zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mövcud olmuş və tərəflər oradan yaşayış sahəsi kimi istifadə etmişlər. Cavabdehlərin mübahisəli evdə normal şərtlər daxilində evdə yaşamaq hüququna malik olduqları kimi İddiaçı1 da həmin evə köçərək həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır. Ona görə də, iddia tələbi İddiaçı1 ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehlər tərəfindən buna yaradılmış maneənin aradan qaldırılması hissəsində təmin edilməlidir.

11. Məhkəmə iddia tələbinin mübahisəli evdən istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında hüquq münasibəti yarandığı zamandan hazırkı vaxtadək mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və həmin evə dair hüquq müəyyənedici sənədlər mövcud deyil. Cavabdeh tərəfindən məhkəmyə təqdim edilmiş ev dəftərindən görünür ki, X6 məxsus olmuş ev Qızıl Əskər küçəsi T1, ev 6 ünvanında yerləşir. Lakin məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktubunda iddiaçıların istifadə hüquqlarının tanınmasını tələb etdikləri evlə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı1 istifadə hüququnun tanınması mümkün deyildir.

12. Bundan başqa məhkəmə, iddiaçı X5 münasibətdə qeyd etmişdir ki, iddia tələbləri həmin iddiaçıya münasibətdə təmin edilə bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, X9 2021-ci ildə ailə quraraq ər evinə köçmüş və uzun müddətdir daimi əsaslarla başqa evdə yaşamaqdadır.

13. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

14. Məhkəmə hesab etmişdir ki, iş üzrə iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə, 71-ci maddəsinin 1-ci bəndinə, Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.2, 217.4cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər.

17. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı1 X11 ilə 25 iyun 1993-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qayınatası X6 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından X12 anadan olmuşdur. X11 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmişdir.

18. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. MPM-nin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır.

19. Məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçların irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi isə sadəcə qətnamədə maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, hazırki iş üzrə iddiaçıların iddia tələbinə düzgün hüquqi qiymət verməmişdir.

20. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, iddiaçının mübahisələndirdiyi ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi hazırki iş üzrə cavabdehlərin atasının mülkiyyətindədir. İddiaçı1 X11 ilə 25 iyun 1993-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qayınatası X6 məxsus olan ünvan 1 ünvanına gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından X12 anadan olmuşdur. X11 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmişdir.

21. X2 Federasiyasına getdikdən sonra hazırki iş üzrə iddiaçı ünvan 1 ünvanında yaşamamış, həmin fərdi yaşayış evini tərk edərək öz valideyinlərinə məxsus evdə yaşamağa başlamışdır.

22. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə tam və obyektiv araşdırma aparmamış, hətta iddiaçının özünün izahatında olan təzadlara belə əhəmiyyət verməmişdir.

23. Belə ki, iddiaçı öz izahatında bildirmişdir ki, onun qaynı Qüdrət həmin evi təmir etdirmişdir. Buna görə də o, evdən çıxmalı olmuşdur. Bir müddətdən sonra təmir işləri bitəndə o, yenidən evə qayıdan zaman cavabdehlər onu evə qoymamışdır. Təxminən o, 5 il qabaq həmin mübahisələndirilən evə qayıtmışdır. Cavabdehlərin ona məxsus olan əmlakları evdən çıxardıqlarını görmüşdür. Təxminən 5 ildir ki, mübahisələndirilən evdə yaşamır. O, 5 il müddət ərzində atası evində yaşamışdır. Birinci instansiya məhkəməsi iddiaçının niyə 5 ildir iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsi məsələsini diqqətdənkənar qoymuş, həmin məsələni araşdırmamışdır.

24. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək əldə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 8 ünvanda fərdi yaşayış evi aşkar edilməmişdir. Hazırki cavab məktublarından görünür ki, ünvan 3 ünvanda fərdi yaşayış evi yoxdur. Əgər fərdi yaşayış evi yoxdursa hansı evə köçürülmədən söhbət gedir. Birinci instansiya məhkəmə işin hərtərəfli tam və obyektiv araşdırmasını həyata keçirməmiş, sadəcə işdə olan sənədləri sadalamaqla iddia tələbini qismən təmin etmişdir.

25. Odur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1403/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsinin qismən-“iddianın qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı1 verilməsi” hissəsində ləğv edilməsi, iddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddiasının təmin edilmiş “iddianın qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı1 verilməsi” hissəsində də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında keçmiş əri Laçınla ailə münasibətinin pozulması səbəbli 2020-ci ilin əvvəlindən mübahisəli evdə yaşamadığını, 18 may 2020-ci il tarixdə Laçın Məmmədovla aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulduğunu, 2020ci ilin əvvəlindən mübahisəli evdə heç bir yaşayışının olmadığını, mübahisəli evdə yaşamadığı bütün müddət ərzində ünvan 9 ünvanında yerləşən atası evində yaşadığını, hazırda da yaşayışını atası evində davam etdirdiyini, qızı Yeganəni də 2021-ci ildə atasının evindən gəlin köçürtdüyünü göstərmişdir.

29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı X9, iddiaçının vəkili Vəkil1 və Cavabdeh1 səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan); 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirirlər. Belə ki, onlar Şəki Rayon Məhkəməsinin e-2(075)-1403/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsinin qismən-yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın rədd edilməsini xahiş etmişlər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız apelyasiya şikayəti üzrə mübahisələndirilən hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

35. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin e-2(075)-1403/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsinin əsaslılığının iddianın təmin olunmuş hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddianın təmin edilmiş hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

38. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Şəki şəhəri A.Əhmədov küçəsi döngə 1-də yerləşən 6 nömrəli ev 3678/1025 nömrəli qeydiyyat vəsiqəsinə əsasən 17 fevral 1992-ci il tarixdə vəfat etmiş X4 mülkiyyətindədir. Əvvəllər A.Əhmədov küçəsi Qızıl Əsgər küçəsi kimi adlanmışdır. İddiaçı1 25 iyun 1993-cü il tarixdə mərhum X4 oğlu X11 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Cavabdehlərdən Cavabdeh2 isə X7 qardaşıdır. İddiaçı1 X11 ilə ailə qurduqdan sonra mərhum qayınatası X6 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin evdə yaşamışdır. Birgə nikahlarından onların X12 adlı övladları anadan olmuşdur. X11 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getmişdir. İddiaçı1 ilə X7 arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(075)-347/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı1 hazırkı mübahisəyə baxıldığı vaxtdan 5 il əvvəldən mübahisəli evdən çıxıb, atası evində yaşamışdır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas dəlilləri olan X7 Rusiya Federasiyasına getdikdən sonra hazırki iş üzrə iddiaçının ünvan 1 ünvanında yaşamaması, həmin fərdi yaşayış evini tərk edərək öz valideyinlərinə məxsus evdə yaşamağa başlaması, işə baxan birinci instansiya məhkəməsinin iş üzrə tam və obyektiv araşdırma aparmaması, iddiaçının özünün izahatında olan təzadlara belə əhəmiyyət verməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin 20 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına dair iclas protokolundan görünür ki, İddiaçı1 izahatında qaynı Qüdrətin evi təmir etdirdiyini, buna görə evdən çıxmalı olduğunu, təxminən 5 il əvvəl mübahisələndirilən evə qayıtdığını, cavabdehlərin onu evə qoymadıqlarını, 5 ildir ki, mübahisələndirilən evdə yaşamadığını, 5 il müddət ərzində atası evində yaşadığını, bir müddətdən sonra cavabdehlərin ona məxsus əşyaları evdən çıxararaq atası evinə aparıb qoyduqlarını göstərmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 5 ildir ki, atası evində yaşaması onun özünün izahatı, 2019-cu ildən mübahisəli evdə yaşayanın olmaması birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh2 izahatı ilə təsdiq edildiyi halda iddiaçı tərəfindən evdən 5 il əvvəldən iradəsi ziddinə çıxarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

42. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin İddiaçı1 aid hissədə təmin edilməsini X7 ailə qurduqdan bir müddət sonra Rusiya Federasiyasına getməsi, bundan sonra cavabdehlərin iddiaçını onun gəlin köçdüyü evdə yaşamasına mane olaraq onu həmin evdən çıxarmaları, cavabdehlərin mübahisəli evdə normal şərtlər daxilində evdə yaşamaq hüququna malik olduqları kimi İddiaçı1 da həmin evə köçərək həmin şərtlər daxilində evdə yaşamaq hüququnun olması ilə əsaslandırmışdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 5 il əvvəldən atası evində yaşaması öz izahatı ilə təsdiq edildiyi halda cavabdehlərin İddiaçı1 gəlin köçdüyü evdə yaşamasına mane olaraq onu həmin evdən çıxarmaları hər hansı bir digər sübutla əsaslandırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş cavabdehlər belə evi təmir etdirmək məqsədi ilə İddiaçı1 evdən çıxartmalarına dair hər hansı bir fikir ifadə etməmişlər. Əksinə Cavabdeh2 iddiaçının ancaq qardaşı Laçın Azərbaycana gələn zaman 2-3 gün gəlib, qardaşı ilə birlikdə qalıb, sonra yenə çıxıb getdiyini, evin açarının iddiaçının özündə olduğunu, onun 2019-cu ildə evi təmir etdirdiyini, evdə təmir işləri gedən zaman iddiaçıya məxsus əmlakları evin həyətinə yığdığını, İddiaçı1 isə gəlib əmlaklarını yığıb apardığını, 2019-cu ildən bəri qeyd edilən evdə yaşayanın olmadığını göstərmişdir.

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçının qaynının evi təmir etdirməsi səbəbli evdən çıxmalı olmasına dair izahatı digər dəlillərlə təsdiq edilmədiyi halda onun mübahisəli fərdi yaşayış evinə köçürülməsi, köçürülməsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması üçün yetərli faktlar sayıla bilməz. Belə ki, mübahisəli fərdi yaşayış evi 2019-cu ildə təmir edildiyi halda iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında keçmiş həyat yoldaşı Rusiya Federasiyasından ildə bir dəfə gəldikdə onunla birlikdə təxminən 5-10 gün həmin evdə qaldığını, Laçınla nikahı pozulana kimi, yəni 2020-ci ilə kimi həmin mübahisələndirilən evdə ara-sıra qaldığını göstərmişdir. Beləliklə evdə təmir işlərinin aparılmasından sonra iddiaçının mübahisəli evə gəlişinə maneənin olmaması müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da iddiaçı 2020-ci ilin əvvəlindən keçmiş əri Laçınla ailə münasibətinin pozulması səbəbli mübahisəli evdə yaşamadığını, 2020-ci ilin əvvəlindən mübahisəli evdə heç bir yaşayışının olmadığını, mübahisəli evdə yaşamadığı bütün müddət ərzində ünvan 9 ünvanında yerləşən atası evində yaşadığını, hazırda da yaşayışını atası evində davam etdirdiyini, qızı Yeganəni də 2021-ci ildə atasının evindən gəlin köçürtdüyünü göstərmişdir.

47. Kollegiya qeyd edir ki, mübahisəli evi tərk etdikdən sonra həmin evdə 2020-ci ilin əvvəlindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 2023-cü ilin mayınadək, yəni 3 il müddətində ümumiyyətlə yaşamaması, həmin dövrdə atası evində yaşaması iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə təsdiq edilməklə yanaşı, ötən dövr ərzində mübahisəli evə istifadə hüququnun həyata keçirilməsinə yönələn hər hansı bir təşəbbüsün olması halı müəyyən edilməmişdir.

48. Kollegiya qeyd edir ki, İddiaçı1 cavabdehlər tərəfindən iradəsi ziddinə mübahisəli fərdi yaşayış evindən kənarlaşdırılması təsdiqini tapmadığından, 5 il müddət ərzində mübahisəli fərdi yaşayış evində davamlı yaşamama halını məhkəmə kollegiyası İddiaçı1 daimi əsaslarla yaşamaq üçün atası evinə getməsi kimi qiymətləndirir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş cavab məktublarından ünvan 3 ünvanda fərdi yaşayış evinin olmamasının görünməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin halın aydınlaşdırılması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə verilmiş sorğuya Həmin İdarədən alınmış 17 yanvar 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Şəki şəhəri Qızıl Əsgər küçəsi hazırda Şəki şəhəri Allahyar Əhmədov küçəsi olmuşdur. Həmçinin verilmiş cavaba ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyat vəsiqəsinin surəti də əlavə edilmişdir.

50. Göründüyü kimi, İddiaçı1 mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün başqa yaşayış yerinə köçmüşdür. Bununla da onun istifadə hüququ itirilmişdir.

51. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

52. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

53. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

54. Belə ki, X22 haqqında Azərbaycan Respublikası Qanunun 1.0.10-cu bəndinə əsasən qanunun analogiyası-konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir.

55. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən hüququn analogiyası-yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsidir.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

57. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

58. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur.

59. Məhkəmə kollegiyası belə olan halda qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədar və onun ailə üzvlərini əhatə etsə də, həmin Məcəllənin 123-cü maddəsi ilə 53-cü maddəyə birbaşa müraciət göstərilmiş və bundan sonra həmin ailə üzvləri arasında yaranmış mülki hüququ münasibətləri qanunun analogiyası üzrə digər maddələri ilə öz həllini tapmışdır.

60. Bundan sonra kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

61. Göründüyü kimi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən iddiaçının ailə üzvü kimi evdən istifadə hüququ yaranmışdır. Lakin sonradan o həmin evi könüllü tərk etdiyindən, daimi yaşamaq üçün başqa yaşayış evinə köçdüyündən onun bu evə istifadə hüququ itirilmiş hesab edilir.

62. Belə ki, Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icardar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış sahəsinə məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

63. Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli evə yaranmış istifadə hüququ onun həmin evi daimi əsaslarla tərk etməsi ilə bağlı itirilmiş hesab edildiyindən, hazırda onun sözügedən evə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlərdən ödənilmiş dövlət rüsumu və xidmət haqqının alınması barədə iddiasının təmin edilməsi üçün əsaslar mövcud deyildir.

64. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(075)-1403/2023 nömrəli qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi İddiaçı1 ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı1 verilməsinə aid hissədə də rədd edilməlidir.

65. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-1403/2023 nömrəli qətnaməsi qismən, yəni, iddianın təmin olunmuş İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı1 verilməsi hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi İddiaçı1 ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, köçürülmə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı1 verilməsinə aid hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar