Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-198/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzildən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları Müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvlərinin iddiaçıya məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. 05 sentyabr 2023-cü il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 və onun ailə üzvlərinin və Cavabdeh2 iddiaçıya məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965- ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililəri var. Yaşayış sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli qərarı ilə İddiaçı və X12 mülkiyyətinə verilib. X18 30 oktyabr 2018-ci ildə vəfat edib. Hazırda yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Qəbələ Rayon İcra Hakimiyyətinin Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyinin arayışına əsasən X12 qeydiyyatda olan təsərrüfat üzvlərinin siyahısı aşağıdakı kimidir: Əri İddiaçı, qızı - X28, oğlu- X16,gəlini - Cavabdeh1, vəvəsi - Cavabdeh2, nəvəsi - X6 və nəvəsi - X14. Cavabdeh1 ilə oğlu X16 arasında olan nikah pozulub. Qohumluq münasibətləri olmamasına baxmayaraq Cavabdeh1 iddiaçının mülkünü qeyri-qanuni ələ keçirib. İddiaçı yaşlı adamdır, xəstədir. Cavabdeh iddiaçının yaşlı olmasından sui istifadə edərək ona kobud davranır, narahat edir. Hazırda iddiaçı cavabdehdən torpaq sahəsindən çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir, mülkiyyətə qeyri-qanuni sahiblik edir. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun keçmiş qaynatasıdır. O, iddiaçının oğlu, yəni əri Siyavuş Mirağayev ilə boşansa da, hazırda bir yerdə yaşayırlar. Qaynatası ilə də problemi yoxdur. Ona ilin əksər aylarında o baxır. Qaynatasına iddia vermək üçün qızları məcbur edirlər. Əslində qaynatası onun həmin evdən çıxarılmasını istəmir. Həmçinin o, mübahisəli evə gəlin köçəndən sonra həmin evdə öz vəsaiti hesabına xeyli təmir işləri görmüşdür. Həmin evdə təmir işlərinin də görülməsinin və uşaqları ilə gedə biləcək başqa yerinin olmamasının nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, doğulduğu gündən bu günə qədər həmin evdə yaşamışdır. Babası İddiaçı qarşı münasibəti də həmişə yaxşı olmuşdur. Çox vaxt babasına yeməyi o vermiş, babasına o qulluq etmişdir. Babası İddiaçı da onları məhkəməyə vermədiyini bildirir. Onların qalmağa başqa yeri yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 İddiaçı məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən məcburi qaydada çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı oğlu X16 ilə Cavabdeh1 el adəti üzrə ailə qurmuş, nikahlarını xx.xx.2003-cü ildə rəsmiləşdirmişlər. X16 ilə Cavabdeh1 ailə qurduqdan sonra onlar İddiaçı məxsus evdə yaşayırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, həmçinin Cavabdeh1 övladları X6 və X14 həmin evdə həm də pasport qeydiyyatındadırlar. Tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evi İddiaçı mülkiyyətində yerləşən torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmişdir. Bu hal Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1521 nömrəli arayışlada sübuta yetirilməkdədir.
9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 həmin evə gəlin köçərkən qayınatası, yəni İddiaçı və ailənin digər üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Həmin evdə yaşadığı müddətdə X16 ilə Cavabdeh1 uşaqları dünyaya gəlmişdir. İddiaçı oğlu X16 ilə Cavabdeh1 ailə münasibətləri pozulmuş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1179/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X16 ilə Cavabdeh1 arasında 18 oktyabr 2003cü il tarixdə Qəbələ rayonu Vəndam kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq, 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş Cavabdeh2 Səyavuş qızı, 21 avqust 2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 anaları Cavabdeh1 himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə X4 21 noyabr 2017-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 210 (iki yüz on) manat (uşaqların hər biri üçün 70 (yetmiş) manat olmaqla) aliment alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı məxsus olmuş, Cavabdeh1 həmin evə gəlin gələndə artıq iddiaçının həmin evə gözlənilən mülkiyət hüquqları vardı. Məhkəmə bu səbəbdən hesab edir ki, iddiaçının mülkiyyət hüquqları qorunmalıdır.
11. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki,hazırkı halda mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşılaraq Mülki Məcəllənin müvafiq normaları tətbiq edilməlidir.
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eyni zamanda Cavabdeh1 digər övladları X2 və X3 mübahisəli yaşayış sahəsinin hazırkı mülkiyyətçisi olan İddiaçı qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onların istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir.
13. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, eyni zamanda Cavabdeh1 digər övladları X2 və X3 mübahisəli evə dair istifadə hüquqları əmələ gəlməmişdir. Ona görə də, iddiaçının Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 evdən çıxarılması barədə tələbi əsaslıdır. Belə ki, Cavabdeh1 nikahdan əvvəl iddiaçıya məxsus mübahisəli yaşayış evində yaşaması, eləcə də qeyd oluna evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir edən amillərdən deyil.
14. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, sözügedən amil hazırki mübahisəyə təsir edən amillərdən deyil. Eyni zamanda bununla bağlı Cavabdeh1 izah edilir ki, mübahisəli fərdi yaşayış evə çəkilmiş xərclə bağlı ayrı qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir.Belə ki, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, müvafiq vəsait qoymaqla evin təmirinə xərc çəkmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə fərdi yaşayış evinə xərc çəkmiş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
17. Beləliklə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh1 və onun ailə üzvləri və Cavabdeh2 İddiaçı məxsus Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş, bir mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və yardımçı təsərrüfat tikililərindən məcburi qaydada çıxarılmalıdır.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1. 106.1, 119.1, 218.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətlərinin dəlilləri
19. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
20. Apellyasiya şikayətlərinin məzmunu və dəlilləri eynilik təşkil etdiyindən məhkəmə kollegiyası həmin dəlillərin birgə dəyərləndirilməsini doğru hesab edir.
21. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə işdəki sənədləri qiymətləndirərkən maddi hüquq normalarını səhv tövsif etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı Səyavuş Mirağayevin atası olmaqla 86 yaşındadır. Səyavuş İddiaçı Mirağayev ilə X12 birgə evliliyindən doğulmuşdur. Məhkəmənin tədqiq etdiyi və məhkəmə sənədlərinə əlavə edilmiş JN-1889A nömrəli (kod:********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən İddiaçı və X12 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0.30 ha həyətyanı torpaq sahəsi vardır.
22. X18 30 oktyabr 2018-ci ildə vəfat etmişdir. Məhkəmə sənədldərinə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli 127 nömrəli arayışla təsdiq olunur ki, 30 oktyabr 2018-ci ildə vəfat etmiş mərhum X12 qeydiyyatda olan təsərrüfat adlı siyahısı əri-X17, qızı X28, oğlu Cavabdeh1, nəvəsi Cavabdeh2 Səyavuş qızı, nəvəsi X7 və nəvəsi X1 qeyd olunmuşdur. Mərhum ölən günə kimi ailəsi ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evində yaşamışdır.
23. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Nə qədər ki, İddiaçı mülkiyyəti hesab edilən əmlakda mərhum Sənəm Mirağayevanında miras payı vardır və həmin miras əmlak Səyavuş Mirağayev tərəfindən ibarəçiliyə qəbul edilərək istifadə edildiyindən, cavabdehlərin çıxarılması tələb edilən əmlak isə bölünməz olmaqla ümumibirgə mülkiyyətdə olduğundan mülkiyyətçi olaraq Səyavuş Mirağayevində həmin əmlak üzərində sərəncam hüququ omuşdur. Sonuncu isə bu iddia ilə razı olmadığını məhkəmədə şahid qismində dindirilərkən göstərmişdir.
25. Cavabdeh1 ilə Səyavuş Mirağayev arasındakı nikah pozulsada, Səyavuş Mirağayev anasından miras qalmış əmlakından Cavabdeh1 istifadə etməsinə etiraz etməmişdir.
26. O, yəni, Cavabdeh2 isə bu təsərrüfatda anadan olmaqla valideynləri ilə birgə babası İddiaçı və nənəsi Sənəm Mirağayeva ilə birgə yaşamaqla, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin təsiri altına düşməklə Mənzil Məcəlləsinin 30.1-cimaddəsinə əsasən istifadə hüququ qorunmalı olan şəxslər sırasına daxildirlər.
27. Bundan əlavə onu da göstərirlər ki, həmin təsərrüfatda qətnamədə göstərildiyi kimi 2 otaqlı fərdi yaşayış evi və yardımçı sahədən ibarət tikililərdən başqa Səyavuş Mirağayevin inşa etdirdiyi 6 m x 25 metr ölçüdə tikinti tikdirmişdir və həmin yerdə 2 yaşayış otağı və sanuzel vardır ki, yaşayış üçün yararlı otaqlardır. Həmçinin yardımçı tikili deyilən tikili isə yenə də X22 Mirağayevin birgə evliliyi müddətində 4 otaqlı yaşayış evinə çevrilmiş və təyinatı üzrə yaşayış evi kimi tərəfindən istifadə edilir. Məhkəmə onların hansı evdən çıxarıldıqlarını və həmin evlərin kimin mülkiyyətində olması ilə bağlı halları araşdırmamışdır.
28. Əsl həqiqət isə bundan ibarətdir ki, İddiaçı onlara qarşı belə bir iddia qaldırmaq niyyətində olmamış, etibarnamə ondan aldatma yolu ilə alınmış, İddiaçı nə vəkili vəkili görmüş, nə də vəkilə belə bir tapşırıq verməmişdir. Bu barədə işə Qəbələ rayon məhkəməsində baxılarkən İddiaçılə olan danışıqlarını, videoyazısını təqdim etmişlər və məhkəmə iclasında hakim həmin videoyazıya baxış keçirmişdir. İddia ərizəsi iddiaçının iradəsini əks etdirmir. Hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normaları pozmaqla qətnamə qəbul etdiyindən ləğv olunmalı və iddia rədd edilməlidir.
29. Məhkəmə Səyavuş Mirağayevin mülkiyyətçi olmasını nəzərə almamışdır. Halbuki, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. İddiaçı iddianı qaldırarkən bu hallara riayət etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddia olunan əmlak İddiaçı şəriksiz deyil, mərhum arvadı Sənəm Mirağayevanında mülkiyyətidir. Həmin tikililərə mülkiyyət hüquqları qeydə alınmamışdır.
30. Məhkəmə nəzərə almamışdır ki, onlar Səyavuş Mirağayevin ailə üzvləri olmaqla həmin maddələrin təsiri altına düşürlər. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, sübutları çəkişmə prinsipini nəzərə almadan qiymətləndirmişdir. Məhkəmə qətnaməsi əsaslılıq və qanunilik tələblərinə uyğun deyildir.
31. Qeyd edirlər ki, qoca və köməksiz babası İddiaçı qaldırılan iddianın məzmunundan ümumiyyətlə xəbəri yoxdur. Məhkəmə onunla olan danışıqlarının videoyazısını təqdim etsə də, məhkəmədə həmin videoyazıya baxış keçirilsə də heç bir qiymət verilməmişdir. İddiaçı vəkilə belə bir etibarnamə vermədiyini həmin videoyazıda təsdiq etmişdir.
32. Məhkəmə təqdim olunmuş sübutları düzgün tədqiq etməmiş, qiymətləndirməmişdir. 27. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsini tamamilə ləğv edib, iddianın rədd edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə yazılı etirazında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri apellyasiya şikayətlərinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər, onların nümayəndə və vəkilləri, 3-cü şəxs 27 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə göndərdiyi ərizəsində işə onların iştirakı olmadan baxılaraq, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etsə də, işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat mverməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
35. Lakin məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, İddiaçı ona və digər cavabdeh olan qızı Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 və üçüncü şəxs X8 nümayəndəsi və vəkili, həmçinin Cavabdeh1 vəkili Nümayəndə2 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri ilə razı olduğunu göstərmiş, onların apellyasiya şikayətlərinin təmin edilərək, iddia tələbini irəli sürmüş atası İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında özünün mərhum anası X12 vərəsəsi olmaqla, ondan qalmış mirasa vərəsə kimi hüququnun olması nəzərə alınaraq, keçmiş arvadı olan Cavabdeh1, qızı Cavabdeh2 və digər övladlarının mübahisəli əmlakdan çıxarılmalarına razı olmadığını göstərmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
39. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Qərarlar:
40. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasportlar mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir.
41. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
42. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
43. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
44. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X33 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X11 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 1179/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
51. Məhkəmə kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, 1965-ci ildə inşa edilmiş həmin yaşayış evi 08 nömrəli təsərrüfat kitabının 61-ci səhifəsində İddiaçı təsərrüfatındadır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi İddiaçı və X5 mülkiyyətlərinə verilmiş və həmin torpaq sahəsinin onların ümumibirgə mülkiyyətlərinə verilməsi JN-1889A Kodu 40600048 olan Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Təsərrüfatbaşına kitabda İddiaçı adına olan fərdi yaşayış evi də həmin 0,30 ha torpaq sahəsinin üzərində yerləşir. Cavabdeh1 xx.xx.2003-cü il tarixdə İddiaçı oğlu X16 ilə nikaha daxil olmuş və İddiaçı məxsus evə gəlin köçmüşdür. Həmin evdə yaşadığı müddətdə X16 ilə Cavabdeh1 3 uşağı dünyaya gəlmişdir. Lakin sonradan İddiaçı oğlu X16 ilə Cavabdeh1 ailə münasibətləri pozulmuş, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1179/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X16 ilə Cavabdeh1 arasında 18 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonu Vəndam kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanaraq, 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş Cavabdeh2 Səyavuş qızı, 21 avqust 2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 anaları Cavabdeh1 himayəsində saxlanılmaları qət edilmişdir. X16 ilə Cavabdeh1 övladlarından Cavabdeh2 yetkinlik yaşına çatmışdır. X18 30 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir.
52. Cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri və məzmunları eynilik təşkil etdiyindən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə birgə dəyərləndirilmə aparılmasını doğru hesab edir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin məhkəmənin qanun üzrə vərəsəlik zamanı ölənin uşaqlarının bərabər pay hüquqlu vərəsələr sayılmalarını nəzərə almaması, İddiaçı mülkiyyəti hesab edilən əmlakda mərhum Sənəm Mirağayevanın da miras payının olması, həmin miras əmlak Səyavuş Mirağayev tərəfindən ibarəçiliyə qəbul edilərək istifadə edildiyindən, cavabdehlərin çıxarılması tələb edilən əmlak isə bölünməz olmaqla ümumibirgə mülkiyyətdə olduğundan mülkiyyətçi olaraq Səyavuş Mirağayevin də həmin əmlak üzərində sərəncam hüququnun oması, sonuncunun isə bu iddia ilə razı olmaması, Cavabdeh1 ilə Səyavuş Mirağayev arasındakı nikah pozulsada, Səyavuş Mirağayevin anasından miras qalmış əmlakından Cavabdeh1 istifadə etməsinə etiraz etməməsi, Səyavuş Mirağayevin mülkiyyətçi olmasının nəzərə alınmaması, iddia olunan əmlakın İddiaçı şəriksiz deyil, mərhum arvadı Sənəm Mirağayevanın da mülkiyyəti olmasının nəzərə alınmaması, həmin tikililərə mülkiyyət hüquqlarının qeydə alınmaması, məhkəmənin onların hansı evdən çıxarıldıqlarını və həmin evlərin kimin mülkiyyətində olması ilə bağlı halları araşdırmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1521 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini İddiaçı məxsus Vəndam qəsəbəsində 08 №-li təsərrüfat kitabının 61 №-ci səhifəsində onun təsərrüfatında 0,30 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1965-ci ildə İddiaçı tərəfindən tikilmiş bir mərtəbəli, 2 otaqlı, divar materialı çiy kərpic, dam örtüyü şifer olan fərdi yaşayış evi vardır.
54. İşdə olan JN–1889A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən İddiaçı və X5 mülkiyyətinə Qəbələ rayonu, Vəndam kəndində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir.
55. Mülki işin materiallarından göründüyü kimi iddiаçının cavabdehlərin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi təsərrüfatbaşına kitabda İddiaçı adına qeydiyyata alınmışdır. Həmin evin yerləşdiyi 0,30 ha həyətyanı torpaq sahəsi isə iddiaçının və onun mərhum arvadı X12 ümumibirgə mülkiyyətindədir. Göründüyü kimi yaşayış evi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin, həmin ev üzərində hazırkı vəziyyətdə məhz evin sahibi olan iddiaçının “gözlənilən mülkiyyət hüququ” vardır. Hansı ki, bu hüququndan istifadə edərək, cavabdehlərin çıxarılmalarını tələb etmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, X12 vəfat etdiyi 30 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin qüvvədə olması nəzərə alınaraq, X9 qalan mirasa Səyavuş Mirağayevin qeyd-şərtsiz gözləntisinin olmasına dair hazırkı mərhələdə qəti fikrin ifadə edilməsi mümkünsüzdür. Belə ki, cavabdehlərin vəkilinin məhkəmə kollegiyasına ünvanladığı 27 fevral 2024-cü il tarixli ərizədən göründüyü kimi Səyavuş Mirağayevin buna dair müraciətindən imtina edilməsi səbəbli Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. X23 İnzibati Məhkəməsinə müraciətinin müsbət həll ediləcəyi halda belə onun mübahisəli əmlakda payı və naturada yeri müəyyən edilməlidir. Qeyd edilən məsələlərin müsbət həll ediləcəyi təqdirdə isə X10 cavabdehləri özünə aid ola biləcək mülkiyyətə köçürmək imkanı yaranacaqdır.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh2 bu təsərrüfatda anadan olmaqla valideynləri ilə birgə babası İddiaçı və nənəsi Sənəm Mirağayeva ilə birgə yaşamaqla, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin təsiri altına düşməklə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən istifadə hüququ qorunmalı olan şəxslər sırasına daxil olmalarına, onların Səyavuş Mirağayevin ailə üzvləri olmaqla həmin maddələrin təsiri altına düşmələrini nəzərə almamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi hazırkı iddia tələbi üzrə mübahisəli hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Həmçinin işdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1179/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən və X12 ölümünə dair Qəbələ regional “ASAN xidmət mərkəzi” tərəfindən 06 noyabr 2018-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamədən göründüyü kimi X18 30 oktyabr 2018-ci il tarixdə, yəni Cavabdeh1 ilə X10 nikahlarına xitam verildikdən sonra vəfat etmişldir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin təsərrüfatda 2 otaqlı fərdi yaşayış evi və yardımçı sahədən ibarət tikililərdən başqa Səyavuş Mirağayevin 6 m x 25 metr ölçüdə tikinti inşa etdirməsi, həmin yerdə 2 yaşayış otağı və sanuzelin olması, yaşayış üçün yararlı otaqlar olması, yardımçı tikili deyilən tikilinin X22 Mirağayevin birgə evliliyi müddətində 4 otaqlı yaşayış evinə çevrilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, cavabdehlər tərəfindən mübahisəli həyətdə inşa etdirilən tikililərə münasibətdə özlərinin və yaxud da Səyavuş Mirağayevin hər hansı bir hüquqlarının olmasına dair məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişlər.
59. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı onlara qarşı belə bir iddia qaldırmaq niyyətində olmaması, etibarnamənin ondan aldatma yolu ilə alınması, İddiaçı vəkili görməməsi, vəkilə belə bir tapşırıq verməməsi, bu barədə videoyazı təqdim etmələri, iddia ərizəsinin iddiaçının iradəsini əks etdirməməsi, məhkəməyə onunla olan danışıqlarının videoyazısını təqdim etsə də, heç bir qiymət verilməməsi, İddiaçı vəkilə belə bir etibarnamə vermədiyini həmin videoyazıda təsdiq etməsi, qoca və köməksiz babası İddiaçı qaldırılan iddianın məzmunundan ümumiyyətlə xəbərinin olmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində notarial qaydada verdiyi etibarnamə əsasında nümayəndə və vəkil tərəfindən təmsil edilmiş, cavabdehə və üçüncü şəxsə məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı iddia tələbindən imtina etməsinə dair notarial qaydada imzası təsdiq edilmiş ərizəsinin məhkəmə kollegiyasına təqdim edilməsi imkanları izah edilmiş, lakin cavabdeh tərəfdən buna dair məhkəmə kollegiyasına heç bir sənəd təqdim edilməmiş, əksinə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 27 fevral 2024-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş ərizəsində işə onların iştirakı olmadan baxılıb, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Bir sözlə iddianın iddiaçı tərəfindən qaldırılmaması, vəkilə belə bir tapşırıq verməməsi, iddia ərizəsinin iddiaçının iradəsini əks etdirməməsi halları müəyyən edilməmişdir.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
63. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-1179/2023 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.