Məhkəmə qərarları › İş №2(107)-1988/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1988/2020

14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1988/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və maraqlı şəxs ƏƏSMN yanında DSMF-nin Zaqatala rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs ƏƏSMN yanında DSMF-nin Zaqatala rayon şöbəsinə qarşı 1971-ci il və həmin ildən xx.xx.1974-cü il tarixədək, 1976- cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-734/2020 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1971- ci il və həmin ildən xx.xx.1974-cü il tarixədək, 1976-cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs DSMF-nin Zaqatala rayon şöbəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onuniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ərizəçi tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ''1971-ci il və həmin ildən xx.xx.1974-cü il taгixədək, 1976-сı ilin 2-ci уаrısı və həmin vaxtdan-1998-ci ilədək Zaqatala гayonu "Şəfəq'' adına kolxozda işləmişdir. xx.xx.1974-xx.xx.1976-сı il tarixədək hərbi xidmətdə olmuşdur. Hazırda pensiya almaq üçün Azərbaycan Respublikası ƏƏSMN-in DSMF Zaqatala гауоn şöbəsinə müraciət etmişdir. DSMF-un Zaqatala гауоn şöbəsinə təqdim etdiyi sənədlər аrasındа "Şəfəq'' аdınа kolxozunda işləməsinə daiг əmək kitabçası olmadığına görə уaşa görə əmək pensiyası təyin etməkdən imtina edirlər. Lakin o, həmin illərdə işləmiş, müvafiq əmək haqqı almış və həmin illərdə pensiya fonduna müvafiq pul ödəmişdir. Əmək kitabçası isə kolxozun idarə binası yandığına görə məhv olmuşdur. Amma ərizəçinin işləməsinə daiг Mazıx kənd XDS İK-nin kitabında müvafiq qeydlər vardıг. XDS İK-si hazırki İсгаNümayəndəliyidir. Kolxozun inzibati binası ilə, İсгаNümayəndəliyinin inzibati binası ayrı-ayrı idi. Kolxoz binası yandığından bütün kolxozun mühasibat sənədləri yanaraq məhv olmuşdur. Lakin XDS İKin təsərrüfatbaşına olan kitablarında kənd sakinlərinin hər birinin harada işləməsi barədə müvafiq qeydlər aparılmışdır. Beləliklə, ərizəçinin həqiqətən də kolxozda işləməsi XDS İK-in Тəsərrüfatbaşına kitablarında olan qeydlərlə təsdiq olunur. xx xxxx 1997-ci il taгixdə Mazıx kəndində yerləşən Şəfəq kolxozunun idarə binasının yanması Zaqatala гауоn RDYMH-in veгdiyi 20 tevгal 2020-ci il taгixli 37/Х-125 saylı arayışı ilə təsdiq olunur. Onun işləməsinə dair mühasibat sənədləri və əmək kitabçası olan bina yanaraq məhv olduğundan işləməsi faktının məhkəmə qaydasında müəyyən olunması üçün müraciət etməli olmuşdur. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-734/2020nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs ƏƏSMN yanında DSMF-nin Zaqatala rayon şöbəsinə qarşı 1971-ci il və həmin ildən xx.xx.1974-cü il tarixədək, 1976-cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş, ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, onun ərizəsinə baxan məhkəmə ciddi cəhdlə ərizənin məhkəmədə mahiyyəti ilə baxılmasına suni maneələr yaradır, özünün bu işdə qərəzli olmasını açıqaydın biruzə verir. İşin icraatına xitam verilməsinə dair qərardadla razı deyildir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 734/2020 nömrəli qərardadının ləğv edilməsini və məhkəmə baxışına təyin edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş edir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-734/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 734/2020 nömrəli qərardadından Ərizəçi verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdəŞəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs ƏƏSMN yanında DSMF-nin Zaqatala rayon şöbəsinin nümayəndəsi X2 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-734/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq Ərizəçi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-734/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçi tələbində onun 1971-ci il və həmin ildən xx.xx.1974-cü il tarixədək, 1976-cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi 1969/1971-ci illərin t/başına kitabı № 5-də şəxsi hesab № 215-də 1971-ci ildə keçmiş «Şəfəq» kolxozunda maldarlıq fermasında naxırçı işləməsi barədə qeydiyyatı vardır. Mazıx kənd XDS İ/K-nin 1972/1974-cü illərin t/başına kitabı № 4-də səh. № 69 ş/h № 296-da fermada naxırçı, 1974/1976-cı illərin t/başına kitabı № 7-də səh. № 19-da, ş/h № 300-də keçmiş «Şəfəq» kolxozunda kolxozçu və 1974/1976-cı illərdə orduda olması barədə, 1977/1979- cu illerin t/başına kitabı № 4-də səh. № 90-da ş/h № 304-də Mazıx kənd «Şəfəq» kolxozunun əhəng sexinda fəhlə və mexanizator, 1980/1982-ci illərin t/başına kitabı № 5- də ş/hesab № 330-da, Şəfəq kolxozunun əhəng sexində mexanizator, 1983/1985-ci illərin t/başına kitabı № 4-də səh. № 87-də ş/h № 354-də Şəfəq kolxozunun əhəng sexində traktorist, 1986/1990-cı illərin t/başına kitabı № 5-də səh. № 58-də Şəfəq kolxozunun əhəng sexində traktorist, 1991/1995-ci illərin t/başına kitabı № 6-da ş/h № 447-də Şəfəq kolxozunda əhəng sexində traktorist, 1996/2000-ci illərin t/başına kitabı № 7-də səh. № 2- də 1996/1997-ci illərda Şəfəq kolxozunun əhəng sexində traktorist işləməsi barədə qeydiyyatı vardır. Həmçinin, bununla bağlı ona, Zaqatala rayon Dövlət Arxivindən xx xxxx 2020-ci il tarixdə 69 nömrəli arxiv arayışı da verilmişdir. İşdən də görünür ki, Ərizəçi 1971-ci il və həmin ildən xx.xx.1974-cü il tarixədək, 1976-cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi Zaqatala rayon Dövlət Arxivindən xx xxxx 2020-ci il tarixdə verilmiş 69 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi maraqlı şəxs ƏƏSMN yanında DSMF-nin Zaqatala rayon şöbəsinə qarşı 1971-ci il və həmin ildən xx.xx.1974-cü il tarixədək, 1976-cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə işin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-734/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 398, 400, 402-404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-734/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar