Məhkəmə qərarları › İş №2(107)-1991/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1991/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1991/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, cavabdeh Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən və pay torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Meşəşambul kəndində yerləşməklə ailəsinin mülkiyyətində olan 2762.90 kv/m pay torpaq sahəsindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə qeyri-şərtsiz çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı məhkəmə baxışı iclasında iddianın həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 əlavə olaraq cavabdeh qismində işə cəlb edilməsini və 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək, göstərmişdir ki, Balakən rayon Aqrat İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə İddiaçı və onun uşaqları-X6 və X2 Balakən rayonu Meşəşambul kəndində ərazisindən 1.14 ha pay torpaq sahəsi veirlmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762.90 kvm torpaq sahəsinin 0.12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİK-nin Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, Torpağın mülkiyyət hüququna dair» JN-422, KOD 40109018 olan Dövlət Aktında rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində iddiaçının əri və qayınları tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, Gülnaz Qzaxova və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə Cavabdeh1 ilə birlikdə oğlu Cavabdeh2 də yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bacğlayaraq, nə İddiaçı, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulur. Ona görə də 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir,1996-cı ildən orada yaşayır və orada iki mərtəbəli ev inşa etdirmişdir. Oğlu Ruslan da birlikdə həmin evdə yaşayır. Həmin ev pay torpağında tikildiyinə görə həmin evə dair sənəd verilə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı adına verilmiş 11.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Ona görə də hazırki iddianın hüquqi əsası aradan qalxmışdır. İddianı əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 19 may tarixli 07 saylı qərarı ilə İddiaçı və onun uşaqlarına - X6 və X2 Balakən rayonu Meşəşambul kəndi ərazisində 1.14 ha pay torpaq sahəsi verilmişdir. Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762.90 kv/m torpaq sahəsinin 0.12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİK-nin Meşəşambul kənd İƏD-si aparılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, “Torpağın mülkiyyət hüququna dair” JN-422, KOD 40109018 olan onun tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş , 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, İddiaçı və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə Cavabdeh1 ilə birlikdə oğlu Cavabdeh2 yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə giriş qapısını bağlayaraq, nə İddiaçı, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin yəni onların mülkiyyət hüquqları pozulur. Ona görə də 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Balakən Rayon Məhkəməsi maddi hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmçinin, məhkəmə qətnamə qəbul edərkən prosessual hüquq normalarını pozmuş, Cavabdeh1 həmin torpaq sahəsinə və evə hər hansı bir hüququnun olub-olmamasını araşdırmamışdır. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nə mübahisəli torpaq sahəsinə , nə də mübahisəli evə hər hansı bir mülkiyyət hüququnun olub-olmamasını, onun adından RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Məhkəmə, həmçinin, Balakən rayonu Meşəşambul kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli evin ona məxsus olmasını nəzərə almamışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)- 739/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(019)- 672/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X3 və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh1 3500 ( üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000(yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2 (107)- 655/2018 saylı qərardadından görünür ki, cavabdehlər Solmaz Çerçiyeva, Cavabdeh2 və Vəkil2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 mart 2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2019- cu il tarixli, 2 (102)-1585/2019 nömrəli qərarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkilləri Vəkil2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2 (107)- 655/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmmməd qızının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.03.2019-cu il tarixli, 2 (107)-767/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının cavabdehlər İddiaçı, Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayl Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli, 2 (102)-7145\18 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 iyun 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli, 2 (102)-511/2019 saylı qərarından görünür ki, kasasasiya şikayəti təmin edilməmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 11 fevral 2020-ci il tarixli, 13 (102)-496/2019 nömrəli qərardadından görünür ki, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13.1, 13.2, 29.1, 29.2 və 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4 və 228.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.5 və 16.6-cı maddələrinə, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarına, «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın 6-cı maddəsinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “26 sentyabr 2007-cı il tarixli qərarına, Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarına və "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə sübütlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81,88,217.1 və 218.1-ci maddələri). Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə özü tərəfindən müəyynə olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın 6-cı maddəsinin tələblərni baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “26 sentyabr 2007-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(019)- 672/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və İddiaçı, X3 və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş 2762.90 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən 6500 manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən Cavabdeh1 3500 ( üç min beş yüz) manat və Cavabdeh2 3500 (üç min beş yüz) manat olmaqla ümumilikdə 7000(yeddi min) manat kompensasiya ödənməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X4 mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2 (107)-655/2018 saylı qərardadı ilə cavabdehlər Solmaz Çerçiyeva, Cavabdeh2 və Vəkil2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 mart 2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qaytarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2 (102)-1585/2019 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkilləri Vəkil2 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2 (107)-655/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 saylı qətnaməsi ilə iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmmməd qızının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.03.2019cu il tarixli, 2(107)- 767/2019 saylı qətnaməsi ilə iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2 (019)-273/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının cavabdehlər İddiaçı, Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 sayl Zaqatala Ərazi İdarəsinə, Balakən rayonu Meşəşambul bələdiyyəsinə qarşı İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2018-ci il tarixli, 2 (102)-7145\18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli, 2 (102)-511/2019 saylı qərarı ilə kasasasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 11 fevral 2020-ci il tarixli, 13 (102)-496/2019 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli,13(102)-1/2021 nömrəli qərardadı ilə Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi təmin edilmiş, hazırkı iş üzrə Balakən Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2(019)-672/2017 nömrəli qətnaməsi və qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli, 2(107)-655/2018 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilimişdir. Həmin qərardadda göstərilir ki,Balakən Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli, 2 (019)-672/2017 nömrəli qətnaməsinin və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2 (107)- 655/2018 nömrəli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş 11.12.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi eyni tərəflərə aid qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.03.2019-cu il tarixli, 2(107)- 767/2019 saylı qətnaməsi ilə İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi faktını hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan bir fakt kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə və işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə görə mülkiyyət hüququ əmlaka (əşyaya) sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı hüquqların cəmində ifadə olunun hüquqdur. Həm də qanunvericilik birmənalı şəkildə daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiiyatı tarixindən yaranması halı ilə bağlayır. Əgər daşınmaz əmlaka dair hüquqlar, o cümlədən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdırsa, onda həmin əmlak üzərində sərəncam verilə bilməz. Mülki Məcəllənin 228.2-ci maddəsinin məzmunundan, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-cı il tarixli qərarından və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından görünür ki, bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə istifadə hüququna xitam verilməsini tələb etmək hüququna yalnız evin mülkiyyətçisi malikdir. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0.0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.12.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qeydiyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırki halda 6500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırki halda İddiaçı cavabdehlərə qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir. Qeyd olunanlar hazırki iddianın tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(019)-739/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar