Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1992/2020 28.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə və İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbinə qarşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dairmülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsindən cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia təmin edilmiş, Zərdab rayon Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin direktorunun xx xxxxxx 2020-ci il tarixli, 79 nömrəli əmri etibarsız hesab edilmiş, İddiaçı Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbinin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsinə bərpa olunması, iş üzrə ödənilməli olan dövlət rüsumunun dövlət hesabına aid edilməsi qət edilmişdir. İşin halları İddiаçı İddiaçı cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbinə qarşı iddia ərizəsı və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin direktorunun xx xxxxxx 2020-ci il tarixli, 79 saylı əmrinin etibarsız hesab edilməsi, həmin məktəbinin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2007-ci ildən Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi vəzifəsində işləyir.xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək həmin məktəbdə sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsində, həm də 06 saat dərs keçməklə həmin məkdəbdə dil-ədəbiyyat müəllimi işləmişdir. İşlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam məsuliyyətinə cəlb edilməmişdir. Lakin, buna baxmayaraq ondan izahat alınmadan, həmçinin həmkarlar təşkilatının razılığı olmadan məktəbinin direktoru tərəfindən verilmişxx.xx.2020-ci il tarixli 79 nömrəli əmrlə direktor müavini vəzifəsindən azad edilmişdir. Əmrdə Əmək Məcəlləsinin hər hansı bir normasına istinad edilməmiş, əsas kimi Azərbaycan Respublikası TN-nin xx.xx.2019-cu il tarixli xx.xx-1601/13 saylı məktubu göstərilmişdir. Cavabdeh məktəbin direktoru heç bir hüquqi əsas olmadan qanunsuz olaraq onu məktəbinin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindən azad etmişdir. O, həmin vəzifədə qüsursuz işləmiş, heç bir xətaya yol verməmişdir. Müdriyyət tərəfindən verilmiş bütün tapşırıqları layiqincə və vaxtında icra etmişdir. Dəfələrlə şifahi şəkildə tələb etməsinə baxmayaraq direktor müavini vəzifəsindən azad edilməsinə dair xx.xx.2020-ci il tarixli 79 nömrəli əmr ona verilməmişdir. Ona görə də sözügedən əmrin ona verilməsi üçün məcbur olub yazılı ərizə ilə məktəbin direktoruna müraciət etmiş və xx.xx.2020-ci il tarixdə sözügedən əmr poçt vasitəsi ilə onun ünvanına göndərilmişdir. Əmri alan kimi qanunvericilikdə nəzərdə tutulan müddət daxilində hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, sözügedən əmr qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Ona görə də məhkəmədən cavabdeh məktəbin direktoru tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 79 saylı əmrinin verildiyi andan etibarsız hesab edilərək, onun həmin məktəbin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin direktoru Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbində sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. İddiaçı eyni zamanda həmin məktəbdədil-ədəbiyyat müəllimi işləmişdir. Doğrudur işlədiyi müddətdə iddiaçıdan heç bir narazılığı olmamışdır. İddiaçı işini yaxşı bilən müəllimdir, rəhbərlik tərəfindən heç vaxt töhmət almamışdır. Buna baxmayaraq iddiaçını Azərbaycan Respublikası TN-nin xx.xx.2019-cu il tarixli xx.xx-1601/13 saylı məktubuna əsasən xx.xx.2020-ci il tarixli 79 nömrəli əmrlə məktəbdə sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindən azad etmişdir. Özü də əslində həmin məktəbdə direktor müavini vəzifəsində işləyir, lakin rəhbərliyin əmrinə əsasən məktəb direktoru vəzifəsinin icrası ona həvalə edilmişdir. Direktor vəzifəsini tutmaq üçün imtahan verərək, müsabiqədən keçsə də Təhsil Nazirliyindən müvafiq cavab verilmədiyi üçün sözügedən xx.xx.2020-ci il tarixli 79 nömrəli əmri iddiaçıya verməmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən sözügedən əmri xx.xx.2020 ci il tarixdə poçt vasitəsi ilə iddiaçıya göndərmişdir. İddiaçının əmək fəaliyyətindən narazılığı olmasa da, onun əvvəlki vəzifəsinə bərpa edilməsini istəmir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işin hallarını araşdırmadan, həqiqi vəziyyəti bilmədən, yalnız iddiaçının məlumatlarını əks etdirən iddia ərizəsinə istinad etməklə əsassız qərar qəbul etmişdir. İddiaçı xx xxxxxxxx 2017-ci ildən xx xxxxxx 2020-ci il tarixədək müvəqqəti olaraq Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbinin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. İddiaçı eyni zamanda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. İşlədiyi müddətdə iddiaçıdan heç bir narazılığı olmamışdır. İddiaçı işini yaxşı bilən müəllimdir, rəhbərlik tərəfindən heç vaxt töhmət almamışdır. Buna baxmayaraq iddiaçını Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, xx.xx-1601/13 saylı məktubuna əsasən xx xxxxxx 2020-ci il tarixli, 79 saylı əmrlə məktəbdə sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindən azad etmişdir. O, özü də məktəbdə direktor müavini vəzifəsində işləsə də, rəhbərliyin əmrinə əsasən məktəb direktoru vəzifəsinin icrası ona həvalə olunub. Direktor vəzifəsini tutmaq üçün imtahan verərək, müsabiqədən keçsə də Təhsil Nazirliyindən müvafiq cavab verilmədiyi üçün sözügedən xx xxxxxx 2020-ci il tarixli, 79 saylı əmrin surətini iddiaçıya verməmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən sözügedən əmri xx xxxx 2020-ci il tarixdə poçt vasitəsilə iddiaçıya göndərmişdir. İddiaçının əmək fəaliyyətindən narazılığı yoxdur. Amma onun əvvəlki vəzifəsinə bərpa olunmasını istəmir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərində iştirak etmiş, bələdiyyə üzvü seçilmiş və hazırda da Zərdab rayonunun Sarıqaya Bələdiyyəsinin sədri vəzifəsini icra edir. İddiaçının diplomu saxta olduğundan 2015-ci ildə vəzifəsindən azad edilmiş, 2015- 2017-ci illər ərzində işləyə bilməmiş, buna görə Məhkəmədə iddia qaldırmış, məhkəmə qaydasında diplomunu tanıtdırmışdır. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı məxsus olan ******* nömrəli Əmək kitabçasından görünür ki, Zərdab rayon Sarıqaya kənd tam orta məktəbi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əmrinə əsasən həmin məktəbdə müəllimlik işinə bərpa edilərək məktəbdə sinifdən xaric və məktəbdənkənar işlər üzrə müavin vəzifəsinə təyin edilmişdir. İşdə olan Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəb üzrə xx.xx.2020ci il tarixli 79 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2019-cu il xx.xx-1601/13 saylı məktubuna əsasən xx.xx.2020-ci il tarixdən məktəbdə sinifdənxaric və məktəbdən kənar işlər üzrə direktor müavinliyindən azad edilmişdir. İşdə olan cavabdeh Sarıqaya kənd tam orta məktəbinin direktoru Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o,hazırkı İddiaçı xx.xx.2020-ci il tarixli 79 nömrəli əmrləməktəbdə sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindən azad etsə də, özü direktor vəzifəsini tutmaq üçün imtahan verərək, müsabiqədən keçsə də Təhsil Nazirliyindən ona müvafiq cavab verilmədiyi üçün sözügedən əmrin surətini İddiaçı vermədiyini, sonradan İddiaçı ərizəsinə əsasən sözügedən əmri xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə İddiaçı göndərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi iləəlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin maddənin Qeyd hissəsindən görünür ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsil verənlərə münasibətdə) müəssisələrində işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri iləəmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bəndində qeyd edilir ki, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmışəmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habeləbu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuşbu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədəəmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqıödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbində sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. O, məktəbinin direktorunun xx.xx.2020-ci il tarixli, 79 saylı əmrinə əsasən həmin vəzifəsindən azad edilmişdir. Hazırkı iş üzrə cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbinin direktorunun xx.xx.2020-ci il tarixli, 79 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin uyğun normasına əsaslanmadan, heç bir bildiriş göndərmədən, izahat alınmadan birtərəfli qaydada İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. İddiaçının işdən azad edilməsi hazırkı vəziyyətdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilə bilərdi, bu halda isə bu məqsədlə yaradılmış müvafiq attestasiya komissiyasının rəyi əsasında iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə müvafiq qərarlar qəbul edilməli idi. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən olunan hallarından və yuxarıda sadalanan normalardan görünür ki, iddiaçının sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi barədə cavabdeh (işəgötürən) tərəfindən xx.xx.2020-ci il tarixli, 79 saylı əmr qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçının tutduğu vəzifəyə uyğun olmaması barədə qanunla müəyyən edilmiş qaydada təşkil edilmiş müvafiq attestasiya komissiyasının rəyi alınmadan, işçinin işdən azad edilməsi halları əmək qanunvericiliyinə uyğun əsaslandırılmadan, işçinin işdən azad edilməsi üçün əsas götürülən Azərbaycan Respublikası Əmək Məcəlləsinin uyğun maddəsinə istinad edilmədən, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə riayət edilmədən İddiaçı məktəb direktorunun xx.xx.2020-ci il tarixli, 79 saylı əmr əsasında işlədiyi sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı İddiaçı işəgötürənin təşəbbüsü ilə işdən (sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsindən) azad olunduğu müəyyən olunsa da, onun işəgötürənin təşəbbüsü ilə işdən azad olunmasına əsas ola biləcək Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslardan hər hansı birinin mövcud olması müəyyən olunmadı. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilən hallarına və sadalanan qanunvericiliyə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin direktorunun xx xxxxxx 2020-ci il tarixli, 79 saylı əmrinin etibarsız hesab edilməli və iddiaşı Z.X1 adına Sarıqaya kənd tam orta məktəbinin sinifdən xaric və məktəbdən kənar işlər üzrə direktor müavini vəzifəsinə bərpa olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci və 9.1.14-cü maddəsinə əsasən hazırkı iş üzrə tərəflər dövlət rüsumunu ödəməkdən azad olunduğundan ödənilməli olan dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-485/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh Mansur Şirvanoğlu adına Sarıqaya kənd tam orta məktəbin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1992/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1992/2020
28.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver