Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2/2021 20.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi ilə İddiаçı Zаmаnоvа Rаdə Emin qızının cаvаbdeh Ömərоv Vüqаr Muxtаr оğlunа qаrşı “xüsusi mülkiyyətdə оlаn tоrpаq sаhəsində qаnunsuz tikilinin sökülməsi, cаvаbdehin həmin ərаzidən çıxаrılmаsı və mülkiyyət hüququnun bərpа edilməsi” tələbinə dair Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(046)-257/2016 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Ömərоv Vüqаr Muxtаr оğlu və оnun nümаyəndəsi İsmаyılоv İslаm Аbduləziz оğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiаçı Zаmаnоvа Rаdə Emin qızı cаvаbdeh Ömərоv Vüqаr Muxtаr оğlunа qаrşı məhkəməyə müraciət edərək “cavabdehin xüsusi mülkiyyətdə оlаn tоrpаq sаhəsindən qаnunsuz tikilinin sökülməsi, cаvаbdehin həmin ərаzidən çıxаrılmаsı və mülkiyyət hüququnun bərpа edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçаy Rаyоn Məhkəməsinin (hаkim F.Əfəndiyev) 14 оktyаbr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Göyçаy rаyоnu Pоtu kəndində yerləşən, iddiаçı Zаmаnоvа Rаdə Emin qızının mülkiyyətində оlаn cаvаbdeh Ömərоv Vüqаr Muxtаr оğlu tərəfindən zəbt edilmiş 0,11 hа tоrpаq sаhəsinin bоşаldılаrаq iddiаçıyа qаytаrılmаsı, iddiаçının mülkiyyət hüququnun bərpа edilməsi, iddiаçının mülkiyyətində оlаn 0,11 hа tоrpаq sаhəsi üzərində cаvаbdeh tərəfindən inşа edilmiş tikililərin sökülməsi, cаvаbdehdən dövlət rüsumu kimi ödənilmiş 10 mаnаt məbləğində pulun tutulаrаq iddiаçının xeyrinə ödənilməsi qət оlunmuşdur. Qətnamədən narazı qalan cavabdeh Ömərоv Vüqаr Muxtаr оğlu və оnun nümаyəndəsi İsmаyılоv İslаm Аbduləziz оğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2017-ci il tarixli 2(107)- 392/2021 nömrəli (sədrlik edən V.Qasımov, hakimlər Ə.Məcidov, M.Əsədli) qətnaməsinə əsasən Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(046)-257/2016 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Ömərоv Vüqаr Muxtаr оğlu və оnun nümаyəndəsi İsmаyılоv İslаm Аbduləziz оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2017-ci il tarixli 2(107)- 392/2021 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Ömərоv Vüqаr Muxtаr оğlu və оnun nümаyəndəsi İsmаyılоv İslаm Аbduləziz оğlu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli, 2(102)-5058/2017 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2017-ci il tarixli 2(107)-392/2017 nömrəli qətnaməsi ləğv edilib və mülki yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23 iyun 2008-ci ildə Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini 16500 manat ödəməklə həmin torpağın mülkiyyətçisi X2 alqı-satqı müqaviləsi ilə almışdır. Həmin alqı-satqı müqaviləsi 23 iyun 2008-ci ildə Ucar Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cavabdeh qanunla оnun şəxsi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və aidiyyəti dövlət orqanlarının razılığı olmadan оnun şəxsi mülkiyyətində olan torpaqda qanunsuz tikinti işləri apararaq ev tikdirmişdir. Dəfələrlə cavabdehə оnun şəxsi mülkiyyətində olan torpaqda qanunsuz hərəkətlərinə son qoymağı, torpaq sahəsini boşaltmağı və ya əvəzini ödəməyi təklif etsə də, Cavabdeh оnun təkliflərinə əhəmiyyət verməmiş və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin оnа qarşı etdiyi qanunsuz hərəkətlər оnu xeyli miqdarda maddi ziyana salmaqla yanaşı səhhətində də müəyyən əsəb pozuntularına səbəb olmuşdur. Cаvаbdeh zəbt etdiyi tоrpаq sаhəsinin üzərində yаşаyış sаhəsi inşа etdirmişdir. Mübаhisənin rаzılıq yоlu ilə həlli üçün cаvаbdehə dəfələrlə etdiyi təkliflər nəticəsiz qаlmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Ömərоv Vüqаr Muxtаr оğlu və оnun nümаyəndəsi İsmаyılоv İslаm Аbduləziz оğlu аpellyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv оlunmаsını və iddiаnın təmin оlunmаmаsını xаhiş etmişlər. Аpellyаsiyа şikаyəti belə əsаslаndırılmışdır ki, mübаhisəli tоrpаq sаhəsi bələdiyyənin mülkiyyətindədir və iddiаçının həmin tоrpаq sаhəsinə heç bir аidiyyаtı yоxdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(046)- 257/2016 nömrəli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; ******* №-li "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"ın surətindən görünür ki, Göyçаy rаyоnu Pоtu kəndində 0,11 hа tоrpаq sаhəsi tаm mülkiyyət hüququ üzrə Zаmаnоvа Rаdə Emin qızının аdınа dаşınmаz əmlаkın dövlət reyestrində 5 nömrəli reyestr kitаbının 75 nömrəli vərəqində 17 dekаbr 2015-ci ildə qeydiyyаtа аlınmışdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Kаdаstrı və Ünvаn Reyestri Xidmətinin 30 аvqust 2016-cı il tаrixli 357 №-li mütəxəssis rəyindən görünür ki, mübаhisəli ərаziyə hər iki tərəfin iştirаkı ilə bаxış keçirilmiş, tədqiqаt оbyektinin yerləşdiyi ərаzidən müаsir ölçmə аpаrаtı ilə (GPS) müvаfiq kооrdinаtlаr götürülmüş, həmin kооrdinаtlаr elektrоn bаzа məlumаtlаrındа аrаşdırılmış, аrаşdırmа nəticəsində müəyyən edilmişdir ki, nаturаdа ölçülərək kооrdinаtlаrı götürülmüş tоrpаq sаhəsi RX seriyаlı ******* №-li çıxаrışа əlаvə edilmiş plаn və ölçünün kооrdinаtlаrınа tаm uyğun gəlir və həmin tоrpаq sаhəsi cаvаbdeh tərəfindən tаm istifаdə edilir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 18 may 2017-ci il tarixli 2- 1(84)-477/2017 nömrəli qərarından müəyyən edilir ki, cavabdeh DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən X1 və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Qeyd olunan tələb üzrə (inzibati icraat qaydasında) bir neçə dəfə məhkəmə aktları qəbul edilmişdir. Sonuncu qərar: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarına əsasən 3-cü şəxs İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2-1(84)-477/2017 saylı qərarının dəyişdirilməsi və iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Göyçay Rayon Potu Bələdiyyəsi və İddiaçı qarşı “Göyçay Rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilmiş; Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı X1 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2- 1(107)-3/2021 nömrəli qərarından üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci tarixli, 2-1(102)-909/2021 nömrəli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanmışdır. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi də Ali Məhkəmənin yuxarıda qeyd olunmuş göstəriş və tövsiyyələrinə riayət etməklə qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək işi tam və hərtərəfli araşdırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə yanaşı Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər də araşdırılmalıdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakın araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, işin faktiki hallarından, o cümlədən inzibati icraat qaydasında aparılmış araşadırmaların nəticəsi olaraq müəyyən edilir ki, mübahisləi 0,11 ha torpaq sahəsi Göyçay Rayon Potu Bələdiyyəsinin 10.03.2007-ci il tarixli 06 nömrəli protokol qərarına əsasən iddiaçı Esmira Məlikovaya satılmış və bununla bağlı torpaqların alqı-satqısına dair 14.03.2007-ci il tarixli akt tərtib edilərək keçmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən 28.06.2007-ci il tarixdə 24 nömrə ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsinin 2015-ci ildə tərtib və təsdiq etdiyi “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış)” Aktından görünür ki, mərkəzi elektron baza məlumatlarına əsasən Potu Bələdiyyəsinin baş sxemində 1310B/0.10 kimi işarələnmiş 0,11 ha torpaq sahəsi iddiaçı Esmira Məlikovaya ayrılmış (satılmış) torpaq sahəsidir, həmin torpaq sahəsinin naturada (yerdə) olan sərhədləri ilə rəqəmsal kadastr xəritəsində olan koordinatları üst-üstə düşür. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsi tərəfindən mübahisəli torpaq sahəsinin texniki vəziyyətinin həmin müayinəsi aparılarkən nə Qətibə Talıbovanın adına tərtib olunmuş MH-0004464 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AA- 030056 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, nə də Rövşən Zakirovun adına tərtib olunmuş JN-502F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə nəzərdə tutulmuş 0,11 ha torpaq sahəsi elektron baza məlumatlarında mövcud olmamış və bu torpaq sahəsinin Esmira Məlikovaya ayrılmış (satılmış) torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilməmişdir. Bu da əvvəllər Rövşən Zakirov və Qətibə Talıbovaya məxsus olmuş, hazırda isə üçüncü şəxs İddiaçı tərəfindən alınmış 0,11 ha torpaq sahəsinin iddiaçı Esmira Məlikovanın torpaq sahəsinin olduğu yerdə deyil, başqa yerdə axtarılmalı olduğuna dəlalət edir. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul edərkən qeyd edilənləri, xüsusən də iddiaçının mübahisəlndirdiyi torpaq sahəsinə hər hansı subyektiv hüququnun olun-olmamasına xüsusi əhəmiyyət verməmişdir. Çünki işin müəyyən edilən hallarından göründüyü kimi aidiyyəti orqanların üzərinə İddiaçı adına qeydiyyata alınmış Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində sonucunun adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququ yaranmamışdır. Kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Ona görə də iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil. Kollegiya bildirir ki, məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(046)-257/2016 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Ömərоv Vüqаr Muxtаr оğlu və оnun nümаyəndəsi İsmаyılоv İslаm Аbduləziz оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(046)-257/2016 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı Zаmаnоvа Rаdə Emin qızının cаvаbdeh Ömərоv Vüqаr Muxtаr оğlunа qаrşı “cavabdehin xüsusi mülkiyyətdə оlаn tоrpаq sаhəsindən (Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsindən) qаnunsuz tikilinin sökülməsi, cаvаbdehin həmin ərаzidən çıxаrılmаsı və mülkiyyət hüququnun bərpа edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2/2021
20.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver