Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-20/2021 10.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-228/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-228/2018 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, 07R000010456 saylı kredit razılaşması üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 12214,33 ABŞ dolları məbləğində kredit borcu, 2102,23 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15316,56 ABŞ dolları məbləğində borcun və 007R********** saylı kredit razılaşması üzrə 10649,93 manat məbləğində kredit borcu, 2720,57 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14370,5 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinə tutma yönəldilərək, bu əmlakın ilkin satış qiymətinin 44000 manatla hərraca çıxarılaraq hərracda satılması, onun açıq hərracdan satılması hesabına 14370,5 manat və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 15316,56 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı QSC-nin hesabına ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı ödənilməli olan 150 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq “X9”-nin hesаbınа ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 07R000010456 saylı kredit razılaşması üzrə 12214.33 ABŞ dolları məbləğində kredit borcu, 2102.23 ABŞ dolları məbləğində faiz borcu və 8681.96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 22998 (iyirmi iki min doqquz yüz doxsan səkkiz) ABŞ dolları 52 (əlli iki) sent məbləğində borcun, 007R********** saylı kredit razılaşması üzrə 10649.93 manat məbləğində kredit borcu, 2720.57 manat məbləğində faiz borcu və 6463.83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19834 (on doqquz min səkkiz yüz otuz dörd) manat 33 (otuz üç) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, bina 20A, mənzil 46- nın açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait 07R000010456 saylı kredit razılaşması üzrə 22998 (iyirmi iki min doqquz yüz doxsan səkkiz) ABŞ dolları 52 (əlli iki) sent və 007R********** saylı kredit razılaşması üzrə 19834 (on doqquz min səkkiz yüz otuz dörd) manat 33 (otuz üç) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, bina 20A, 46 nömrəli mənzilə yönəldilməsi, evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra yaşayış hüququ olmaqla qeydiyyatda olan Cavabdeh2, X2, X4, Cavabdeh1, X1 istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı QSC-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə xx xxxx 2014-cü il tarixdə bağladığı 07R000010456 saylı razılaşmaya əsasən aylıq faiz dərəcəsi 0,8333% olmaqla 72 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 07R000010456S saylı, xx xxxxxx 2016-cı il tarixli, 07R000010456SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Bundan başqa İddiaçı QSC tərəfindən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə bağladığı 007R********** saylı razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,1667% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14982 manat kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 007R**********A saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Həmçinin, İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə xx xxxx 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh3 və Cavabdeh2 xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə və kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi ilə bağlı üzərlərinə tam həcmdə öhdəlik götürmüşlər. xx xxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə və kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi imzalanmış, imzalanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzili Cavabdeh1 İddiaçı QSC qarşısındakı xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə və kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədiyindən məhkəmə barədə qərardadı üzrə müstəqil qiymətləndirici «X9» tərəfindən Cavabdeh1 məxsus olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzili 44000 manat məbləğində qiymətləndirilmişdir. Həmin qiymətlə ipoteka predmeti olan daşınmaz əmlakın hərraca çıxarılması yolu ilə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin hakimi qətnamə çıxararkən iş üzrə tələb edilən dəbbə (penya, cərimə) pulunun miqdarının tənasübsüz dərəcədə yüksək hesablanmasını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə almamışdır. Hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq iş üzrə hesablanmış faiz məbləği tamamilə azaldıla bilər. Həmin qətnamədən narazıdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-228/2019 nömrəli qətnaməsini faiz və cərimə borcu ilə bağlı hissədə ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-228/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasıbı xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)- 228/2018 nömrəli qətnaməsi iddianın təmin olunmuş cərimə borcu və cəmi borc hissəsində dəyişdirilməli, 07R000010456 saylı kredit razılaşması üzrə tutulmalı olan cərimə borcunun məbləği 200 (iki yüz) ABŞ dolları, cəmi borcun məbləği 14516,56 (on dörd min beş yüz on altı dollar əlli altı sent) ABŞ dolları, 007R********** saylı kredit razılaşması üzrə tutulmalı olan cərimə borcunun məbləği 200 (iki yüz) manat, cəmi borcun məbləği 13570,5 (on üç min beş yüz yetmiş manat beş qəpik) manat müəyyən edilməli və qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İşdə olan xx xxxx 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı QSC qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07R000010456 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 0,8333% olmaqla 72 ay müddətinə, 35000 ABŞ dolları kredit verilmişdir. Həmin razılaşmanın 4.2.2- ci bəndinə əsasən borcalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəyir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 007R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,1667% olmaqla 12 ay müddətinə, 14892 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmanın 4.2.2-ci bəndinə əsasən borcalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında imzalanmış xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi və kredit xətti müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilini İddiaçı QSC-yə ipotekaya qoymuşdur. İşdə olan DƏDRX-nin X13 tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə xx xxxx 2016-cı il tarixli, 07R000010456S saylı sazişdən və ona əlavə edilmiş xx xxxx 2016-cı il tarixli ödəniş planından görünür ki, «İddiaçı” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış xx xxxx 2014-cü il tarixli 07R000010456 saylı razılaşma üzrə ödəniş planına dəyişiklik edilmiş və qeyd olunan razılaşma üzrə borcun ödənilməsi müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli, 07R000010456SA saylı sazişdən və ona əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli ödəniş planından görünür ki, «İddiaçı” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış xx xxxx 2014-cü il tarixli 07R000010456 saylı razılaşma üzrə ödəniş planına dəyişiklik edilmiş və qeyd olunan razılaşma üzrə borcun ödənilməsi müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə xx xxxx 2016-cı il tarixli, 07R**********S saylı sazişdən və ona əlavə edilmiş xx xxxx 2016- cı i il tarixli ödəniş planından görünür ki, «İddiaçı” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış xx xxxxxx 2015-ci il tarixli 007R********** saylı razılaşma üzrə ödəniş planına dəyişiklik edilmiş və qeyd olunan razılaşma üzrə borcun ödənilməsi müddəti xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli 11072 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh2 izah edilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli 11341 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı QSC-nin ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan «X9» tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh2 məxsus olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinin hərracda ilkin satış qiyməti 44000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 425.1, 442, 448.2, 460.1, 465.2, 467, 472.1, 739 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 42.8, 59, 59.1 və 59.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1.-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. H Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 42.8-ci maddəsinin tələbinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Həmin Qanunun 59-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini onun satışından sonra ən geci bir ay ərzində tərk etməlidirlər. Yaşayış sahəsinə ödəmə yönəldilmədən və onun satışı həyata keçirilmədən, mülkiyyətçinin mülkiyyət, digər şəxslərin isə istifadə hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələnin qabaqcadan həlli yol verilməzdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 07L000006465 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə xx xxxx 2014-cü il tarixdə bağladığı 07R000010456 saylı razılaşmaya əsasən aylıq faiz dərəcəsi 0,8333% olmaqla 72 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkibhissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 07R000010456S saylı, xx xxxxxx 2016-cı il tarixli, 07R000010456SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Bundan başqa İddiaçı QSC tərəfindən Cavabdeh1 xx xxxxxx 2015ci il tarixdə bağladığı 007R********** saylı razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,1667% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14982 manat kredit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 007R**********A saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Həmçinin, İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə xx xxxx 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh3 və Cavabdeh2 xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə və kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi ilə bağlı üzərlərinə tam həcmdə öhdəlik götürmüşlər. xx xxxx 2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə və kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi imzalanmış, imzalanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzili Cavabdeh1 İddiaçı QSC qarşısındakı xx xxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə və kredit xətti müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında «X9» tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən həmin fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 44000 manat təşkil etdiyi göstərilmişdir. Zaminlərlə İddiaçı QSC arasında bağlanmış zaminlik müqavilələri əsasında zaminlər Cavabdeh3 və Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 07R000010456 saylı kredit razılaşması üzrə 8681.96 ABŞ dolları məbləğində cərimə və 007R********** saylı kredit razılaşması üzrə 6463.83 manat məbləğində cərimələrin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləğləri tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə üzrə öhdəliklərin icrasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 İddiaçı QSC-dən kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit borcunun qaytarılmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı «İddiaçı” QSC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. İddianın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilininaçıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, X2, X4, Cavabdeh1, X1 istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsinə dair hissəsini məhkəmə əsaslı hesab etmir. Əmlakın satış məqamınadək ipoteka qoyanın ipoteka ilə yüklü edilmiş əmlaka mülkiyyət hüququnun qaldığını, əmlakın gələcək mülkiyyətçisinin kimliyinin yalnız onun satış məqamından sonra müəyyənləşəcəyini, gələcək mülkiyyətçinin ipoteka qoyanla kirayə müqaviləsini də bağlama imkanını nəzərə alaraq iddianın ipoteka saxlayan İddiaçı QSC-nin iddia tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, X2, X4, Cavabdeh1, X1 istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsinə dair hissəsi əsaslı deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək, 07R000010456 saylı kredit razılaşması üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 12214,33 ABŞ dolları məbləğində kredit borcu, 2102,23 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15316,56 ABŞ dolları məbləğində borc və 007R********** saylı kredit razılaşması üzrə 10649,93 manat məbləğində kredit borcu, 2720,57 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 14370,5 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumuvə 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməli, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinə tutma yönəldilərək, bu əmlak ilkin satış qiyməti 44000 manatla hərraca çıxarılaraq hərracda satılmalı, onun açıq hərracdan satılması hesabına 14370,5 manat və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 15316,56 ABŞ dolları məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumuvə 20 manat xidmət haqqı İddiaçı QSC-nin hesabınaödənilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulmalıdır. Əsaslı olmadığından iddianın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilininaçıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, X2, X4, Cavabdeh1, X1 istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsinə dair, tənasübsüz yüksək hesablandığından isə 07R000010456 saylı kredit razılaşması üzrə 8681.96 ABŞ dolları məbləğində cərimə tələbinin 7681.96 ABŞ dollarına dair və 007R********** saylı kredit razılaşması üzrə 6463.83 manat məbləğində cərimə tələbinin 5463.83 manatına dair hissələri təmin edilməməlidir. Həmçinin, iddia qismən təmin edildiyindən iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı ödənilməli olan 150 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq “X9”-nin hesаbınа ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, hər iki kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun məbləğini ayrı-ayrılıqda 1000 manat həcmində təmin etməkdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi həmin maddəyə istinad etsə də, həmin maddənin tələblərinə tam riayət etməmişdir. Məhkəmə kollegiyası hər iki kredit müqaviləsi üzrə borcun məbləğini, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunun məbləğini tənasübsüz surətdə yüksək hesab edərək cərimənin məbləğinin azaldılaraq 07R000010456 saylı kredit razılaşması üzrə 200 (iki yüz) ABŞ dolları, 007R********** saylı kredit razılaşması üzrə isə 200 (iki yüz) manat müəyyən edilməsini zəruri hesab edir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinin üçüncü “Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinə tutma yönəldilərək, bu əmlak ilkin satış qiyməti 44000 manatla hərraca çıxarılaraq hərracda satılsın, onun açıq hərracdan satılması hesabına 14370,5 manat və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 15316,56 ABŞ dolları məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumuvə 20 manat xidmət haqqıİddiaçı QSC-nin hesabına ödənilsin.” abzastındakı 15316,56 ABŞ dolları 14516,56 (on dörd min beş yüz on altı dollar əlli altı sent) ABŞ dollarına, 14370,5 manat isə 13570,5 (on üç min beş yüz yetmiş manat beş qəpik) manata dəyişdirilməlidir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, 07R000010456 saylı kredit razılaşması üzrə tutulmalı olan cərimə borcunun məbləği 1000 ABŞ dolları, 007R********** saylı kredit razılaşması üzrə tutulmalı olan cərimə borcunun məbləği isə 1000 manat məbləğində təmin etməkdə haqlı olmadığından və işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi üçün əsаslаr olduğundan Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-228/2018 nömrəli qətnaməsi iddianın təmin olunmuş cərimə borcu və cəmi borc hissəsində dəyişdirilməli, 07R000010456 saylı kredit razılaşması üzrə tutulmalı olan cərimə borcunun məbləği 200 (iki yüz) ABŞ dolları, cəmi borcun məbləği 14516,56 (on dörd min beş yüz on altı dollar əlli altı sent) ABŞ dolları, 007R********** saylı kredit razılaşması üzrə tutulmalı olan cərimə borcunun məbləği 200 (iki yüz) manat, cəmi borcun məbləği 13570,5 (on üç min beş yüz yetmiş manat beş qəpik) manat müəyyən edilməli və qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı Məhkəməsi qətnаməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cаvаbdeh Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-228/2018 nömrəli qətnaməsi iddianın təmin olunmuş cərimə borcu və cəmi borc hissəsində dəyişdirilsin. 07R000010456 saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməli olan cərimə borcunun məbləği 200 (iki yüz) ABŞ dolları, cəmi borcun məbləği 14516,56 (on dörd min beş yüz on altı dollar əlli altı sent) ABŞ dolları, 007R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməli olan cərimə borcunun məbləği 200 (iki yüz) manat, cəmi borcun məbləği 13570,5 (on üç min beş yüz yetmiş manat beş qəpik) manat müəyyən edilsin. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinin üçüncü “Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, M.E.Şəkinski küçəsi, 20A nömrəli binanın 46 nömrəli mənzilinə tutma yönəldilərək, bu əmlak ilkin satış qiyməti 44000 manatla hərraca çıxarılaraq hərracda satılsın, onun açıq hərracdan satılması hesabına 14370,5 manat və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 15316,56 ABŞ dolları məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı QSC-nin hesabına ödənilsin.” abzastındakı 15316,56 ABŞ dolları söz birləşməsi 14516,56 (on dörd min beş yüz on altı dollar əlli altı sent) ABŞ dolları söz birləşməsinə, 14370,5 manat söz birləşməsi isə 13570,5 (on üç min beş yüz yetmiş manat beş qəpik) manat söz birləşməsinə dəyişdirilsin. Qətnamənin mübahisələndirilən digər hissələri dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-20/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-20/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver