Məhkəmə qərarları › İş №2(107)-20/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-20/2022

20.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-20/2022 20.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qəsdə son qoyma və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma, qəsdə son qoyulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qəsdə son qoyma və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-620/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları İddiaçı Nəzirova X4 Rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 27 yanvar 2020-ci il tarixli, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən cavabdehlərdən Cavabdeh1 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evini almışdır. Qeyd olunan daşınmaz əmlak üzərində İddiaçı hüquqları 04 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Müqavilənin rəsmiləşdirilməsindən 4 (dörd) aydan artıq müddət keçməsinə baxmayaraq cavabdehlər, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən çıxmırlar. Qapını bağlayaraq onun həmin evə daxil olmasına imkan vermirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərin zəbt etdikləri həmin əmlaklardan çıxarılması və iddiaçının həmin əmlaklara köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddianın həcminin azaldılaraq evə köçürülməsi hissəsinin iddiadan çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı Nəzirova X4 Rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 27 yanvar 2020-ci il tarixli, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən cavabdehlərdən Cavabdeh1 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evini almışdır. Qeyd olunan daşınmaz əmlak üzərində İddiaçı hüquqları 04 fevral 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Müqavilənin rəsmiləşdirilməsinin üzərindən 4 (dörd) ay müddət keçməsinə baxmayaraq cavabdehlər, İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən çıxmırlar. Belə ki, cavabdehlərdən həmin əmlakdan çıxamaları tələb olunsa da, sonuncular heç bir əsas gətirmədən evdən çıxmamış, o cümlədən, qapını bağlamaqla iddiaçının həmin əmlaka girişinə də maneçilik törətmişlər. Cavabdehlərdən iddiaçının mülkiyyətində olan qeyd olunan əmlakdan istifadə və sahiblik etmələrinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (torpaq sahəsinə daxil olmağa qoymamaq) son qoymaları və zəbt etdikləri həmin əmlakdan çıxmalarını tələb etmələrinə baxmayaraq sonuncular bundan qərəzli olaraq imtina etmişlər. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, mübahisələndirilən ev onun mülkiyyətində olmuşdur. Onun evi satmaq niyyəti olmamışdır, pula ehtiyacı olduğundan İddiaçı pul almış və əvəzində 27 yanvar 2020-ci il tarixli, ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ni imzalamışdır. Aldığı pulu keçmiş həyat yoldaşı iş üzrə Cavabdeh2 vermişdir. Onlara iddiaçı ilə barışmaları üçün vaxt verilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul edir, keçmiş həyat yoldaşı olan Cavabdeh1 İddiaçı 25 000 manat pulu bank vasitəsi ilə almış və əvəzində Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evini iddiaçı ilə aralarında olan 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçı Cavabdeh1 25000 manatı aldıqdan sonra ona vermişdir. İddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh4 iddia ərizəsində göstərilənləri qəbul etməyərək göstərmişdir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi İddiaçı satılmamışdır. Oğlu olan cavabdeh Məmmədov X5 Hüseynovadan 25000 manat borc məqsədi ilə pul almış, əvəzində isə 27 yanvar 2020-ci il tarixdə müqavilə bağlamışdır. Aldığı 25000 manat pulu keçmiş həyat yoldaşı olan Cavabdeh2 vermişdir. Cavabdeh2 həmin pulu aldıqdan sonra oğlu Cavabdeh1 ilə aralarında olan nikah qeydinin ləğv edilməsi üçün məhkəməyə ərizə vermişdir. İddiaçı ilə əlaqə saxlayıb danışdıqda pulun ona geri ödəndiyi təqdirdə evi geri qaytaracağını bildirmişdir. İddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi 27 yanvar 2020-ci il tarixli 4Ə-137 nömrə ilə reyestrdə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nə əsasən Cavabdeh1 tərəfindən 25000 (iyirmi beş min) manata İddiaçı satılmışdır. Həmin daşınmaz əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 118,95 kv.m. olan zəbt etdikləri fərdi yaşayış evindən çıxarılmalarını, eyni zamanda cavabdehlər tərəfindən həmin əmlakdan istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərə son qoyulmasınıı xahiş edir. Cavabdeh2 iddianı tam qəbul edir. Cavabdeh1 və Cavabdeh4 isə iddia tələbini qəbul etmirlər. İddiaçı Nəzirova X4 rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu, Aşağı Tala kəndində 0,03 ha torpaq sahəsindən və 118,95 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxmamaları, torpaq sahəsini və fərdi yaşayış evini boşaltmamaları iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə araşdırılmasında həm də müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan barəsində mübahisə gedən fərdi yaşayış evindən istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi üzərində cavabdehlər hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsindən və fərdi yaşayış evindən sahiblik və istifadə etməsinə uzun müddətdir ki, maneçilik yaradır. Ona görə də cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Bu əsasla məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulmalı, cavabdehlər zəbt etdikləri Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən çıxarılmalıdır. Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-620/2020 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evindən çıxarılmaları, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli və “Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli qərarlarına və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokoluna istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Cavabdeh1 ilə İddiaçı arasında 27 yanvar 2020-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda həmin tarixdə reyestrdə 4Ə-137 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan Cavabdeh1 tərəfindən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 25.09.2018-ci il tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi 25000 (iyirmi beş min) manata İddiaçı satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində olan 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 40 nömrəli vərəqindən qeydiyyata alınmışdır. Həmin qətnаmədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisəli ev Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Yusil oğlu Cavabdeh1 valideynləri, digər Cavabdeh2 isə keçmiş həyat yoldaşıdır. İddiaçı və həyat yoldaşı X1 şəhərində lombard fəaliyyəti ilə məşğul olur. İlkinin keçmiş həyat yoldaşı Gülnar bəzi şəxslərin təsiri və maddi rifahını yaxşılaşdırmaq üçün İlkinin ona qarşı xoş və səmimi münasibətindən istifadə edərək ondan lombarddan müəyyən məbləğdə pul götürərək ona verməsini, həmin pulla tanışları vasitəsilə Türkiyədən mal alıb gətirib burada sataraq gəlir əldə edə biləcəklərini bildirmiş, İlkin də onun təklifi ilə razılaşmış və onlar birlikdə iddiaçının həyat yoldaşı ilə işlətdiyi lombarda getmişlər. Danışıqlar zamanı iddiaçı və həyat yoldaşı onlara pul verə biləcəklərini, lakin bunun əvəzində evinin onun adına rəsmiləşdirilməsini təklif etmişlər. Pulu faizi ilə birlikdə ödədikdən sonra isə evi yenidən onun adına keçirəcəklərini bildirmişlər. İlkin bununla razılaşmamışdır. Lakin sonradan keçmiş həyat yoldaşı Gülnarın israrlı xahişləri nəticəsində İlkin valideynlərinin xəbəri və razılığı olmadan həmin evin sənədlərinin lombarddan götürdükləri pulun əvəzinə iddiaçının adına rəsmiləşdirilməsinə razılıq vermişdir ki, pulu ödəyən kimi evini yenidən öz adına qaytarsın. Sonradan isə İlkin həmin məbləği qaytarıb evinin sənədlərinin öz adına keçirilməsini tələb etdikdə, iddiaçı Gülnarın dayısının və digər qohumlarının da lombarda xeyli borclarının olduğunu və həmin borclar da tam ödənildikdən sonra evi onun adına keçirəcəyini bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Məhkəmədən onlara hazırkı işlə bağlı bildiriş gələn zaman İlkinə bəlli olmuşdur ki, həyat yoldaşı Gülnar, iddiaçı və digər ortaq tanışları ilə əlbir olaraq, onun inamından istifadə edərək, öz məqsədləri üçün onun evini əlindən bu formada alıb satmaq və əldə olunan pulu aralarında bölmək barədə əvvəlcədən plan qurmuşlar. Həm bu məsələyə, həm də başqa bəzi bənzər məsələlərə görə İlkinlə Gülnarın münasibətləri pisləşmiş və tərəflərin nikahı məhkəmə qaydasında pozulmuşdur. Ümumiyyətlə, iddiaçı tərəfindən Cavabdeh4 və Cavabdeh3 hazırkı iddia üzrə cavabdeh kimi qoyulması da düzgün olmamışdır. Belə ki, mübahisəli evdə cavabdeh İlkin və keçmiş həyat yoldaşı Gülnar yaşamışdır. Digər cavabdehlər özlərinə məxsus başqa evdə yaşamışlar. Hazırda da mübahisəli evdə yalnız İlkin yaşamaqdadır. Göründüyü kimi əslində tərəflər arasında mübahisəli evlə bağlı hər hansı alqı-satqı münasibəti olmamışdır. Zaqatala Rayon Məhkəməsi isə mübahisəli evə dair çıxarışın formal olaraq iddiaçının adma olmasına əsaslanaraq, onun iddiasını təmin etmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-620/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-620/2020 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Apelyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxılarkən Cavabdeh1 və onun nümayəndəsi və vəkili X2 ərizəsi əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 cavabdehlər İddiaçı və X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(107)-1952/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qəsdə son qoyma və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-620/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraat Zaqatala Rayon Məhkəməsinin icraatında olan 2(033)-1025/2020 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Həmin mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)- 103/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X6 oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilmiş, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5- ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə müvafiq ödənilən 25000 (iyirmi beş min) manat pul vəsaitinin iddiaçı Cavabdeh1 alınaraq cavabdeh İddiaçı qaytarılmasını, iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsini qət etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1085/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rövşən Rəfiyev (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 saylı qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 fevral 2022-ci il tarixli 2(102)-902/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1085/2021 nömrəli iş üzrə 06 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli evlə bağlı alqı-satqı müqaviləsi etibarlıdır. İddiaçının həmin evdən və torpaq sahəsindən istifadəsinə bütün cavabdehlər mane olurlar. Eyni zamanda, həmin evi iddiaçıya təhvil verməyərək ondan istifadə edirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-620/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-620/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar