Məhkəmə qərarları › İş №2(107)-20/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-20/2023

04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-20/2023 04.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia, qarşılıqlı iddia, torpaq sahəsindən çıxarılma, alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi, icarə müqaviləsi, subyektiv hüquq, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçıların vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onlara məxsus Balakən rayonu Çor- Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin boşaldılması, cavabdehin həmin torpaq sahələrindən çıxarılması barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 məxsus Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin İddiaçı1 qaytarılması, İddiaçı2 ona məxsus Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinin İddiaçı2 qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Qullar Bələdiyyəsindən hərrac yolu ilə Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən ərazidən 0,12 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 16 dekabr 2019-cu il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinin A№467012 nömrəli planı və ölçüsü sənədi də vardır. İddiaçı2 16 dekabr 2019cu ildə Balakən rayonu Qullar Bələdiyyəsindən hərrac yolu ilə Balakən rayonu Çor- Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından Reyestr nömrəsi **********94 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış və həmin torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Həmin Torpaq sahəsinin planı və ölçüsünə dair A№467012 nömrəli sənəd almışdır. Lakin onlar, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsindən Cavabdeh istifadə etməyə qoymur. Cavabdehin əlində hec bir hüquqmüəyyənedici sənəd olmadığı halda onlara məxsus torpaq sahələrini boşaltmır. Dəfələrlə onunla məhkəmədənkənar pretenziya qaydasında aparılan danışıqlar hec bir müsbət nəticə verməmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsini boşaltmaq istəməmişdir. Odur ki, onlar, iddiaçılar İddiaçı1 və X12 Cavabdeh qarşı onlara məxsus torpaq sahələrindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia ərizəsinə əlavə edilmiş və Balakən rayonu Çor-Çorbinə kəndində 0,12 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsi Reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi ********** olan çıxarışa və A№467012 nömrəli xx.xx.2019-cu ildə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Reyester nömrəsi **********94 qeydiyyat nömrəsi ********** olan və A№467012 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,12 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Eyni zamanda Cavabdeh da İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh qarşı Balakən Rayon Məhkəməsində iddia qaldıraraq, bildirmişlər ki, Balakən rayonu Qullar Bələdiyyəsindən hərrac yolu ilə hər biri Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən ərazidən 0.12 ha torpaq sahəsi almışlar. Hər ikisi həmin torpaq sahələrini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 dekabr 2019-cu il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinin AN 467012 nömrəli planı və ölçüsü sənədi də almışlar. İddiaçılar Qullar Bələdiyyəsindən torpaq sahələrini almaları barədə çıxarış və aldıqları torpaq sahəsinin planı və ölçüsünü məhkəməyə təqdim etmişlər. İddiaçılar iddialarında aldıqları torpaq sahələrini Bələdiyyədən hərrac vasitəsilə aldıqlarını bildirsələr də, məhkəməyə bu barədə heç bir sənəd təqdim edə bilməmişlər. İddiaçı1 əvvəlindən şəhərdə pasport qeydiyyatında olduğu zaman Qullar Bələdiyyəsindən hərrac vasitəsilə torpaq sahəsi aldığını iddia etmişdir. Halbuki “Bələdiyyələr haqqında” Qanunda göstərilir ki, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına satıla bilər. Eyni zamanda X9 Həlimə Vəli qızına torpaq sahəsini satarkən 28 sentyabr 2018-ci il tarixli Ayrıcı AKT-ı tərtib etməklə saxtakarlığa yol verərək AKT-da göstərmişdir ki, Qullar Bələdiyyəsinin 84 saylı xx.xx.2018-ci il tarixli məktubu əsasında əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, Qullar Bələdiyyəsinin 31 Oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Qullar kənd sakini İddiaçı1 ayrılmış 0,12 ha torpaq sahəsi aşağıda göstərilən ərazidə yerləşir. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinə göndərilən sorğuya 35 saylı, 9 sentyabr 2020-ci il tarixli cavabında Balakən Rayon Dövlət Arxivində mühafizə olunan Qullar Bələdiyyəsinin 31 oktyabr 2006-cı il tarixli, 11 nömrəli protokolunda İddiaçı1 həyətəyanı torpaq sahəsi verilməsi barədə qeydiyyatın aparılmaması bildirilmişdir. Qullar Bələdiyyəsi torpaq sahəsini Qallacovaya satarkən daha bir saxtakarlığa yol vermişdir. Həmin torpaq sahəsi faktiki onun Bələdiyyə ilə bağladığı müqavilə əsasında istifadə etdiyi ərazini vətəndaşlara hərrac adı altında Balakən şəhər sakini olan Qallacovaya heç bir əsas olmadan mülkiyyətində olan torpaq sahəsini onun adına saxtalaşdırmışdır. Bu da Qallacova ilə Bələdiyyə arasında bağlanan alqı-satqı müqaviləsi və onun da nəticəsində DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfində verilən çıxarışın ləğv edilməsinə əsasdır. Digər tərəfdən İddiaçı2 ilə Qullar Bələdiyyəsi arasında hərrac yolu ilə alınan torpaq sahəsinə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın ləğv edilməsinə səbəb isə Bələdiyyə ilə aralarında bağlanan icarə müqaviləsidir ki, hal-hazırda həmin müqavilə öz qüvvəsində olduğu zaman Qullar Bələdiyyəsi həmin torpaq sahəsini Əzimovaya qanunsuz olaraq sənədlərdə saxtakarlıq etmək yolu ilə satmışdır. Eyni zamanda sorğularına Qullar Bələdiyyəsinin 73 saylı, xx.xx.2020-ci il tarixli cavabında İddiaçı2 0,12 ha həyətyanı torpaq sahəsinin 16 dekabr 2020-ci il tarixində hərrac yolu ilə satılması barədə Qullar Bələdiyyəsində məlumatın olmaması barədə məktub göndərilmişdir. Halbuki, həmin torpaq sahəsi əkin-biçin üçün yararsız olduğundan həmin ərazidə xeyli vəsait xərcləməklə əməli istifadəyə yararlı vəziyyətə gətirmişdir, bunu ərazidə yaşayan sakinlər də sübut edər. Qanunun tələblərindən də göründüyü kimi, bu işdə onun haqlı olduğu qanunla müəyyən olunur. Belə ki, Balakən raynu Qullar bələdiyyəsi ilk növbədə müqavilə şərtlərinə görə icarəyə verdiyi torpaq sahəsinin hansı vəziyyətdə ona verməsini bilmişdir və onun icarəyə götürdüyü ərazidə öz vəsaiti hesabına abadlaşdırdıqdan sonra həmin ərazini heç bir əsası olmadan xəlvəti olaraq hərrac adı altında hərrac elan etmədən, həmin ərazidə mübahisənin ola bilməsini araşdırmadan öz şəxsi maraqlarına görə Qullar ərazisində pasport qeydiyyatı olmayan vətəndaşa satmışdır. Halbuki həmin ərazi 21 sentyabr 2012-ci ildən 01 sentyabr 2020-ci il tarixə qədər Qullar bələdiyyəsi ilə aralarında bağlanan müqavilə ilə icarəsindədir. İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli verilmiş çıxarış və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli verilmiş çıxarış qanunvericiliyin tələbinin pozulması ilə bağlandığından ləğv edilməlidir. İlk iddia üzrə iddiaçıların tələblərinin qanunsuz və əsassız olduğundan ilk iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsi ilə (hakim T.Zamin) ilk iddianın qismən təmin olunması, Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0595 ha hissəsindən və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 4-də göstərilən 0.0541 ha hissəsindən çıxarılması, həmin 0.12 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha hissəsinin İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsinin isə İddiaçı2 qaytarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh X1 10 manat dövlət rüsumunun tutularaq İddiaçı1 və 10 manat dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı X3 aid edilməsi, iş üzrə 50,0 manat ekspertiza xərcinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı Adı X5 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin mülkiyyətində Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 adına qeydə alınmış və onlara daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 10/4695 saylı rəyi ilə müəyyən olunmuşdur ki, reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, 16,12.2019-cu il tarixli Çıxarışla İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor- Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsi və İddiaçı2 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh qanunsuz sahiblik və istifadəsindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iddia tələbinin torpağın icarəsinə görə ödənilməmiş 24000 manatın ilk iddia ilə bağlı işdəki sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh, **********95 olan, ********** qeydiyyat nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və **********94 olan, ********** qeydiyyat nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 4) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və onların mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə ilk iddia qismən təmin edilməklə cavabdeh Qardaşov X4 Həlimə Vəli qızının xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 4) hissələrindən çıxarılmalı və həmin 0.12 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha hissəsi İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsi isə İddiaçı2 qaytarılmalı, cavabdehin İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 4) hissələrindən artıq torpaq sahələrindən çıxarılması və 0.0595 ha və 0.0541 ha hissələrindən artıq torpaq sahələrinin onlara qaytarılması hissəsində isə təmin edilməməlidir. Göstərilənlərin kontekstində məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı, həmin iddia üzrə cavabdeh İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvi tələbini həmin müqavilələr və çıxarışlarla iddiaçıların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin onun icarəsində olması ilə əsaslandırmışdır. Lakin qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi 19 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünmüşdür ki, həmin müqavilənin Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh arasında Qullar kəndi Çor-Çorbinə adı ərazidə yerləşən torpaq sahəsi ilə bağlı 01 sentyabr 2019-cu il tarixdə 1 il müddətinə bağlandığı və 01 sentyabr 2020-ci il tarixədək qüvvədə olduğu göstərilmiş, lakin həmin müqavilədə hansı ölçüdə və hansı kateqoriyada torpaq sahəsinin icarəyə verilməsi göstərilməmiş, bu torpaq sahəsinin məhz iddiaçıların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri olması müəyyən edilməmişdir. Ən əsası qanunun tələbinə görə həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğu halda, qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Göründüyü kimi qanunvericilik torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququnun yaranmasını birbaşa həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlayır. Hətta hipotetik olaraq qarşıqlı iddia üzrə iddiaçıya 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə icarəyə verilən ölçüsü göstərilməyən torpaq sahəsinin iddiaçıların xüsusi mülkiyyətinə verilmiş sözügedən torpaq sahələrinin eyni olması qəbul olunsa belə, həmin icarə müqaviləsi on bir aydan çox müddətə bağlanılmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından qarşılıqlı iddia üzrə iddiaçının həmin torpaq sahəsinə icarə hüququ yaranmır, həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Göründüyü kimi Cavabdeh 01 avqust 2019-cu il tarixli icarə müqaviləsi üzrə torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmadığından və bu icarə müddəti keçdiyindən iddia etdiyi torpaq sahəsinə icarə hüququ, istifadə hüququ və digər hüquqları mövcud olmamışdır və hazırda da mövcud deyildir. Həmçinin Cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 0,12 ha torpaq sahələrinin alqı-satqı müqavilələrinin tərəfi deyildir, bu müqavilələr və onlar əsasında qarşılıqlı iddia üzrə cavabdehlərə verilmiş çıxarışlar onun qanun əsasında yaranmış hüquq və mənafelərinə toxunmur. Qanun yalnız müqavilə tərəflərinin həmin müqavilənin ləğvi tələbini qoymaq hüqununu tanıyır (Mülki Məcəllənin 422-423-cü maddələri). Belə olan halda Cavabdeh, İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək mübahisə predmeti olan 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsinin İddiaçı1 və 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsinin İddiaçı2 mülkiyyətində olmasını, cavabdehin heç bir hüququ olmadan İddiaçı1 məxsus həmin 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 məxsus 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 4) qanunsuz istifadə etməsini və qeyriqanuni sahiblik etməsini, nəticədə iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməmələrini, bununla da onların mülkiyyət hüququnun pozulmalarını nəzərə alaraq, hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çor- Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0595 ha hissəsindən və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 4-də göstərilən 0.0541 ha hissəsindən çıxarılmalı, həmin 0.12 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha hissəsi İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsi isə İddiaçı2 qaytarılmalı, ilk iddia qalan hissədə təmin edilməməli cavabdeh X1 10 manat dövlət rüsumu tutularaq İddiaçı1 və 10 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməli, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası əsasız olduğundan təmin edilməməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X3 aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50,0 manat ekspertiza xərci üzrə Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı X5 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi” nin 18ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 238.1, 238.2, 238.3, 239.2, 140, 146.1, 146.2, 148.2, 337.1, 422.1, 422.2, 423.1, 423.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 78.1, 80, 81, 88, 106.1, 14.2117.1, 118.1, 119.1, 124.1 və 214.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiasında aldıqları torpaq sahələrini Bələdiyyədən hərrac vasitəsilə aldıqlarını bildirsələr də, məhkəməyə bu barədə heç bir sənəd təqdim edə bilməmişdirlər. İddiaçı1 əvvəldən şəhərdə pasport qeydiyyatında olduğu zaman Qullar Bələdiyyəsindən hərrac vasitəsilə torpaq sahəsi aldığını iddia etmişdir. Halbuki “Bələdiyyələr haqqında” Qanunda göstərilmişdir ki, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına satıla bilər. Eyni zamanda X9 Həlimə Vəli qızına torpaq sahəsini satarkən 28 sentyabr 2018-ci il tarixli Ayrıcı AKT-ı tərtib edərək saxtakarlığa yol verərək AKT-da göstərmişdir ki, Qullar Bələdiyyəsinin 84 saylı xx.xx.2018-ci il tarixli məktubu əsasında əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, Qullar Bələdiyyəsinin 31 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Qullar kənd sakini İddiaçı1 ayrılmış 0,12 ha torpaq sahəsi aşağıda göstərilən ərazidə yerləşir. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinə göndərilən sorğuya 35 saylı, 9 sentyabr 2020-ci il tarixli cavabında Balakən Rayon Dövlət Arxivində mühafizə olunan Qullar Bələdiyyəsinin 31 oktyabr 2006-cı il tarixli, 11 nömrəli protokolunda İddiaçı1 həyətəyanı torpaq sahəsi verilməsi barədə qeydiyyatın aparılmamasını bildirmişdir. Qullar Bələdiyyəsi torpaq sahəsini İddiaçı1 və İddiaçı2 satarkən daha bir saxtakarlığa yol vermişdir. Həmin torpaq sahəsi onun Bələdiyyə ilə faktiki müqavilə əsasında istifadə etdiyi ərazini vətəndaşlara hərrac adı altında Balakən şəhər sakini olan Qallacovaya heç bir əsas olmadan torpaq sahəsini onun adına saxtalaşdırmışdır. Bu da Qallacova ilə Bələdiyyə arasında bağlanan alqısatqı müqaviləsi və onun da nəticəsində DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilən çıxarışın ləğv edilməsinə əsasdır. Digər tərəfdən ilkin iddia üzrə İddiaçı2 ilə Qullar Bələdiyyəsi arasında hərrac yolu ilə alınan torpaq sahəsinə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın ləğv edilməsinə səbəb isə Bələdiyyə ilə aralarında bağlanan icarə müqaviləsidir ki, hal-hazırda həmin müqavilə öz qüvvəsində olduğu sənədlərdə saxtakarlıq etmək yolu ilə satılmışdır. Eyni zamanda sorğusuna Qullar Bələdiyyəsinin 73 saylı, xx.xx.2020-ci il tarixli cavabında İddiaçı2 0,12 ha həyətyanı torpaq sahəsinin 16 dekabr 2020-ci il tarixində hərrac yolu ilə satılması barədə Qullar Bələdiyyəsində məlumatın olmaması barədə məktub göndərilmişdir. Halbu ki, həmin torpaq sahəsi əkin-biçin üçün yararsız olduğundan həmin ərazidə xeyli vəsait xərcləməklə əməli istifadəyə yararlı vəziyyətə gətirmişdir, bunu ərazidə yaşayan sakinlər də sübut edər. Həmin müqavilələr tətəflər arasında hər il yenilənərək aralarında olan müqavilə 2020-ci ilin sentyabr ayına qədər davam etmişdir. 2012-ci ildən başlayaraq əkin-biçin üçün yararsız ərazini o öz şəxsi vəsaiti hesabına əməli istifadə vəziyyətinə salmışdır. Həmin torpaq sahəsi göl ərazisi olduğundan əkin-biçin üçün tam yararsız olmuşdur. Göründüyü kimi o qanunvericiliyin tələblərini pozmadan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 334-cü maddəsinə uyğun olaraq (əqdin notarial qaydasında təsdiqlənməsi) əsasında, Qullar Bələdiyyəsi ilə aralarında bağlanan müqavilə əsasında hərəkət etmişdir. İlkin iddia üzrə iddiaçılarla Qullar Bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqısı aparılan zaman iddiaçılar məhkəməyə ancaq aldıqları torpaq sahəsinin plan ölçüsünü və çıxarışı təqdim etmişdirlər. Qullar Bələdiyyəsi həmin vətəndaşlara müqavilə əsasında istifadəsində olan torpaq sahəsini hansı yolla satmasını araşdıranda məlum olmuşdur ki, Qullar Bələdiyyəsi həmin vətəndaşlara torpaq sahəsini satarkən 28 sentyabr 2018-ci il tarixli Ayrıc Akt-ı əsasında satmaq üçün nəzərdə tutduğu ərazidən satacaq torpaq haqqında Ayrıc Akt-ı tərtib etmişdir. Ayrıc Akt-ında satılan torpaq sahəsi iddiaçıların məhkəməyə təqdim etdikləri çıxarışda və plan ölçüdə göstərilən Çor-Çorbinə ərazisi yox Acılıq binə adlanan ərazidən satmışdır və bunu sübut edən Ayrıc Akt mövcuddur. Bəs o zaman sual olunur ki, DƏDRX-nin 18 saylı Ərazi İdarəsi hər iki iddiaçıya çıxarış verərəkən hansı ilkin sənədlərə əsaslanaraq faktiki istifadəsində olan torpaq sahəsi olan ərazini seçmişdir. Halbu ki, iddiaçılara satdığı torpaq sahəsi Bələdiyyədən təqribən 20 km aralıqdadır. Ayrıc Aktında göstərildiyi ərazidə qəbirstanlığın yanında yerləşir. Çıxarışlarda isə həmin torpaqlar Bələdiyyədən təqribən 3-4 km aralıqda Çor-Çorbinə ərazisi göstərilmişdir. Eyni zamanda, əgər qanunla müəyyən olunmuş şəkildə “Bələdiyyələr haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunun tələbindən də açıq-aşkar görsənir ki, vətəndaşa torpaq sahəsi ev tikmək üçün verilərkən həmin vətəndaş həmin ərazidə 5 il müddətinə yaşayış yeri üzrə qeydiyyatda olmalıdır. Lakin Bələdiyyənin qanundan xəbəri ola-ola qanun pozuntusuna ciddi yol vermiş, öz ərazisində ümumiyyətlə heç vaxt qeydiyyatı olmayan İddiaçı1 və İddiaçı2 iki müxtəlif ərazilərdən (ayrıc aktı və çıxarışda göstərilən ərazilər bunu sübut edir) torpaq sahəsi satmışdır. Bu Balakən rayon X19 Ərazi Dairəsinin 1061 saylı, xx.xx.2021-ci il tarixli arayışı ilə sübut olunur. İşə baxan məhkəmə həmin fakta əhəmiyyət belə verməmişdir. Bu hissədə Balakən Rayon Məhkəməsi heç bir rəsmi araşdırma aparmamış, sorğular göndərməmiş, Qullar Bələdiyyəsi məhkəməyə dəvət olunmamış və bununla da bələdiyyənin qanunsuz hərəkətlərinə göz yummuşdur. Qeyd edilənləri nəzərə alaraq, o, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021-ci saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021-ci saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs Balakən rayon Qullar Bələdiyyəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəmə kollegiyasına bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanunu: «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı: Həmin qərarda deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021-ci saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsassız və qanunsuz olduğundan ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021-ci saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin mülkiyyətində Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 adına qeydə alınmış və onlara daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 10/4695 saylı rəyi ilə müəyyən olunmuşdur ki, reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor- Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, 16,12.2019-cu il tarixli Çıxarışla İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsi və İddiaçı2 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh qanunsuz sahiblik və istifadəsindədir. Apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçılar iddiasında aldıqları torpaq sahələrini Bələdiyyədən hərrac vasitəsilə aldıqlarını bildirsələr də, məhkəməyə bu barədə heç bir sənəd təqdim edə bilməmişdirlər. İddiaçı1 əvvəldən şəhərdə pasport qeydiyyatında olduğu zaman Qullar Bələdiyyəsindən hərrac vasitəsilə torpaq sahəsi aldığını iddia etmişdir. Halbuki “Bələdiyyələr haqqında” Qanunda göstərilmişdir ki, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına satıla bilər. Eyni zamanda X9 Həlimə Vəli qızına torpaq sahəsini satarkən 28 sentyabr 2018-ci il tarixli Ayrıcı AKT-ı tərtib edərək saxtakarlığa yol verərək AKT-da göstərmişdir ki, Qullar Bələdiyyəsinin 84 saylı xx.xx.2018-ci il tarixli məktubu əsasında əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, Qullar Bələdiyyəsinin 31 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Qullar kənd sakini İddiaçı1 ayrılmış 0,12 ha torpaq sahəsi aşağıda göstərilən ərazidə yerləşir. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinə göndərilən sorğuya 35 saylı, 9 sentyabr 2020-ci il tarixli cavabında Balakən Rayon Dövlət Arxivində mühafizə olunan Qullar Bələdiyyəsinin 31 oktyabr 2006-cı il tarixli, 11 nömrəli protokolunda İddiaçı1 həyətəyanı torpaq sahəsi verilməsi barədə qeydiyyatın aparılmamasını bildirmişdir. Qullar Bələdiyyəsi torpaq sahəsini İddiaçı1 və İddiaçı2 satarkən daha bir saxtakarlığa yol vermişdir. Həmin torpaq sahəsi onun Bələdiyyə ilə faktiki müqavilə əsasında istifadə etdiyi ərazini vətəndaşlara hərrac adı altında Balakən şəhər sakini olan Qallacovaya heç bir əsas olmadan torpaq sahəsini onun adına saxtalaşdırmışdır. Bu da Qallacova ilə Bələdiyyə arasında bağlanan alqı-satqı müqaviləsi və onun da nəticəsində DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən verilən çıxarışın ləğv edilməsinə əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, şikayət hazırki hissədə əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi 19 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünmüşdür ki, həmin müqavilənin Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh arasında Qullar kəndi Çor-Çorbinə adlı ərazidə yerləşən torpaq sahəsi ilə bağlı 01 sentyabr 2019-cu il tarixdə 1 il müddətinə bağlandığı və 01 sentyabr 2020-ci il tarixədək qüvvədə olduğu göstərilmiş, lakin həmin müqavilədə hansı ölçüdə və hansı kateqoriyada torpaq sahəsinin icarəyə verilməsi göstərilməmiş, bu torpaq sahəsinin məhz iddiaçıların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri olması müəyyən edilməmişdir. Ən əsası qanunun tələbinə görə həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğu halda, qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Qanunvericilik torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququnun yaranmasını birbaşa həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlayır. Hətta hipotetik olaraq cavabdehə 1 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə icarəyə verilən ölçüsü göstərilməyən torpaq sahəsinin iddaçıların xüsusi mülkiyyətinə verilmiş sözügedən torpaq sahələrinin eyni olması qəbul olunsa belə, həmin icarə müqaviləsi on bir aydan çox müddətə bağlanılmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından cavabdehin həmin torpaq sahəsinə icarə hüququ yaranmamış, həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Daha sonra birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh 01 avqust 2019-cu il tarixli icarə müqaviləsi üzrə torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmadığından və bu icarə müddəti keçdiyindən iddia etdiyi torpaq sahəsinə icarə hüququ, istifadə hüququ və digər hüquqları mövcud olmamışdır və hazırda da mövcud deyildir. Həmçinin Cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 0,12 ha torpaq sahələrinin alqı-satqı müqavilələrinin tərəfi deyildir, bu müqavilələr və onlar əsasında iddiaçılara verilmiş çıxarışlar onun qanun əsasında yaranmış hüquq və mənafelərinə toxunmur. Qanun yalnız müqavilə tərəflərinin həmin müqavilənin ləğvi tələbini qoymaq hüqununu tanıyır (Mülki Məcəllənin 422-423-cü maddələri). Belə olan halda Cavabdeh, İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd etməyi lazım bilir ki, nəzərə alınmalıdır ki, müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən hansının qarşılıqlı iddiaçıya aidiyyəti var. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, qarşılıqlı iddiaçı öhdəlik münasibətinin subyekti deyil. Yəni müqavilə tərəfi deyil. İkincisi, qarşılıqlı iddiaçının, öhdəlik münasibətinin obyektinə torpağa aid olan hüququ mövcud deyildir. Əksinə torpaq alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilmişdir. İddiaçının qanuni mənafeyi mövcuddur. İlk iddiaçı mövcud olan hüququn müdafiəsini tələb edə bilər. Yəni hüququn müdafiəsi üçün ya o mövcud olmalı, ya da gözlənilən olmalıdır. Bu hüquq iddiaçıda mövcuddur. Qarşılıqlı iddiaçıda isə əksinə, belə bir hüquq mövcud deyildir. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) qarşılıqlı iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq müqavilənin tərəflərinə aiddir. Hazırkı halda isə qarşılıqlı iddiaçı müqavilə tərəfi deyildir. Göründüyü kimi qarşılıqlı iddia tələbi üzrə şikayətin dəlilili əsassızdır. Daha sonra məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, şikayət həmin hissədə də əsassızdr. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın 23 sentyabr 2021-ci il tarixli, 10/4695 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Ancaq DƏDRX tərəfindən İddiaçı1 adına reyestr nömrəsi **********95 olan torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin 0.12 ha torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti tərtib edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tələfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışla İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 2)), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Ancaq DƏDRX tərəfindən reyestr nömrəsi **********94 olan İddiaçı1 adına işlənilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin 0.12 ha torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti tərtib edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 3)), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 4). Daha sonra məhkəmə kollegiyasının qərardadı ilə tikinti-texniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertin 3 aprel 2023-cü il tarixli, 10/391 saylı rəyinədən görünür ki, 1-ci sual üzrə İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1 və yerquruluşu planı 2də göstərilmişdir. 2-ci sual üzrə İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətlərində olan Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.12 ha torpaq sahələrinin koordinatları müəyyən edilmiş, ancaq həmin torpaq sahələrindən mülkiyyətçilər naturada istifadə etmədiyinə görə ölçülərini müəyyən etmək mümkün olmamışdır. 3-cü sual üzrə idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında Cavabdeh Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.80 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hər-hansı bir sənəd aşkarlanmamışdır. Ancaq həmin əraziyə Balakən rayonu, X17-Çorbinə kəndi ərazisində DƏDRX-i tərəfindən sahəsi 0.80 ha reyestr nömrəsi **********04 olan çıxarış tərtib edilmişdir. **********04 reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədinin koordinatlarına əsasən 0.80 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 3-də göstərilmişdir. 4-cü sual üzrə idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında Cavabdeh Balakən rayonu, Çor-Çorbinə kəndində yerləşən 0.80 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hər-hansı bir sənəd aşkarlanmamışdır. Ancaq həmin əraziyə Balakən rayonu, X17-Çorbinə kəndi ərazisində DƏDRX-i tərəfindən sahəsi 0.80 ha reyestr nömrəsi **********04 olan çıxarış tərtib edilmiş və həmin çıxarışın planı və ölçüsü sənədinin çizgilərinin hüdudları daxilində X7 0.5455 ha torpaq sahəsindən naturada istifadə edir (yerquruluşu planı 6). 5-ci sual üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş DƏDRX-nin tərtib etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın reyestr nömrəsi **********95 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin cizgilərinin hüdudları daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur (yerquruluşu planı 4). 6-cı sual üzrə iddiaçılara məxsus torpaq sahəsi ilə Cavabdeh istifadə etdiyi torpaq sahələrinin üst-üstə düşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 4 və yerquruluşu planı 5-də göstərilmişdir. 7-ci sual üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş DƏDRX-nin tərtib etdiyi ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın reyestr nömrəsi **********95 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin cizgilərinin hüdudları daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsi, İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş DƏDRX-nin tərtib etdiyi ********** nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla reyestr nömrəli **********94 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin cizgilərinin hüdudları daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi cavabdeh X6 tərəfindən istifadə olunur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddianın təmin edilmiş hissəsi üzrə mübahisəni ekspert rəyini əlavə sübut növü kimi qəbul edərək həll etməkdə haqlı olmuşdur. Daha sonra kollegiya iddiaçıların adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 16 dekabr 2019-cu il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarışın və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından Reyestr nömrəsi **********94 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarışların ləğvi ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri bu hissədə də əsassızdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu; 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları və s. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsinə dair çıxarış verilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, həmin çıxarışlar İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında verilmişdir. Ona görə də şikayətin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 2(019)-47/2021 saylı, 18 oktyabr 2021-ci il tаrixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əli) manat pulun 25 (iyirmi beş) manatı Cavabdeh, 25 (iyirmi beş) manatı isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X5, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar