Məhkəmə qərarları › İş №2(107)-2004/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2004/2020

18.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2004/2020 18.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı Sedreddinovnanın nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Sedreddinovnanın Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnаməsi ilə(hakim Kamran Süleymanov) iddia tələbi təmin edilmiş, Cavabdeh Oğuz şəhərində yerləşən, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı Sedreddinovnanın xüsusi mülkiyyətində olan 5096 kv.metr (0,5096 hektar) torpaq sahəsinin koordinatları çərçivəsində zəbt edilmiş 0,27 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı Sedreddinovnaya qaytarılması, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Sedreddinovna tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Sedreddinovna Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz şəhərində yerləşən, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan 5096 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon X4 xx xxxxxx 1998-ci il tarixli 75 nömrəli qərarı ilə onların ailə üzvlərinin qanuni istifadəsində olan 5096 kv.metrdən ibarət fındıq bağı çıxılmaqla onlara 0,42 hektar pay torpaq sahəsi verilmişdir. Qanuni istifadələrində olan 5096 kv.metrdən ibarət fındıq bağına onun mərhum ərinin adına xx xxxx 2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır. Ancaq bu yaxınlarda onlara məlum olmuşdur ki, faktiki istifadə etdikləri fındıq bağının sahəsi cəmi 0,26 hektardır. Ona görə də 5096 kv.metrdən ibarət fındıq bağına dair hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına mülkiyyət sənədi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. 5096 kv.metrdən ibarət fındıq bağına dair onun adına xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı vəölçüsü sənədi tərtib edilmişdir. Qeyd olunan sənədlərə əsasən 5096 kv.metrdən ibarət fındıq bağı onun xüsusi mülkiyyətindədir. Ancaq həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. O, mülkiyyətində olan torpaq sahəsini boşaldaraq təhvil verməsini cavabdehə təklif etsə də, cavabdeh torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Hazırda o, xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən onun çıxarılmasını, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında iddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək xüsusi mülkiyyətində olan 5096 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən onun çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında İddiaçı Sedreddinovnanın etibarnamə üzrə nümayəndəsi X8 da iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, mübahisə predmetinə aid olan, iddiaçının zəbt olunduğunu iddia etdiyi torpaq sahəsi onun özünün qanuni istifadəsindədir. Qanuni istifadəsində olan 1,3788 hektar torpaq sahəsinə dair onun adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, həmçinin, həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Qeyd etdiyi əsaslara görə iddiaçının ona qarşı hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki halları tam araşdırılmadan çıxarıldığından qanunsuz, əsassız və ədalətsiz olduğundan aşağıdakı əsaslara görə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Oğuz Rayon Notariat Kantorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Oğuz şəhərində 1.3788 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmiş,həmin torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ********** saylı Çıxarışı almışdır. Həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin qonşuluğunda uzun müddətdə Oğuz rayon "28 May" sovxozunda kolxozçu işləmiş X1 aparılan aqrar islahat ilə əlaqədar olaraq 115 topa fındıq, 5 topa qoz və 1 topa şabalıd ağacları əmək haqqı hesabına əmlak payı kimi verilmiş və həmin bağ ağacları qonşu 0.27 ha torpaq sahəsində yerləşmiş, bir qonşu kimi həmin bağa o, nəzarət etmişdir. Torpaq sahəsi şəhər bələdiyyəsinə, həmin sahədəki fındıq, qoz və şabalıd ağacları isə Nahilə İbadullayevə məxsus olmuşdur, lakin həmin sahəni Nahilə özəlləşdirməmişdir. Onun bağının digər qonşuluğunda isə Oğuz rayon sakini İddiaçı 2019-cu ildə onun ailə üzvülərinin istifadəsində olan 50096 kv.m fındıq bağı çıxılmaqla 0.42 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsü sənədi verilərkən Nahilə İbadullayevanın bağ sahəsi də səhvən İddiaçı verilmiş, Nahilənin həmin ərazidə əmlak payı olması nəzərə alınmamışdır. İddiaçı 0.42 ha torpaq sahəsinin qonşular tərəfindən zəbt edildiyi hesab edərək 2019-cu İldə cavabdehlər X6 və ona qarşı torpaq sahəsinin boşadılması barədə Oğuz Rayon Məhkəməsində iddia qaldırmış, lakin iddiaçı cavabdeh Rəhimov Cavid tərəfindən torpaq sahəsinin zəbt edilmədiyi qənaitinə gələrək xx.xx.2019-cu ildə mülki işin baxılmamış saxlanması və sənədlərin geri qaytarılmasını xahiş etmiş, yenidən ona qarşı məhkəmədə torpaq sahəsinin boşaldılması barədə iddia qaldırmış, onu səhvən cavabdeh kimi tanımışdır. İşə baxan məhkəmə səhvən onu cavabdeh kimi tanıyaraq məhkəməyə dəvət etmişdir. O, məhkəmədə ona məxsus 1,3788 ha torpaq sahəsində yerləşən bağın qanuni istifadədə olduğunu, heç bir torpaq sahəsi zəbt etmədiyini bildirməklə məhkəmə texniki ekspertizası keçirilməsini xahiş etmişdir. Məhkəmə texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/281 saylı rəyinə görə İddiaçı adına verilmiş Çıxarış sənədində göstərilən torpaq sənədi onun adına olan 1,3788 ha torpaq sahəsinin Çıxarışı üzrə kordinatları ilə üst-üstə düşmür və həmin torpaq sahələrinin arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur. Hesab edir ki, hər iki torpaq sahəsi arasında olan bələdiyyə mülkiyyətinə məxsuz torpaq sahəsi xx.xx.1999-cu İldə Oğuz rayonu "28 May" sovxozu tərəfindən X2 verilmiş əmlak payı olaraq findıq, qoz, şabalıd ağacları olan bağıdır və həmin bağ hazırda Nahilə İbadullayevanın istifadəsindədir. Lakin Oğuz rayonu torpaq şöbəsi tərəfindən İddiaçı 5096 kv.m fındıq bağı çıxarılmaqla 0,42 ha pay torpağının plan və ölçü sənədləri tərtib edilərkən, həmin ərazidə "28 May" sovxozu tərəfindən Nahilə İbadullayevaya verilmiş fındıq, qoz və şabalıd bağını nəzərə almamış, 0,42 ha torpaq sahəsinin 0,27 ha bələdiyyə mülkiyyətində olan Nahilə İbadullayevanın bağını da əlavə etmişdir. İddiaçı həmin torpağın plan və ölçü sənəd hesabına 0,42 ha torpaq sahəsinə Çıxarış verilmiş və iddiaçı Nahilə İbadullayevanın bağının onun bağı kimi hesab edərək məhkəmədə iddia qaldırmış, məhkəmə onu cavabdeh kimi tanıyaraq, Oğuz şəhər bələdiyyəsini maraqlı şəxs, Nahilə İbadullayevanı cavabdeh kimi dəvət etmədən və həmin torpaq sahəsinə baxış keçirmədən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Hazırda 83 yaşlı Oğuz şəhəri Axundov küçəsi ev 42-də yaşayan bağ sahibi X3 onun əmlak payı olan bağın yerləşdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin İddiaçı adına verilmiş 0,42 ha torpaq sahəsinin 0,27 ha hissəsinə Çıxarışın etibarsız hesab edilməsi barədə Şəki İnzibati Məhkəməsinə İddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə torpaq sahəsinə baxış keçirmədən məhkəmə texniki ekspertiza rəyinə əsasən qanunsuz, əsassız qətnamə qəbul etmiş, güya onun tərəfindən İddiaçı məxsuz 0,27 ha torpaq sahəsinin zəbt edilməsi və torpağın ona qaytarılmasını qət etmişdir. Hesab edir ki, o, heç bir torpaq sahəsini zəbt etməmiş, onun mülkiyyətində olan 1,3788 ha torpaq sahəsi hazırda qanuni istifadəsindədir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsında İddiaçı Sedreddinovnanın nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh mübahisə predmetinə aid olan ərazinin kimin mülkiyyətində olmasını dəqiqləşdirmək üçün ekspertiza təyin edilməsini, ekspertiza keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini xahiş etdiyinə görə iş üzrə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/281 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,5096 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları eynidir. xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,5096 hektar torpaq sahəsi ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 1,3788 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları ilə üst-üstə düşmür və həmin torpaq sahələrinin sərhədləri arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi mövcuddur.xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,5096 hektar torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/281 nömrəli rəyində istinad edilən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********32 nömrəli məktuba əlavə edilmiş, torpaq sahələrinin yerləşmə sxemindən görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,5096 hektar torpaq sahəsinin 0,27 hektardan ibarət hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 164.1 və 164.2-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.1.-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2.-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, iddiaçının adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi, cavabdehin adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədivə həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində Oğuz şəhəri ərazisində yerləşən 0,5096 hektar, cavabdehin xüsusi mülkiyyətində isə 1,3788 hektar torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahələrinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan 5096 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq həmin torpaq sahəsinin özünün mülkiyyətinə aid olmasına dair hüquqmüəyyənedici sənədlərə, eyni zamanda, ekspert rəyinə və mütəxəssis arayışına istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq 1,3788 hektar torpaq sahəsinə dair öz adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdən başqa məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin izahatında göstərdiyi, mübahisə predmetinə aid olan, iddiaçının zəbt olunduğunu iddia etdiyi torpaq sahəsinin onun özünün qanuni istifadəsində olması barədə xüsusatlara münasibət bildirərək qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,5096 hektar torpaq sahəsinin 0,27 hektardan ibarət hissəsinin cavabdeh tərəfindən zəbt olunduğu ekspert rəyi və mütəxəssis arayışı, həmçinin, həmin torpaq sahələrinə dair yerləşmə sxemi ilə sübuta yetirilməklə cavabdehin bununla bağlı izahatında qeyd etdiyi xüsusatlar təkzib edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 5096 kv.metr torpaq sahəsi hazırda bütövlükdə iddiaçının xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən döngə nöqtələrinin koordinatları ilə eynidir. İddiaçının və cavabdehin xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin sərhədləri arasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mövcud olması iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunması faktını istisna etmir. Birinci instansiya məhkəməsi mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, mübahisə predmetinə aid olan 5096 kv.metr torpaq sahəsinin bütövlükdə iddiaçının xüsusi mülkiyyətinə aid olması iş materialları və işin qeyd edilən faktiki halları ilə sübuta yetirilmişdir. 5096 kv.metr torpaq sahəsi hazırda da iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehin həmin torpaq sahəsinin 0,27 hektardan ibarət hissəsindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakı üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. 5096 kv.metr torpaq sahəsindən (və ya onun bir hisssindən) cavabdehin hər hansı əsasla faktiki olaraq istifadə etməsi torpaq sahəsinin mülkiyyətçisinin həmin torpaq sahəsi üzərində mülkiyyət və istifadə hüquqlarını tam və sərbəst şəkildə həyata keçirməsinin məhdudlaşdırılması üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan 5096 kv.metr (0,5096 hektar) torpaq sahəsinin koordinatları çərçivəsində zəbt edilmiş, mütəxəssis tərəfindən tərtib edilən torpaq sahələrinə dair yerləşmə sxemində göstrilən koordinatlara uyğun 0,27 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməlidir. İddiaçının iddia tələbinin təmin edildiyi nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbinin təmin edilməsi nəzərə alınmaqla birinci instansiya məhkəməsi iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin də cavabdehdən tutulmasını qanunauyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-72/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar