Məhkəmə qərarları › İş №2(107)-201/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-201/2025

25.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-201/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququ verilməklə evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: İstifadə hüququ, evə köçürülmə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququ verilməklə evə köçürülmə tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-696/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, oğlu- Cavabdeh2 adına olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kvm olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı sonradan iddia tələbini dəyişərək məhkəmədən X3 adına olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evinə İddiaçı istifadə hüququ verilməklə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 12 sentyabr 2000-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Cavabdehlə evliliklərindən xx.xx.2001- ci ildə X7 və xx.xx.2006-cı ildə Cavabdeh2 adında iki uşaqları olmuşdur. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2017-ci ilin dekabr ayında Cavabdeh1 ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evi vardır. xx.xx.2020-ci ildə həmin torpaq sahəsini və fərdi yaşayış evini yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 bağışlamışdır.Həmin ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Ev və torpaq sahəsi Cavabdeh2 adına qeydə alındıqdan sonra Ümüd ona bildirmişdir ki, evdən çıxıb getsin.O, da evdən çıxmış və o vaxtdan atası evində yaşamışdır. Hazırda yaşamağa başqa yaşayış yeri yoxdur. Cavabdeh2 cavabdehin himayəsində olduğuna görə Cavabdeh1 onu orada yaşamağa buraxmır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-696/2024 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, 100 manat dövlət rüsumu xərcinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 ilə 12 sentyabr 2000-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Tərəflərin birgə nikahından xx.xx.2001-ci ildə X7 və xx.xx.2006-cı ildə Cavabdeh2 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı Balakən rayonu İtitala kəndində yerləşən 0.1179 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə, Balakən rayon Notariat ofisində 4Ə-63 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu- Cavabdeh2 bağışlamışdır.Ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 İddiaçı həmin evdə yaşamasını istəmədiyindən sonuncu həmin vaxtdan o, evdən çıxaraq atası evində yaşamışdır. Dörd ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan, Balakən rayonu İtitala kəndində yerləşən 0.1179 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evini xx.xx.2020- ci il tarixdə, Balakən rayon Notariat ofisində 4Ə-63 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh2 bağışlamış, bununla əlaqədar həmin ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Sözügedən ev və torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yanaşı, həmin ev və torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ barədə qeydiyyat yazısı da ləğv olunmuşdur. Bununla da İddiaçı həmin evə və torpaq sahəsinə mülkiyyət hüququnu itirmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı işdə mülkiyyətçi olaraq Cavabdeh2 ilə İddiaçı arasındakı münasibətlər 28 fevral 2020-ci ildə yarandığından onlar arasındakı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır.

10. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, İddiaçı məhkəmə iclasında verdiyi ifadəsindən aydın oldu ki, sözügedən ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə Cavabdeh2 mülkiyyətinə keçdiyi gün Cavabdeh2 İddiaçı evdən çıxıb getməsini tələb etmiş, sonuncu da evdən köçüb getmiş və dörd ildən çoxdur ki, həmin evdə yaşamır, o vaxtdan atası evində yaşayır. 07 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsində İddiaçı həmin evdən istifadə hüququ nəzərdə tutulmadığından və o, adıçəkilən ev və torpaq sahəsindən daimi olaraq köçdüyündən, həmin evdən istifadə hüququnu da itirmişdir. İddaçı İddiaçı Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ olmadığından o, həmin evə köçürülə bilməz.

11. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab etmişdir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikаsı Kоnstitusiyаsının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 203-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 82.3-cü maddələrinə, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Balakən rayon məhkəməsinin hakimi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyriobyektiv və qərəzli qətnamə qəbul etmişdir. Qətnamədə iddia tələbinin dəlillərinə tam hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun olmamamışdır. Hesab edir ki, Balakən rayon məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü, Ailə Məcəlləsinin 82.1-ci maddələrinə uyğun olmamışdır.

15. Hesab edir ki, İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olmuş, öz mülkiyyətini oğlu Cavabdeh2 bağışlamış, hazırda isə Cavabdeh2 atası Abdullayev Raṁzı Murad oğlunu yaşayış sahəsindən istifadə etməsinə imkan vermir. Hazırda İddiaçı maddi vəziyyəti çox pisdir, başqa yaşayış sahəsi ilə təmin edilməmişdir. Belə olan halda isə məhkəmə keçmiş ailə üzvü hesab etdiyi iddiaçını göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu saxlamalı idi. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində də əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduğu qeyd edildiyindən mülkiyyətçi olan Cavabdeh2 atası Abdullayev Raṁzı Murad oğlunu ona bağışladığı evdə saxlamaq vəzifəsi vardır.

16. Birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyinə görə iddianı əsassız olaraq rədd etmişdir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda göstərilən halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İşdən də göründüyü kimi, maddi hüquq normasını düzgün tətbiq etməməklə iş mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

17. Yuxarıda sadalanan dəlillər baxımından birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X3 adına olan Balakən rayonuİtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.80 kvm olan fərdi yaşayış evinə İddiaçıistifadə hüququ verilməklə köçürülməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmiş, lakin iş üzrə qətnamə çıxarılarkən həmin tələbin evə köçürülmə hissəsi üzrə araşdırma aparılmış, istifadə hüququnun verilməsi üzrə məhkəmə araşdırma aparmamış və bu barədə qətnamədə hər hansı qeyd aparılmamışdır.

19. Odur ki, Balakən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(019)- 696/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-696/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququ verilməklə köçürülməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-696/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququ verilməklə köçürülməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

25. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Balakən Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, e-2(019)-696/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 12 sentyabr 2000-ci ildə Cavabdeh1 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Digər Cavabdeh2 isə onların xx xxxxxx 2006-cı ildə anadan olmuş övladıdır. Tərəflər birgə nikah münasibətlərində olduqları dövrdə, yəni 26 avqust 2004-cü ildə İddiaçı X2 mülkiyyətində olan Balakən rayonunun İtitala kəndində yerləşən fərdi yaşayış evini qardaşı, yəni hazırkı iş üzrə İddiaçı bağışlamışdır. Mübahisə tərəfləri məhz həmin fərdi yaşayış evində yaşamışlar. 28 fevral 2018-ci il tarixdə isə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. X2 tərəfindən bağışlanmış, Balakən rayonu İtitala kəndində yerləşən 47,80 kv/m metrdən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.1179 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən 16 aprel 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə rəsmiləşdirilmişdir. 07 fevral 2020-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən 16 aprel 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan, Balakən rayonu İtitala kəndində yerləşən 47,80 kv/m metrdən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.1179 ha torpaq sahəsini oğlu Cavabdeh2 bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 28 fevral 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu İtitala kəndində yerləşən 47,80 kv/m metrdən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.1179 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin cavabdeh oğluna bağışlanmasından sonra cavabdehlər tərəfindən onun həmin evdə yaşamasına imkan verilmədiyini əsas gətirən iddiaçı fərdi yaşayış evinə istifadə hüququ verilməklə köçürülməsini xahiş etmiş, cavabdeh tərəf iddia tələbinə münasibət bildirməmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir və cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

34. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X3 adına olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.80 kvm olan fərdi yaşayış evinə İddiaçı istifadə hüququ verilməklə köçürülməsini xahiş etməsi, ərizənin məhkəmənin icraatına qəbul edilməsi, lakin iş üzrə qətnamə çıxarılarkən həmin tələbin istifadə hüququnun verilməsi üzrə məhkəmənin araşdırma aparmaması, bu barədə qətnamədə hər hansı qeydin aparılmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, işdə olan (i.v.39) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən 13 sentyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmış ərizədən görünür ki, İddiaçı iddia tələbini dəyişərək məhkəmədən X3 adına olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evinə İddiaçı istifadə hüququ verilməklə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. İşdə olan birinci instansiya məhkəməsinin 13 sentyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası üzrə iclas protokolundan görünür ki, İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi müzakirə edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

38. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlili ilə razılaşaraq, qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin fərdi yaşayış evinə İddiaçı istifadə hüququnun verilməsi hissəsinə hüquqi qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

39. Birinci instansiya məhkəməsi iddanı evə köçürülmə hissəsində rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən ev və torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yanaşı, həmin ev və torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ barədə qeydiyyat yazısı da ləğv olunmuşdur. Bununla da İddiaçı həmin evə və torpaq sahəsinə mülkiyyət hüququnu itirmişdir. Sözügedən ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə Cavabdeh2 mülkiyyətinə keçdiyi gün Cavabdeh2 İddiaçı evdən çıxıb getməsini tələb etmiş, sonuncu da evdən köçüb getmiş və dörd ildən çoxdur ki, həmin evdə yaşamır, o vaxtdan atası evində yaşayır. 07 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsində İddiaçı həmin evdən istifadə hüququ nəzərdə tutulmadığından və o, adıçəkilən ev və torpaq sahəsindən daimi olaraq köçdüyündən, həmin evdən istifadə hüququnu da itirmişdir.

40. Birinci instansiya məhkəməsi həmçinin mübahisənin həllində hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olması qənaətinə gəlmişdir.

41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı iddiaçının fərdi yaşayış evinə köçürülməsi hissəsində rədd etməkdə haqlı olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamış, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, tərəflər arasındakı münasibətlərin xarakterini maddi hüquq normalarının tələbləri baxımından düzgün müəyyənləşdirə bilməmişdir.

42. Birinci instansiya məhkəməsi mübahisənin həllində Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarına istinad etsə də, mübahisəli hüquq münasibətlərinin daha əvvəldən, yəni, tərəflərin ailə qurmaları, iddiaçının bacısı tərəfindən ona fərdi yaşayış evinin bağışlanması ilə yaranmasını, beləliklə tərəflər arasında yaranmış mübahisənin həllində məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə istinad edilməli olmasını nəzərə almamışdır.

43. Belə ki, İddiaçı ilə Cavabdeh1 12 sentyabr 2000-ci ildə ailə qurmaqla, mübahisəli fərdi yaşayış evi də bacısı tərəfindən iddiaçıya 2004-cü ilin avqust ayının 26-da bağışlanmışdır.

44. Birinci instansiya məhkəməsi isə iddiaçının mübahisəli fərdi yaşayış evini oğlu, digər Cavabdeh2 bağışladığı dövrü mübahisəli hüquq münasibətinin yaranma tarixi kimi qəbul etməkdə səhvə yol vermişdir.

45. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı cavabdeh oğluna bağışlaması, bağışlama müqaviləsində evdən istifadə hüququnun nəzərdə tutulmaması, adına olan qeydiyyat yazısının ləğv olunması ilə əsaslandırmaqla həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3 və 228.4cü maddələrinin tələblərini diqqətə almamışdır.

46. Belə ki, əmlakı bağışlayan iddiaçının bağışlama müqaviləsində buna dair hər hansı bir qeyd şərt nəzərdə tutmaması deyil, əksinə buna dair ayrıca ərizə verməsi, yaxud da müqavilədə buna dair qeyd-şərtin nəzərdə tutulması onun fərdi yaşayış evindən istifadə hüququnu aradan qaldıran hal kimi qəbul edilə bilərdi.

47. Birinci instansiya məhkəməsi iddia tələbinin evə köçürülmə hissəsi üzrə öz mövqeyini həmçinin sonuncunun evdən köçüb getməsi, dörd ildən çoxdur ki, həmin evdə yaşamaması, həmin vaxtdan atası evində yaşaması ilə əsaslandırsa da, iş materiallarından iddiaçının mübahisəli fərdi yaşayış evini könüllü əsaslarla tərk etməsi, mübahisəli fərdi yaşayış evindən istifadəyə ehtiyacının aradan qalxması halları müəyyən edilməmiş, əksinə xeyrinə bağışlama aparılmış cavabdehin ona hədiyyə etmiş atasına münasibətdə ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələrin daşıyıcısı olmasını nəzərə almamışdır.

48. Beləliklə iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmasının müəyyən edildiyi halda birinci instansiya məhkəməsi həmin hüququn itirilməsi qənaətinə gəlməklə, iddia tələbinin istifadə hüququnun verilməsi hissəsi üzrə heç bir dəyərləndirmə aparmamaqla maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

49. Halbuki mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

50. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

51. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

52. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X3 adına olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evinə istifadə hüququ verilməklə köçürülməsi tələbi üzrə işin araşdırılmasında və məhkəmə aktının tərtib olunmasında prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.

53. Məhkəmə kollegiyası iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması ilə hazırda X3 mülkiyyətində olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evindən İddiaçı istifadə hüququnun olması müəyyən edildiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evə köçürülməsini tələb etməkdə haqlıdır.

54. Hüququn verilməsi olmayan bir hüququn verilməsini ehtiva etdiyindən, iddiaçının isə mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olması müəyyən edildiyindən, ona bu hüququn yenidən verilməli olması hissəsində iddia tələbi əsassızdır.

55. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)- 696/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququ verilməklə fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı Daşınmaz əmlakın dövlət reyestrindən 28 fevral 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan, Balakən rayonu İtitala kəndində 0.1179 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kvadratmetr olan fərdi yaşayış evinə köçürülməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.

56. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Kollegiya qeyd edir ki, iddianın qismən təmin edilməsi nəzərə alınaraq İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı onun özünə aid edilməli, 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, İddiaçı verilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-696/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququ verilməklə fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Daşınmaz əmlakın dövlət reyestrindən 28 fevral 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan, Balakən rayonu İtitala kəndində 0.1179 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47,80 kvadratmetr olan fərdi yaşayış evinə köçürülsün. İddiaçı iddiasının qalan hissəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı onun özünə aid edilsin, 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar