Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2011/2020 08.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibiyi, İddiaçı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq Qoruğunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğuna qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dаir mülki iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-988/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun işdə azad edilməsi barədə əmrinin ləğv edilməsi, orada işlədiyi bağban işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçının razılığı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi cavabdeh qismində cəlb edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-988/2020 nömrəli (hakim P.Hacıyev) qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun işdə azad edilməsi barədə əmrinin ləğv edilməsi, orada işlədiyi bağban işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı аpelyаsiyа şikаyəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-988/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xаhiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəkixanovların evində 2015-ci ildən bağban kimi çalışır. Həmin muzey illərlə qəzalı vəziyyətdə olmuşdur. X10 illərlə bu evə təmənnasız qulluq etmiş və həmin evə nəzarət etmişdir. Anası həmin evin qəzalı vəziyyəti ilə bağlı müxtəlif dövlət orqanlarına məlumat vermişdir. Bu muzeyin bərpasına Mehriban xanımın təşəbbüsü ilə 2011-ci ildə başlanmış və 2013-cü ildə bərpa işləri yekunlaşmışdır. Muzeyin açılışında bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Həmin evin muzey kimi fəaliyyəti 2014-cü ilin mart ayından başlanmışdır. Muzey fəaliyyətə başlandıqdan sonra onların evdən iki nəfər işsiz şəxs həmin muzeydə çalışmağa başlamışdır. Altı ildir ki, o və arvadı həmin muzeydə işləyərək fəaliyyətlərini davam etdirmişlər. Həmin müddət ərzində hər hansı narazılıq baş verməmişdir. Turistləri arvadı üç xarici dildə qarşılayaraq yola salmışdır. O isə bağda bağban işləmiş, həmçinin abidənin mühafizəsini təmin etmişdir. Müdiriyyət və gələn turislər heç vaxt onların işindən narazı qalmamışlar. O, bağban kimi həmin muzeydə çalışsa da əlavə olaraq həmin muzeyin mühafizəçisi kimi də işləmişdir. 2018-ci ildən həmin qoruq ərazisi və digər ölkə qoruqlarının bəziləri Dövlət Turizim Agentliyinin hesabına verilmişdir. Elə bütün qarışıqlıq bundan sonra başlamışdır. Şəkixanovların sanitar qovşağında olan su çəni illərlə nasaz olduğundan öz pulu hesabına təmir etmişdir. Agentlik işə başlayandan sonra ona şəxsi büdcəsi vasitəsilə heç bir təmir işi aparmaması, lazım olarsa agentliyə məlumat verməsi bildirilmişdir. Bununla bağlı o, həmin su çəninin dəyişdirilməsini bildirmişdir. Agentlik plastmas su çənini götürüb yeni su çəni qoymuşdur. Ancaq qoyulan həmin su çəni əvvəlkindən kiçik olmuşdur. Bununla bağlı o, agentlikdə çalışan Ülkər xanıma zəng edib məlumat vermiş, qoyulan kiçik su çəninin həm hovuzu, həm sanitar qovşağı, həm də bağı sulamaq üçün kifayət etməyəcəyini bildirmişdir. Bunu bildirəndən sonra Ülkər xanım əsəbləşmiş və aqresiv şəkildə telefonu söndürmüşdür. Bu hadisədən sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə ona müdiriyyət tərəfindən töhmət verildiyi bildirilmişdir. Həmin töhmətin nə səbəbə verilməsindən, ümumiyyətlə, məlumatı olmamış və bununla bağlı ondan hər hansı şəkildə yazılı izahat alınmamışdır. Həmin ay maaşla yanaşı, ona mükafat da verməmiş, Azadə xanımın e-mail vasitəsi ilə verdiyi əmr olduğunu bildirmişlər. Onlar ailəliklə xx xxxx 2020-ci il tarixdən Şəkixanovların evinə işə gedə bilməmişlər. Belə ki, həmin tarixdən muzeydə mühafizə xidməti işə başlamış, onlarda olan bütün açarlar Azadə xanım tərəfindən əllərindən alınmışdır. Daha sonra ölkədə pandemiya ilə əlaqəli karantin rejimi başlamış, digər müəssisə və idarələr kimi onlar da evdə qalaraq maaşlarını almışlar. May ayında muzeydə təmir bərpa işlər başlanılmış, xx xxx 2020-ci il tarixdə Məmməd Əhmədov yeni müdir təyin edilmişdir. Onlar təqdimatda iştirak etmişlər. Yeddi ay ərzində qoruqda üç müdir dəyişilmişdir. Müdir ilk iş günündən başlayaraq hər kəsi (kim ki müddətsiz müqavilə ilə işləyir) çağırıb üç aylıq, yəni müddətli müqaviləyə keçməyi təklif etmişdir. O və digər müddətsiz müqavilə ilə işləyənlər buna etiraz edərək otağı tərk etmişlər. Həmin vaxtı müdir Məmməd Əhmədov otağı tərk edən işçilərə “ona da bu lazım olduğunu” bildirmişdir. Bunun üzərindən bir neçə gün keçmiş müdirin köməkçisi Nərgiz xanım onlara zəng edərək ailəcə baxdıqları illərdə olduğu kimi muzeyin təmizliyini onun arvadına təklif etmiş, həmçinin boşuna durub maaş aldıqlarını, heç olmasa bir işə yaramaqlarını bildirmişdir. Nərgiz xanım onların vəzifə təlimatına uyğun öz işləri olduğunu, digər işlərin görülməsinin təlimat üzrə onlara aid olmadığını bildirmişdir. Bundan sonra o, müdirin qəbuluna gedərək, niyə belə bir təklif etməsini soruşmuş, müdir onun sualına kəskin şəkildə cavab verərək “işləmək istəmirsənsə ərizəni yaz, işdən çıx get” demişdir. Müdirin bu qanunsuz hərəkətləri ilə bağlı Azadə xanıma məlumat vermişdir. Azadə xanım bununla bağlı Məmməd müəllimə zəng edərək hadisəni yoluna qoymağı tələb etmişdir. Bundan sonra Məmməd müəllimin yanına gedərək ondan məqsədinin nə olduğunu öyrənmək istəmiş, sonuncu isə “hər şeyi zəng edib Bakıya çatdırma” demişdir. O isə müdirə “sən işini düzgün işlə” demişdir. Bu sözdən hirslənən Məmməd müəllim onun üstünə gəlməyə başlamış, bu vaxt otaqda olan Nərgiz xanım onu otaqdan çölə çıxarmışdır. Yoldaşı bununla bağlı aralarında olan bütün söhbətlərin şahidi olmuşdur. Bu hadisədən sonra katibə yoldaşına mesaj göndərək onun aprel ayında məzuniyyət çıxmalı olduğunu, lakin məlum karantin səbəbi ilə məzuniyyətə çıxmadığına görə xx xxxx 2020-ci il tarixdən məzuniyyətə çıxaracaqlarını bildirmiş, o da bununla bağlı məzuniyyət ərizəsi yazıb xx xxxx 2020-ci il tarixdə Ziyafət adlı xanıma təhvil vermişdir. Hesab edir ki, təqdim etdiyi məzuniyyət barədə ərizəsi müdir tərəfindən məhv edilmiş və ya qərəzli olaraq gizlədilmişdir. Belə ki, səhəri gün işdən azad edildiyini öyrənmişdir. Bununla bağlı ona töhmət verilməsi və ya işdən azad edilməsi barədə heç bir sənəd verilməmişdir. Dəfələrlə bununla əlaqədar Məmməd müəllimin yanına gedib işdən hansı səbəbdən azad edilməyini soruşmuş və işdən azad olunmasına dair sənədlərin təsdiq edilmiş surətlərini istəmişdir. Hər dəfə müdir onu otağından qovmuşdur. Bundan sonra sorğu tərtib edilmiş və həmin sorğunu Məmməd müəllimə təqdim etmək istəyəndə sorğunu onun üstümə atmışdır. Ona xx xxxx 2020-ci il tarixdə növbəti əmək məzuniyyətinə çıxması ilə bağlı ərizə yazdırılmış, lakin səhəri gün qərəzli olaraq işdən azad edildiyi ona məlum olmuşdur. Cənab Prezident dəfələrlə dövlət məmurlarına xəbərdarlıq etmişdir ki, məlum pandemiya ilə bağlı heç kim işindən azad edilməsin. Pandemiya dövründə dövlət işləməyən minlərlə vətəndaşlara sosial yardımlar etmişdir. Ancaq qoruq müdiri Məmməd müəllim bu halları nəzərə almadan saxtakarlıq edərək qərəzli olaraq onu işdən azad etmişdir. xx xxx 2020-cu il tarixdə onun barəsində 25/k saylı əmr verilmiş, həmin əmrlə ona şiddətli töhmət verilmişdir. Həmin əmrdən sorğu verib cavab alarkən məlumatı olmuş, əmr verilərkən, ümumiyyətlə, izahatı alınmamış, əmrlə tanış olmamış və həmin əmrə imza da etməmişdir. Bütün bunlar müdiriyyət tərəfindən olan saxtakarlıq və özbaşınalıqlardır. Bundan sonra onu xx xxxx 2020-ci il tarixli, 27/k saylı saxta və qanusuz əmrlə bağban işindən azad etmişlər. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Əmək Məcəlləsinin müvafiq normalarına, eləcə də idarənin daxili nizam-intizam qaydalarının pozulmasına formal olaraq istinad edilsə də bilavasitə qərəzlilik münasibətlərinə söykənmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun müdiri Məmməd Əhmədov müxtəlif üsullarla ona süni təzyiqlər edərək istəyinə nail olmağa çalışmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-988/2020 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o Qoruqda heç vaxt özünü pis aparmamış, həmişə qaydalara riayət etmişdir. Lakin yeni rəhbərlik gələndən sonra aralarında soyuqluq yaranmış, əsassız yerə onu tənbeh etmişdir. O, 6 ildir ki, həmin idarədə çalışır və yeganə qazanc yeri həmin idarədir. Hesab edir ki, birinci instansiya məhkəməsi onun iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlməmiş və ədalətsiz qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddiasının təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq Qoruğunun nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıdır. Belə ki, iddiaşı iş yerində nizam-intizama məhəl qoymur, onun qanuni göstərişlərini yerinə yetirmir. İddiaçı neçə dəfə xəbərdarlıq olunmasına, barəsində tənbeh tədbirinin görülməsinə baxmayaraq müsbət nəticə çıxarmamışdır. Ona görə də Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən işdən azad edilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaşı iş yerində lazımi qaydada nizam-intizama məhəl qoymur, özbaşına hərəkətlər etməklə idarənin iş rejimini pozur. İddiaçının barəsində neçə dəfə xəbərdarlıq olunmasına, barəsində inzibati tənbeh tədbirinin görülməsinə baxmayaraq, sonda heç bir müsbət nəticə çıxarmamışdır. Ona görə də Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən işdən azad edilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla birlikdə araşdırıb, işdə iştirak edən şəxslərin izahat və ifadələrini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-988/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisəli əmrin məzmununa xüsusi diqqət yetirməmişdir. Ona görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxxxx 2015-ci il tarixli, 3 nömrəli əmrindən görünür ki, İddiaçı xx xxxxxxxx 2015-ci il tarixdən xüsusi vəsait üzrə bağban işinə təyin edilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə İddiaçı arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixdən Şəkixanovların evində gözətçi vəzifəsinə təyin edilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxx 2019-cu il tarixli, 12 nömrəli əmrindən görünür ki, qoruğun ştat cədvəlində gözətçi ştatı ləğv edildiyindən İddiaçı xx xxxxx 2019-cu il tarixdən bağban işinə keçirilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxx 2019-cu il tarixli, 48/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin X1 əməkdaşına qarşı qeyri-etik davranış göstərdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Yusif Məmmədov tərəfindən Dövlət X3 İdarəetmə Mərkəzinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 37 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı ona verilən tapşırıqlara əməl etməməkdə, vəzifə öhdəliklərinə məsuliyyətsiz və biganə yanaşmaqda, dövlət əmlakına etinasız və laqeyd davranmaqda, Qoruq rəhbərliyi, eləcə də Dövlət Turizm Agentliyinin dolayısı ilə X1 müvafiq səlahiyyətli işçilərinin əleyhinə xoşagəlməz ifadələr və nalayiq sözlər işlədərək problem yaratmaqdadır. İddiaçı tutduğu qanunsuz əməlləri və davranışları haqqında Dövlət X3 İdarəetmə Mərkəzinə xidməti məlumat təqdim etmişdir. İddiaçı Qoruq rəhbərinin verdiyi tapşırıqlara əməl etməyərək turizm obyektinin şəffaf, hesabatlı işinə məhəl qoymayaraq süni manelər törətməkdə, populist fikirlərlə çaxnaşma və ayrımcılıq yaradaraq Qoruğun düzgün işləmə tərzinə və normal xidməti fəaliyyətin aparılmasına maneə törətməkdədir. İddiaçı vəzifə öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşdığına, dövlət əmlakına təlimat və qaydalara uyğun davranmadığına, mərkəzi icra orqanı olan Dövlət Turizm Agentliyinin dolayısı ilə X1 əməkdaşları ilə qeyri-etik münasibət yaratdığına görə, Qoruğun xx xxxxxx 2019-cu il tarixli, 48 nömrəli əmri ilə intizam tənbehinə cəlb edilərək töhmət verilmişdir. Lakin buna baxmayaraq İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq qeyri-adekvat davranışlarım nümayiş etdirməkdə davam etməkdədir. İddiaçı intizam tənbehinə cəlb edildikdən sonra, işdən çıxarılacağı təqdirdə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini, fərdi yaşayış evi ilə yanaşı olan “Şəki xanlarının ev muzeyi”nə xəsarət yetirərək ziyan vuracağını dəfələrlə ifadə etmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Yusif Məmmədov tərəfindən Dövlət X3 İdarəetmə Mərkəzinə ünvanlanmış xasiyyətnamədən görünür ki, İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmamış və qeyri-adekvat davranışlarını nümayiş etdirməkdə davam edir. xx xxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı həmin tarixdə etik davranış qaydalarını pozmuş, rəhbər heyəti təhqir və tənqid etmiş, bu barədə izahatı istənilsə də sonuncu izahat yazmaqdan imtina etmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxx 2020-ci il tarixli, 25/k nömrəli əmrindən görünür ki, Qoruğun rəhbərliyinə qarşı qeyri-etik davranış göstərdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Dövlət X3 İdarəetmə Mərkəzinə ünvanlanmış xx xxx 2020-ci il tarixli, 59 nömrəli xidməti məlumatdan görünür ki, həmin tarixdə baş fond mühafizəçisi Nərgiz Ağayeva ilə iş müzakirəsi zamanı qoruğun bağbanı İddiaçı icazəsiz otağına daxil olmuş, ona yüksək səs tonu ilə “sən” deyə müraciət edərək həyat yoldaşı Rumella Məmmədovanın “Şəkixanovların evi”ndə muzey baxıcısı olduğu üçün Xan sarayına işə gəlməyəcəyini, əks halda həyat yoldaşı ilə birgə gəlib oturacağını bildirmişdir. Xan sarayının muzey baxıcısı Cavanşir Muxtarlı xx xxxx 2020-ci il tarixdən əmək məzuniyyətinə buraxıldığından və Xan sarayında başqa muzey baxıcısı olmadığından “Şəkixanovların evi”ndə muzey baxıcısı vəzifəsində işləyən Rumella Məmmədovaya ehtiyac yaranmış və “Şəkixanovların evi” təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədiyindən X11 sarayında işə çağırılmışdır. İddiaçı rəhbərlik tərəfindən şiddətli töhmət verilməsinə baxmayaraq hələ də rəhbərliyi müxtəlif instansiyalara şikayət edəcəyi ilə hədələmiş, tapşırığını rədd etmiş, eyni zamanda işdən çıxarılacağı təqdirdə rəhbərliyi məhkəməyə verəcəyini dəfələrlə vurğulamışdır. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Dövlət Turizm Agentliyinə ünvanlanmış xx xxx 2020-ci il tarixli, 61 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı Qoruq rəhbərliyi, eləcə də Dövlət Turizm Agentliyinin dolayısı ilə X1 müvafiq səlahiyyətli işçilərinin əleyhinə xoşagəlməz ifadələr və nalayiq sözlər işlədərək problem yaratmaqdadır. İddiaçı Qoruq rəhbərinin verdiyi tapşırıqlara əməl etməyərək turizm obyektinin şəffaf, hesabatlı işləməsinə məhəl qoymayaraq süni manelər törətməkdə, çaxnaşma və ayrımcılıq yaradaraq Qoruğun normal xidməti fəaliyyətin aparılmasına maneə törətməkdədir. İddiaçı qaydalara uyğun davranmadığına, mərkəzi icra orqanı olan Dövlət Turizm Agentliyinin X1 əməkdaşları ilə qeyri-etik münasibət yaratdığına görə Qoruğun xx xxxxxx 2019-cu il tarixli, 48 nömrəli əmri ilə intizam tənbehinə cəlb edilərək töhmət verilmişdir. Lakin buna baxmayaraq İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq qeyriadekvat davranışlarını nümayiş etdirməkdə davam etmiş və xx xxx 2020-ci il tarixdə ona yenidən şiddətli töhmət verilmişdir. İddiaçı intizam tənbehinə cəlb edildikdən sonra işdən çıxarılacağı təqdirdə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini, fərdi yaşayış evi ilə yanaşı olan “Şəkixanovların ev muzeyi”nə xəsarət yetirərək ziyan vuracağını dəfələrlə ifadə etmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Şəki ŞRPŞ-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 64 nömrəli ərizədən görünür ki, İddiaçı qoruq əməkdaşlarını təhdid etmiş və tarixi abidəyə ziyan vuracağını bildirmişdir. Odur ki, onunla bağlı müvafiq tədbir görülməsi xahiş olunmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(075)352/2020 nömrəli qərarının surətindən görünür ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədovun şikayəti əsasında İddiaçı Şəki ŞRPŞ-ə çağırılmış, polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş, həmin vaxt orada xidmət aparan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, buna görə də onun barəsində protokol tərtib edilmiş və məhkəmə tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxxx 2020-ci il tarixli, 27/k saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmiş və ona axırıncı haqq-hesab ödənilmişdir. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixdən “Şəkixanlarının evi”ndə gözətçi işinə qəbul (təyin) edilmiş, qoruğun ştat cədvəlində gözətçi ştatı ləğv edildiyinə baxmayaraq sonuncu xx xxxxx 2019- cu il tarixli əmrlə bağban işinə keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin X1 əməkdaşına qarşı qeyri-etik davranış göstərdiyinə görə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxx 2019-cu il tarixli, 48/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Bundan sonra İddiaçı Qoruğun rəhbərliyinə qarşı qeyrietik davranış göstərdiyinə görə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxx 2020- ci il tarixli, 25/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Beləliklə, İddiaçı ilə bağlanılmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə»bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmiş və ona axırıncı haqq-hesab ödənilmişdir. İddiaçı işəgötürən tərəfindən verilmiş əmrin qanunsuz və əsassız olduğunu iddia edərək hazırkı tələbi müdafiə edir. Cavabdehlər isə iddianı qəbul etmirlər. Göründüyü kimi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyinin tələblərinə əməl etməmiş, buna görə də barəsində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun xx xxxxxx 2019-cu il tarixli, 48/k nömrəli əmri ilə töhmət verilmişdir. İddiaçı həmin intizam tənbehindən nəticə çıxarmamış, altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun xx xxx 2020-ci il tarixli, 25/k nömrəli əmri ilə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı işdən çıxarılacağı halda Qoruq rəhbərliyini dövlətə məxsus muzeyi yandırmaqla hədələmiş, barəsində Şəki ŞRPŞ tərəfindən araşdırma aparılması üçün izahatı alınarkən xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, barəsində Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(075)-352/2020 nömrəli qərarı ilə 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu haqlı olaraq xx xxxx 2020-ci il tarixli, 27/k saylı əmrlə İddiaçı ilə arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam vermişdir. İddiaçı tərəfindən həmin əmrin əsassızlığı ilə bağlı hər hansı sübut təqdim edilməmişdur. Sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü nəzərə alınaraq onun qanunsuz olaraq işdən çıxarılması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və ““Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli 356 nömrəli Qərarının 2-ci hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki Tarix- Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarından göründüyü kimi əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən,əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71.2-ci görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək bildirir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsaslı olmaqla, birinci instansiaya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsaslıdır. Birincisi ona görə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə “bəndinə əsasən işdən çıxarılması qanunsuz olmuşdur. Apellyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyası mübahisələndirilən xx xxxx 2020-ci il tarixli, 27/k nömrəli əmrin rəsmiləşdirmə proseduralarına və əmrin mnəzmununa xüsusi diqqət yetirməyi zəruri hesab etmişdir. Bu zaman müəyyən edilmişdir ki, sözügedən mübahisəli əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını deyil, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları özündə ehtiva edir. Lakin iş materiallarından müəyyən edilir ki, işəgötürən tərəfindən İddiaçı işdən azad edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 27/k nömrəli əmr verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilmiuşdir. Halbuki işçi bu kimi pozuntularla işdən azad olunanda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən azad olunur. Konkret halda da isə İddiaçı əməlində Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tərkibi sübut olunduğu halda, həmin Məcəllənin 70-ci maddəsinin tələblərinə istinad edilməklə əmək müqaviləsinə xitam verilə bilərdi. İkinci, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, heç bir pozuntu törətmədiyini, əmək funksiyalarını lazımınca yerinə yetirdiyini sübut etmək işçinin vəzifəsi olmamaqla, bunun əksini, eləcə də verdiyi əmrin qanuniliyini və zəruriliyini sübutetmə vəzifəsi işəgötürənin üzərinə düşür. Bundan əlavə kollegiya qeyd edir ki, əgər işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla ləğv edərkən həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə riayət etməsini də xatırladır. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsində həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Göründüyü kimi qeyd olunan normalarla bağlı Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılığının alınması qanunvericilikdə imperativ norma göstərilmişdir.
Əmək Məcəlləsinin 288-ci maddəsinin “h” bəndinə görə fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən isə işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir Beləliklə, yuxarıda qeyd olunduğu kimi cavabdeh təşkilat Əmək Məcəlləsinin bir sıra müddəalarına imperativ qaydada riayət etməli olduğu halda etməmişdir. Məhz cavabdeh tərəf işdən azad olunma, müqavilənin ləğvi barədə əmr verərkən əmək funksiyasının və vəzifə təlimtalarının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamaqla yanaşı, məzmununda səhvə yol verilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyаnın qənaətinə görə mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmamış və qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ona görə də məhkəmə kollegiyаsı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 988/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-988/2020 nömrəli qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun xx xxxx 2020-ci il tarixli, 27/k nömrəli əmri ləğv edilsin, İddiaçı işlədiyi bağban vəzifəsinə bərpa edilsin və məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov