Məhkəmə qərarları › İş №2(107)-2019/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2019/2021

03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2019/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızına qarşı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması tələbinə dair iddiası, iddiaçı Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı1 Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması» tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh İddiaçı1 qarşı «mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh və azyaşlı övladı 08.11.2015-ci il təvəllüdlü X4 Mingəçevir şəhəri, Naxçıvan küçəsi 46 saylı evin 13 saylı mənzilindən istifadə hüququnun tanınması və Cavabdeh və azyaşlı övladı 08.11.2015-ci il təvəllüdlü X8 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. işin halları: İddiaçı1 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı isə iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onu və azyaşlı övladı 08.11.2015-ci il təvəlüdlü X8 ilə birlikdə cavabdeh İddiaçı1 adına olan olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilə köçürülməsi, mənzildən istifadə hüququnun tanınması və mübahisəli mənzilin ümumi istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı1 etibarnamə üzər nümayəndəsi-vəkili Vəkil Neynət qızı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Məmmədova X1 şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilinin mülkiyyətçisidir və mülkiyyət hüquqları 10.09.2015-ci ildə qeydə alınmışdır. İddiaçının oğlu İddiaçı2 cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı ilə 22 sentyabr 2014-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Məhkəmənin qətnaməsinə əsasən cavabdeh Gülşüd Məmmədova ilə Əli Məmmədob arasında olan nikah 08.09.2017-ci ildə pozulmuşdur. Ancaq əvvəldən cavabdeh onlarla birgə yaşamamış, cavabdeh uşaqla birlikdə valideynlərinin evində yaşamışdır. Buna baxmayaraq cavabdeh onun mənzilində əşyalarını saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur, mənzildən saxlanc kimi istifadə edir. Cavabdeh iddiaçıya məxsus mənzildən istifadə etməmiş və yalnız qeydiyyat düşməsinə icazə verilmişdir. Ona görə də İddiaçı1 mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən cavabdeh Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının etibarnamə üzər nümayəndəsivəkili X2 iddia ərizəsini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ilkin iddia ilə qəti razı deyil. Belə ki, iddiaçı Cavabdeh İddiaçı2la 22 sentyabr 2014-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından 08 noyabr 2015-ci ildə Canər adlı övladları olmuşdur. Tərəflər ilk vaxtlar mehriban ailə kimi dolansalar da sonradan ailədə söz-söhbətlər yaranmışdır. Bütün bunların nəticəsində 2017-ci ilin avqust ayında Mingəçevir şəhər məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Cavabdeh (Hacıyeva) Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilinə gəlin köçmüş və cehiz əşyaları bu gündə oradadır. Cavabdeh 2015-ci ildə rəsmi olaraq həmin mənzilə pasport qeydiyyatına düşmüş və həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmuşdur. Mənzil özəlləşən zaman Cavabdeh (Hacıyeva) da ailə üzvü kimi razılığı əsasında yaşadığı mənzil cavabdeh İddiaçı1 adına özəlləşdirilmişdir. Gülşad Hacıyeva ilə İddiaçı2 arasında nikah pozulduqdan sonra Cavabdeh mübahisəli mənzilə buraxılmamışdır.Halbuki, onun həmin mənzildən istifadə hüquqları var, həmin mənzildə qeydiyyatdadır və ona məxsus cehiz əşyalar da əmin mənzildədir. Cavabdeh (Hacıyeva) başqa yaşayış yeri yoxdur və cavabdehlər onu mənzilə buraxmadıqları üçün məcbur olub müvəqqəti atası evində yaşayır. Oda görə də Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızını və azyaşlı övladı 08.11.2015-ci il təvəlüdlü X8 ilə birlikdə cavabdeh İddiaçı1 adına olan olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilə köçürülməsi, mənzildən istifadə hüququnun tanınması və mübahisəli mənzilin ümumi istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı-cavabdeh İddiaçı1 apellyasiya şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(107)-21/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı-cavabdeh İddiaçı1 kassasiya şikаyəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2021-ci il tarixli qərarı ilə iddiaçı-cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 mart 2021-ci il tarixli 2(107)-21/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakıçılarının izahatları İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, qətnamə ilə razı deyildir və göstərir ki, onun oğlu İddiaçı2 Cavabdeh ilə 22 sentyabr 2014-cü ildə ailə qurmuşdu. Birgə evlilikdən onların 08 noyabr 2015-ci ildə Canər adlı uşaqları olmuşdur. Tərəflər arasındakı nikah 08 sentyabr 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Göstərir ki, Cavabdeh oğlu İddiaçı2la ailə qurub Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilinə gəlmişdir. Ailə daxili münaqişələri olduğundan Canərin doğulmasından 4 ay sonra Cavabdeh mənzilini tərk etmiş, 20 noyabr 2016-cı ildə yenidən qayıdıb gəlmişdir. Ancaq yenə də birgə yaşaya bilmədiklərindən 26 fevral 2017-ci ildə mənzilini tərk etmişdir. Bu müddət ərzində Cavabdeh oğlu İddiaçı2 qarşı aliment və qızılzinyət əşyaları tələbinə dair iddialar qaldırsa da 2019-cu ilə qədər mənzilə dair hər hansı mübahisə açmamışdır. Bu müddət ərzində Cavabdeh Mingəçevir şəhəri Puşkin küçəsi 9 saylı evin 18 saylı mənzilində yaşamış və hazırda da yaşayır. Mübahisəli mənzil olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin 13 saylı mənzil o, əri İddiaçı3 və övladlarına verilmiş, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 2015-ci ilin sentyabr ayında mənzili özəlləşdirmiş və 10.09.2015-ci ildən mülkiyyət hüquqları qeydə alınmışdır. Hazırda onun mülkiyyətindədir. Cavabdeh mənzilinə gəlin köçərkən yaşayış yeri haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilinə qeydiyyata düşməsinə razılıq vermişdir. Ancaq mənzilindən cavabdehə istifadə hüququ verməmişdir. İşə baxan məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə istinad edərək onun iddiasını rədd, cavabdehin iddiasını təmin etmişdir. Halbuki, Cavabdeh 22 sentyabr 2014-cü ildə mənazilinə köçdüyü üçün Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə çıxarılmalı olsa da bu nəzərə alınmamışdır. Cavabdeh mənzilin özəlləşdirilməsində iştirak hüququ saxlanılmadığından onun adından mənzilin özəlləşdirilməsinə verilmiş razılığın heç bir hüquqi qüvvəsi olmamışdır. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(051)- 816/2019 nömrəli qətnaməsini ləğv edib, ilk iddianın təmin, ikinci iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı-cavabdeh İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh-iddiaçı Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı, onun nümayəndəsi və vəkili X2 cavabdehlər İddiaçı2 və İddiaçı3 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh-iddiaçı Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının nümayəndəsi və vəkili X2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq hazırki işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2021-ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli 2(107)-21/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, İddiaçı2 və Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı arasında nikahın pozulması 08.09.2017-ci il tarixdə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təstdq olunmuş sutərindən görünür ki, İddiaçı2 və Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının birgə nikahından 08.11.2015-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İşdə olan DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına 10.09.2015-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan və notariat qaydasında təsdiq edilmiş Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızı tərəfindən yazılmış ərizələrin surətlərindən görünür ki, Məmmədova (Hacıyeva) X3 şəhəri, Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilin İddiaçı1 adına özəlləşməsinə razılıq vermişdir. İşdə olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı müəssəsi 4 saylı Mənzil İstismar sahəsinin 09.01.2003-cü il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 70 saylı evin, 70 saylı mənzilin X5 adına özəlləşməsində X6 da iştirak etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə istinad etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun özəlləşdirmədə iştirak etmiş şəxslərin mənzilə olan hüquqlarını qorusa da, həmin Qanunun 7-ci maddəsinə görə dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh bundan əvvəl Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 70 saylı evin, 70 saylı mənzilin X5 adına özəlləşməsində az yaşlı olduğundan razılıq ərizəsi yazmadan iştirak etməsini müəyyən etməmiş və işin həmin halına qanunun tələbinə uyğun qiymət verməmişdir. Məhkəmə kollegiyası işin hallarına və qanunun tələbinə əsasən qeyd edir ki, Gülşad Hacıyeva mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan əvvəllər istifadə etdiyindən onun növbəti dəfə, yəni Mingəçevir şəhəri, Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilin özəlləşdirilməsin iştirak etmək hüququ olmamışdır və buna görə də, bu əsasla onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini qət edərkən düzgün nəticəyə gəlməmişdir və buna görə də kollegiya həmin nəticə ilə razılaşmır və hesab edir ki, ilkin iddia tələbinə əsasən Gülşad Hacıyevanın əşyaları mübahisəli mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı-cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(051)-816/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı-cavabdeh İddiaçı1 Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması» tələbinə dair iddia tələbi təmin edilsin. Məmmədova (Hacıyeva) Gülşad Rəşid qızının Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzildəki əşyaları çıxarılsın. Cavabdeh-iddiaçı Cavabdeh İddiaçı1 qarşı «mənzilə istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar