Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-202/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı - İddiaçı Əhmədiyyə oğlunun; Cavabdeh - Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakı il Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnaməsindən İddiaçı Əhmədiyyə oğlu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, Cavabdeh cəmi 1600 manat və 15 manat dövlət rüsumunun alınaraq İddiaçı Əhmədiyyə oğluna verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı Əhmədiyyə oğlunun dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 15 manatının onun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Əhmədiyyə oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qaytarılmalı olan 25000 manatın, 25000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 7500 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əhmədiyyə oğlu sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh ona qaytarılmalı olan 29000 manatın, 29000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 7500 manatın, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin, hüquqi yardım üçün Şəki Regional Vəkil Bürosunun vəkilinə ödədiyi 400 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əhmədiyyə oğlunun sonradan məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Əhmədiyyə oğlu izahatında göstərmişdir ki, Cavabdeh onun həmkəndlisidir. 2019-cu ilin mart ayının 06-07-si arası şəriyi Asimlə Dünyamin onun evinə gəlmişlər. Həmin vaxt Dünyamin lizinq yolu ilə traktor almaq istədiyini, bununla bağlı ona pul lazım olduğunu bildirmiş və buna görə də ona 3000 manat verməsini və lizinqə alacağı traktoru birlikdə işlətməsini təklif etmişdir. O, Dünyamin təklifi ilə razılamış və sabahısı günü Dünyaminə traktor alması üçün 3000 manat vermişdir. Dünyamin sənədləşmə işi düzəltmədiyindən 2 gün sonra ona lizinq yolu ilə traktor ala bilmədiyini bildirmiş, 4500 manat da verməsini və 2500 manat da özünün qoyaraq başqa bir rayondan traktor alacağını təklif etmişdir. O, da Dünyaminlə razılaşaraq ona yenidən 4500 manat pul vermiş və bundan bir neçə gün sonra Dünyamin traktor alıb gətirmiş və həmin traktoru qonşusuna icarəyə vermişdir. Onunla Dünyaminin arasında olan razılığa əsasən həmin traktorla bağlı 2019-cu ilin sentyabr ayına qədər Dünyamin icarədən hər ay ona 240 manat pul verməli, qalan qazanc isə Dünyaminlə həmin traktoru işlədən arasında bölünməli idi. Dünyaminlə aralarında olan razılığa əsasən 2019-cu uilin sentyabr ayında Dünyamin öz sahəsindəki tütünü satıb onun 7500 manat pulunu qaytarmalı idi və həmin vaxta kimi icarə haqqı olaraq 240 manat ona ödənilməli idi. Bundan başqa 2019-cu ilin aprel ayında Dünyamin traktor üçün gübrə səpən alması üçün əlavə olaraq 3000 manat pul lazım olduğunu bildirmiş və həmin pulu 1 ay sonra qaytaracağına söz vermişdir. O, da buna görə Dünyaminə əlavə olaraq 3000 manat pul vermiş və Dünyamin 1 ay sonra, yəni 2019-cu ilin may ayında onun verdiyi 3000 manatı özünə qaytarmışdır. Bundan başqa Dünyamin 2019-cu ilin may ayından sentyabr ayınadək ondan hissə-hissə olmaqla hər dəfə 200-500 manat arasında borc almış və həmin borclarını qaytarmışdır. Həmçinin, Dünyamin ondan 2019-cu ilin mart ayından 2020-ci ilin mart ayına qədər müxtəlif vaxtarda müxtəlif çəkilərdə nisiyə ət almış və onun ət alverindən ona 157 manat dəyərində borcu qalmışdır. Dünyamin 2019-cu ilin avqust ayında onun yanına gələrək ona telefonda Ford markalı avtomobilin şəklini göstərərək həmin avtomobili almaq istədiyini və Şəki-Bakı martşrut xətti açaraq həmin avtomobili işlətmək istədiyini, buna görə də ona 12000 manat pul lazım olduğunu bildirmişdir. O, da Dünyaminə 12000 manat pul vermiş və pul verərkən aralarındakı razılığa əsasən ona Ford markalı avtomobildən əldə edəcək gəlirdən hər ay 600 manat verəcəyini və verdiyi 12000 manatı 2019-cu ilin dekabr ayında qaytaracağını, həmçinin, Ford markalı avtomobili onun adına rəsmiləşdirəcəyini öhdəsinə götürmüşdür. Lakin, Dünyamin onun verdiyi pula Ford markalı avtomobil alsa da, həmin avtomobili onun adına rəsmiləşdirməmiş və həmin avtomobili gətirdikdən 1 həftə sonra həmkəndliləri olan bir oğlana icarəyə vermişdir. O, xx xxxxxxxx 2019-cu il tarixdə özünə məxsus Ford markalı avtomobili satdıqda Dünyamin həmin avtomobili də almaq istədiyini bildirmiş və onlar Ford markalı avtomobili 13000 manata razılaşmışlar. Lakin, o, avtomobili Dünyaminə deyil, öz qardaşı oğluna satmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Dünyamin yenidən onun yanına gələrək bir dənə də Ford markalı avtomobil almaq istədiyini, bununla bağlı ona 11500 manat pul lazım olduğunu bildirmişdir. O, Dünyaminə 11500 manat pul vermiş və Dünyamin ona Ford markalı avtomobillə traktorun pulunu xx xxxxxxxx 2019-cu il tarixdə qaytaracağına söz vermişdir. Dünyamin ona xx xxxxxxx 2019-cu il tarixdə 15900 manat pul vermiş və həmin vaxt Dünyaminin ona 1 ədəd Ford markalı avtomobildən və traktordan 4100 manat borcu qalmışdır. Həmin puldan əlavə Düyaminin digər Ford markalı avtomobilə görə verdiyi 12000 manat əsas borcu və 5 aylıq icarə pulu olan 3000 manat olmaqla, cəmi 15000 manat borcu qalmışdır. Dünyamin 2019-cu ilin oktyabr ayında ləpə alverinə başlamış və buna görə də Dünyamin ondan 4000 manat borc almış və ona 2020ci ilin mart ayına qədər bütün borclarını ödəyəcəyinə söz vermişdir. Dünyamin ona xx xxxx 2020-ci il tarixdə 7000 manat pul qaytarmış və Bakı şəhərində 1 ton ləpəsinin olduğunu, həmin ləpəni satdıqdan sonra qalan borcunu da qaytaracağını bildirmişdir. Lakin, Dünyamin ona olan borcunu tam şəkildə qaytarmamış və hazırda Dünyaminin ona 20600 manat borcu qalmışdır. Dünyamin ona olan borcu ilə bağlı bildirdikləri ilə onun tələb etdiyi məbləğlər arasındakı fərq icarə pulları ilə bağlıdır. Həmin pulları verəndə yanında şahid olmamışdır. Arlarında olan pul söhbətini traktoru işlədən şəxs bilsə də, həmin şəxs onlar arasında olan söhbəti eşitməmişdir. Onun Dünyaminə borca pul verməkdə məqsədi borc verdiyi pullara alınan texnikalardan aylıq icarə pulu almaq olmuşdur. O, Dünyamindən qalan borcunu istədiyindən Dünyamin onun borcunu qaytarmaq əvəzinə ondan polis şöbəsinə şikayət etmişdir. Dünyamin həmin şikayət ərizəsində göstərmişdir ki, guya o, Dünyamini hədələmişdir. Halbuki, belə bir şey olmamışdır. Həmçinin, bir neçə gün əvvəl barışıq üçün kənd icra nümayəndəsi onları dəvət etmiş, lakin, mübahisəni öz aralarında həll etmələri alınmamışdır. Hazırda Cavabdeh ona 29000 manat borcu vardır. Buna görə də də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiası əsaslıdır və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Əhmədiyyə oğlunun nümayəndəsi (vəkili) X1 da mahiyyət etibarı ilə İddiaçı Əhmədiyyə oğlu ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Əhmədiyyə oğlu onun həmkəndlisidir. O, xx xxxxxx 2019-cu ildə hər ikisinin tanışı olan Asim adlı şəxsin köməyi ilə Mehrəlidən 3000 manat borc pul almışdır. Həmin pulu Masallıdan aldığı traktoru gətirmək və həmin traktoru təmir etdirmək məqsədi ilə almışdır. Həmin traktoru etibarnamə əsasında almış və traktorla yalnız öz işlərini görmüş, traktor sürənə də gündəlik 20 manat pul vermişdir. O, traktor üçün gübrəsəpəni Gəncədən 1000 manata almış və bununla bağlı Mehrəlidin 3000 manat almamışdır. Bundan 10 gün sonra iddiaçıdan traktorun digər hissələrini təmir etdirmək üçün 2000 manat borc pul almış və həmin pulu aldıqda Mehrəliyə 5000 manat borcunun olduğunu və 2019-cu ilin iyin-iyul aylarında taxılını biçib borcunu qaytaracağını bildirmişdir. Mehrəli də ona 5000 manatın faizi ilə birlikdə 7000 manat təşkil etdiyini bildirmişdir. O, 2019-cu ilin iyin-iyul aylarında taxılını biçib Mehrəliyə 7000 manat qaytarmış və bundan 10-15 gün sonra fəhlələrinə vermək üçün pul lazım olduğuna görə Mehrəlidən yenidən 5000 manat borc istəmişdir. Mehrəli isə ona 3800 manat borc vermiş və mağazasına olan 200 manat ət borcu ilə birlikdə Mehrəliyə 4000 manat borcu yaranmışdır. O, bundan 10 gün sonra Mehrəlidən 1000 manat da borc almış və onun Mehrəliyə 5000 manat borcu yaranmışdır. Mehrəli ona 1000 manatı verdikdə 1 ay sonra 6000 manat alacağını bildirmişdir. O, da 1 ay sonra Mehrəliyə 6000 manat qaytarmışdır. O, özünə Ford markalı avtomobil almalı idi və Mehrəlinin pulunu qaytardıqdan sonra əlində 9000 manat pulu qaldığından yenidən Mehrəlidən 3000 manat borc alaraq 12000 manata Ford markalı avtomobil almışdır. O, həm əkin sahəsinə, həm də Bakı şəhərinə sürməklə aldığı Ford markalı avtomobildən bir müddət istifadə etmiş və sonradan həmin avtomobili həmkəndlisi olan Nəvai adlı şəxsə icarəyə vermişdir. Həmin vaxt Mehrəlinin özünün də Ford markalı avtomobili var idi və o, Mehrəlidən həmin Ford markalı avtomobili icarəyə istəmişdir. Mehrəli əvvəlcə onunla razılaşsa da, sonradan həmin Ford markalı avtomobili öz qardaşı oğluna verdiyini bildirmiş və ona Ford markalı avtomobil tapmasını və almaq üçün pulunu özünün verəcəyini bildirmişdir. O, da başqa bir Ford markalı avtomobil tapmış və bununla bağlı Mehrəli ona 11500 manat borc vermişdir. O, Mehrəlinin verdiyi pulu 1 aya qaytarmalı idi. O, əvvəldən qalan 3000 manata və 11500 manatla bağlı əlavə 1 aya görə Mehrəliyə 3000 manat faiz verməli idi, lakin, həmin borcu qaytara bilməmişdir. Bundan 2 ay 15 gün sonra Mehrəli borcunu ondan tələb etmiş, o da tütününü satıb Mehrəliyə 2019-cu ilin oktyabr-noyabr aylarında 17000 manat qaytarmışdır. Həmin vaxt Mehrəli ona 4100 manat borcunun qaldığını bildirmişdir. O, Mehrəlinin qalan borcunu 1-2 ay müddətində qaytara bilmədiyinə görə Mehrəlidən ona əlavə vaxt almasını Asimdən xahiş etmişdir. Lakin, Asim ona Mehrəlidən vaxt ala bilməyəcəyini bildirmişdir. O, xx xxxx 2020-ci il tarixdə Mehrəliyə 7000 manat qaytarmış və Mehrəliyə 157 manat ət borcunun qaldığını və ona başqa borcunun qalmadığını bildirmişdir. Həmin vaxt Mehrəli onu hədələməyə başlamışdır. O, da Mehrəlinin həmin hərəkətləri ilə bağlı Şəki ŞRPŞ-nə şikayət etmişdir. O, Mehrəlidən cəmi 24000 manat borc almış və qarşılığında Mehrəliyə 37000 manat qaytarmışdır. Mehrəli ona borcu aylıq 10 faizlə vermiş və onu müflis etmişdir. Onunla Mehrəli arasında 240 manatla bağlı alış-veriş söhbəti, o cümlədən icarə pulu söhbəti olmamışdır. Onun hazırda Mehrəliyə 157 manat ət borcu vardır və iddianı həmin hissədə qəbul edir. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil da mahiyyət etibarı ilə Cavabdeh ilə eyni məzmunlu izahat verərək, iddianın 157 manat həddində təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı Əhmədiyyə oğlu və Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı Əhmədiyyə oğlu apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, onun tərəfindən cavabdehə 24500 manatdan artıq pul verilməsi, maşınların pulunun onun tərəfindən ödənilməsi və sair halları sübut etmək üçün şahidlərin gətirilməsi üçün vaxt verilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatı və göstərdiyi dəlilləri ilə əsaslandıraraq Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnаməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Əhmədiyyə oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, İddiaçı Əhmədiyyə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnаməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)- 780/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh xx xxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-də yazdığı izahatında göstərmişdir ki, təxminən 2019-cu ilin mart ayında həmkəndlisi Mehralı adlı şəxsdən 3000 manat, aprel ayında 2000 manat pulu 10 faiz üstünə gəlməklə götürmüşdür. Həmin pulu 2019-cu ilin iyun ayında 10 faiz üstünə gəlməklə 7000 manatını qaytarmaşdır. Yenidən 2019-cu ilin iyul ayında 4000 manat və 1000 manat pulu 10 faizlə götürmüşdür. Həmin pulları sentyabr ayında faizi ilə birlikdə Mehralı adlı şəxsə qaytarmışdır. Həmçinin, 2019-cu ilin iyul ayında 3000 manat pul götürmüşdür. 2019-cu ilin sentyabr ayında yenidən 11500 manat pul götürmüşdür. 2019-cu ilin noyabr ayında 17000 manat pulu vermişdir, aldığı pulun faizini 2020-ci ilin mart ayında ümumi faizi 7000 manat olmaqla vermişdir. O, həmkəndlisi Mehralı adlı şəxsə olan borcunu sonuncuya ödəyib qurtardığını bildirdikdə, Mehralı borcunu qurtarmadığını, 20600 manat borcunun olmasını ona bildirmişdir. 2020-ci ilin mart ayından bu günə qədər Mehralı onu və ailəsini öldürməklə hədələmişdir. xx.xx.2020-ci il tarixdə də onu yenidən öldürməklə hədələmişdir. Mehralı adlı şəxs onu ölümlə hədələyərkən hədənin icrasına yönələn hər hansı hərəkət etməmişdir. İddiaçı Əhmədiyyə oğlu xx xxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-də yazdığı izahatında göstərmişdir ki, o, Cavabdeh ŞəkiŞRPŞ-nə ünvanladığı müraciəti ilə tanış olmuşdur. Həmin şəxsonun həmkəndlisidir. Həmin şəxs ondan 2019-cu ilin mart ayında 7500 manat traktoralmaqdan ötrü borc olaraq almışdır. xx.xx.2019-cu ildə həmin şəxs ondan yenidən12000 manat pulu “Ford” adlı avtomobil almaqdan ötrü borc olaraq almışdır, eləcə dəhəmin “Ford” adlı avtomobili aldıqdan sonra Bakı-Şəki marşrutu üzrə başqa bir şəxsəarendaya verməli idi. Sonuncu məbləği dekabr ayında ödəyəcəyini Dünyamin ona bildirmişdir. Dünyamin adlı şəxs həmin borcu hər ay həmin marşruta buraxdığıavtomobilin arendasından yığaraq verəcəyini bildirirdi. Yenidən sentyabr ayında ondan ikinci “Ford" markalı avtomobil alacağını bildirirək, 12500 manat borc almış və 1 ay sonraqaytaracağını bildirmiş, eləcə də həmin avtomobili də marşruta buraxacağını vəmarşrutdan alacağı pul ilə borcunu qaytaracağını bildirmişdir. Beləliklə, ümumilikdə o Dünyamin adlı şəxsə 32000 manat pul vemişdir. xx.xx.2019-cu il tarixdə Dünyamin adlışəxs ona olan borcunun 15900 manatını qaytarmışdır. 15.11 2019-cu il tarixdə Dünyaminadlı şəxs ondan yenidən 4000 manat borc pulalmışdır. xx.xx.2020-ci il tarixdə Dünyaminadlı şəxs ona olan 20100 manat borcundan 7000manatını qaytarmış və ona 13100manat borcu qalmışdır. Hal-hazıradək Dünyamin adlı şəxs ona olan həmin borcunuqaytarmamışdır. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində küçəyə çıxmış, həminvaxt küçədə Dünyamini avtomobildə oturaraq dayandığını görmüşdür. O, Dünyamin adlışəxsə yaxınlaşaraq aralarında olan borc məsələsinin həlli ilə bağlı razılaşmalarınıbildirmişdir. Daha sonra isə həmin yeri tərk etmişdir. O, həmin şəxsə borca pul vermiş və borcapul verdikdə həmin şəxs xırda biznes quraraq, həmin biznesdən əldə etdiyi gəlir ilə ona olan borcunu qaytaracağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə isə onu və ailəsiniöldürməsi ilə hədələməsi barədə deyilənlər tamamilə yalandır, şər və böhtandır. Beləki, həmin şəxs ona olan borcunu qaytarmamaqdan ötrü bu cür hərəkətlərə yol verərək onun üstünə böhtan atmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqaviləsi sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrinin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında başqa hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə müxtəlif məbləğlərdə borc pul vermişdir. Yəni tərəflər arasında borc münasibətlərinin olduğunu hər iki tərəf etiraf edir. İddiaçı cavabdehə 2019-cu ilin mart - sentyabr aylarında traktor almaq üçün bir neçə dəfəyə cəmi 7500 manat, traktor üçün gübrə səpən alması üçün əlavə 3000 manat, Ford markalı avtomobilin alınması üçün 12000 manat, başqa bir Ford markalı avtomobil üçün 11500 manat pul verdiyini, iddiaçının cavabdehlə arasında olan razılığa əsasən alınmış traktorla bağlı 2019-cu ilin sentyabr ayına qədər cavabdeh icarədən hər ay ona 240 manat Ford markalı avtomobillərin hər birindən əldə edəcək gəlirdən hər avtomobil üçün hər ay 600 manat pul verməli olduğunu, cavabdehin ona xx xxxxxxx 2019-cu il tarixdə 15900 manat, xx xxxx 2020-ci il tarixdə 7000 manat olmaqla cəmi 22900 manat qaytardığını, cavabdehin ona qalan borcunun 29000 manat olduğunu bildirmişdir. Cavabdeh isə həqiqətən, iddiaçıdan müxtəlif vaxtlarda faizə pul aldığını və həmin borcu artıqlaması ilə qaytardığını, həmçinin traktor, Ford markalı avtomobillər almaq üçün iddiaçıdan 24 000 manat aldığını əvəzində 37000 manat qaytardığını bildirmişdir. Lakin tərəflər arasında borcun verilməsi barədə yazılı müqavilə və borcun qaytarılması barədə yazılı qeyd olmamışdır. Eyni zamanda iddiaçı həm traktor, həm də Ford markalı maşınların istismarı nəicəsində əldə ediləcək gəlirin bölüşdürülməsi barədə də heç bir sübut təqdim edilməmişdir. Belə olan halda traktor və avtomobillərin alınması üçün cavabdehə borc verdiyini və həmin traktor və avtomobilin istismarı nəticəsində əldə edilən qazancdan (gəlirdən) pay alınmasını sübutetmə yükü iddiaçının, etiraf etdiyi borcun qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə iclasları zamanı İddiaçı Əhmədiyyə oğlu Cavabdeh ona 29000 manat borcunun olduğu, Cavabdeh vəkili və nümayəndəsi isə İddiaçı Əhmədiyyə oğluna 157 manat ət borcunun olduğunu bildirərək bununla bağlı izahatlar versələr də, onlar həmin izahatlarında göstərdikəri halları təsdiq edəcək hər hansı bir sübutu məhkəmələrə təqdim təqdim edə bilməmələrini nəzərə alaraq məhkəmə kollegiyası onların daha əvvəl Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsində xx xxxxx 2020-ci il tarixdə verdikləri izahatlarına istinad etməyi daha doğru hesab edir. Belə ki, Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsində təhqiqat araşdırması zamanı Cavabdeh xx xxxxx 2020-ci il tarixdə izahat verərkən İddiaçı Əhmədiyyə oğlundan 2019-cu ilin mart ayında 3000 manat, aprel ayında 2000 manat, 2019-cu ilin iyul ayında 4000 manat və 1000 manat, 2019-cu ilin iyul ayında 3000 manat, 2019-cu ilin sentyabr ayında yenidən 11500 manat aldığını bildirmişdir. İddiaçı Əhmədiyyə oğlu isə Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsində təhqiqat araşdırması zamanı xx xxxxx 2020-ci il tarixdə izahat verərkən Cavabdeh ona olan borcundan xx.xx.2019-cu il tarixdə 15900 manat və xx.xx.2020-ci il tarixdə 7000 manat qaytardığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Əhmədiyyə oğlu Cavabdeh ümumilikdə cəmi 24500 manat borc vermiş, Cavabdeh da həmin borcdan 22900 manatını qaytarmış və Cavabdeh İddiaçı Əhmədiyyə oğluna 1600 manat borcu qalmışdır. Yəni, İddiaçı Əhmədiyyə oğlu Cavabdeh 24500 manatdan artıq məbləğdə borc verməsini, Cavabdeh isə İddiaçı Əhmədiyyə oğlunun ona verdiyi müəyyən edilən 24500 manatın 22900 manatdan artıq qalan 1600 manatını ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də İddiaçı Əhmədiyyə oğlu Cavabdeh borc verdiyi və qaytarılmamış 1600 manatı tələb etmədə haqlıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, 29000 manatın bu günədək qaytarılmaması ilə bağlı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin, habelə hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 7500 manat zərərin vurulması ilə bağlı, ocümlədən hüquqi yardım üçün Şəki Regional Vəkil Bürosunun vəkilinə 400 manat ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbinin qalan hissəsi əsassız olduğundan təmin edilməməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, apellyasiya şikayətləri ancaq formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Halbuki, Mülki Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Əhmədiyyə oğlu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-780/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-202/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-202/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver