Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2024/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh və üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(025)-398/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(025)-398/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, JN-247A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və JN- 163 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,21 ha torpaq sahəsinə gedən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması (Azərbaycan Respublikası “X3” MMC tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq), qeyd edilən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsində olan ağac çəpərlərinin Cavabdeh tərəfindən sökülürək torpağın əvvəlki vəziyyətinin bərpa olunması, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayon Mıxlıqovaq kəndində ona məxsus 0.12 ha həyətyanı və 0.21 ha pay torpaq sahələrinə gələn hissəsində cavadeh Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə yerləşən çəpərin cavabdeh tərəfindən sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa olunması, həmin torpaq sahəsində hərəkətə maneənin aradan qaldırılması, yeni maneə yaradılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18.03.2021-ci il tarixdə İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə təqdim edərək cavabdehin qanunsuz hərəkəti ilə bağlı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə dövlət rüsumu, işə aid təsdiqedici arayışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 9 saylı Qəbələ rayon filialına ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməsi, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin artırılması ilə bağlı ərizə təqdim edərək mülki iş üzrə təyin edilmiş ekspertiza xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayır. Onun 0.12 hektar həyətyanı və 0.21 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat komissiyası tərəfindən verilən 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarında öz əksini tapmışdır. Bu hal Azərbaycan Respublikası (AR) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə (JN-247A. KOD ********) və Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-0163 Kod ********) ilə təsdiq edilir. Ona məxsus torpaq sahələrinə gələn ərazi hissəsində nəqliyyat növləri və piyadalar üçün ümumi istifadədə olan yolu son 2 (iki) il ərzində qonşu Cavabdeh (bundan sonra-cavabdeh) qanunsuz zəbt etmişdir və çəpərlə bağlamışdır. Bunun nəticəsində onun və ailə üzvlərinin həmin ərazidən istifadə (hərəkət) məhdudlaşdırılmışdır və ona məxsus torpaq sahəsinə gediş-gəliş mümkünsüz olmuşdur. Belə ki, torpaq sahəsinə giriş üçün giriş-çıxış qapısı həmin yoldandır. Mübahisə predmeti həmin ərazi nəqliyyat və piyadalar üçün ümumi istifadədə olan torpaq sahəsində mövcud olan yoldur. Cavabdeh həmin yolu qanunsuz bağlamaqla, hərəkətə maneə yaratmış və maraqlarına toxunmuşdur. Cavabdehin bu hərəkəti ilə bağlı, qardaşları Soltanov Müsəllim və Nümayəndə dəfələrlə onunla müzakirə edilməsi nəticəsiz olmuşdur. 21.12.2020-ci il tarixində bu məsələ ilə bağlı Mıxlıqovaq kənd Bələdiyyəsinə ərizə ilə müraciət olunmuşdur. Müraciətə 23.12.2020-ci il tarixli 61 saylı cavab məktubu göndərilmişdir. Cavabda ünvan üzrə əraziyə baxış keçirildiyini və mübahisəli məsələnin onların səlahiyyəti xaricində olduğu bildirilmiş və aidiyyatı üzrə ünvan Kadastr İdarəsinə, yaxud, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur (cavabın surəti ərizəyə əlavə edilmişdir). Qəbələ rayon Kadastr İdarəsinə şifahi müraciətə cavab olaraq bildirdilər ki, “məhkəməyə müraciət etməlisiniz və məhkəmənin göstərişi əsasında biz bu məsələni həll edə bilərik”. Eyni zamanda, 21.12.2020-ci il tarixində Mıxlıqovaq kənd inzibati ərazi üzrə nümayəndəliyinə ərizə ilə müraciət olunmuşdur. Müraciətə 23.12.2020-ci il tarixli cavab məktubu göndərilmişdir. Cavabda göstərilir ki, “Mübahisəli əmlak məsələləri bizim səlahiyyətimiz xaricində olduğu üçün məhkəməyə müraciət etməlisiniz” (cavabın surəti ərizəyə əlavə edilmişdir). Göstərilən səbəbdən məhkəməyə müraciət zəruriyyəti, yaranmışdır. Hesab edir ki, iddia ərizəsinə mahiyyəti üzrə baxılması zamanı, sözügedən qurumların nümayəndəsinin maraqlı şəxs qismində məhkəmədə iştirakı zəruridir. Cavabdehin bu qanunsuz hərəkəti və özbaşınalığı qonşu torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə təcavüz etməsi, eyni zamanda mübahisə predmeti olan ərazidə yol hərəkəti iştirakçılarının hərəkətinə süni maneə yaradılması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Birinci instansiya məhkəməsinin iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri X5 izahatında bildirdi ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. 1996-cı ildə islahatlar keçirilən zaman həmin sahədə yol yeri nəzərdə tutulmayıb, torpaq sahəsinin xəritəsində də bu mövcud deyil. Əraziyə baxış keçirilən zaman Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Dövlət aktıının olduğunu iddia etsə də, o sənədi təqdim etmədi. Cavabdehin mülkiyyət hüuqunu təsdiq edən sənəd mövcud deyildir. Təqdim edilmiş ekspertiza rəyi ilə razıdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə (hakim) iş üzrə qətnamədə iddia tələbinin artırılmasına dair 18.03.2021 -ci il tarixdə məhkəməyə təqdim edilmiş, iddia ərizəsinə əlavə edilmiş tələblər barədə, xüsusilə, mənəvi zərərin ödənilməsinə dair əsaslı münasibət bildirməmişdir. Həmin tələblərin hansı əsaslarla təmin edilməməsi qətnamədə qeyd olunmamışdır. Göründüyü kimi, iş üzrə qətnamənin təmin edilməmiş hissəsinə münasibətdə, hüquqi cəhətdən natamamlıq mövcuddur. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(025)- 398/2021 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsinin sübutların qiymətləndirilməsi hissəsində bildirilir ki, mübahisəli torpaq sahəsinə Mıxlıqovaq kənd bələdiyyəsi tərəfindən baxış keçirilmişdir. O, burada iştirak etməmişdir və guya həqiqət etiraf olunmuşdur. Belə baxış keçirilməyib və o, orada iştirak etməmişdir. Olmayan fakta dair sübut nəinki mövcud ola bilər, heç mötəbər də sayıla biməz. X3 MMC-nin 03.06.2021- ci il tarixli 227 saylı ekspert rəyinin əsaslandığı hüquq müəyyən edici sənədlərin iddiaçının tələblərini hansı cür təsdiq etdiyi ona elan olunmamış və bu barədə heç bir rəsmi rəylə tanış deyildir. Məhkəmə cavabdehin bu hüquqlarını kobud şəkildə pozaraq birtərəfli qərar çıxarmışdır. Bu da hər kəsin məhkəmə qarşısında bərabərliyinə dair konistitutsiyanın prinsiplərini kpbud şəkildə pozmaq deməkdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(025)- 398/2021 nömrəli qətnaməsinə yenidən baxılmasını, mübahisələndirilən torpaq sahəsinə mütəxəssislərin tərəflərin iştirakı ilə baxış keçirməsini, Kənd Bələdiyyəsi tərəfindən yalan məlumat verilməsinin hüquqi məsuliyyətinin aydınlaşdırılmasını və X4 MMC-nir rəyinin əsaslandığı hüquqmüəyyənedici sənədlərə düzgün qiymət verilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin, Cavabdeh verdiyi apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin, İddiaçı verdiyi apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin nümayəndəsi X6 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(025)-398/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN-0163 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı tam mülkiyyətinə 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-163 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı tam mülkiyyətinə 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-247A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı tam mülkiyyətinə 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş “X3” MMC-nin 03.06.2021-ci il tarixli 227 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlər əsasında mübahisələndirilən yol sahəsi üzrə naturada, eləcə də ərazinin ümumi xəritəsi üzərində (X2) aparılan ekspertiza tədqiqatı zamanı iddiaçının orta uzuluğu 26 m, eni 7 m ölşüdə olan yol yeri kimi istifadə etmək istədiyi torpaq sahəsi Kompleks Yerquruluşu Layihəsində ümumi istifadədə olan yol yeri kimi təsvir olunmuşdur. Həmin yol sahəsi naturada hər iki tərəfdən cavabdeh tərəfindən ağac çəpərlə bağlanmışdır. Mübahisəli ərazi üzrə ərazinin ümumi xəritəsi üzərində nəzərdə tutulan və təsvir olunan yol sahəsi bələdiyyə mülkiyyəti olmaqla ümumi istifadə üçün nəzərdə tutulan torpaqlardır Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1 və 29.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 152.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi JN-247A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, həmçinin Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,21 ha torpaq sahəsi JN-163 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçının mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. Hazırda iddiaçı Qəbələ rayon Mıxlıqovaq kəndində ona məxsus 0.12 ha həyətyanı və 0.21 ha pay torpaq sahələrinə gələn hissəsində cavadeh Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə yerləşən çəpərin cavabdeh tərəfindən sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa olunması, həmin torpaq sahəsində hərəkətə maneənin aradan qaldırılması, yeni maneə yaradılmasının cavabdehə qadağan olunmasını, cavabdehin qanunsuz hərəkəti ilə bağlı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə dövlət rüsumu, işə aid təsdiqedici arayışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 9 saylı Qəbələ rayon filialına ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməsi, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, ona verilməsini, həmçinin Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. İddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, iddiaçı ona verilməsini tələb etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli və JN-247A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və JN-163 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,21 ha torpaq sahəsinə gedən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılmalı, Qeyd edilən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsində olan ağac çəpərləri Cavabdeh tərəfindən sökülürək torpağın əvvəlki vəziyyəti bərpa olunmalı, iddianın qalan hissəsi təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayəti ilə əlaqədar olaraq bildirir ki, o, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq, iddiaçı olaraq ona verilməsini tələb etsə də, bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinə gəlincə isə, cavabdehin mübahisəli əraziyə baxış keçirilmədiyi barədə göstərdikləri iş materialları ilə və işdə olan əsaslılığı şübhə doğurmayan ekspert rəyi ilə təsdiq edildiyindən şikayətin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı və cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(025)-398/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(025)-398/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2024/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2024/2021
27.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver