Məhkəmə qərarları › İş №2(107)-2034/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2034/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2034/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1, iddiaçının vəkili X7, Cavabdeh, onun vəkili X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)- 1117/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-1117/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 28 may 2012-ci ildə anadan olmuş X18 ilə birlikdə Cavabdeh yaşadığı Qəbələ rayonu, Yemişanlı kəndində 0,46 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 28 may 2012-ci ildə X18 anadan olmuşdur. Cavabdehlə rəsmi ailə qurduqdan sonra onun valideynlərinin yaşadığı, Qəbələ rayonu Yemişanlı kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Gəlin köçərkən bütün cehiz əşyalarını da həmin mənzilə aparmışdır. Bir müddət sonra 2015-ci il tarixdə həmin kənddə 0,46 ha torpaq sahəsində ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi, tövlə və mağaza inşa etdirmişlər. O, azyaşlı uşağı ilə birlikdə 2015-ci ildən 2020-ci ilə kimi həmin fərdi yaşayış evində yaşamışdır. Cavabdehlə ayrıldıqdan sonra azyaşlı Cəsurla birlikdə valideynlərinə məxsus Bərdə rayonu Şirvanlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Valideynlərinə məxsus ev darısqal olduğundan və bütün cehiz əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Hazırda azyaşlı Cərusla birlikdə köçüb Qəbələ rayonu Yemişanlı kəndində yaşamaq istəyir. Cavabdeh isə onu yaşadığı mənzildən istifadə etməyinə, orada yaşamağına imkan verir. Halbu ki, Qəbələ rayonu, Yemişanlı kəndində 0,46 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi birgə nikah dövründə inşa etdirmişlər. Hazırda azyaşlı uşaqla birlikdə yaşamaqlara yerləri yoxdur. Birinci instansiya məhkəməsinin 02.08.2021-ci il tarixli baxış iclasında X24 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda göstərdi ki, cavabdehin valideynləri onun adına olan torpaq sahəsində böyük övladları üçün ev tikib, onları ora köçürdüblər. Hazırki mübahisə gedən torpaq sahəsini isə valideyinlərinin məsləhəti ilə Cavabdeh veriblər. Torpağın mülkiyyətçisi Əziz isə hazırda Ağdaş rayonunda yaşayır və orada da qeydiyyatdadır. Həmin sözügedən evin tikintisi isə onun maddi köməkliyi ilə tikilibdir. Həmin torpaq sahəsində qızının əziyyəti çoxdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə1 qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçının evə köçürülməsinə qəti etiraz edir. Belə ki, İddiaçı ilə 01 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Bir övladları iddiaçının laqeydliyindən tok vurma nəticəsində vəfat etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-787/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə aralarında rəsmiləşdirilmiş nikah pozulmuşdur. 2014-cü ildə ailədaxili münaqişələrə görə qardaşına məxsus Qəbələ rayonu Yemişənli kəndində yerləşən evə köçmüşlər. Qardaşı həmin vaxt müvəqqəti olaraq qayınatasına məxsus Ağdaş rayonunda yerləşən evdə yaşayırmış. İddiaçı və onun ailə üzvləri ona dəfələrlə bildirmişlər ki, həmin torpaq sahəsini qardaşının əlindən alasıdırlar. Hazırda o, atasına məxsus evdə yaşayır. Həmin torpaq sahəsi onun qardaşı X19 məxsusdur. Sözügedən evdə qardaşı ailəsi ilə birgə yaşayır. Ailə qurduqları zaman gəlin ata evinə gəlibdir. Övladlarının biri ata evində, digəri isə sözügedən evdə dünyaya gəlmişdir. Cehiz əşyaları hazırda sözügedən evdədir. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili X8 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X24 izahatında göstərmişdir ki, torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsində tikilən evi də özü tikmişdir. Evi 2009-cu ildə tikmişdir. Həmin ev 3 otaq, bir zal və bir mətbəxdən ibarətdir. Həmin torpaq sahəsi 0.45 hektardır. Qardaşının evi olmadığı üçün özünə ev tikənə qədər müvəqqəti yaşamaq üçün evi onlara vermişdir. Evin tikintisində Afərimin atasının heç bir köməkliyi olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında X20 şahid qismində verdiyi izahatında göstərmişdir ki, Elimdarın anasıdır. Mübahisə olan ev oğlu Əzizə məxsusdur. Həmin evi Əziz tikdirmişdir. Oğlu Əziz pul vermiş, o isə başçılıq edərək evi tikdirmişdir. Elimdar və ailəsi onlarla birgə evdə yaşayırmışlar. Lakin onlarla yola gedə bilməkləri üçün, oğluna ev və torpaq alana kimi onları oğlu Əzizə məxusus olan evə köçmüşlər ki, müvəqqəti olaraq orada yaşasınlar. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, Əzizin evinə suvağı o vurmuşdur. Kvadratı 2 manata vurmuşdur və 400 manat pul almışdır. Suvağı Knyazla birgə vurmuşdur.İddiaçı tanımır və onu həmin evdə görməmişdir. Çayı, çörəyi həmin evə özü aparmışdır. Yəni iddiaçıona çay, çörək verməmişdir. Evdə işləyərkən pulu Əzizdən almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, heç bir tərəfin qohumu deyildir. Əzizə məxsus evin üstünü o və qardaşı Möhlüd bağlamışdır. Təxmini həmin evdə 2014-2015-ci ildə işləmişlər və qiyməti 800 manata danışmışlar. Evin üstünü 6 günə bağlamışla. Pulu anasından almışdır. Çay çörəyi Əzizin ata evində yemişlər. Afərimi qayınatasına məxsus evdə görmüşdür. Əzizə məxsus evdə ev tikilən vaxtı Afərimi görməmişdir. Afərimi 2-3 il sonra həmin həyətdə zabor-divar çəkəndə görmüşdür. Divarı çəkərkən həmin evdə təzəlikcə yaşayış var imiş və barının pulunu da anasından almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, qardaşı Xaləddin Abdullayevlə birgə Əzizin evinin üstünü bağlamışdır. Çayçörəyi cavabdehin ata evlərində yemişdir. Pulu cavabdehin qardaşı X24 ona vermişdir. Əziz Daşdıyevə pulu kim verdiyindən məlumatı yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan Məhkəmə sözügedən nəticəyə gələrkən mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini tətbiq etmiş və yanlış təfsir etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh ilə 01 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 28 may 2012-cı ildə X18 anadan olmuşdur. Cavabdehlə rəsmi ailə qurduqdan sonra onun valideynlərinin yaşadığı, Qəbələ rayonu Yemişanlı kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Gəlin köçərkən bütün cehiz əşyalarını da həmin mənzilə aparmışdır. Bir müddət sonra 2015-ci il tarixdə həmin kənddə 0.4G ha lorpaq sahəsində ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi. tovlə və mağaza inşa etdirmişlər. O, azyaşlı uşağı ilə birlikdə 2015-ci ildən 2020-ci ilə kimi həmin fərdi yaşayış evində yaşamışdır. Cavabdehlə ayrıldıqdan sonra azyaşlı Cəsurla birlikdə valideynlərinə məxsus Bordə rayonu Şirvanlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Valideynlərinə məxsus ev darısqal olduğundan və bütün cehiz əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Hazırda azyaşlı Cərusla birlikdə köçüb Qəbələ rayonu Yemişanlı kəndində yaşamaq istəyir. Cavabdeh isə onu yaşadığı mənzildən istifadə etməyinə, orada yaşamağına imkan verir. Halbu ki, Qəbələ rayonu, Yemişanlı kəndində 0,46 ha torpaq sahəsində yerləşən umumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi birgə nikah dövründə inşa etdirmişlər. Hazırda azyaşlı uşaqla birlikdə yaşamaqlara yerləri yoxdur. Köçüb yaşamaq istədiyi evi birgə nikah dövründə inşa etdirmişlər. Həmin evin mülkiyyət hüquqları DƏDRX-də qeydə alınmamışdır və Cavabdeh evin mülkiyyətçisi olmamış, ev cavabdeh və onun sahibliyində və istifadəsində olmuşdur. Mübahisəli ev dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh evin mülkiyyətçisi olmadığından və ev üzərində sərəncam vermək səlahiyyəti olmadığından onun azyaşlı uşağıyla birlikdə evə köçmə tələbi təmin edilməlidir. Nəzərə alınsa ki, gəlin köçdüyü ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır, onda onun notarial razılaşma almağının mümkünsüz olmasını müəyyən etmək elə də çətin deyil. Belə olan halda işə baxan hakim Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrini tətbiq etmək əvəzinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etmiş və yanlış nəticəyə gələrək iddia tələbim təmin etməmişdir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)- 1117/2021 nömrəli qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1 və iddiaçının vəkili X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili X8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)- 1117/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-1117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli 2(021)- 787/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh qızı arasında 01 iyul 2011ci ildə Qəbələ rayon Yemişanlı kənd İnzibati Ərazi dairəsində bağlanmış və 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan 28 may 2012-ci ildə anadan olmuş X18 İddiaçı himayəsində qalması, 28 may 2012-ci ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanıılması üçün Cavabdeh 02 iyun 2021-ci ildən başlayaraq ayda 130 (bir yüz otuz) manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli, 688 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu X18 ərazinin Şirvanlı kəndində atası Nümayəndə2 məxsus fərdi yaşayış evində yaşayırlar İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2021ci il tarixli, 202 nömrəli arayışdan görünür ki, İddiaçı və oğlu X1 Elmdar Cəmil oğlu ilə birgə nikah dövründə Qəbələ rayon Yemişanlı kəndində X22s məxsus 0,46 ha pay torpağında 2015-ci ildə tikilmiş ümumi sahəsi kv.m olan yaşayış evində yaşamışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2021ci il tarixli, 201 nömrəli arayışdan görünür ki, İddiaçı və oğlu X3 rayon Yemişanlı kəndində qeydiyyatdadır, 23 sentyabr 2020-ci il tarixdən Bərdə rayon Şirvanlı kəndində ata evində yaşayır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 avqust 2021-ci il tarixli, 273/13 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayon Yemişənli kəndində olan 0,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş yaşayış evi 2014- cü ildə heç bir icazə sənədi olmadan qanunsuz tikilmişdir. 2015ci ildən yaşayış olmuşdur. İşdə olan JN-309 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X6 və X16 birgə mülkiyyətinə JN-309 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Yemişanlı Bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu Yemişanlı kəndində X19 məxsus 0,46 ha pay torpağında 2015-ci ildə tikilmiş ümumi sahəsi 120 kv.m olan yaşayış evi var. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.04.2013-cü il tarixli, AZİİİ seriyalı, 052697 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 28.05.2012-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16.04.2013-cü ildə 232 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinə, Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarlarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34- cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3- cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia ərizəsi üzrə mübahisənin məğzini İddiaçı qızının övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikah Qəbələ rayon Yemişanlı kənd İnzibati Ərazi Dairəsi tərəfindən01iyul 2011ci il tarixdə 03 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 28 may 2012-ci il təvəllüdlü X18 doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə İddiaçı 2020-ci ildə gəlin köçdüyü evdən çıxaraq valideynlərinin yanına getmiş və onların yaşadıqları evdə yaşamağa başlamışdır. Bundan sonra İddiaçı cavabdeh X12 qarşı «nikahın pozulması» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli 2(021)-787/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları ilə birlikdə köçməsini tələb etdiyi fərdi yaşayış evi Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X6 və X16 birgə mülkiyyətinə JN-309 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmişdir. İddiaçının cavabdehlə 2015-ci ildən 2020-ci ilə kimi həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşamasını cavabdeh tərəfdə qəbul etməkdədir. Lakin Cavabdeh həmin evin ona yox, qardaşı X19 məxsus olduğunu bildirmişdir. Eyni zamanda məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X24 evin onun tərəfindən tikildiyini və qardaşının müvəqqəti olaraq orada yaşamasına icazə verdiyini bildirmişdir. Bu halı məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etmişlər. İddiaçı cavabdehlə evlənərkən, hal-hazırda köçməsini tələb etdiyi fərdi yaşayış evinə deyil, cavabdehin valideynlərinin yaşadığı evə gəlin köçmüşdür və 2015-ci ilə kimi həmin evdə yaşamışdır. O, cavabdehin evinə gəlin köçərkən cavabdehin ailə üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Həmin evdə yaşadığı müddətdə iddiaçının uşaqları dünyaya gəlmişdir. Lakin sonradan, yəni 2015-ci ildən cavabdehin ailə üzvləri ilə yola getmədiyindən cavabdehin qardaşı X19 məxsus evdə yaşamağa başlamışlar. Ailə münasibətləri pozulan iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli evi tərk edib atası evinə getmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi cavabdehin qardaşı X19 məxsus olmuşdur. İddiaçı həmin evə gəlin köçməmiş, birinci olaraq cavabdehin valideynləri ilə birgə yaşamışdır. Lakin sonradan cavabdehin ailə üzvləri ilə mübahisələr yarandığından, cavabdehin qardaşı Əziz Daşdıyev iddiaçı və cavabdehin müvəqqəti olaraq həmin fərdi yaşayış evində yaşamasına icazə vermişdir. İddiaçı Əziz Daşdıyevə məxsus evdə yaşamağa başlayanda sonuncunun həmin evə gözlənilən mülkiyət hüquqları vardı. Məhkəmə hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X14 mülkiyyət hüquqları qorunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı mübahisəli yaşayış sahəsinin hazırkı sahibi olan mübahisə predmeti barəsində müstəqil tələb irəl sürməyən üçüncü şəxs X14 qeyd olunan ailə üzvləri sırasına daxildeyil və onların istifadə hüququnun tanınması üçün “mülkiyyətçi” ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. Belə ki, onun nikahdan əvvəl cavabdehlə mübahisəli yaşayış evində yaşaması, eləcə də qeyd olunan evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Övladı ilə birlikdə məcburi köçürülməyini iddia edən İddiaçı atası (etibarnamə üzrə nümayəndəsi) Nümayəndə2 iddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evinin təmirində iştirak etdiyini qeyd etsə də, iddiaçının nümayəndəsinin fikirlərinə tənqidi yanaşan məhkəmə qeyd edir ki, o, tələbinin əsaslandığı hallara dair heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı hazırda övladı ilə birlikdə köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikah dövründə tikilərək həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyəti olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, köçürülməsini tələb etdiyi evin cavabdeh tərəfindən tikilərək cavabdehin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı üçüncü şəxs X14 və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçının uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi ev cavabdeh tərəfindən deyil, cavabdehin qardaşı Əziz Daşdıyev tərəfindən tikilmiş və müvəqqəti istifadə üçün iddiaçı və cavabdehə verilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüququnun verilməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində övladı ilə birlikdə köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikah dövründə tikilərək həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyəti olduğu barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, o, köçürülməsini tələb etdiyi evin cavabdeh tərəfindən tikilərək cavabdehin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının köçürülməsini və istifadə hüququnun tanınmasını istədiyi ev Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X6 və X16 birgə mülkiyyətinə JN-309 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə verilmiş 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərilən maddənin tələbləri baxımından iddiaçının həmin evə nə istifadə hüququ tanına bilər, nə də həmin evə köçürülə bilər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-1117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-1117/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar