Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2048/2021 25.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, vurulmuş ziyan, çəkilmiş xərclərin ödənilməsi və mənəvi zərər" tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2(033)-31/2021 nömrəli qərardadından iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın Zaqatala ərazi idarəsinin verdiyi 15.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,21 ha hissəsindən çıxarılması, torpaq sahəsinin həmin hissəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh maddi zərərin əvəzi olaraq 2019-cu il üçün məhsuldarlıq göstəricisi olan 975,80 (doqquz yüz yetmiş beş manat səksən qəpik) manat və 2020-ci il üçün məhsuldarlıq göstəricisi olan 590,40 (beş yüz doxsan manat qırx qəpik) manat, cəmi 1566,20 (bir min beş yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin rədd edilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 200 (iki yüz) manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 220 (iki yüz iyirmi) manat mütəxəssis xərcinin alınaraqBenefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 50 (əlli) manat ekspertiza xərcinin isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh 60 (altmış) manat mütəxəssis xərcinin alınaraq- Bankın adı: ASC X6, Kod: 504216, VÖEN: **********, Müxbir hesab: AZ24NABZ********************, S.W.İ.F.T.Bik: HAJCAZ 22, Hesab nömrəsi: AZ60 HAJC NCRA ZN00 1000 9122 2001 hesaba ödənilməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 07 iyun 2021-ci tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, vurulmuş ziyan, çəkilmiş xərclərin ödənilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)- 31/2021 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qətnaməsindən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilmək hüququnun iş üzrə Cavabdeh izah edilməsi qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qərardadının ləğv edilməsini və Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-31/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, vurulmuş ziyan, çəkilmiş xərclərin ödənilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsi müddəti bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)- 31/2021 nömrəli qərardadının ləğv edilərək apellyasiya şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(033)-31/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehin vəkili X3 şikayətə yazılı icraat qaydasında baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 147-ci vərəqində Cavabdeh adına “24.02.2021” tarix göstəricisi olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasındakı “Cavabdeh” yazısı və həmin yazının önündəki imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 147-ci vərəqində Cavabdeh adına “24.02.2021” tarix göstəricisi olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasındakı “Cavabdeh” yazısı və həmin yazının önündəki imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verməsi hüququnun pozulmaması əsasından çıxış edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni təmin etməkdə haqlı olmuşdur. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2(033)-31/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2(033)-31/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və mülki iş qeydə alınaraq icraata verilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2048/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2048/2021
25.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver