Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-205/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeha qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüuqu) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1666/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri N.B.Vəziorov 16 saylı evin, 22 saylı mənzili iddiaçının mülkiyyətindədir. Mənzili iddiaçı 14 iyun 2005-ci ildə alqı-satqı yolu ilə əldə etmiş və 05 iyul 2005-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. Mənzilində X11la 24 may 2018-ci ildə nikaha girmiş Cavabdeh qızna məxsus cehiz əmlaklarının bir qismi vardır. Belə ki, oğlu ilə ailə quran Cavabdeh birgə evlilikldən 25 dekabr 2018-ci il təvəllüdlü İddiaçı, 27 mart 2020-ci il təvəllüdlü Cənan Əhmədov və 15 may 2021-ci il təvəllüdlü Mələk Əhmədova adlı uşaqları olsada onların ailə münasibətləri alınmadığından faktiki ayrılmışlar. X11 Rusiya Federasiyası vətəndaşıdır və orada yaşayır. Hazırda Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Cavabdeh isə iddiaçı və əri Şaiq Əhmədovla birgə yaşaya bilmədiyindən özünə məxsus geyim əşyalarını, cehiz əşyalarının bir çoxunu, qızılzinət əşyalarını yığaraq mənzili tərk etmiş idi. İddiaçı da bu səbəbdən mənzilində Cavabdeh məxsus 2 ədəd şüşəli qorka, onun içərisindəki qabların, 1 ədəd künc divanı, 6 ədəd stul, 1 ədəd güzgülü termo, pərdə, 1 ədəd palaz və 1 ədəd 1 metr uzununda xalçanın çıxarılması tələbinə dair iddia qaldırmış və iddia məhkəmənin 27 may 2022-ci il tarixli, 2(051 )-810/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Mənzilindən çıxan Cavabdeh məhkəmədən 1 gün əvvəl iddiaçını və ərini vuraraq zorla evinə daxil olmuş və çıxmayacağnı bildirmişdir. Məcbur qalıb bu qoca yaşda evi tərk etmək məcburiyyətindədilər. Belə ki cavabdeh onları evində vurur və təhqir edir. Ona görə də Cavabdeh Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tаrixli, 2(051)-1666/2022 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia təmin edilmiş, cavabdeh Əhmədova X3 şəhəri N.B.Vəzirov küçəsi 16 saylı evin, 22 saylı mənzilindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaətinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənzili iddiaçının mülkiyyətindədir. İşə əlavə edilmiş Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş № 02493 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən üç otaqlı yaşayış evi 1 nömrıli Notariat kontorunun 14 iyun 2005-ci il tarixli 4Ə-02-239 reyestr müqavilə ilə 05 iyul 2005-ci ildə mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır. Həmin mənzilində iddiaçının oğlu ilə 24 may 2018-ci ildə nikaha girmiş Cavabdeh məxsus əmlaklar vardır. Cavabdehin mənzildən istifadə hüququnun davam etməsi iddiaçının qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Hal-hazırda iddiaçı iddia predmeti olan mənzilin özünə məxsus olduğuna əsaslanaraq cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında mülki hüquq münasibətləri 2018-ci il tarixdən yaranmış, həmin vaxt cavabdeh iddiaçıya məxsus Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənzilə gəlin köçmüş. İddiaçı ilə cavabdeh arasındakı mübahisə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2018-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisədir. Ona görə də hazırkı mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2018-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisə olduğundan, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçının oğlu ilə evlənəndən sonra Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənzilə gəlin köçmüş, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənziliİddiaçı mülkiyyətindədir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən üç otaqlı yaşayış evi 1 nömrıli Notariat kontorunun 14 iyun 2005-ci il tarixli 4Ə-02-239 reyestr müqavilə ilə 05 iyul 2005-ci ildə mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Məhkəmə, həmçinin hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olub olmamasını məsələsinin müəyyən edilməsini də mübahisənin qanuni həll edilməsi baxımından zəruri hesab edir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, həmçinin ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı gəlinidir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisinin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuşdur. O üç azyaşlı uşağı ilə hazırki mübahisələndirilən evdə gəlin köçdüyü gündən yəni xx.xx.2018-ci il tarixindən bu günə kimi yaşayır. Məhkəmə onun fikirlərinin bir cümləsini belə məhkəmə qətnaməsində əks etdirməyib. Onlar bu günə kimi ailəlidillər. Aralarında olan nigah qeydi belə pozulmamışdır. O mülkiyyətçinin bu gün ailə üzvüdür. Mülki işdəndə görünür ki, aralarında olan mülki hüquq münasibətləri 2018-ci il tarixindən yaranmış, yəni o həmən tarixdə Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi 16 saylı evin 22 saylı mənzilinə gəlin köçmüşdür. Onların aralarında olan münasibətlər hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları ilə nizamlanıb həll olunmalıdır. Göründüyü kimi bu hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yaranmışdır. O hazırki iddiaçının oğlu X6 ilə xx.xx.2018-ci ildə rəsmi nigahı bağlamaqla ailə qurmuşlar. Onların birgə nigahlarından xx.xx.2018-ci il təvəllüdlü İddiaçı Məhəmməd qızı, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021ci il təvəllüdlü X4 adlarında uşaqları dünyaya gəlmişdir. İşdən göründüyü kimi onların üç uşağı vardır. Uşaqlarının böyüyü 4 yaşında, ortancılı 3 yaşında, kiçiyi isə 1 yaş 4 aylığında olan südəmərdir. Qətnaməyə diqqət yetirilsə, məhkəmə onun fikirlərini və mövqeyini bir cümlə ilə belə tənzimləməmişdir. Bu cür prinsipial işdə iddiaçının iştirak etməsini belə təşkil etməmişdir. Bundan başqa onun nə övladlarının azyaşlı və körpə olmasını hazırda ilin qış fəslinin olduğunu heç bir yaşayış yerinin olmadığını, onların birgə nigahda olmağını, mülkiyyətçi ilə ailə münasibətlərində olmaqla bu hüququn davam etdirildiyini bərabər qaydada araşdırmadan mülkü prosessual normaları açıq aşikaranə qaydada pozulmuşdur. Məhkəmə hazırki işi obyektiv araşdırmamışdır. Bütün bunlar onun nəticəsidirki, qeyri obyektiv qərar qəbul etmiş, körpə uşaqları ilə birlikdə onun küçələrə atılmağına zəmin yaratmışdır. Məhkəmə yuxarıda qeyd etdiyi kimi birgə nigahda olmağını, ailə münasibətlərini qanunvericiliyin tələbinə görə onunda yaxın ailə münasibətində olmağı işin faktiki halı olaraq bərabər qaydada araşdırıılmadı. Məhkəmə müəyyən edilmiş faktlardan, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Obyektiv araşdırma aparılmamış, iddiaçını məhkəmədə dindirməmiş, hətta iddiaçının nümayəndəsi belə tələbini məhkəmədə əsaslandırmadan bu əsaslandırmanı məhkəməyə gəlməməklə ortaya qoymadığından, onun məhkəmədə verdiyi ifadə və izahatlarını qətnamədə qeyd etmədiyindən çıxarılmış qətnamə qanuni olmamışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tаrixli, 2(051)-1666/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1666/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tаrixli, 2(051)-1666/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçının oğlu ilə evlənəndən sonra Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənzilə gəlin köçmüş, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Mingəçevir şəhəri N.B.Vəzirov 16 saylı evin, 22 saylı mənziliİddiaçı mülkiyyətindədir. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən üç otaqlı yaşayış evi 1 nömrıli Notariat kontorunun 14 iyun 2005-ci il tarixli 4Ə-02-239 reyestr müqavilə ilə 05 iyul 2005-ci ildə mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızıdır. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını Mənzil Məcəlləsinin müddəaları əsasında yoxlamış və müəyyən etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi bu nəticə ilə razılaşır. Çünki Mənzil Məcəlləsinin 30.1-ci maddəsi baxımından cavabdeh iddiaçının ailə üzvü sayılmır. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Daha sonra kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, həmçinin ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı gəlinidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh isə apellyasiya şikayətinin əsaslandırmamış, şikayət formal mülahizələrə əsaslanaq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tаrixli, 2(051)-1666/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tаrixli, 2(051)-1666/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-205/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-205/2023
26.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver