Məhkəmə qərarları › İş №2(107)-2050/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2050/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2050/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, arayışlardan adın çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)-499/2010 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(033)- 499/2010 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)-499/2010 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala ərazi idarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, arayışlardan adın çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbi barədə iddiası təmin edilərək, cavabdehin 1995- ci ildən iddiaçının təsərrüfatından çıxması faktının müəyyən edilməsi, Zaqatala Rayon İcra Hakimiyyəti Göyəm kənd inzibati ərazi dairəsinin verdiyi 29 sentyabr 2010-cu il tarixli 1393 saylı, Azərbaycan Respublikası DT və XK-in Zaqatala Rayon Şöbəsinin verdiyi 30 sentyabr 2010-cu il tarixli 183 saylı və 05 oktyabr 2010-cu il tarixli 189 saylı arayışlarından cavabdehin adının çıxarılması, 11 mart 2009-cu il tarixdə 141 nömrə ilə və 04 iyun 2009-cu il tarixdə 219 nömrə ilə X1 Kitabında cavabdehin adına uçota alınmış A 148148 saylı və A 156319 saylı "Torpaq sahəsinin planı və ölçülərində" göstərilmiş 604.99 kv.m təyinatı həyətyanı olan torpaq sahəsi və 580.57 kv.m təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahələrinin iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qət edilmişdir. Cavabdeh2 09 avqust 2021-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir Zaqatala Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(033)-499/2010 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası DT və XK-in Zaqatala rayon Şöbəsi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala ərazi idarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, arayışlardan adın çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)- 499/2010 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 verdiyi şikayət ərizəsi Zaqatala Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(033)-499/2010 nömrəli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(033)-499/2010 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Cavabdeh2 qətnamənin surətini alması ilə bağlı iş materiallarında hər hansı bir qəbz və ya xəbərnamə aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsаsən, аpellyаsiyа şikаyəti məhkəmə qətnаməsi təqdim olunаn (аlınаn) gündən 1 аy müddətinə verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(033)-499/2010 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya icraatına qəbul edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(033)-499/2010 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 Zaqatala Rayon Məhkəməsinin 01 dekabr 2010-cu il tarixli, 2(033)- 499/2010 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar