Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-206/2020 08.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-154/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-154/2019 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) İddiaçı CavabdehX8 X1rşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. İşin halları X7 Zaidov CavabdehX8 X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbində göstərmişdir ki, ARDNŞ-nin Cavabdeh İB-in Ağsu X9 İdarəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müxtəlif vəzifələrdə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi Şamaxı Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətində xidmət rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına ciddi yanaşaraq xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirdiyi üçün heç bir intizam tənbehi olmamışdır. xx xxx 2015-ci il tarixində Ağsu RQİİ-nin o vaxtı rəisi Elşən Rəhimov tərəfindən idarənin inzibati binasına çağırılaraq bir sıra işçilərin yanında (həmin işçilərin məhkəmə prosesində iştirakını təmin edəcəkdir) işdən çıxarmaq barədə ərizə yazmağa məcbur olmuşdur. Ona qarşı olunmuş bu haqsızlığa son qoyulmasına və işə bərpa olunmağı məqsədilə Cavabdeh İB-nə dəfələrlə rəsmi qaydada müraciət etsədə şikayətinin heç bir nəticəsi olmamışdır. Bundan əlavə qanunsuz işdən çəxarılmağını məhkəmə qaydasında mübahisələndirmək üçün əmək kitabçasını və işdən çıxarılmaq barədə əmrin surətini aidiyyəti şöbədən tələb etsədə həmin sənədlər ona təqdim edilməmiş, şifahi olaraq ona Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verildiyi bildirilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirdikdə, şikayət etməməyi ona deyilərək ARDNŞ-nin X3 tərəfindən vakant yerlərə işə qəbul olunmaq üçün elan edilən vakansiyalara digər namizədlər kimi müraciət etmişdir. xx.xx.2016-cı il tarixdə Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə, xx.xx.2016-cı il tarixdə Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə elektron qaydada müraciət etmişdir. Müraciəti əsasında sənədlərinə baxış keçirilmiş və müvafiq olaraq xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə bildiriş göndərilərək müraciətinin qəbul olunması bildirilmişdir. Müraciət etdiyi Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə xx.xx.2016-cı il tarixdə, Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə xx.xx.2016-cı il tarixdə müsabiqənin birinci mərhələsi olan test imtahanlarına dəvət olunmuş və yüksək nəticə toplayaraq (Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə 40 sualdan 31 düzgün cavab, Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə 40 sualdan 22 düzgün cavab, o cümlədən ixtisas üzrə 20 sualdan 11 düzgün cavab) müsabiqənin ikinci mərhələsi olan müsahibə mərhələsinə keçmişdir. Müraciət etdiyi hər iki vakansiya üzrə müsabiqənin birinci mərhələsi olan test imtahanları mərhələsindən keçdiyi üçün xx.xx.2016-cı ildə Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə, xx.xx.2016-cı il tarixdə isə Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə bildiriş göndərilərək, müvafiq sənədlərin təqdim olunması şərti ilə müsahibəyə dəvət olunmuşdur. Müsabiqənin müsahibə mərhələsində tələb olunan digər sənədlərlə yanaşı işlədiyi dövrə aid xidməti xasiyyətnamə təqdim olunmalı idi. Qeyd olunana sənədlərin tələb olunması vakansiyalara müraciət zamanı ona məlum olduğu üçün Ağsu X9 İdarəsinə, işlədiyi dövrə aid xidməti xasiyyətnaməverilməsi üçün müraciət etmişdir. X12 istismarı İdarəsi tərəfindən verilən xx xxxx 2016-cı il tarixli, 38 nömrəli xasiyyətnamədə həqiqətə uyğun olmayaraq işlədiyi müddət ərzində onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına laqeyid yanaşaraq xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəlikləri yerinə yetirmədiyi qeyd edilmişdir. Bundan başqa qeyd olunan qeyri-obyektiv, qərəzli və böhtan xarakterli məlumatı təsdiq edən hər hansı məlumat xasiyyətnaməyə əlavə edilməmişdir. Həmin xidməti xasiyyətnamədə müsahibədə iştirakı zamanı müsahibə qrupu üzvlərinə təqdim etmişdir. xx.xx.2016-cı il tarixdə Ağsu RQİİ-də Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə iştirak etdiyi müsahibədə verilən suallara düzgün cavab versədə həmin gün göndərilən bildirişdə qərəzli olaraq müsahibədən keçmədiyi bildirilmişdir. xx.xx.2016-cı il tarixdə Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə iştirak etdiyi müsahibədə verilən suallara düzgün cavab versədə xx.xx.2016-cı il tarixdə göndərilən bildirişdə qərəzli olaraq müsahibədən keçmədiyi bildirilmişdir. ARDNŞ-nin X3 tərəfindən göndərilən xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il elektorn müraciət formasının məzmunundan da görünür ki, Ağsu RQİİ-nin Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə və Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə müsahibəyə dəvət edilmişdir və məlumat üçün müsahibədə veriləcək sualların vakansiyanın tələblərinə uyğun olaraq sahə üzrə biliklərinin və işgüzar keyfiyyətlərinin yoxlanılmasına yönəldiləcəyi bildirilmişdir. Faktiki olaraq da həmin vakansiyalar üzrə keçirilən test imtahanlarında yüksək nəticələr toplamışdır. (Ağsu RQİİ-nin Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə keçirilən test imtahanında 40 sualdan 31 suala düzgün cavab (o cümlədən sahə üzrə 20 sualdan 20-nə) və Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə 40 sualdan 22 suala düzgün cavab ( o cümlədən sahə üzrə 20 sualdan 11-nə) Həmin sahə üzrə 8 illik iş təcrübəsidə nəzə alınaraq həmin müsahibələrdən keçməmək ehtimalının olmadığı faktı məlum olmuşdur. Qeyd olunanlardan da görünür ki, müsahibələrdən keçməməyinin səbəbi Ağsu RQİİ tərəfindən verilən xx xxxx 2016-cı il tarixli, 38 nömrəli xasiyyətnamədə, şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların qeyd edilməsidir. Ağsu RQİİ tərəfindən pozulmuş hüquqlarının bərpa olunması məqsədilə xx xxxxxx 2018-ci il tarixdə Ağsu rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əldən çıxmış faydanın və mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, müsabiqənin keçirildiyi son tarix ilə məhkəməyə müraciət tarixi arasında iddia müddəti baxımından xeyli zaman müddəti olmağına baxmayaraq ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(016)-1411/2017 saylı qərarı ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə ilə razı olmadığı üçün apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(107)-1411/2018 saylı qətnaməsi ilə Ağsu rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də narazı qaldığı üçün kassasiya şikayəti verəcəkdir. İşlədiyi vəzifə olan Ağsu RQİİ-də, Şamaxı xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası vakant olduğu üçün ARDNŞ-nin X4 tərəfindən həmin vakant iş yerinə işə qəbul olunmaq üçün müsabiqə elan olunmuşdur. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş, sənədlərini təqdim etmişdir. Test imtahanına dəvət edilməklə yüksək nəticə toplamış, müsabiqə mərhələsinə keçmişdir. Müsabiqə mərhələsinə təqdim edilıməsi üçün xidməti xasiyyətnamə almışdır. Xasiyyətnamədə həmin təşkilatda işlədiyi səkkiz illik dövrün 7 il, 9 ayı ilə bağlı heç bir izahat verilməmiş, son 3 ayı ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli və bir-birinə uyğun gəlməyən rəqəmlər qeyd edilmişdir. Müsahibə qrupunun üzvləri tərəfindən xasiyyətnamədə həqiqətə uyğun olmayan məlumatlar mənfi iş kimi qiymətləndirilərək müsahibədən kənar edilmişdir. Qeyd olunan faktlardan və qanunvericiliyin tələblərindən görünür ki, xx xxx 2015-ci il tarixdə qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır və sənədlərini təqdim etməyərək işə bərp olunmaq üçün məhkəməyə müraciət etmək hüququndan da istifadə etməyinə maneə yaradılmışdır. Bundan əlavə işə qəbul olunmaq üçün müraciət etdiyində xidməti xasiyyətnamədə qeyd olunan, həqiqətə uyğun olmayan məlumatlar vasitəsilə qarşısına əsassız maneələr çıxardılaraq işə qəbul olunmağına imkan verilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq işə bərpa olunmasını xahiş etmişdir. X7 Zaidov məhkəməyə vəsatətlə müraciət edərək müsabiqələrin keçirilməsi və iddia tələblərinə qarşı məhkəmələrdə keçirilən müddətləri nəzərə alaraq ötürülmüş müddəti bərpa etməklə Ağsu RQİİ-nə qarşı işə bərpa tələbi ilə bağlı iddia ərizəsinə aidiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. X7 Zaidova birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Cavabdeh Ağsu X9 İdarəsinin nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək hazırki iddiaya iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Odur ki, birinci instansiya məhkəməsi İddiaçı iştirkı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, X7 Zaidov iddia ərizəsində tamamilə səhv olaraq Cavabdeh İB-nin Ağsu RQİİ-də xx.xx.2007-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi müxtəlif vəzifələrdə işlədiyini bildirmişdir. Cavabdeh İB-nin struktur bölməsi olan Ağsu RQİİ baş direktorunun xx xxxxxx 2014-cü il tarixli, ARDNŞ/14-2900/xx/xx-000199 nömrəli əmrinə əsasən xx xxxx 2015-ci ildən yaradılmışdır. İddiaçının həmin idarədəki əmək fəaliyyəti xx.xx.2015-ci ildən etibarən başlamışıdr. Belə ki, Ağsu RQİİ-nin xx xxxxxx 2015ci il tarixli, 136 k nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən Ağsu RQİİ-nin Şamaxı xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 13-cü dərəcəli xidmət rəisi vəzifəsinə təyin edilmiş, xx xxx 2015-ci il tarixədək həmin vəzifədə işləmişdir. Bu dövrdən əvvəlki əmək fəaliyyəti Ağsu RQİİ yaradılmamışdan əvvəlki illərdə olmuşdur. İddiaçı Ağsu RQİİ-nin xx.xx.2015-ci il tarixli, 136 k nömrəli əmrinə əsasən xx.xx.2017-ci il tarixdən Ağsu RQİİ Şamaxı xidmət sahəsi üzrə təbii qazın qəbulu və satışı xidmətinə 13cü dərəcəli xidmət rəisi vəzifəsinə təyin edilmiş, Ağsu RQİİ-nin xx xxx 2015-ci il tarixli, 786 k nömrəli əmri ilə öz xahişinə əsasən həmin vəzifədən azad edilmişdir. İddiaçı öz ərizəsində guya Ağsu RQİİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 38 nömrəli xasiyyətnamədə qeyd edilmiş qeyri-obyektiv və qərəzli məlumatlar səbəbindən imtahan verdiyi vakansiyalar üzrə müsabiqənin ikinci mərhələsindən keçə bilmədiyini bildirmişdir. Bu tamamilə absurd və heç bir sübuta əsaslanmayaniddiadır. Belə ki, iş materiallarına əlavə edilmiş, SOCAR-ın Baş ofisi X2 işə qəbul və yerdəyişmə şöbəsi tərəfindən İddiaçı elektron ünvanına göndərilmiş, xx xxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli məktublarla AR Dövlət Neft Şirkətinin Cavabdeh İB Ağsu RQİİ-nin Qobustan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin, xidmət rəisi vakansiyası üzrə və Şəmkir RQİİ-də Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyası üzrə iştirak etdiyi müsahibə zamanı nümayiş etdirdiyi səriştələrin vakansiyaların tələbləri ilə müqayisədə qənaətbəxş olmadığı üçün işə qəbul olunmağı müşahidə qrupu tərəfindən tövsiyyə edilmədiyi müəyyən edilmişdir. Məktubların heç birində Ağsu RQİİ tərəfindən verilmiş xasiyyətnaməyə görə müsahibədən keçməməsi yazılmamış, bu barədə hər hansı qeyd edilməmişdir. İddiaçı xx xxx 2015-ci ildə işdən azad olunmuş, 2019-cu ildə işə bərpa olunması barədə iddia qaldırmışdır. Əmək qanunvericiliyinin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, İddiaçı Ağsu RQİİ-nə qarşı işə bərpa tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə ilə razı deyil, qətnaməni əsassız və qanunsuz hesab edir. Məhkəmə iclaslarına çağırış üçün göndərilən bildirişlər mənzil bağlı olduğu üçün geri qaytarıldığından məhkəmə iclasları barədə məlumatı olmamışdır. İşin faktiki hallarından da görünür ki, məhkəmə bildiriş ünvana çatmadığı üçün iclası təxirə salmalı idi. Lakin, məhkəmə işə baxmaqla qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də, qətnamənin ləğv olunaraq yenidən birinci instansiya məhkəməsinin icraatına qaytarılması barədə qərar qəbul olunmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-154/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Cavabdeh Ağsu X9 İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx xxx 2015-ci il tarixli, 786K saylı əmri ilə İddiaçı Şamaxı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 13-cü dərəcə xidmət rəisi vəzifəsindən AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə azad edilmiş, AR Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə6.25 təqvim günü pul əvəzi ödənilmişdir. İşdə olan “Əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabı”nın surəti ilə müəyyən edilir ki, Şamaxı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 13-cü dərəcəli xidmət rəisi İddiaçı ******* nömrəli əmək kitabçasını və içliyini xx xxx 2015-ci il tarixdə qəbul etməklə imzalamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə və 296-cı maddəsinin 3-cü hissəsinə, “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1993-cü il tarixli 5 №-li qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsi isə işçinin hüququnun pozulduğu günün anlayışını açıqlayır. Qanunvericiliyə görə bu gun – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, eləcə də əmək Müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qadada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu güngür. Qanunvericiikdə göstərilən sənədləri aldığı andan etibavrən işçi öz hüquqlarının pozulması barədə məlumat alır və həmin andan başlayaraq onun məhkəməyə müraciət etmək hüququ yaranır. “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1993-cü il tarixli 5 №-li qərarına əsasən, işdənçıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdənçıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı Cavabdeh Ağsu X9 İdarəsinin xx xxxxxx 2015-ci il tarixli, 136K nömrəli əmrilə İddiaçıxx.xx.2015-ci il tarixdən Şamaxı Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 13-cü dərəcəli xidmət rəisi vəzifəsinə təyin edilməsi, xx xxx 2015-ci il tarixli, 786K saylı əmrlə öz xahişi ilə həmin vəzifəsindən azad edilməsi, AR Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi məzuniyyət günlərinə görə 6.25 təqvim günü pul əvəzi ödənilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında həmçinin də müəyyən olunmuşdur ki, işçi ilə əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçası xx.xx.2015-ci ildə verilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlmişdir ki, İddiaçıxx.xx.2015-ci il tarixdən Şamaxı Xidmət Sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 13-cü dərəcəli xidmət rəisi vəzifəsinə təyin edilməsi, xx xxx 2015-ci il tarixli, 786K saylı əmrlə öz xahişi ilə həmin vəzifəsindən azad edilməsi, əmək qanunvericiliyinə əsasən əmək kitabçasının, haqq-hesab sənədlərinin və əmrin surətinin ona verilməsi, lakin işdən çıxarılması ilə əlaqədar əmək hüququnun pozulması barədə əmək qanunvericiliyi ilə məhkəməyə müraciət etmə müddətini ötürməsi sübuta yetirilir. Beləliklə, birinci instansiya məhkəməsi işdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin iddiaçının apelyasiya şikayətində məhkəmə iclaslarının yeri və vaxtı barədə onun məlumatı olmaması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, o, iddia ərizəsində yaşadığı ünvan kimi Şamaxı şəhəri, Sarı Torpaq küçəsindəki 2 nömrəli evi göstərmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 146-cı maddəsində göstərilmişdir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi hazırki iş üzrə iddiaçı iddia ərizəsində özünün ünvanı kimi Şamaxı şəhəri, Sarı Torpaq küçəsindəki 2 nömrəli evi göstərdiyindən, birinci instansiya məhkəməsi məhkəmə bildirişlərini iddiaçının məhkəməyə məlum olan axrıncı ünvanına-Şamaxı şəhəri, Sarı Torpaq küçəsindəki 2 nömrəli evə göndərməkdə haqlı olmuşdur. Həmçinin iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətində də, özünü faktiki ünvanı olaraq Şamaxı şəhəri, Sarı Torpaq küçəsindəki 2 nömrəli evi göstərmiş, məhkəmə kollegiyası tərəfindən bildiriş onun həmin ünvanına göndərilmiş və iddiaçı məhkəmə bildirişini alaraq məhkəmə kollegiyasının iclasında iştirak etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-154/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-154/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-206/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-206/2020
08.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver