Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-206/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı buraxılmış müddətin bərpası, miras əmlaka vərəsəliyin açılması və onun payının mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraata xitam, barışıq sazişi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı buraxılmış müddətin bərpası, miras əmlaka vərəsəliyin açılması və onun payının mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli 2(024)-484/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, anası X2 miras qalmış Qax rayonu Qaxbaş kəndində 0.020 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümuimi sahəsi 85.9 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlaka vərəsəliyin açılması və onun payının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli 2(024)-484/2022 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********58-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi X5, X8 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmiş 0.020 ha həyətyanı torpaq sahəsinin Bəymağa Hacıyevadan miras qalmış 1/3 hissəsinə vərəsəlik açılması və İddiaçı həmin əmlakları qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü hesab edilərək uzadılması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş, **********58-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışa əsasən X5 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının ¼ hissə məcburi payı və həmin evin yerləşdiyi X5, X8 və İddiaçı ümumibirgə mülkiyyətinə verilmiş 0.020 ha həyətyanı torpaq sahəsinin Bəymağa Hacıyevadan miras qalmış 1/3 hissəsi üzərində İddiaçı ¼ hissə məcburi payının müəyyən edilməsi, miras əmlakın qalan hissəsinin açıqda saxlanılması qət edilmişdir. İş üzrə qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti vermişdir. İşə apelyasiya qaydasında baxılarkən hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh1 imzaladıqları barışıq sazişi ilə məhkəməyə müraciət edərək onlar arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil barışıq sazişini tərəflərin iştirakı ilə və onların istəyinə uyğun olaraq tərtib etdiklərini bildirdi və təsdiq edilməsini xahiş etdi. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
1. Tərəflər razılığa gəlirlər ki, Az.Resp. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfrindən verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi və evin yerləşdiyi 0.020 ha torpaq sahəsininn X3 mülkiyyətində olan 1/3 hissəsinin 1/2 hissəsi xx.xx.2017-ci il tarixdə Qax rayonu Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamə nəzərə alınaraq X3 nəvəsi, iddiaçı X6 qızı X7 payı olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilsin.
2. Tərəflər razılığa gəlirlər ki, Az.Resp. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfrindən verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi və evin yerləşdiyi 0.020 ha torpaq sahəsininn X4 mülkiyyətində olan 1/3 hissəsinin 1/2 hissəsi Cavabdeh1 payı olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilsin.
3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, tələblər və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
5. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqları təsdiq edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.. Barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, qərardad qəbul edilməklə, barışıq sazişinin şərtləri təsdiq olunmalı, həmin qərardadla Qax Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli 2(024)-484/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 52, 191, 263-264, 370, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Qax rayon Notariat ofisinə və maraqlı tərəf DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı buraxılmış müddətin bərpası, miras əmlaka vərəsəliyin açılması və onun payının mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər razılığa gəlirlər ki, Az.Resp. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfrindən verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi və evin yerləşdiyi 0.020 ha torpaq sahəsininn X3 mülkiyyətində olan 1/3 hissəsinin 1/2 hissəsi xx.xx.2017-ci il tarixdə Qax rayonu Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamə nəzərə alınaraq X3 nəvəsi, iddiaçı X6 qızı X7 payı olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilsin.
2. Tərəflər razılığa gəlirlərki, Az.Resp. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfrindən verilmiş **********58-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən X3 mülkiyyətinə verilmiş Qax rayonu Qaxbaş kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi və evin yerləşdiyi 0.020 ha torpaq sahəsininn X4 mülkiyyətində olan 1/3 hissəsinin 1/2 hissəsi Cavabdeh1 payı olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilsin.
3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, tələblər və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
5. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqları təsdiq edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.. İş üzrə Qax Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli 2(024)-484/2022 saylı qətnaməsi ləğv edilərək icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev