Məhkəmə qərarları › İş №2(107)-2067/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2067/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2067/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi) “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin üzrlü hesab hesab edilməsi haqqında üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin vəsatətinin təmin edilməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadından üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəlyar oğluna qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Mingəçevir şəhər X4 “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada Cavabdeh2 Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə Cavabdeh1 verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolmaş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin ona, yəni İddiaçı satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Mingəçevir şəhər Yol M aşınları Zavodunun “Sağlamlıq” bağçılıq-yoldaşçılıq təsərrüfatının torpaq sahələri almış işçilərin adlı siyahısında 3-cü sırada M ustafayev Otello Bəlyar oğlunun adına qeydə alınmış və 14/28 inventar nömrəli texniki pasport ilə M ustafayeva Vüsalə Otello qızına verilmiş Mingəçevir şəhər Samux küçəsi ətrafı “Azyolm aş” zavodu “Sağlamlıq” bağçılıq yoldaşlığında yerləşən 600 kv.metr torpaq sahəsinin M əmmədov Zaur Çingiz oğluna satılmasına dair əqd etibarlı hesab edilsin və həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Elgiz Vəliyev həmin qətnamədən 30 iyun 2021-ci ildə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadda Mingəçevir Şəhər Məhkəməsinin 13.10.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi məsələsinə münasibət bildirilməmişdir. (Apellyasiya şikayətində şikayət verilən qətnamənin tarixi 26 may 2021-ci il olduğu halda səhvən və ya qəsdən 13.10.2017-ci il kimi yazılmışdır) Həmin qərardaddan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev şikayət verərək tərəflərindən veriləcək apellyasiya şikayətinin ötürülmüş prosessual müddətini bərpa edərək işə aidiyyatı üzrə baxılması üçün X3 göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 Mingəçevir şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin keçməsinin üzrlü sayılması barədə vəsatəti təmin edilməmişdir. Əslində Mingəçevir şəhər məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(051)-1001/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin keçməsinin üzrlü sayılması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 vəsatəti mövcud olmamışdır. Məhkəmə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadından verilmiş şikayətə baxmalı olduğu halda, mövcud olmayan vəsatətə baxmışdır. Həmin qərardaddan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi Eldəniz Hacıyev tərəfindən şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadından tərəflərindən veriləcək apellyasiya şikayətinin ötürülmüş prosessual müddətini bərpa edərək işə aidiyyatı üzrə baxılması üçün X3 göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ilə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X2 Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ləğv edilməli və mülki iş Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadından verilmiş şikayətə yuxarıda göstərilən hallar nəzərə alınmaqla baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2 və 399-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Mingəçevir Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(051)-1001/2021 nömrəli qərardadından verilmiş şikayətə yuxarıda göstərilən hallar nəzərə alınmaqla baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Əsədli Mahir Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar