Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-208/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “mülkiyyətdə olan yaşayış evindən və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1792/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və mənzillərdə yaşayan digər şəxslərin banka məxsus olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX1178882 saylı, xx.xx.2018- ci il tarixli çıxarışına əsasən Şəki şəhəri S.Rəhman küçəsi, ev 19a saylı fərdi yaşayış evində olan istifadə hüquqlarına xilam verilməsi və həmin yaşayış evlərində pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh və mənzillərdə yaşayan digər şəxslərin banka məxsus olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX1178882 saylı, xx.xx.2018-ci il tarixli çıxarışına əsasən Şəki şəhəri S.Rəhman küçəsi, ev 19asaylı fərdi yaşayış evində olan istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış evlərində pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması, mənzilinin boşaldılaraq banka təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1792/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan, Şəki şəhəri S.Rəhman küçəsi, ev 19A nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-92/2016 saylı qətnaməsi ilə Cavabdeh Məhərrən oğlundan və qeyrilərindən kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönədilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(075)-92/2016 saylı icra vərəqəsinə əsasən tələb Cavabdeh məxsus ipoteka predmeti olan Şəki şəhəri S.Rəhman küçəsi 19A saylı evə yönəldilmiş, ipoteka predmeti hərrac yolu ilə bankın mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX ******* saylı çıxarış alınmışdır. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə əlaqədar cavabdehin 7000 manat məbləğində kredit borcu silinmişdir. Hal-hazırda cavabdehin 6000 dollardan çox ödənilməmiş borcu qalır. Ancaq cavabdehə razılığa gəlməsi təklif olunsa da, cavabdehlə heç bir razılıq əldə olunmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən hələ də Şəki şəhəri S.Rəhman küçəsi 19A saylı ev boşaldılmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı ASC ilə onun arasında bağlanılmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsi ölkə Prezidentinin problemli kreditlərlə bağlı imzaladığı xx xxxxxx 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşmüşdür. İddaçı təşkilat qeyd edilən Frmanın iclası ilə bağlı ona borc məbləğinin restrukturizasiyasını həyata keçirməli, mövcud olan borc məbləğini birinci il güzəşt tətbiq etməklə 5 illik yeni ödəniş cədvəli verməlidir. Lakin bank tərəfindən bütün bunlara əməl edilməmiş, kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı ona heç bir təklif göndərilməmiş və nəticədə onun mülkiyyət hüququ pozulmuşdur. Onun yeni bir kredit və ipoteka müqaviləsi bağlanmış olsaydı, mülkiyyət hüququ təmin olunmuş olardı və ailəsinin evsiz qalmasının qarşısı alınmış olardı. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndəsi X4 apelyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, cavabdeh tərəf apelyasiya şikayəti verməklə süni şəkildə yubanmalar yaradır. Bank bu gün də cavabdeh tərəflə qarşılıqlı razılğıa gəlməkdə maraqlıdır. Hesab edir ki, apelyasiya şikayəti əsassızdır, ona görə də məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etsə də, buna dair əsaslı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli, 2(075)-1792/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-92/2016 saylı qətnaməsini təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16444,24 ABŞ dolları əsas borc, 1974,24 ABŞ dolları faiz borcu, 519,6 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18938,08 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat dövlət rüsumu tutulması, Şəki şəhəri, Sabit Rəhman küçəsindən 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60,9 kv/m yaşayış, 57,8 kv/m yardımçı sahəsindən ibarət Cavabdeh mülkiyyətindəki 19A nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək bu əmlakın ilkin satış qiymətinin 35000 manatla hərraca çıxarılaraq hərracda satılması, onun açıq hərracdan satılması hesabına cəmi 18938 ABŞ dolları borcun İddiaçı ASC-nin hesabına ödənilməsi, Cavabdeh müstəqil qiymətləndirici X3 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX1178882 saylı,xx.xx.2018-ci il tarixli çıxarışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,157 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42, 59 maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kоllegiyаsı, birinci instаnsiyа məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı hüquqların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləlilkə məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-92/2016 saylı qətnaməsi ilə Cavabdeh Məhərrən oğlundan və qeyrilərindən kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönədilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(075)92/2016 saylı icra vərəqəsinə əsasən tələb Cavabdeh məxsus ipoteka predmeti olan Şəki şəhəri S.Rəhman küçəsi 19A saylı evə yönəldilmiş, ipoteka predmeti hərrac yolu ilə İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX ******* saylı çıxarış alınmışdır. İddiaçı tərəf fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabder hal-hazırda həmin fərdi yaşayış evindən istifadə istifadə edir ki, bu da bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apelyasiya şikayətindən göründüyü kimi cavabdeh apelyasiya şikayətini İddiaçı ASC ilə onun arasında bağlanılmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsinin problemli kreditlərlə bağlı imzalanmış xx xxxxxx 2019-cu il tarixli fərmanının təsir dairəsinə düşməsini bildirmişdir. Kollegiya apelyasiya şikayətinin bui dəlili ilə bağlı qeyd edir ki, hazırki mübahisənin predmeti heç də kredit müqaviləsi ilə bağlı olmayıb, mülkiyyət hüququnadn irəli gələn bir tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1792/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-208/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-208/2020
07.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver