Məhkəmə qərarları › İş №2(107)-208/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-208/2021

05.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-208/2021 05.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər–Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Qarşılıqlı iddiaçı (cavbadeh) - Cavabdeh2; Cavabdehlər - Cavabdeh1 və Nümayəndə iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-964/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ilə ailə qurarkən gəlin düşdüyü, bu günədək yaşadığı ünvan 1 ünvanında yerləşən evdən uşağı ilə birlikdə istifadə hüququnun tanınması, uşağı ilə birlikdə həmin evə köçürülməsi və həmin evdən istifadəsinə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi xx xxxx 2020-ci il tarixdə 2 (075)-964/2020 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı sonradan məhkəməyə iş üzrə əlavə cavabdehərin cəlb edilməsi və iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Nümayəndə və ünvan 2 ünvanında yaşayan Cavabdeh2 iş üzrə cavabdehlər qismində cəlb edilmələrini, onun Cavabdeh1 ilə ailə qurarkən gəlin düşdüyü və bu günədək yaşadığı, ünvan 1 ünvanında yerləşən evdən uşaqları ilə birlikdə istifadə hüququnun tanınması, uşaqları ilə birlikdə həmin evə köçürülməsi və cavabdehlər tərəfindən həmin evdən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin, ünvan 1 ünvanında yerləşən evlə bağlı Nümayəndə ilə Cavabdeh2 arasında xx xxxx 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evlə bağlı Cavabdeh2 adına xx xxxx 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iş üzrə əlavə cavabdehərin cəlb edilməsi və iddia tələbinin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və Nümayəndə və Cavabdeh2 iş üzrə əlavə cavabdehlər qismində cəlb edilmişlər. Həmçinin, iddiaçı Cavabdeh2 da cavabdehlər İddiaçı, Cavabdeh1 və Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 6, ev 6 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər İddiaçı, Cavabdeh1 və Nümayəndə öz əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 iddia ərizəsi xx xxxx 2020-ci il tarixdə 2 (075)-1107/2020 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-964/2020 saylı qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-964/2020 nömrə ilə qeydiyyata alınmış İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh2 qarşı onun Cavabdeh1 ilə ailə qurarkən gəlin düşdüyü və bu günədək yaşadığı, ünvan 1 ünvanında yerləşən evdən uşaqları ilə birlikdə istifadə hüququnun tanınması, uşaqları ilə birlikdə həmin evə köçürülməsi və cavabdehlər tərəfindən həmin evdən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin, ünvan 1 ünvanında yerləşən evlə bağlı Nümayəndə ilə Cavabdeh2 arasında xx xxxx 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evlə bağlı Cavabdeh2 adına xx xxxx 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki işlə Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1107/2020 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 və Nümayəndə qarşı mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 6, ev 6 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər İddiaçı, Cavabdeh1 və Nümayəndə öz əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair mülki iş bir icraatda birləşdirilmiş, mülki işlər 2 (075)-964/2020 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-964/2020 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı iddiası qismən təmin edilərək onun xx xxxxxx 2011-ci il təvəllüdlü uşağı X1 ilə birlikdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 6, ev 6 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması və cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh2 tərəfindən həmin evdən İddiaçı uşağı ilə birlikdə istifadəsinə edilən maneələrin aradan qaldırılması, ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iddiaçı Cavabdeh2 iddiasının qismən təmin edilərək onun mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 6, ev 6 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Nümayəndə öz əşyaları ilə birlikdə çıxarılması, Cavabdeh2 iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, 10 manat dövlət rüsumunun Cavabdeh2 özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı və qarşılıqlı iddiaçı (cavabdeh) Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı və qarşılıqlı iddiaçı (cavabdeh) Cavabdeh2 məhkəmə kollegiyasına ərizə təqdim edərək qarşı tərəflər barışıq əldə etdiklərindən iddia tələblərindən imtina etdiklərini, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı və qarşılıqlı iddiaçı (cavabdeh) Cavabdeh2 iddia tələblərindən imtinaları qəbul edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-964/2020 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin iddiadan imtina etməsi qanunun tələblərinə uyğundur. Hazırkı iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə mane olan hallar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh2 qarşı gəlin düşdüyü və bu günədək yaşadığı, ünvan 1 ünvanında yerləşən evdən uşaqları ilə birlikdə istifadə hüququnun tanınması, uşaqları ilə birlikdə həmin evə köçürülməsi və cavabdehlər tərəfindən həmin evdən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin, ünvan 1 ünvanında yerləşən evlə bağlı Nümayəndə ilə Cavabdeh2 arasında xx xxxx 2020ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evlə bağlı Cavabdeh2 adına xx xxxx 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələblərindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 və Nümayəndə qarşı mülkiyyətində olan, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, dalan 6, ev 6 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər İddiaçı, Cavabdeh1 və Nümayəndə öz əşyaları ilə birlikdə çıxarılmalarına dair iddia tələbindən imtinası qəbul edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-964/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar