Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-208/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heybulla qızının Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul etmə faktının müəyyən edilməsi və həmin əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul etmə faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Maraqlı şəxs X15 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(033)-1926/2017 saylı qətnaməsindən maraqlı şəxs X22, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Heybulla qızı cavadeh Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala Rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı mirasın qəbul etmə faktının müəyyən edilməsi və həmin əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X28 tərəfindən mərhum həyat yoldaşı X10 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi və həmin əmlak üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin atası mərhum X28 təxminən 1990-2000-ci illərdə məhkum olunmuşdur. Həmin dövrdə ailəsinin pula ehtiyacı olduğu üçün həyat yoldaşı X13 onlara 25000 ABŞ dolları məbləğində pul vermişdi. X19 Rusiya Federasiyasının Norilsk şəhərində şaxtada işlədiyindən onun maddi durumu yaxşı idi. X30 həbsdən çıxandan sonra mərhum həyat yoldaşı X10 borc pulu qaytara bilmədiyi üçün əvəzində Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən özünə məxsus yaşayış evini, həyatyanı ərazini və 40 ha pay torpaq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını ona versə də, lakin, mərhum həyat yoldaşı onlara rəhm edib bununla razılaşmayaraq, yalnız 40 ha pay torpaq sahəsini, həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını götürmüşdür və 4-tərəfıni dəmir toru ilə hasara almışdır. Darvaza ilə üzbəüz bağlarının başlanğıcında dəmir qapı qoyulmuşdur. Hətta fındıq bağına gedən yolun açılması üçün darvazanı çıxardıb 6-metr içəri keçirməliydilər, lakin mərhum həyat yoldaşı fındıq sezondan sezona bir neçə dəfə istifadə olunacaq deyib, onların ağır vəziyətini düşünərək artıq xərc çəkilməməsi üçün bu iş təxirə salınmışdır. Məlumat üçün bildirir ki, X30un ailə üzvlərinin hər birinə ayrıcı pay torpağı verilmişdir. Mərhum həyat yoldaşı özünə düşən payı satmışdır. Eyni zamanda hər iki mərhum şəxs aralarında olan sövdələşməni rəsmiləşdirmək üçün X30 həyat yoldaşı X10 Zaqatala Rayon Əliabad kənd Bələdiyyəsində 10 yanvar 2003-cü il tarixdə vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə kənd bələdiyyəsində bələdiyyə sədri tərəfindən notariat qaydada təsdiq edilmişdir. Torpaq sahəsinin sənədi olmadığı üçün tərəfər alqı-satqı edə bilməmişlər. Həmin dövrdən bu günə qədər həmin torpaq sahəsi o və ailə üzvləri tərəfindən istifadə edilir. Qeyd olunan torpaq sahəsinin onlara satılmasını təsdiq edən şahidlərin iştirakı ilə akt tərtib etmişlər. O, 2 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Bu barədə Notariat kontorundan ona mirasın qəbul edilməsi müddətinin ötürülməsi izah edilmişdir. Eyni zamanda X30un oğlu cavabdeh İmranov X23 rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha pay torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz edir. Hesab edir ki, o öz tələbində haqlıdır. Ona görə ki, mərhum həyat yoldaşının sağlığında verdiyi pulun əvəzində daha çox fındıq bağları ala bilərdi. Hazırda isə cavabdeh onların fındıq bağına gedən yollarını bağlayıb, istifadə etməklərinə maneçilik törədir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(033)-1926/2017 saylı qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilərək, mərhum X28 tərəfindən 10 yanvar 2003-cü il tarixdə X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla, qanun üzrə birinci npvbə vərəsə olan arvadı İddiaçı Heybulla qızı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və həmin əmlak üzərində İddiaçı Heybulla qızının vərəsəlik hüququnun təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X13 ilə iddiaçı X12 23.11.1992-ci il tarixdə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra ərə - “Xasməmmədov”, arvada - “Xasməmmədova” soyadı verilmişdir. Zaqatala rayonu Əliabad qəsəbə sakini cavabdehin atası olan X28 pula ehtiyacı olduğu üçün iddiaçının həyat yoldaşı X5 25000 ABŞ dolları məbləğində borc pul almış, lakin maddi imkanı olmadığından həmin borcu qaytara bilməmişdir. Aldığı borc pulun əvəzində X8 rayonu Əliabad qəsəbəsi daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini qəsəbə sakini X10 vermişdir. Həmin qəsəbədə aqrar islahatlarının aparılması başa çatmadığına görə vətəndaşlara torpaqla bağlı hüquqmüəyyənedici sənədlər verilməmiş və bu səbəbdən də tərəflər arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Hüquqmüəyyənedici sənədlər hazır olmasa da, X28 iki nəfər şahidin iştirakı ilə Zaqatala rayonu Əliabad bələdiyyəsində təsdiq edilmiş 10 yanvar 2003-cü il tarixli vəsiyyətnamə əsasında qəsəbə daxilində özünə məxsus 41 topa fındıq bağını, onun yerləşdiyi 40 ha pay torpaq sahəsini qəsəbə sakini X10 vəsiyyət etmişdir. Bundan sonra X13 ona vəsiyyət edilmiş torpaq sahəsini və həmin torpaq sahəsində əkilmiş 41 topa fındıq ağacını qəbul edərək, onun dörd tərəfini dəmir torla hasara almış, ora dəmir qapı qoymuşdur. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi oradakı 41 topa fındıq ağacları ilə birlikdə X6 və onun ailəsinin faktiki sahibliyinə və istifadəsinə verilmiş, onlar tərəfindən indiyədək fasiləsiz olaraq istifadə edilir. İşin bu halı həm də çoxsaylı şahidlərin ifadələri ilə təsdiq edilir. Cavabdehin atası X28 08 sentyabr 2007-ci il tarixdə, iddiaçının əri X14 isə 16 noyabr 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat kontoruna müraciət etmiş, lakin notarius ona cavabında mirasın qəbul edilməsi müddətini ötürdüyünü bildirmişdir. Bundan başqa X30un oğlu cavabdeh İmranov X23 rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha pay torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə etiraz edir və fındıq bağına gedən yolu bağlayıb onların həmin torpaq sahəsindən listifadə etmələrinə maneçilik törədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı Heybulla miras qoyan mərhum X6 arvadı olmaqla, miras qoyanın üzrə birinci növbə vərəsəsidir. X4 10 yanvar 2003-cü ildə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağına və onun yerləşdiyi 40 ha pay torpaq sahəsinə mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdən sahiblik etməklə və həmin miras əmlakı idarə etməyə faktik başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə, mirası bütünlüklə qəbul etmişdir. Bu halda məhkəmə hesab edir ki, İddiaçı Heybulla qızı tərəfindən həmin miras əmlakın qəbul edilmə müddəti ötürülməmişdir. X2 miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağı və onun yerləşdiyi 40 ha pay torpaq sahəsi heç kimə vəsiyyət edilməmiş və mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdə sağ olan arvadı qanun üzrə birinci növbə vərəsə iddiaçı X7 mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Qanun üzrə birinci növbə vərəsə olan iddiaçı X11 ərindən miras qalmış torpaq sahəsinə vərəsəlik hüququnu başqa qaydada ala bilmir və belə vəziyyətdə qanun üzrə vərəsəlik hüququnun verilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Bu hüquq miras əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, mərhum X28 tərəfindən 10 yanvar 2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla, qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı Heybulla qızı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və həmin əmlak üzərində İddiaçı Heybulla qızının vərəsəlik hüququ təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1145, 1159.1, 1243.2, 1243.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4, 307.2, 307.2.9, 308-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş həmin qətnamə onun mülkiyyət və vərəsəlik hüquqlarını pozur. Məhkəmə işə baxarkən prosessual hüquq normalarını kobud pozaraq mülkiyyətində olan torpaq sahəsinə dair qətnamə qəbul edərkən onu iş üzrə prosessual şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ əsasında dövlət tərəfindən verilmiş pay torpaq sahəsidir. X28 isə onun atasıdır. Atası 08.09.2007-ci ildə vəfat etmişdir. İddiaçı Heybullah qızı iddia edir ki, guya həmin torpaq sahəsini atasına 25000 ABŞ dolları verərək almışlar. Lakin belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə 2017-ci il tarixli akt təqdim etmişdir. Həmin aktda qeyd olunur ki, guya X13 mərhum atası X18 40 sot fındıq bağını 2003-cü ildə almışdır. Həmin aktda atasının imzası olmadığına görə bağın alqısatqısı ilə bağlı ödənilən məbləğ qeyd olunmadığına görə həmin akt alqı-satqıya dair hüquqi sənəd hesab oluna bilməz. Bundan başqa məhkəmə işə baxarkən Mülki Məcəllənin vərəsəlik hüququna dair müddəalarını tətbiq etmişdir. Atası vəfat edərkən mübahisəli torpaq sahəsi onun mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa məhkəmə atasının Əliabad qəsəbəsində təsdiq etdirdiyi 2003-cü il tarixli vəsiyyətnaməyə istinad etmişdir. Həmin vəsiyyətnamə atası tərəfindən X10 vəsiyyət edilmişdir. Atası 2007-cı ildə, X13 isə 2012-ci ildə, yəni atasının vəfatından 5 il sonra vəfat etmişdir. X13 vəfat etməmişdən əvvəl atasının ona vəsiyyət etdiyi torpaq sahəsini rəsmiləşdirməmiş, vəsiyyət üzrə həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ əldə etməsini dövlət qeydiyyatına aldırmamışdır. Belə olduğu halda atasının vəsiyyətnaməsində qeyd etdiyi torpaq sahəsi Mütəllib Xasməmmədovdan miras qalmış əmlak hesab oluna bilməz. Qətnamədən narazıdır. Hesab edir ki, qətnamə qanunsuzdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli, 2(033)-1926/2017 saylı qətnaməsinin tam ləğv edilməsinə, yeni qətnamə qəbul edərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X15 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Zaqatala Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli, 2(033)-1926/2017 saylı qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən (mirasın açılması) miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1151-ci maddəsinə əsasən Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(019)-546/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maraqlı olan digər vərəsələri mülki işə cəlb etməməklə maddi prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(033)-1926/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddia ərizəsinin mərhum X28 tərəfindən mərhum həyat yoldaşı X10 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin əmlak üzərində vərəsəlik hüququnun təmin edilməsi tələbinə dair hissəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da iddianın rədd edilməsi üçün əsas deyildir. Kollegiya hesab edir ki, iddia ərizəsi İddiaçı Heybulla qızının mərhum X28 tərəfindən mərhum həyat yoldaşı X10 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı X1 Mütəllim Əhməd oğlu ilə 23.11.1992-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 16.11.2012-ci il tarixdə vəfat etmişdir. Həmçinin iş materiallarında olan 19.01.2003-cü il tarixli vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsi mərhum X28 tərəfindən iddiaçının mərhum həyat yoldaşı X10 vəsiyyət edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin dövrdən indiyə qədər torpaq sahəsini iddiaçı və və onun ailə üzvləri istifadə edirlər. İş materiallarında olan 06.10.2017-ci il tarixli Zaqatala rayonu Əliabad qəsəbə sakinləri tərəfindən imzalanmış aktdan da görünür ki, mərhum X13 mərhum X18 onun evinin yanından 40 sot fındıq bağını 2003-cü ildən almış, həmin ildən indiyə qədər fındıq bağından məhsulu mərhum X6 ailə üzvləri yığırlar. Apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, qəbul edilmiş qətnamə onun mülkiyyət və vərəsəlik hüquqlarını pozur. Məhkəmə işə baxarkən prosessual hüquq normalarını kobud pozaraq mülkiyyətində olan torpaq sahəsinə dair qətnamə qəbul edərkən onu iş üzrə prosessual şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ əsasında dövlət tərəfindən verilmiş pay torpaq sahəsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilinə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə digər maraqlı şəxsləri işə cəlb etməməklə prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Ona görə də şikayət həmin hissədə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin iddiaçının mərhum X28 tərəfindən mərhum həyat yoldaşı X10 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsinin miras əmlak olmaqla qəbul edilmə faktının müəyyən edilməsi hissəsində təmin edilməlidir. Belə ki, X13 vəfat etdikdən sonra miras qalmış Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 41 topa fındıq bağı və onun yerləşdiyi 40 ha pay torpaq sahəsi heç kimə vəsiyyət edilməmiş və mirasın açıldığı 16 noyabr 2012-ci il tarixdə sağ olan arvadı qanun üzrə birinci növbə vərəsə iddiaçı X7 mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı vərəsə olaraq əri öldükdən sonra miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktik başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, mərhum X28 tərəfindən 10 yanvar 2003-cü il tarixdə mərhum X4 vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha torpaq sahəsinin miras əmlak olmaqla, qanun üzrə birinci növbə vərəsə olan arvadı İddiaçı Heybulla qızı tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Həmçinin apellyator apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, məhkəmə atasının Əliabad qəsəbəsində təsdiq etdirdiyi 2003-cü il tarixli vəsiyyətnaməyə istinad etmişdir. Həmin vəsiyyətnamə atası tərəfindən X10 vəsiyyət edilmişdir. Atası 2007-cı ildə, X13 isə 2012-ci ildə, yəni atasının vəfatından 5 il sonra vəfat etmişdir. X13 vəfat etməmişdən əvvəl atasının ona vəsiyyət etdiyi torpaq sahəsini rəsmiləşdirməmiş, vəsiyyət üzrə həmin torpaq sahəsi üzərində vərəsəlik hüququ əldə etməsini dövlət qeydiyyatına aldırmamışdır. Belə olduğu halda atasının vəsiyyətnaməsində qeyd etdiyi torpaq sahəsi Mütəllib Xasməmmədovdan miras qalmış əmlak hesab oluna bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilinə əsasən qeyd edir ki, X6 vərəsəlik şəhadətnaməsini almaması hazırda onun vərəslərinin ondan miras qalmış əmlakı qəbul etmələrinə heç bir maneə törətmir. Mülki qanunvericiliyə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilə bilər. Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, irsi transmissiyaya (Mülki Məcəllə 1252-ci maddə) əsasən onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Eyni zamanda kollegiya qeyd edir ki, Mülki Məcəlləyə görə Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. İş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi miras açılarkən miras qoyanın mülkiyyətində olmuşdur. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, iş üzrə maraqlı olan digər vərəsələri mülki işə cəlb etməməklə maddi prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(033)-1926/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia ərizəsi mərhum X28 tərəfindən iddiaçının mərhum həyat yoldaşı X10 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsi miras əmlak olmaqla qəbul edilməsi faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs X22, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(033)-1926/2017 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı X3 iddia ərizəsi mərhum X28 tərəfindən iddiaçının mərhum həyat yoldaşı X10 10 yanvar 2003-cü il tarixdə vəsiyyət edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 40 ha miras torpaq sahəsini miras əmlak olmaqla qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-208/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-208/2022
24.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver