Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2080/2021 10.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı torpaq sahəsindən, yaşayış evindən və tövlədən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-520/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-520/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan maneələrin aradan qaldırılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Meşəşambul kəndində yaşayır. Mülkiyyətində olan torpaq sahəsinə dair Azərbaycan Respublikası DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən hüquqları qeydə alınmış, ona 17.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. İş üzrə cavabdehlər onun oğlu və gəlinidir. Oğlu ailəsi ilə birlikdə tam mülkiyyət hüququ üzrə ona məxsus olan fərdi yaşayış evində yaşayır. Cavabdeh öz hərəkətləri ilə mülkiyyət hüququ üzrə ona məxsus olan evdən və paylı mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsindən istifadə etməsinə əsassız maneələr törədir. Dəfələrlə cavabdeh oğlu Cavabdeh1 Hüseynbala oğlunun onu döyməsi, işgəncə verməsi barədə Balakən Rayon Polis Şöbəsinə şikayət etsə də, heç bir nəticə verməmişdir. Cavabdehlə tərbiyəvi xarakterli söhbət aparılmış, lakin cavabdeh və ailəsi qanunsuz əməllərindən əl çəkməmişlər. Qanuni mülkiyyətində olan fərdi yaşayış evindən, torpaq sahəsindən, malqara üçün nəzərdə tutulan tövlədən istifadə etmələrinə imkan vermirlər. Cavabdehin heyvanlarını qəsdən döyməsi nəticəsində heyvanlarından biri tələf olmuşdur. Digər heyvanlarını isə tövləyə salmağa qoymur. Qanuni mülkiyyətində əmlakları olsa da, cavabdehin hərəkətləri nəticəsində öz mülkiyyəti üzərində istifadə və sahiblik edə bilmir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclaslarında Cavabdeh1 Hüseynbala oğlu iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o ailə üzvləri-iki övladı və həyat yoldaşı olan Cavabdeh2 ilə birlikdə Balakən rayonunun Meşəşambul kəndində yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən 0.17 ha həyətyanı torpaq sahəsinə reyestr nömrəsi **********39 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 18 dekabr 2018-ci ildə 0.17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsinin 16/48 hissəsi İddiaçı, torpaq sahəsinin 3/48 hissəsi X2, torpaq sahəsinin 12/48 hissəsi Cavabdeh1 Hüseynbala oğlunun, torpaq sahəsinin 4/48 hissəsi X9, torpaq sahəsinin 4/48 hissəsi X10, torpaq sahəsinin 9/48 hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, 1999-cu ilin iyun ayının 18-də Pitimat Tinavasova ilə ailə qurmuşdur. Onunla nikahlarını 25 yanvar 2005-ci ildə 3 nömrə ilə Balakən rayon Meşəşambul kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 24 aprel 2001-ci ildə X5, 05 avqust 2004-cü ildə isə X13 adında iki uşaqları olmuşdur. O ailə üzvləri ilə birlikdə 0.17 ha torpaq sahəsində yerləşən 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinin bir otağında yaşayırlar. Cavabdeh olan anası İddiaçı evin digər üç otağından ona və ailə üzvlərinə istifadə etmələrinə imkan vermir. X1 20 yaşında, oğlu X13 isə 17 yaşındadır. Onlar doğulduqlarından hal-hazıradək onlarla birlikdə 18.4 kvm-dən ibarət bir otaqda yaşayırlar. Anası isə evin digər üç otağından və koridordan, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməyə icazə vermir. Uşaqlar böyüdüyündən 18.4 kvmdən ibarət bir otaqda qalmaları da mümkünsüzdür. İddiaçının iddia tələbi tam əsassız və qanunsuzdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Balakən rayon Meşaşambul kəndində yaşayır. Mülkiyyətində olan torpaq sahəsinə dair Azərbaycan Respublikası DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən hüquqları qeydə alınmış və ona 17.09.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. İş üzrə cavabdehlər onun doğma oğlu və gəlinidirlər. Oğlu ailəsi ilə birlikdə tam mülkiyyət hüququ üzrə məxsus olan fərdi yaşayış evində yaşayır. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə mülkiyyət hüququ üzrə ona məxsus olan evdən və paylı mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsindən istifadə etməyinə əsassız olaraq maneələr törədirlər. Dəfələrlə cavabdehlərdən olan oğlu Cavabdeh1 Hüseynbala oğlunun onu döyməsi, işgəncə verməsi barədə Balakən rayon Polis şöbəsinə şikayət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehlə tərbiyəvi xarakterli söhbətlər aparılmış lakin cavabdeh və ailəsi qanunsuz əməllərindən əl çəkməmişlər. Qanuni mülkiyyətində olan fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməyinə imkan verməmişlər. Cavabdehin ona məxsus heyvanları qəsdən döyməsi nəticəsində heyvanlarından biri tələf olmuşdur. Digər heyvanlarını isə mülkiyyətində olan tövləyə salmağa qoymurlar. Qanuni mülkiyyətində əmlakları olsa da cavabdehlərin hərəkətləri nəticəsində öz mülkiyyəti üzərində istifadə və sahiblik edə bilmir. Bu hadisələrdən əvvəl cavabdehlər öz təsərrüfatlarına köçüb getmək üçün ondan 1600 manat pul tələb edərkən o, həmin pulu tapıb ona verdikdən sonra ailəsi ilə birlikdə evdən çıxıb getmişdir, onlar ondan 1600 manat pul alaraq onun mülkiyyətindən getmələri barədə yazılı ifadələri də mövcuddur. Onlar ondan pul qoparıb getdikdən sonra bir müddətdən sonra eşitmişdir ki, o yenidən mülkiyyətində olan evinə köçmək istəməsi barədə məhkəmədə iddia qaldırıb. Beləliklə Balakən rayon Məhkəməsinin qərarı ilə cavabdehlər onun mülkiyyətində olan evə köçürüldü. O, ondan bunu nə üçün etdiyini soruşanda o kobud rəftar etməyə başlamış və bildirmişdir ki, mən qoymaram ki, sən bu mülkü kiməsə verəsən. Beləliklə cavabdehlər evinə köçürülən gündən bu günə kimi ona dinclik vermirlər. Ailəsi də ona baxıb onunla kobud davranaraq təhqir edir, söyür, hətta dəfələrlə oğlu tərəfindən döyülmüşdür. 81 yaşlı ağbirçək bir anaya zülmlər verərək onu ölümlə hədələyir. Mülkiyyətində hər nə varsa yersiz müdaxilələr edərək öz ailəsinə də bu üsulla ona mane olmalarını tapşırır. Cavabdehlərin ona qarşı etdikləri haqsızlıqlar artıq dözülməz bir hala çevrilmişdir. Oğlu öz yoldaşının sözü ilə ona olmazın əzablar verir və bunun qarşısı məhkəmə tərəfindən alınmalıdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-520/2021 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı, cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı vəkili Vəkil ünvanlanmış məktub Zaqatala rayon Vəkil Bürosundan ünvan düzgün deyil qeyd edilməklə geri qaytarılmışdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-520/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 17.09.2020-ci il tarixdə verilmiş reyestr nömrəsi **********39-10301 olan Çıxarışın surətindən görünür ki, Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam, torpaq sahəsinin 33/48 hissəsi İddiaçı, torpaq sahəsinin 3/48 hissəsi X2, torpaq sahəsinin 12/48 hissəsi Cavabdeh1 Hüseynbala oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun 13 may 2020-ci il tarixli HK-1-245 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı onunla birlikdə yaşayan oğlu Cavabdeh1 Hüseynbala oğlu ilə gəlini X4 tərəfindən mütəmadi olaraq hədələndiyi, hal-hazırda mülkiyyətində olan mal tövləsindən istifadə edə bilmədiyi, mal tövləsindən istifadə edəcəyi təqdirdə oğlu ilə gəlininin onu bıçaqla öldürəcəkləri ilə hədələyib onun üstünə hücum etdikləri, oğlu Cavabdeh1 ilə gəlini Pitimat Tinavasova barəsində qanuni tədbir görülməsi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun 02 oktyabr 2020-ci il tarixli HK-1-674 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı oğlu Cavabdeh1 Hüseynbala oğlunun ona qarşı qərəzli hərəkətlər etməsi, 21.09.2020-ci il tarixdə ona məxsus olan bir baş malını ağacla döyməsi nəticəsində heyvanın ölməsi, oğlu Cavabdeh1 barəsində qanuni tədbir görülməsi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən İddiaçı tam mülkiyyət hüququ üzrə adına qeydə alınmış fərdi yaşayış evinə, torpaq sahəsinə və orada tikilən mal-qara üçün tövləyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, fərdi yaşayış evi 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan və bir koridordan ibarətdir. Evin iki ayrı-ayrı giriş-çıxışı vardır. Cavabdehlər uşaqları ilə birlikdə 18.4 kvm-dən ibarət bir otaqda yaşayır. Fərdi yaşayış evinin üç otağı isə İddiaçı istifadəsindədir. Evin tualeti evdən kənarda-həyətyanı sahədə yerləşir. Həmçinin evin İddiaçı yaşayan otaqlarına ayrıca giriş-çıxış qapısı vardır. Torpaq sahəsi ümumi istifadədədir. Orada yerləşən maltövləsindən isə iddiaçının istifadə etdiyi, tövlədə ona məxsus mal-qara və ot presləri olduğu müəyyən edildi. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13, 29 və 60-cı maddələrinə, «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 140, 146.1, 146.2, 152.1, 157.4, 157.8, 213.1, 213.6, 238.1, 238.3 və 239.2-ci maddələrinə, Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarına, F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarına, Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarına və İnsan Haqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli və «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ, torpaq sahəsinin 33/48 hissəsi İddiaçı, torpaq sahəsinin 3/48 hissəsi X2, torpaq sahəsinin 12/48 hissəsi Cavabdeh1 Hüseynbala oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan və bir koridordan ibarətdir. Evin iki ayrı-ayrı giriş-çıxışı vardır. Cavabdehlər uşaqları ilə birlikdə 18.4 kvm-dən ibarət bir otaqda yaşayır. Fərdi yaşayış evinin üç otağı isə iddiaçının istifadəsindədir və həmin otaqlara giriş-çıxış ayrıdır.Torpaq sahəsi ümumi istifadədədir. Orada yerləşən mal-tövləsindən isə iddiaçının istifadə etdiyi, tövlədə ona məxsus mal-qara və ot presləri olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia edir ki, cavabdehlər iddiaçının qanuni mülkiyyətində olan fərdi yaşayış evindən, torpaq sahəsindən və mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə imkan vermirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı fərdi yaşayış evindən, torpaq sahəsindən və mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən maneələr yaradılmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. İşdəki sübutlardan isə əksinə görünür ki, İddiaçı iddia predmetini təşkil edən Balakən rayonu Meşəşambul kəndində 0.17 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, həyətyanı torpaq sahəsindən və mal tövləsindən istifadə edir. Belə ki, 1981-ci ildə tikilmiş ümumi sahəsi 102 kvm olan, 1 mərtəbəli 4 otaqdan və bir koridordan ibarət evin üç otağı iddiaçının istifadəsindədir və iddiaçının həmin otaqlara giriş-çıxışı ayrıdır. İddiaçı həmçinin ümumi istifadədə olan torpaq sahəsindən və mal-qara tövləsindən də istifadə edir. İş üzrə cavabdehlər tərəfindən İddiaçı sözügedən evdən, torpaq sahəsindən və tövlədən istifadəsinə hər hansı maneçiliklər yaradılması sübut olunmur və iddiaçı da belə bir sübuu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbala oğluna və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 Hüseynbala oğlu və Cavabdeh2 tərəfindən fərdi yaşayış evindən, torpaq sahəsindən, mal-qara üçün nəzərdə tutulan tövlədən istifadə etməsinə olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, iş üzrə cavabdehlər tərəfindən İddiaçı sözügedən evdən, torpaq sahəsindən və tövlədən istifadəsinə hər hansı maneçiliklər yaradılması sübut olunmur və iddiaçı da belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-520/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(019)-520/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2080/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2080/2021
10.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver